Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   65

15 
 
miĢlər.Y.  Sezar  Romanın  öz  baĢçılığı  altında  elm  qanunlarına  uyğun  dövlət 
olmasına  çalıĢmıĢ,  müharibələrdə  qanlar  axıtmıĢ  və  qalib  gəlmiĢdi.  Amansız 
diktator,  "Hall  müharibəsi  haqqında  qeydlər","VətəndaĢ  müharibələri  haqqında 
qeydlər"  adlı  elmi  əsərlər  müəllifi,  Yuli  təqvimi  islahatını  həyata  keçirmiĢ  dövlət 
xadimi,  natiqlik  üzrə  məĢhur  mütəxəssis  olmuĢdur.  Onun  məhkəmədə  vəkil  kimi 
çıxıĢı  stenoqramlaĢdırılmıĢ  və  indi  də  saxlanılmaqdadır.  Mark  Yuni  Brut 
demokratik  fikirli  ziyalı,  siyasi  xadim,  natiq-lik  sənətinin  sirlərini  mükəmməl 
öyrənmiĢ  görkəmli  natiq  olmuĢdur.  O,  eyni  zamanda  Y.Sezara  qarĢı  baĢlamıĢ 
mübarizəyə  baĢçılıq  etmiĢ,  diktator  hökmdarın  qətlə  yetirilməsində  Ģəxsən  iĢtirak 
etmiĢdi.  Senatın  iclası  zamanı  Sezarın  təkbaĢına  hakimiy-  yətinə  qarĢı  çıxan 
senatorlar  paltarlarının  altında  saxladıqları  xəncərlə  onu  öldürmüĢdülər.  Sui-qəsdə 
Sezarın  özünə  dost  hesab  etdiyi  Brut  baĢçılıq  etmiĢdi  və  Sezara  vurulmuĢ  23 
xəncər  zərbəsindən  biri  də  onun  idi.  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  bu  hadisədən 
düz  bir  il  sonra  respublikaçılar  dəstəsində  mübarizə  aparan  Brut  Sezarın  bacısı 
nəvəsi  və  oğulluğa  götürdüyü  varisi  Oktavyanın  komandasına  təslim  olmamaq 
üçün  özünü  qılıncla  öldürmüĢ-  dü.  Antik  dövrün  ən  məĢhur  natiqi,  yazıçı,  vəkil, 
görkəmli  siyasi  xadim  Mark  Tulli  Siseron  iki  suala  cavab  axtarırdı:  1)  Kimə  natiq 
demək  olar?  2)  Hər  adam  natiq  ola  bilərmi?  Siseron  natiqlik  sənəti  ilə  bağlı 
"Natiqlik  haqqında",  "Brut,  yaxud  məĢhur  natiq-  lik  haqqında"  və  "Natiq" 
traktlarını  yazmıĢ,  natiqlik  sənətinin  tarixi,  üslubiyyat  və  nitq  mədəniyyəti 
məsələlərinin  izahını  vermiĢdir.  Roma  natiqlik  məktəbinin  parlaq  ulduzu  Siseron 
natiqin  qarĢısında  üç  tələb  qoyurdu:  1)  Nitq  öyrətməli,  bilik  verməlidir;  2)Nitq 
dinləyiciyə  güclü  təsir  göstərməlidir;  3)  Nitq  söyləniləndə  qulaq  asana  ləzzət 
verməlidir.  Siserona  görə  "ġairlər  anadan  Ģair  doğulurlar,  natiqlər  isə  həyatda 
yetiĢirlər".  "Əsl  natiq  o  Ģəxsdir  ki,  adi  iĢlər  haqqında  sadə,  böyük  iĢlər  haqqında 
əzəmətlə,  orta səviyyəli iĢlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir 
üslubla  danıĢmağı bacarsın" (16, səh.17) Siseronun baĢqa bir cümləsi isə aforizmə 
çevrilmiĢdir:  "Kim  Demosfen  olmaq  istəmirsə,  o,  natiq  deyil"  (18,  səh.187).  Bu 
fikirdən  belə  məlum  olur  ki,  Demosfen  kimi  zəhmətə  qatlaĢmayan,  öz  üzərində 
daima,  günlərlə,  saatlarla  çalıĢmayandan  natiq  olmaz.  Natiq  öz  zəhməti  ilə,  elm  və 
mədəniyyət  məsələləri  ilə  bağlı  kitablardan  möhkəm  bilik  və  məlumat 
toplamalıdır.  O,  həmiĢə  nitqi  gözəlləĢdirən,  onun  təsir gücünü artıran, insanlara əsl 
insani  keyfiyyətlər  bəxĢ  edən,  onları  kamilləĢməyə  çağıran  nümunəvi  fikirləri 
öyrənməli,  yaradıcılıq  axtarıĢları  ilə  məĢğul  olmalıdır.Yeni  eraya  həm 
Yunanıstanın,  həm  də  Romanın  ən  məĢhur  natiqlərinin  nitq  mədəniyyəti  ilə 
əlaqədar  fikirlərini  ümumiləĢdirib  yekunlaĢdıran  M.F.Kvintilian(35-96-cı  illər) 
olmuĢdur.  O,  natiq-  lik  sənətinin  bütün  incəliklərini  özünün  12  kitabdan 
ibarət"Natiqin  təhsili  (formalaĢması)  haqqında"  əsərində  əks  etdirmiĢdir.  Kvintilian 
natiqlik  sənətini  beĢ  hissəyə  ayırıb  nitq  üçün  söz  və  ifadələrin  seçilməsini  yadda 
saxlanılması  və  ifadəsini  (yüksək,  orta  və  aĢağı  üslubda)  baĢlıca  Ģərt  kimi  irəli 
sürürdü.  Sonrakı  əsrlərdə  Fransa,  Almaniya,  Ġtaliya,  Ġngiltərə,  Ġspaniya  antik 
mədəniyyətin  bütün  növlərini  Roma  məktəbi  vasitəsilə  almıĢdılar.  XII  əsrdə 
Ġngiltərənin  Oksford,  XIII  əsrdə  Fransanın  Sorbon  universitetlərində  natiqlik 
sənətinə  aid  mühazirələr  oxunurdu.  ġərq  ölkələrində  -  Assuriya,  Babilistan,  Çin, 


16 
 
Ərəbistan,  Hindistan  və  Misirdə  natiqlik  sənəti  çox  inkiĢaf  etmiĢ,  istedadlı  natiqlər 
xalqın  hörmət  və  məhəbbətini  qazanmıĢlar.  VII  əsrdə  Ġslam  dininin  meydana 
gəlməsi  ərəb  mədəniyyətinin  inkiĢafında  xüsusi  mərhələ  olmuĢdur.  Ərəb 
ədəbiyyatı,  ərəb  musiqisi,  ərəb  elmi  misli  görünməmiĢ  dərəcədə  inkiĢaf  etməyə 
baĢladı.  Bu  dövrdə  Məhəmməd  Peyğəmbər  (570-632)  görkəmli  natiq  kimi 
Allahdan  gələn  vəhyləri  (qeybdən  gələn  nidaları  -cümlələri),  məscidlərdə  oxuduğu 
xütbələrlə  adamlara  çatdırır,  onları  qan  qohumluğu  ilə  deyil,  dini  inanc  əsasında 
birləĢməyə,  bir  olan  Allaha  ibadət  etməyə,  möminliyə  çağırırdı.  Məhəmməd 
Peyğəmbər  (ə.s.)  616-cı  ildə  Ġslam  (itaətetmə)  dinini yaradaraq güclü bir natiq kimi 
müsəlmanları  (Ġslam  dininə  inananları)  Allahın  kəlamlarına,  Qurani-Kərimin 
hökmlərinə,  Ģəriət  qanunlarına  tapınmağa  dəvət  edirdi.VII  əsrin  axırlarında  Əl 
Fərabinin  ərəb  poeziyası  üçün  tərtib  etdiyi  ritmik-melodik  modellərlə  "Qurani-
Kərim"  ayələrinin  xüsusi  avazla  oxunması  hesabına  ərəb  natiqlik  sənəti  daha  da 
inkiĢaf  etməyə  baĢladı.  Xüsusən,  Ġslamın böyük ideoloqu, Peyğəmbərin əmisi oğlu 
və  kürəkəni  Həzrət  Ġmam  Əli  Ģəriət  haqqında  xütbələri  ilə  özünü  mahir  bir  natiq 
kimi  tanıtmıĢ,  656-661-ci  illərdə  müsəlman  dövlətinin baĢçısı olduğu dövrdə Ġslam 
dininə  böyük  Ģöhrət  gətirmiĢdi.  Onun  nəsihət  və  kəlamları  indi  də  bütün  dünyada 
məĢhur  olan  "Nəhcül  Bəlağə"  adlı  kitabda  toplanmıĢdır.  XI-XIII  əsrlərdə 
Azərbaycanda  natiqlik  sənəti  inkiĢaf  etməyə  baĢlamıĢdı.  Azəri-türk  dilində  olmasa 
da,  görkəmli  söz  ustaları-Ģairlər  fars  dilində  söz,  kəlam,  dil  haqqında,  danıĢığa, 
natiqliyə  xüsusi  yer  ayırır,  fəzilət  sahiblərinin  məntiqli  çıxıĢlarını  nümunə  kimi 
təqdim  edirdilər.  Bu  sənətkarların  cərgəsində  Nizamül-Mülk  (1017-1092)  və  Xacə 
Nəsrəddin  Tusinin  (1201-1274)xüsusi  yeri  vardır.  Nizamül-Mülk  səlcuq  sarayında 
əvvəlcə  Alp  Arslanın,  sonra  Məlik  Ģahın  vəziri  olmuĢ,  söz-kəlam-dil  haqqında  öz 
tövsiyə  və  məsləhətlərini  "Siyasətnamə"  əsərində  toplamıĢdır.Nəsirəddin  Tusi  XIII 
əsrin  böyük  mütəfəkkiri,  filosofu,  riyaziyyatçısı  kimi  ġərqdə  özünə  böyük  Ģöhrət 
qazandırmıĢdı.  O,  binom  düsturunun  həllini  Nyutondan,  maddə  çəkisinin 
saxlanması  qanununu  isə  M.Lomonosovdan  çox-çox  əvvəl  kəĢf  etmiĢ,  bir  sıra 
astronomik  tapıntıların  müəllifi  olmuĢdur.  N.Tusi  əxlaqa  və  natiqlik  sənətinə  aid 
"Əxlaqi-Nasiri"  əsərində  natiqə,  natiqin  nitqinə  belə  tələblər  qoyurdu:  "Çox 
danıĢmamalı, baĢqasının sözünü yarımçıq kəsməməli,  baĢqasının danıĢdığı hekayət 
və  rəvayəti  bilirsə  bunu  üzə  vurmamalı  və  onun  danıĢıb  qurtarmasına  imkan 
yaratmalıdır.  BaĢqasından  soruĢulana  cavab  verməməli,  ümumidən  edilən  sualda 
baĢqalarını  qabaqlayıb  tələsik  irəli  düĢməməlidir.  Biri  cavab  verməklə  məĢğul  isə, 
daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra 
öz  cavabını  verməlidir.  Lakin  əvvəlkinə  tənə  etməməlidir…  Böyüklərlə  danıĢarkən 
kinayə  iĢlətməməli,  nə  bərkdən,  nə  yavaĢdan,  mülayim  səslə  sözünü  deməlidir. 
DanıĢdığı  məsələ  qəlizdirsə,  aydın  misallarla  izah  etməyə  çalıĢmalıdır,  qısa  və 
yığcam  danıĢmalıdır"  (14,  səh.182).  Klassik  Azərbaycan  Ģairlərindən  Nizami 
Gəncəvi,  Ġmadəddin  Nəsimi,  ġah  Ġsmayıl  Xətai,  Məhəmməd  Füzuli  söz,  kəlam 
haqqında  qiymətli  fikirlər  söyləmiĢ,  natiqlik  sənətinin  bir  sıra  məsələlərinə 
münasibət  bildirmiĢlər:  Ġ.Nəsimi  məharətli  natiq  kimi  hürufilik  təriqəti  ideyasını 
təbliğ  etmək  məqsədilə  müxtəlif  ölkələrdə  kütlələr  qarĢısında  etdiyi  çıxıĢlarında 
natiqlik  məharəti,  nitq  kamilliyi,  nitqin  təsir  qüvvəsi,  nitqdə  forma  və  məzmun 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə