DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə24/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   281

Економиксин принсипляри 

 

41 



əmtəə  və  xidmətlər  istehsalında  istifadə  etmək  üçün  əldə  edirlər.  Ev  təsər-

rüfatları  isə  bunları  öz  növbəsində  müvafiq  bazarlardan  əldə  etmişlər. 

Beləliklə, istehsal amilləri ev təsərrüfatlarından firmalara, əmtəə və xidmətlər 

isə firmalardan ev təsərrüfatlarına «axır». 

Qrafikin  xarici  oxları  pul  vəsaitlərinin  axın  hərəkətini  əks  etdirir.  Ev 

təsərrüfatları  pulu  firmalardan  əmtəə  və  xidmətlər  almaq  üçün  istifadə  edir. 

Firmalar  gəlirlərinin  bir  hissəsini  istehsal  amillərinin  (məsələn,  işçilərin  əmək 

haqqını) xərcini ödəmək üçün  yönəldir.  Qalan  hissə firma mülkiyyətçilərinin, 

eyni zamanda ev təsərrüfatlarının üzvləri hesab olunanların mənfəətini özündə 

əks etdirir. Beləliklə, əmtəə və xidmətlərə xərclənən pul vəsaitləri ev təsərrüfat-

larından  firmalara,  pul  gəlirləri  isə  əmək  haqqı,  renta  və  mənfəət  formasında 

firmalardan ev təsərrüfatlarına daxil olur. 

İndi  isə  gəlin,  bizim  modeldə  dollarla  ifadə  olunan  banknotların  bir 

adamdan başqasına hərəkət edən  yolu  izləyək.   Fərz edək  ki,  ilk  olaraq  dollar 

bizim ev təsərrüfatına məxsusdur və bizim pul qabındadır. Əgər siz, bir fincan 

kofe icmək istəyirsinizsə, onda öz dollarınızı əmtəə və xidmətlər bazarlarından 

birinə  göndərirsiniz,  daha  doğrusu,  onu  yaxınlıqdakı  barlardan  birinə 

aparırsınız.  Orada  siz  bir  fincan  sevimli  içkinin  dəyərini  dollarla  ödəyirsiniz. 

Dollar  xəzinəyə  daxil  olduqda,  firma  sahibinin  gəlirinə  çevrilir.  Lakin  dollar 

xəzinədə  qalmır,  belə  ki,  firma  onu  istehsalın  ilkin  amillərinin  ödənilməsinə 

istifadə  edir  (məsələn,  binanın  icarə  dəyərinə  və  işçilərin  əmək  haqqına). 

İstənilən halda dollar ev təsərrüfatlarından birinin gəlirinə  çevrilir və kiminsə 

pul qabında görünür. Daha sonra isə dollarla ifadə olunan banknota çevrilərək 

yeni aləmə səyahətə çıxır. 

Dövriyyə axını qrafiki (şəkil 2.1.) – iqtisadiyyatın ən sadə modellərindən 

biridir  və  onda  müxtəlif,  mövcud  halda  isə  bizim  üçün  əhəmiyyəti  olmayan 

hissə iştirak etmir. Nisbətən mürəkkəb, real dövriyyə axınına yaxın olan model 

dövlətin  gəlirləri,  xərcləri  və  beynəlxalq  ticarət  axınını  özündə  birləşdirə 

bilərdi.  Özünün  sadəliyi  və  aydınlığına  görə  dövriyyə  qrafiki  iqtisadiyyatın 

müxtəlif  tərkib  hissələrinin  birgə  fəaliyyətinin  öyrənilməsində  geniş  istifadə 

olunur. 

 

 



 

 

Kompaniyanın gəliri                   Əmtəə və xidmətlər bazarı                      Xərclər 




Н. Грегори Менкйу 

 

 



42 

                                                    

 

           



 

ġəkil 2.1. Dövriyyə axınının qrafik təsviri 

 

Qrafik  təsvirdə  iqtisadiyyatın  təşkilati  strukturu  sxematik  olaraq  ve-



rilmişdir.  Qərar  əmtəə  və  xidmət  bazarlarında  (ev  təsərrüfatları  –  alıcılar, 

firmalar  –  satıcılar)  və  istehsal  amilləri  bazarlarında  (firmalar-alıcılar,  ev 

təsərrüfatları  –  satıcılar)  qarşılıqlı  fəaliyyətdə  olan  ev  təsərrüfatları  və  fir-

malar tərəfindən qəbul edilir. 

 

Bizim ikinci model: istehsal imkanları həddi 

Dövriyyə qrafiki axınının əksinə olaraq, əksər iqtisadi modellər riyazi metodlar 

üzrə qurulur. Biz burada istehsal imkanları həddi adlanan ən sadə modellərdən 

birinə baxaq və onun bir sıra əsas iqtisadi prinsipləri necə əks etdirdiyini təhlil 

edək. 


Real  iqtisadiyyatda  hər  gün  on  minlərlə  əmtəə  və  xidmətlərin  meydana 

gəlməsinə baxmayaraq, belə şəraitdə avtomobillər və kompüterlərdən ibarət iki 

əmtəə  növünün  istehsal  edildiyi  sadələşmiş  iqtisadiyyata  nəzər  salaq. 

Сатылажаг 

ямтяя вя 

хидмятляр 

Фирма сатыр  

 

Ев тясяррцфаты алыр



 

Алынмыш 


ямтяя вя 

хидмятляр 

Дахил 

олмуш 


истещсал 

васитяляри 

Истещсал амилляри базары 

 

Ев тясяррцфатлары сатыр  



Фирмалар алыр 

Ямяк, 


торпаг вя 

капитал 


Фирмалар ямтяя вя хидмятляр 

истещсал едир вя сатырлар. Истещсал 

амилляри жялб едир вя истифадя 

едирляр 


Ев тясяррцфатлары ямтяя вя 

хидмятляр алыр вя истещлак едир. 

Истещсал амилляриня маликдир вя 

юз мцлкцнц фирмалара сатыр. 

Ямяк щаггы, рента вя 

мянфяят 


Ев тясяррцфатларынын 

эялирляри 

Ямтяя вя хидмятляр ахыны 

Пул вясаитляринин ахыны

 



Економиксин принсипляри 

 

43 



Avtomobil  və  kompüter  sənayesi  iqtisadiyyatın  bütün  amillərindən  istifadə 

edir. 


İstehsal imkanları həddini əks etdirən qrafik firmalar tərəfindən konkret 

istehsal  amillərinin  və  istehsal  texnologiyalarının  istifadəsi  zamanı  istehsal 

nəticələrinin  müxtəlif  səviyyələrini  nümayiş  etdirir  (bizim  misalda 

avtomobillər və kompüterlər). 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



 

 

ġəkil 2.2. Ġstehsal imkanlarının həddi yaradılmalıdır. 

 

İstehsal  imkanlarının  həddi    iqtisadiyyatda  istehsal  imkanlarının 

mümkün  olan  nisbətini-mövcud  halda  avtomobil  və  kompüterlərin  müvafiq 

səviyyəsini  göstərir.  İqtisadiyyatın  fəaliyyətinin  nəticələri  əyrinin  istənilən 

nöqtəsində,  yaxud  da  hədlərin  daxilində  ola  bilər.  Müəyyən  kəmiyyətdə 

verilmiş  resursla  istehsal  imkanları  hədlərindən  kənarda  hər  hansı  hərəkət 

nöqtəsinə nail olmaq iqtisadiyyatda mümkün deyildir. 

Əgər  iqtisadiyyatın  bütün  resursları  avtomobil  istehsalına  yönəldilmiş 

olarsa, biz heç bir kompüter əldə etmədən 1000 avtomobil istehsal edə bilərik. 

Əgər  bütün  resurslar  kompüterin  hazırlanmasına  yönəldilmiş  olarsa,  onda 

iqtisadiyyat 3000 hesablayıcı maşın ala bilər, avtomobili isə o, xaricdən almalı 

olacaqdır.  Bu  ekstremal  vəziyyət    istehsal  imkanları  həddi  qrafikinin  iki  son 

nöqtəsində  göstərilmişdir.  Əgər  biz  resursları  iki  istehsal  sahəsi  arasında 

bərabər  səviyyədə  böləriksə,  700  avtomobil  və  2000  kompüter  əldə  etmiş  

olarıq (qrafikdə A nöqtəsi). D nöqtəsi bizim malik olduğumuz məhdud resur-

slar şəraitində istehsalına heç zaman nail ola bilməyəcəyimiz istehsal həcmini 

 

Д 

                



                 300                                              600

     

700                        



1000

 

 



3000 

 

2200 



2000 

 

 



1000 

 



Истещсал 

компцтерляринин 

мигдары 

Истещсал 

имканларынын 

щядляри 


Истещсал едилмиш 

автомобиллярин 

мигдары 

 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə