Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

17 
 
vəhdətinin  gözlənilməsi  haqqında  fikir  və  mülahizələr  söyləmiĢ,  söz  sənətinə 
yüksək qiymət vermiĢdir:   
Sən bu Nəsiminin  dilini  anla, bil sözün, 
Kim  var bu dildən özgə bizim  bir lisanımız. 
 
XIX  əsrin  ikinci  yarısında  və  XX  əsrin  əvvəllərində  yaĢamıĢ  Ģair,  rəssam, 
musiqiĢünas, xəttat, nəqqaĢ, maarifçi-pedaqoq M.M.Nəvvabın danıĢıq mədəniyyəti 
haqqında  bir  sıra  maraqlı  fikirləri,  nəsihətləri  vardır.  O,  "Nəsihətnamə"  əsərində 
(beĢ  yüz  nəsihət)  yazmıĢdır:  "Bacardıqca  qısa  və  mənalı  danıĢ,  əks  halda, 
danıĢmasan  yaxĢıdır;  sözü  deyən  vaxt  fikrini  düzgün  ifadə  et;  biĢirilməmiĢ  söz 
danıĢma;  DanıĢarkən  özündən  çıxma;  sözü  çox  uzadıb  təkrar  etmə  ki,  avamlığa 
dəlalət  edər;  Səndən  bir  söz  so-ruĢmasalar  demə;  O  adam  ki,  sənin  nəsihətini 
eĢitmir,  nəsihət  etmə;  Məclisdə  öz  qədərindən  artıq  danıĢma,  yoldaĢlara  da  fürsət 
ver; Məclis əhli  xahiĢ etsə, danıĢa bilərsən" 
Sual və tapĢırıqlar 
1. Yunan natiqlik  sənətinin  baniləri  kimlərdir? 
2.  Aristotelin  hansı  əsərləri  vardır  və  bu  əsərlərdə  o,  hansı  məsələlərin  həllini 
verməyə  çalıĢmıĢdır? 
3. Roma natiqlik  sənətinin  nümayəndələri  kimlərdir? 
4. Siseronun nitq mədəniyyəti  məsələləri  ilə  bağlı fikirlərindən  misal  göstərin. 
5. Savadlı yazmaq Ģifahi,  yoxsa yazılı nitq mədəniyyəti  ilə  bağlıdır? 
6. ġərq natiqlik  sənəti  və Məhəmməd  Peyğəmbər 
7.  Nəsrəddin  Tusinin əxlaqa və natiqlik sənətinə aid əsərinin adı nədir? Bu əsərdəki 
nəsihətlərdən  ən çox yadınızda qalanlarını deyin və fikrinizi  bildirin. 
 
ÇalıĢma  5.  Mətni  oxuyun,  yunan  və  Roma  natiqlik  sənəti  banilərinin  idmana  olan 
münasibətini  fiziki  mədəniyyətlə  əlaqələndirin: 
Bizim  eradan  əvvəl  776-cı  ildə  Qədim  Yunanıstanda  idman  yarıĢları  -  Olimpiya 
oyunları keçirilməyə baĢlamıĢdır. Yunanlar arasında böyük marağa səbəb olmuĢ bu 
yarıĢlar  dörd  ildən  bir,  qədim  yunanların "Olimpiya tanrısı" adlandırdıqları Zevsin 
Ģəninə  keçirilirdi.  Yunanıstan  və  Romanın  böyük  mütəfəkkirlərindən  olan  Sokrat, 
Platon  (Əflatun),  Demosfer,  Siseron  qocalana  qədər  gimnastika  ilə  məĢğul 
olmuĢlar.  Bu,  onlara  uzun  müddət  məhsuldar  fəaliyyət  göstəməyə  köməklik 
göstərirdi.  Böyük  riyaziyyatçı  Pifaqor  idmanla  məĢğul  olaraq  güclü  atletə 
çevrilmiĢdi  və  Olimpiya  oyunlarında  iĢtirak edərək onun qalibi olmuĢdu, buna görə 
ona  sağlığında  heykəl  ucaltmıĢdılar.  Müdrik  Sokrat  idmanla  bədənini 
möhkəmlədərək,  qıĢda  qarda  ayaqyalın  gəzirdi.  Onun  bir  kəlamı  indi  də  iĢlədilir: 
"Sağlam  yoxsul  xəstə padĢahdan xoĢbəxtdir" Olimpiya oyunlarının qalibləri zeytun 
(dəfnə)  ağacından  düzəldilmiĢ  tacla  təltif  edilir,  onların  Ģərəfinə  dövlətinin  bayrağı 
qaldırılır  və  dövlət  himni  səsləndirilirdi.  Ġdman  millətin  sağlamlığıdır,  sağlamlıq 
isə  insana  verilən  ən  böyük  nemətdir.  Millətimizin  güclü,  sağlam  və 
məğlubedilməz  olması  üçün  gənclərimizin  fiziki  cəhətdən  hazırlıqlı  olması  çox 
vacibdir. 


18 
 
ÇalıĢma  6.  Tərcümeyi-halınızı  öz  dialektinizə  (Ģivənizə)  uyğun  yazın,  ədəbi  dillə 
dialektiniz  arasındakı konkret fərqləri  göstərin. 
ÇalıĢma  7.  Ədəbi  dilimizdə  iĢlənməyən,  lakin  dialektiniz  (Ģivəniz)  üçün  xarakterik 
olan  
bir  neçə  söz  yazın,  sonra  onların  fonetik,  yaxud  leksik  cəhətdən  fərqli  olduğunu 
ədəbi dildəki  qarĢılığı ilə müəyyənləĢdirin. 
ÇalıĢma  8.  Bir  tələbənin  müəyyən  səbəblə  əlaqədar  Akademiyadan  xaric  olunması  
haqqında  rektorun  adından  əmr  hazırlayın.  Əmrin  yazılma  formasını  qısaca  qeyd 
edin. 
 
 
DĠL, NĠTQ VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ 
 
Dilimizin  fonetik,  leksik  və  qrammatik  qaydalarının  dərindən  öyrənilməsi  onların 
yazılı  və  Ģifahi  nitqə  düzgün  tətbiq  edilməsini  zəruriləĢdirir.  Lakin  savadlı  nitq 
mədəniyyətinə  yiyələnmək  üçün  ilk  növbədə  dilin  lüğət  tərkibinə  dərindən  bələdlik 
əsas  Ģərtdir.  UĢaqlıq  illərini  xatırlayın.  Az  söz  ehtiyatına  malik  üç  yaĢlı  uĢaq  2-3 
sözdən ibarət cümlələr qura bilir. 4-5 yaĢda o, müxtəsər və sadə cümlələrə üstünlük 
verir.  Məktəb  illəri  uĢağın  söz  ehtiyatını  ildən-ilə  artırdığı  kimi,  onun  cümlə 
tiplərinin  sayını  artırır,  mürəkkəb  cümlələrin  və  cümlə  konstruksiyalarının 
rəngarəngliyini  də  təkmilləĢdirir.  DünyagörüĢü  geniĢ,  söz  ehtiyatı  zəngin,  sözlərin 
leksik  və  məcazi  mənalarını  nitqdə  düzgün  əlaqələndirməyi  bacaran  və  dilimizin 
qrammatik  quruluĢuna  bələd  olan,  ədəbiyyat  əsas  olmaqla  digər  fənlərdən  də  fəal 
yararlanan,  ilk  növbədə,  müəllimlər  olmaqla  böyüklərin  danıĢığını,  radio-televiziya 
veriliĢlərini  diqqətlə  izləyənlərin  danıĢığı  məntiqliyi,  düzgünlüyü  və  rəvanlığı  ilə, 
sərbəst  ifadə  olunması  ilə  diqqəti  cəlb  edir.  Deməli,  nitqin  dəqiqliyi  və anlaĢıqlığı, 
fikrin  ardıcıllığı  və  məntiqliyi,  sözlərin  yerli-yerində  iĢlədilməsi  bir  daha  göstərir 
ki,  nitq  dilin  əməli  fəaliyyət  formasıdır.  Azərbaycanın  Ģair  və  mütəfəkkirləri  nitqin 
gözəlliyi,  təmizliyi,  təsirliliyi  və  s.  kimi  cəhətlərindən  min  ildən  bəri  bəhs  etsələr 
də,  nitq  mədəniyyəti  dilçilik  fənni  kimi  respublikamızda  XX  əsrin  əvvəllərindən 
formalaĢmağa  baĢlamıĢdır.  Keçən  əsrin  70-cı  illərində  Azərbaycan  Respublikası 
Elmlər  Akademiyasının  Dilçilik  Ġnstitutu  nəzdində  nitq  mədəniyyəti  Ģöbəsi 
fəaliyyətə  baĢlamıĢ,  nitq  mədəniyyəti  məsələlərinə  həsr  edilmiĢ  kitablar 
(Abdullayev  A.S.  Nitq  mədəniyyəti  və  natiqlik  sənəti.  Bakı,"Maarif"  nəĢriyyatı, 
1981;  Yusifov  M.  Nitq  mədəniyyətinin  əsasları.  Bakı,  1998;  Həsənov  H.  Nitq 
mədəniyyəti  və  üslubiyyatın  əsasları.  Bakı,  1999;  Əliyev  K.Nitq  mədəniyyəti  və 
üslu-biyyatın  əsasları.  Bakı,  2001;  Abdullayev  N.,  Məmmədov  Z.  Nitq 
mədəniyyətinin  əsasları.  Bakı,  2008;  Babayev  A.  Azərbaycan  dili  və  nitq 
mədəniyyəti.  Bakı,  2009.)  nəĢr  olunmuĢ,  80-ci  illərdən  isə  bəzi  ali  məktəblərdə 
tədris  planına  daxil  edilmiĢdir.  Nitq  mədəniyyəti  adı  altında  düzgün  və  aydın 
danıĢıb-yazmaq  sənəti,  nitqdə  müxtəlif  dil  vasitələrindən  məqamında,  eyni 
zamanda  məqsədəuyğun  Ģəkildə  istifadə  olunması,  nitqin  aydınlığı,  təmizliyi, 
münasibliyi,  imkan  daxilində  ifadəliliyi,  sözlərin  ədəbi  dilin  orfoepiya  qaydalarına 
uyğunluğu  nəzərdə  tutulur.  Deməli,  dilin  lüğət  tərkibinə  dərindən  bələd  olmaqla 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə