13
kimlərlə danıĢdığını bilmək və bunları mütləq nəzərə almaq vacibdir. Bu, nitq
mədəniyyətinin əsas Ģərtidir. Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət
tərkibinə dərindən bələdlik, onun fonetik, leksik-semantik, frazeoloji və qrammatik
normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir.
Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün
əlaqələndirməyi bacaran, geniĢ erudisiyalı insan öz fikrini çətinlik çəkmədən
məntiqi cəhətdən ifadə etmək qabiliyyətində olur.
Sual və tapĢırıqlar
1. Nitq mədəniyyəti fənninin məqsədi nədir?
2. "Mədəniyyət" sözü hansı dildən alınmıĢdır və mənası nədir?
3. Mədəniyyət və nitq mədəniyyəti terminlərini izah edin.
4. Nitq mədəniyyətinin əsas Ģərti nədir?
5. Düzgün nitq nədir? Hansı nitq forması düzgün hesab olunur?
6. Hansı Ģəxs öz fikrini elmi və məntiqi cəhətdən düzgün qura bilir?
7. Dəqiq nitq dedikdə nə baĢa düĢülür? Hansı adamın nitqi dəqiq olur?
ÇalıĢma 1. Mətndə mədəniyyət sözünün iĢlənmə məqamlarına fikir verin:
Məktəb xalqın mənəvi beĢiyidir. Məktəbdə təkcə yazıb-oxumağı, hesablamağı və
müxtəlif elmlərin sirlərini öyrətmirlər, həmçinin birgə yaĢayıĢ qaydaları öyrədilir.
Məktəbdə vətənin çoxəsrlik mədəniyyəti yaĢayır. Müəllimlər Ģagirdlərə dönə-dönə
xatırladırlar: - "Məktəbinizi və dövlətimizi sevin, elmli və mədəniyyətli olaraq
məmləkətimizi çiçəklənən bir dövlətə çevirək". Məktəb bizə təkcə təhsil yox, həm
də tərbiyə verir, mə-dəniyyət aĢılayır. Məktəbdə müəllimlər və Ģagirdlərlə ünsiyyət
saxlamaq hamıya sevinc və mənəvi zövq bəxĢ edir. Hər bir dövlət üçün məktəb
böyük rola malikdir. Savadlı insanlar olmadan elm və mədəniyyətin inkiĢafı qeyri-
mümkündür. Ġnsanın məktəbə, təhsilə, elmə münasibəti onun daxili
mədəniyyətindən irəli gəlir, onun xeyirxahlığı, millətinə sayğısı, məhəbbəti təkcə
davranıĢı və hərəkətlərində deyil, nitq qabiliyyətində, Ģüur və düĢüncəsində də
özünü
göstərir.
Məktəbə
müqəddəs
yer,
elm
məbədi kimi baxmaq,
mənəviyyatımızı qurmaq, mədəniyyətimizi formalaĢdırmaq və gələcək nəsillərə
çatdırmaq hər bir insanın borcudur.
ÇalıĢma 2. Sözlərdən istifadə edərək ədəbi dilin qrammatik normalarına uyğun
cümlələr düzəldin:
1) Azərbaycan, qanlı, mübarizə, qurmaq, xalq, müstəqil, düĢmən, müstəqil, qalib
gəlmək, dövlət
2) hər, uğrunda, öz, müstəqillik, olmaq, bir, daima, xalq, hazır, mübarizə
3) millət, azadlıq, qazanmaq, etmək, bir, hər, öz, və, müdafiə, öz
ÇalıĢma 3. Sözlərin aĢağıdakı tələffüz formalarından hansının orfoepik normaya
olduğunu müəyyənləĢdirin:
ev/əv/öy,
qədeĢ/kardeĢ/qardaĢ,
gejə/gecə,
murtda/yumurtda/yumurta,
biznən/biziynən/ bi- zimlə, daĢdı/daĢlı, qarannıq/qaranıx/ qarannıx/qaranlıq,
qızlar/qızdar/qızzar, xəbərlər/ xəbərrər
14
ÇalıĢma 4. Akademiyada bir tədbirin keçiriləcəyi haqqında elan (bildiriĢ) yazın.
Elanın yazılma formasını qısaca qeyd edin.
Nitq mədəniyyətinin tarixindən
Nitq mədəniyyəti eramızdan əvvəl qədim Yunanıstan və Romada həm sənət, həm
də elm kimi formalaĢmıĢdır. Təsadüfi deyildir ki, bu yerlərdə natiqlik sənəti çox
geniĢ yayılmıĢ, istedadlı natiqlər xalqın böyük hörmət və məhəbbətini
qazanmıĢdılar. Məhz onların hesabına, onların fəsahətli və bəlağətli (incə, aydın,
gözəl) danıĢığı sayəsində Yunanıstan və Roma nitq mədəniyyəti elminin, natiqliyin
vətəni hesab olunur. Qədim Yunanıstanda məhkəmə iclasları, bayramlar, yas
mərasimləri, idman yarıĢları - olimpiadalar, dostluq görüĢləri açıq havada, çoxsaylı
insanların əhatəsində keçirildiyindən xalqın hörmətini qazanmıĢ natiqlər çıxıĢ
edərdilər. Çiçəklənmə dövrü keçirən yunan ədəbiyyatı (Ezopun təmsilləri, Esxilin
safokları, Evripidin faciələri, lirik Ģeirləri, Aristofanın komediyaları, eyni zamanda,
teatr tamaĢaları, Herodotun tarixĢünaslığa aid əsərləri və s.) bəlağətli nitqin
meydana gəlməsinə böyük kömək göstərirdi. Burada 14 illik natiqlik məktəbləri (7
yaĢdan 21 yaĢadək) təĢkil olunurdu. Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik,
ədəbiyyat, natiqlik sənəti öyrədilirdi. Sokrat (e.ə.469-399), Platon (Əflatun,
e.ə.430-347), Aristotel (Ərəstun, e.ə. 384-322), Demosfen (e.ə.384-322) fəlsəfi və
humanitar elmlərin bu gün də öz qiymətini saxlayan sənət incilərini insanlığa bəxĢ
etmiĢlər. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuĢ və sistemini
yaratmıĢlar. Aristotel 20 il Platonun Ģagirdi olmuĢ, 343-335-ci illərdə Yunanıstanın
hökmdarı olacaq Ġsgəndərin tərbiyəçisi iĢləmiĢ, məntiq, psixologiya, təbiətĢünaslıq,
etika, siyasət, tarix, poeziya və ritorikaya aid bir sıra qiymətli əsərlər yazmıĢdır. O,
"Siyasət","Poetika", "Məntiq", 3 kitabdan ibarət "Ritorika" əsərləri ilə nitq
mədəniyyətini elm səviyyəsinə yüksəltmiĢ, insan nitqi və onun fəlsəfi
problemlərini üslub məsələləri ilə əlaqələndirmiĢ, natiqlik sənətinin əsaslarını
vermiĢ, ritorikanın bütöv fundamental elmi sistemini yaratmıĢdır. Nitq
mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz mədəniyyəti, düzgün
danıĢmaq və yazmaq sənəti, nitq vasitələrindən məqsədəuyğun Ģəkildə, yerli-
yerində, səmərəli istifadə mədəniyyəti olmasını Demosfen öz Ģəxsi həyatında, öz
üzərində yerinə yetirdiyi gərgin əmək sayəsində sübut etmiĢdi. O dövrün tarixçi-
filosoflarının yazdığına görə Demosfen öz üzərində gərgin çalıĢmaqla ən məĢhur
natiq səviyyəsinə yüksəlmiĢdi. Yunan natiqlik məktəbinin parlaq ulduzu
Demosfenin 61 nitqi, 56 çıxıĢı, 6 məktubu dünya natiqlik mədəniyyətinin
inkiĢafında mühüm mərhələ olmuĢdur. Natiqlik sənəti Yunanıstan mərhələsindən
sonra Roma dövrünə qədəm qoyur. Eramızdan əvvəlki son yüzillikdə Roma
Yunanıstanı iĢğal etməklə Ellin mədəniyyətinə də yiyələndi. Hümanitar elmlər
estafetini qəbul edən Romanın alim və ictimai xadimləri poetikanın, qrammatika
və ritorikanın nəzəri problemlərini sistemləĢdirdilər, natiqlik sənətinin sirlərini və
onlara yiyələnmək yollarını bütün incəliklərinə qədər izah və Ģərh etdilər. Mark
Tulli Siseron (e.ə.106-43), Yuli Sezar (e.ə.102-44), Mark Yuni Brut (e.ə. 85-43)
kimi alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada Ģöhrətləndir-
Dostları ilə paylaş: |