Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

19 
 
onun  fonetik  və  leksik  sisteminə,  eləcə  də  qrammatik  quruluĢuna  aid  olan 
müəyyənləĢmiĢ  normalara  yiyələnmək  və  gündəlik  ünsiyyətdə  ondan  faydalanmaq 
nitq  mədəniyyətidir.  Qrammatik  və  məntiqi  cəhətdən  düzgün  qurulmuĢ  cümlələrdə 
ədəbi  dilin  orfoqrafiya  və  orfoepiya  normalarının  praktik  Ģəkildə  tətbiq  olunması, 
vurğu  və  intonasiyanın  gözlənilməsi  bacarığı  nitqin  normativliyini  Ģərtləndirir. 
Dilçilər  nitq  mədəniyyəti  fənninin  məqsədini  ədəbi  dil  normalarının  danıĢıq  dilinə 
tətbiq  olunmaqdan,  ədəbi  dil  normaları  haqqında  sistemli  bilik  verməkdən,  nitq 
üslublarının  iĢlədilmə  səviyyəsini  gözləməkdən,  mədəni  nitqin  məziyyətlərini 
mənimsəməkdən,  yazılı  və  Ģifahi  nitqə  aid  normaların  bir-birinə  təsirini 
öyrənməkdən  ibarət  hesab  edirlər.  Nitq  mədəniyyətinə  verilən  tələblər  isə 
aĢağıdakı  Ģəkildə  sadalanır:  1)  Dil  vahidləri  ifadə  olunan  fikrin  məzmununa  uyğun 
seçilməli,  fikrin  dəqiq  ifadəsinə  xidmət  göstərməlidir;    2)  Fikrin  daxili  məntiqi 
əlaqəsini,  onun  komponentləri  cümlə  və  abzaslar  arasındakı  ardıcıllığı  təmin 
etməlidir;  3)  Natiq  auditoriyanın  səviyyəsini,  marağını,  hadisələrə  münasibətini 
nəzərə  almalı,  faktların  anlaĢıqlı,  inandırıcı  olmasına  xüsusi  diqqət  verməlidir;  4) 
Nitqin  həyat  hadisələrini  yanlıĢ  əks  etdirməsinə,  faktların  təhrif  olun-  masına, 
rəqəmlərin  ĢiĢirdilməsinə  yol  verməməlidir;  5)  Nitqin  emosionallığı,  ekspressiv- 
liyi  unudulmamalıdır  (18,  səh.14).  Nitq  mədəniyyətini  mədəni  nitq  və  dil 
mədəniyyəti  anlayıĢlarından  fərqləndirmək  lazımdır.  Dildən  nitqdə,  ünsiyyətdə 
istifadə  olunur.  Nitq  mədəniyyətində  dil  və  nitq  münasibətləri  bacarıqla  həyata 
keçirilir.  Nitq  mədəniyyətinin  inkiĢafı  və  formalaĢması  ədəbi  dilin  düzgünlüyü  və 
üslub  aydınlığı  ilə  əlaqəlidir.  Nitq mədəniyyəti ədəbi dil normalarının toplusu olub, 
onların  qanunauyğunluğu,  formalaĢması  və  onlara  yiyələnmək  haqqında  elmdir. 
Nitq  mədəniyyəti  xalqın  mədəni  səviyyəsi  ilə  ölçülür.  Məlumdur  ki,  mədəni 
səviyyə  xalqın  bütün  təbəqələrinin  öz  ana dilini bilməsi, ona qayğı göstərməsi, onu 
sevməsi  ilə  bağlıdır.  Azərbaycan  xalqı  uzun  əsrlər  boyu  böyük  yadelli  xalqların 
himayəsi  altında  olmuĢdur.  Azərbaycan  dili  XVI  əsrin  əvvəllərində  (1501-ci  ildən) 
Səfəvilər  hakimiyyəti  zamanı  ġah  Ġsmayıl  Xətainin  25  illik  Ģahlığı  dövrünü,  1918-
ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  tarixini  nəzərə  almasaq  dövlət 
səviyyəsinə  yaxınlaĢsa  da  xalqımız  ərəb,  fars  və  rus  hökmranlığı  altında  yaĢadı- 
ğına  görə  tam  dövlət  dili  olmamıĢdır.  Dilimiz  ədəbi  bədii,  ailə-məiĢət  və  danıĢıq 
üslubları  səviyyəsindən  yuxarı  qalxa  bilməmiĢ,  öz  arzu  və  istəklərini,  qəlb 
dünyasından  tutmuĢ  adi  məiĢət  qayğılarına  qədər  bu  dildə  ifadə  etsə  də,  elmi 
üslubda,  "Əkinçi"  qəzetinin  nəĢrə  baĢlamasına  və  milli  teatrın  meydana  gəlməsinə 
qədər  publisistik,  rəsmi-kargüzarlıq  və  natiqlik  üslublarında  öz  sözünü  deyə 
bilmirdi.  Milli  teatrın,  çoxsaylı  və  çoxtirajlı  qəzet  və jurnalların nəĢri, 1905-ci il rus 
inqilabi,  Bakının  elm,  incəsənət  və  sənaye  mərkəzinə  çevrilməsi  hesabına  milli 
dilimiz  sürətlə  inkiĢaf  etməyə,  1905-ci  ildən  orta  məktəblərdə  müstəqil  fənn  kimi 
tədris  olunmağa  baĢlamıĢ,  1920-ci  ildən  isə  dövlət  dili  elan  edilmiĢdi. 
Azərbaycanın  1937-ci  il  Konstitusiyasında  da  dövlət  dili  haqqında  maddə nəzərdə 
tutulmuĢ, lakin təsbit olunması “yaddan çıxmıĢdı”. Yalnız 1956-cı ildə Azərbaycan 
Ali  Sovetinin  qərarı  ilə  1937-ci  il  Konstitusiyasına  Azərbaycan  dilinin  dövlət  dili 
olması  barədə  maddə  yazıldı.  1978-ci  ildə  qəbul  olunmuĢ  Konstitusiyada  da  bu 
maddə  öz  əksini  tapdı.  Lakin  konstitusiya  aktlarında  Azərbaycan  dilinin dövlət dili 


20 
 
hüququ  qeyd  edilməsinə  baxmayaraq  onun  bu  hüququ  tam  mənası  ilə  təmin 
olunmurdu.  Mətbuatda,  radio-televiziya  veriliĢlərində,  təlim-tədrisdə  bu  dilə  geniĢ 
yer  ayrılsa  da,  Moskvaya,  Sovet  dövləti  və  Kommunist  partiyası  rəhbərliyinə  xoĢ 
gəlsin  deyə  respublikamızda  rəsmi  dairələrdə,  təĢkilatlarda,  dövlət  idarələrində  ana 
dilimiz  iĢlədilmirdi,  yazıĢmalar,  rəsmi-kargüzarlıq  sənədləri  bu  dildə  aparılmırdı, 
ona  sayğısızlıq  vardı.  Sovet  hakimiyyəti  illərində  partiya  və  dövlət  məclislərində, 
iclaslarda,  qurultay,  plenum,  konfrans,  simpozium  və  sessiyalarda  rəsmi  sənədlər, 
mühazirə,  məruzə  və  çıxıĢlar  rus  dilində  aparılırdı.  VII-XVIII  əsrlər  arasında 
yazılmıĢ  elmi  əsərlər  ərəb-fars  dillərində  idi,  bu  dillər  eyni  zamanda  dövlət  və 
tədris  dili  idi.  XIX-XX  əsrlərdə  isə  bu  missiyanı  artıq  rus  dili  oynayırdı.  1920-
1991-ci  illərdə  rus  dilinin  SSRĠ-də  rəsmi  dil  kimi  qəbul  edilməsi  nəticəsində  rus 
dili  aparıcı  dil,  milli  dillər  isə  ikinci  dərəcəli  dil  kimi  fəaliyyət  göstərirdi.  Deməli, 
Azərbaycanda  da  Azərbaycan  dili  məiĢət  dili  kimi  iĢlədilirdi.  Çox  Ģükürlər  olsun 
ki,  respublikamız  müstəqillik  qazanandan,  1995-ci  il  noyabrın  12-də  isə  xalqımız 
referendum  yolu  ilə  Azərbaycan  Respublikasının  Konstitusiyasını  qəbul  edəndən 
sonra  Azərbaycan  dili,  sözün  həqiqi  mənasında  rəsmi  dövlət  dili  oldu.  Burada 
yazılmıĢdır:  "Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan  Respublikası 
Konstitusiyasının  21-ci  maddəsinin  I  hissəsinə  müvafiq  olaraq  Azərbaycan  dilidir. 
Dövlət  dilini  bilmək  hər  birAzərbaycan  Respublikası  vətəndaĢının  borcudur".  Ġndi 
Azərbaycan  dili  dövlət  dili  kimi  ölkəmizin  siyasi,  ictimai,  iqtisadi,  elmi  və  mədəni 
həyatının  bütün  sahələrində  iĢlədilir.  Hər  il  avqust  ayının  1-i  Azərbaycan 
Respublikasında  Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  günü  kimi  qeyd  edilir. 
Azərbaycan  dili  dövlət  statusu  alandan  sonra  dil  üslubları  da  iĢlənmə  geniĢliyi 
qazandı,  bədii  və  məiĢət  üslubları  ilə  yanaĢı  elmi,  publisistik  və  rəsmi-kargüzarlıq 
üslubları  da  tam  hüquqlu  dil  üslubları  kimi  inkiĢafının  yüksək  səviyyəsinə  doğru 
qalxmaqdadır.  Dilsiz  nitq,  nitqsiz  mədəniyyətin  olmadığını  nəzərə  alsaq,  nitq 
mədəniyyəti  də  bu  axına  qoĢulmuĢdur.  Nitq  mədəniyyəti  1920-1960-cı  illərdə  ən 
çox  dil  mədəniyyəti,  yazı  mədəniyyəti  terminləri  ilə  verilirdisə,  1960-cı  ildən  sonra 
nitq  mədə-niyyəti  artıq  dilçiliyin  müstəqil  bir  sahəsi  kimi  fəaliyyət  göstərməyə 
baĢlayır,  1978-1992-ci  illərdə  "Nitq  mədəniyyəti  məsələləri"  adlı  məcmuələr  nəĢr 
etdirilir.  Hazırda  X  sinfin  Azərbaycan  dili  dərsliyində  nitq  mədəniyyətinə  xüsusi 
bölmə  ayrılmıĢdır.  Elmi-texniki  inqilabın  müvəffəqiyyətlə  həyata  keçirilməsində 
və  yeni  insan  tərbiyəsi  kimi  çox  mühüm  iĢdə  normallaĢdırılmıĢ  dil quruculuğunun, 
yəni  nitq  mədəniyyətinin  durmadan  yüksəlməsinin  böyük  əhəmiyyəti  vardır. 
Xalqımız sözü, gözəl nitqi, xüsusən də danıĢığı həmiĢə yüksək qiymətləndirmiĢdir. 
"XoĢ  söz  könül  açar,  ucuz  söz  qan  qaraldar",  el  arasında  sözünün  yerini  bilənə, 
gözəl  danıĢana  "Dilinə  qurban",  "Özünə  də  qurban,  sözünə  də",  yersiz  danıĢana, 
məqamını  gözləməyənə  "Əvvəl  düĢün,  sonra  danıĢ",  "Dilin  qurusun",  "Nə  özünü 
bilir, nə sözünü", "Sözünü yeyəsən", "Ağzının qaytanı yoxdur", "Ağzından qan iyi 
gəlir"  -  demiĢlər.  Bir  bayatıda  "Məclisdə  məqam  gözlə,  Hər  sözün  öz  yeri  var"  - 
deyə  sözün  məqamını  gözləmək  tövsiyəsi  verilir.  Belə  yanaĢmaya  atalar  sözləri, 
zərb-məsəllər  və  aforizmlərdə  də  rast  gəlirik:  "Dadlı  söz  dost  qazandırar,  acı  söz 
düĢmən", "DanıĢan dağı aĢar, danıĢmayan yolu çaĢar", "Ġki dinlə, bir söylə", "Sözü 
əvvəl  ağzında  biĢir,  sonra  düĢür".  Bütün  bunlar  Azərbaycan  türklərinin  -  biz 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə