Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

13 
 
kimlərlə  danıĢdığını  bilmək  və  bunları  mütləq  nəzərə  almaq  vacibdir.  Bu,  nitq 
mədəniyyətinin  əsas  Ģərtidir.  Nitq  mədəniyyətinə  yiyələnmək  üçün  dilin  lüğət 
tərkibinə  dərindən  bələdlik,  onun  fonetik,  leksik-semantik,  frazeoloji  və  qrammatik 
normalarına  yiyələnmək,  dil  qanunlarını  nitqdə  düzgün  tətbiq  edə  bilmək  zəruridir. 
Söz  ehtiyatı  zəngin  olan,  sözlərin  məna  çalarlarını  nitqində  düzgün 
əlaqələndirməyi  bacaran,  geniĢ  erudisiyalı  insan  öz  fikrini  çətinlik  çəkmədən 
məntiqi  cəhətdən ifadə etmək qabiliyyətində  olur. 
Sual və tapĢırıqlar 
1. Nitq mədəniyyəti  fənninin  məqsədi nədir? 
2. "Mədəniyyət"  sözü hansı dildən alınmıĢdır və mənası nədir? 
3. Mədəniyyət  və nitq mədəniyyəti  terminlərini  izah  edin. 
4. Nitq mədəniyyətinin  əsas Ģərti nədir? 
5. Düzgün nitq nədir?  Hansı nitq forması düzgün hesab olunur? 
6. Hansı Ģəxs öz fikrini elmi  və məntiqi  cəhətdən düzgün qura bilir? 
7. Dəqiq nitq dedikdə nə baĢa düĢülür? Hansı adamın nitqi dəqiq olur? 
 
ÇalıĢma 1. Mətndə mədəniyyət  sözünün iĢlənmə  məqamlarına  fikir  verin:   
 
Məktəb  xalqın  mənəvi  beĢiyidir.  Məktəbdə  təkcə  yazıb-oxumağı,  hesablamağı  və 
müxtəlif  elmlərin  sirlərini  öyrətmirlər,  həmçinin  birgə  yaĢayıĢ  qaydaları  öyrədilir. 
Məktəbdə  vətənin  çoxəsrlik  mədəniyyəti  yaĢayır.  Müəllimlər  Ģagirdlərə  dönə-dönə 
xatırladırlar:  -  "Məktəbinizi  və  dövlətimizi  sevin,  elmli  və  mədəniyyətli  olaraq 
məmləkətimizi  çiçəklənən  bir  dövlətə  çevirək".  Məktəb  bizə  təkcə  təhsil  yox,  həm 
də  tərbiyə  verir,  mə-dəniyyət  aĢılayır.  Məktəbdə  müəllimlər  və  Ģagirdlərlə  ünsiyyət 
saxlamaq  hamıya  sevinc  və  mənəvi  zövq  bəxĢ  edir.  Hər  bir  dövlət  üçün  məktəb 
böyük  rola  malikdir.  Savadlı  insanlar  olmadan  elm  və  mədəniyyətin  inkiĢafı  qeyri-
mümkündür.  Ġnsanın  məktəbə,  təhsilə,  elmə  münasibəti  onun  daxili 
mədəniyyətindən  irəli  gəlir,  onun  xeyirxahlığı,  millətinə  sayğısı,  məhəbbəti  təkcə 
davranıĢı  və  hərəkətlərində  deyil,  nitq  qabiliyyətində,  Ģüur  və  düĢüncəsində  də 
özünü 
göstərir. 
Məktəbə 
müqəddəs 
yer, 
elm 
məbədi  kimi  baxmaq, 
mənəviyyatımızı  qurmaq,  mədəniyyətimizi  formalaĢdırmaq  və  gələcək  nəsillərə 
çatdırmaq hər bir insanın borcudur. 
ÇalıĢma  2.  Sözlərdən  istifadə  edərək  ədəbi  dilin  qrammatik  normalarına  uyğun 
cümlələr   düzəldin: 
1)  Azərbaycan,  qanlı,  mübarizə,  qurmaq,  xalq,  müstəqil,  düĢmən,  müstəqil,  qalib 
gəlmək,  dövlət 
2) hər, uğrunda, öz, müstəqillik,  olmaq, bir, daima, xalq, hazır, mübarizə 
3) millət,  azadlıq, qazanmaq, etmək, bir, hər, öz, və, müdafiə, öz 
ÇalıĢma  3.  Sözlərin  aĢağıdakı  tələffüz  formalarından  hansının  orfoepik  normaya 
olduğunu müəyyənləĢdirin: 
ev/əv/öy, 
qədeĢ/kardeĢ/qardaĢ, 
gejə/gecə, 
murtda/yumurtda/yumurta, 
biznən/biziynən/  bi-  zimlə,  daĢdı/daĢlı,  qarannıq/qaranıx/  qarannıx/qaranlıq, 
qızlar/qızdar/qızzar, xəbərlər/ xəbərrər 


14 
 
ÇalıĢma  4.  Akademiyada  bir  tədbirin  keçiriləcəyi  haqqında  elan  (bildiriĢ)  yazın. 
Elanın yazılma  formasını qısaca qeyd edin. 
 
 
 
 
 
 
Nitq mədəniyyətinin  tarixindən 
Nitq  mədəniyyəti  eramızdan  əvvəl  qədim  Yunanıstan  və  Romada  həm  sənət,  həm 
də  elm  kimi  formalaĢmıĢdır.  Təsadüfi  deyildir  ki,  bu  yerlərdə  natiqlik  sənəti  çox 
geniĢ  yayılmıĢ,  istedadlı  natiqlər  xalqın  böyük  hörmət  və  məhəbbətini 
qazanmıĢdılar.  Məhz  onların  hesabına,  onların  fəsahətli  və  bəlağətli  (incə,  aydın, 
gözəl)  danıĢığı  sayəsində  Yunanıstan  və  Roma  nitq mədəniyyəti elminin, natiqliyin 
vətəni  hesab  olunur.  Qədim  Yunanıstanda  məhkəmə  iclasları,  bayramlar,  yas 
mərasimləri,  idman yarıĢları - olimpiadalar, dostluq görüĢləri açıq havada, çoxsaylı 
insanların  əhatəsində  keçirildiyindən  xalqın  hörmətini  qazanmıĢ  natiqlər  çıxıĢ 
edərdilər.  Çiçəklənmə  dövrü  keçirən  yunan  ədəbiyyatı  (Ezopun  təmsilləri,  Esxilin 
safokları,  Evripidin  faciələri,  lirik  Ģeirləri,  Aristofanın  komediyaları,  eyni  zamanda, 
teatr  tamaĢaları,  Herodotun  tarixĢünaslığa  aid  əsərləri  və  s.)  bəlağətli  nitqin 
meydana  gəlməsinə  böyük  kömək  göstərirdi.  Burada  14  illik  natiqlik  məktəbləri  (7 
yaĢdan  21  yaĢadək)  təĢkil  olunurdu.  Belə  məktəblərdə  fəlsəfə,  məntiq,  dilçilik, 
ədəbiyyat,  natiqlik  sənəti  öyrədilirdi.  Sokrat  (e.ə.469-399),  Platon  (Əflatun, 
e.ə.430-347),  Aristotel  (Ərəstun,  e.ə.  384-322),  Demosfen  (e.ə.384-322)  fəlsəfi  və 
humanitar  elmlərin  bu  gün  də  öz  qiymətini  saxlayan  sənət  incilərini  insanlığa  bəxĢ 
etmiĢlər.  Onlar  natiqlik  sənətini,  onun  nəzəriyyəsini,  təlimini  qurmuĢ  və  sistemini 
yaratmıĢlar.  Aristotel  20  il  Platonun  Ģagirdi  olmuĢ,  343-335-ci  illərdə Yunanıstanın 
hökmdarı  olacaq  Ġsgəndərin tərbiyəçisi iĢləmiĢ, məntiq, psixologiya, təbiətĢünaslıq, 
etika,  siyasət,  tarix,  poeziya və ritorikaya aid bir sıra qiymətli əsərlər yazmıĢdır. O, 
"Siyasət","Poetika",  "Məntiq",  3  kitabdan  ibarət  "Ritorika"  əsərləri  ilə  nitq 
mədəniyyətini  elm  səviyyəsinə  yüksəltmiĢ,  insan  nitqi  və  onun  fəlsəfi 
problemlərini  üslub  məsələləri  ilə  əlaqələndirmiĢ,  natiqlik  sənətinin  əsaslarını 
vermiĢ,  ritorikanın  bütöv  fundamental  elmi  sistemini  yaratmıĢdır.  Nitq 
mədəniyyətinin  mədəni  nitq,  tələffüz  mədəniyyəti,  söz  mədəniyyəti,  düzgün 
danıĢmaq  və  yazmaq  sənəti,  nitq  vasitələrindən  məqsədəuyğun  Ģəkildə,  yerli-
yerində,  səmərəli  istifadə  mədəniyyəti  olmasını  Demosfen  öz  Ģəxsi  həyatında,  öz 
üzərində  yerinə  yetirdiyi  gərgin  əmək  sayəsində  sübut  etmiĢdi.  O  dövrün  tarixçi-
filosoflarının  yazdığına  görə  Demosfen  öz  üzərində  gərgin  çalıĢmaqla  ən  məĢhur 
natiq  səviyyəsinə  yüksəlmiĢdi.  Yunan  natiqlik  məktəbinin  parlaq  ulduzu 
Demosfenin  61  nitqi,  56  çıxıĢı,  6  məktubu  dünya  natiqlik  mədəniyyətinin 
inkiĢafında  mühüm  mərhələ  olmuĢdur.  Natiqlik  sənəti  Yunanıstan  mərhələsindən 
sonra  Roma  dövrünə  qədəm  qoyur.  Eramızdan  əvvəlki  son  yüzillikdə  Roma 
Yunanıstanı  iĢğal  etməklə  Ellin  mədəniyyətinə  də  yiyələndi.  Hümanitar  elmlər 
estafetini  qəbul  edən  Romanın  alim  və  ictimai  xadimləri  poetikanın,  qrammatika 
və  ritorikanın  nəzəri  problemlərini  sistemləĢdirdilər,  natiqlik  sənətinin  sirlərini  və 
onlara  yiyələnmək  yollarını  bütün  incəliklərinə  qədər  izah  və  Ģərh  etdilər.  Mark 
Tulli  Siseron  (e.ə.106-43),  Yuli  Sezar  (e.ə.102-44),  Mark  Yuni  Brut  (e.ə.  85-43) 
kimi  alim  və  ictimai  xadimlər  Roma  natiqlik  sənətini  bütün  dünyada  Ģöhrətləndir- 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə