DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə25/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   281

Н. Грегори Менкйу 

 

 



44 

göstərir.  Başqa  sözlə,  iqtisadi  fəaliyyətin  nəticələri  istehsal  imkanlarının 

həddində, yaxud əyrinin daxilində ola bilər. Lakin ondan kənarda ola bilməz. 

Əgər  əlverişli  olan  məhdud  resurslardan  istifadə  olunmaqla  maksimum 

mümkün  nəticə  əldə  edilirsə,  hesab  edirik  ki,  iqtisadiyyat  səmərəli  işləmişdir. 

İstehsal imkanları həddindəki nöqtə buraxılışın səmərəli səviyyəsini əks etdirir. 

Əgər əmtəə istehsalının həcmi A nöqtəsinə uyğun gəlirsə, onda iqtisadiyyatın 

bir  əmtəənin  istehsalını  artırmaq  üçün  digərini  azaltmaqdan  başqa  imkanı 

yoxdur. 

  nöqtəsi  iqtisadiyyatın  səmərəsiz  fəaliyyətinə  uyğun  gəlir  və  bu  za-



man yalnız 300 avtomobil və 1000 kompüter istehsal olunur. Bu,  o deməkdir 

ki, firmanın sərəncamında olan resusrların verdiyi imkanlardan xeyli az əmtəə 

istehsal olunmuş və ola  bilsin ki, bu hal işsizliyin həddən artıq  yüksək olması 

ilə  əlaqədardır.  Əgər  səmərəsiz  fəaliyyətin  səbəbləri  aradan  qaldırılarsa, 

avtomobil  istehsalı  700-ə,  kompüter  istehsalı  isə  2000-ə  qədər  yüksələrsə, 

iqtisadiyyat 

 nöqtəsindən A nöqtəsinə keçə bilər. 



İqtisad  elminin  on  prinsipindən  birində  deyilir  ki,  insan  seçir.  İstehsal 

imkanlarının  həddi  cəmiyyətin  rastlaşdığı  seçimi  göstərir.  Əgər  biz,  imkan-

larımız həddində istehsalın səmərəli səviyyəsinə çatmışıqsa, bir əmtəənin isteh-

salının  artırılmasının  yeganə  üsulu  digərinin  azaldılması  hesabına  ola  bilər. 

cəmiyyət  bəzi  istehsal  amillərinin  avtomobil  sənayesindən  kompüter  sahəsinə 

yenidən bölgüsünü apararkən, 100 avtomobil itirib əvəzində əlavə 200 kompü-

ter əldə edir iqtisadiyyat A nöqtəsindən S nöqtəsinə hərəkət edir. Başqa sözlə, 

iqtisadiyyat  A  nöqtəsində  olarkən  200  kompüterin  alternativ  istehsal  xərcləri 

100 avtomobil təşkil edir. 

Fikir verin ki, istehsal imkanlarının hədd əyrisi (qr.2.2.) kənara əyilmiş-

dir.  Onun  forması  göstərir  ki,  avtomobilin  alternativ  istehsal  xərcləri  hər  bir 

əmtəənin  buraxılma  kəmiyyətindən  asılıdır.  İqtisadiyyat  avtomobil  istehsalı 

üçün resursların  daha  çox  hissəsini  istifadə  edirsə,  istehsal  imkanlarının  həddi 

daha  gərgin  keçir.  Əgər,  hətta  avtomobil  kompüter  istehsalı  sexlərində  ciddi 

disk (dairə istehsal), meqabayt (yüksək səviyyəni göstərir) və monitor mütəxəs-

sisləri  tərəfindən  yığılırsa  belə,  istehsal  edilən  avtomobilin  hər  vahidinin 

azalması o deməkdir ki, iqtisadiyyat əhəmiyyətli dərəcədə çox kompüter əldə 

etmiş olur. Və əksinə, iqtisadiyyat resursların daha çox hissəsini kompüterlərin 

istehsalına istifadə edirsə, istehsal imkanları həddi kifayət qədər mailli olur. Bu 

halda,  resurslar  daha  çox  kompüter  istehsalı  üçün  əlverişli  olur  və  həmin 

sahədə  qalır,  onda  hər  bir  «doğulmamış»  avtomobil  kompüterlərin  çox  da 

əhəmiyyətli olmayan səviyyədə artırılmasına səbəb olur. 

İstehsal  imkanları  həddi  əyrisi  müəyyən  müddətdə  müxtəlif  əmtəələrin 

istehsal  həcminin  qarşılıqlı  asılılığını  əks  etdirir.  Məsələn,  əgər  tətbiq  olunan 

qabaqcıl  texnika  həftə  ərzində  fəhlələrin  istehsal  etdikləri  kompüterlərin 

kəmiyyətini  artırmağa  imkan  verirsə,  iqtisadiyyat  daha  çox  təşkilati  texnika 

əldə  edər  və  eyni  zamanda  avtomobil  istehsalının  həcmi  dəyişməmiş  qalar. 



Економиксин принсипляри 

 

45 



Nəticədə, istehsal imkanları həddi sağdan yuxarı, kənara (qrafik 2.3.) dəyişmiş 

olar.  Nəticə  etibarilə  istehsalın  iqtisadi  artımı  A  nöqtəsindən  E  nöqtəsinə 

dəyişər, cəmiyyət isə çox avtomobil və kompüter əldə edər. 

İstehsal imkanları həddinin təhlili mürəkkəb iqtisadi reallıq xatirinə onun 

fundamental prinsiplərinin sadələşdirilməsini nəzərdə tutur. Biz ondan istifadə 

etdik  ki,  bir  sıra  anlayışları  əyani  şəkildə  göstərək.  Bu  haqda  səmərəlilik, 

seçim,  alternativ  xərclər  və  iqtisadi  artım  adlanan  1-ci  fəsildə  qısa  olaraq 

danışılmışdır. İqtisad elmini öyrənərkən biz onların müxtəlif təzahür formaları 

ilə  tez-tez  rastlaşmalı  olacağıq.  İstehsal  imkanlarının  həddi  onların  üzərində 

düşünməyin sadə üsullarını nəzərdə tutur. 

 

 

 



 

 

 



 

 

ġəkil 2.3. Ġstehsal imkanları hədlərinin dəyiĢməsi 

 

Kompüter  istehsalında  qabaqcıl  texnologiyadan  istifadə  olunması 

istehsal  imkanlarının  həddini  kənara  dəyişdirir,  istehsal  olunan  avtomobil  və 

kompüterlərin miqdarını artırır. 

 

Mikroiqtisadiyyat və makroiqtisadiyyat 

Elmdə  bir  çox  fənlər  müxtəlif  səviyyələrdə  öyrənilir.  Məsələn,  biologiyanı 

götürək.  Mütəxəssislər  molekulyar  biologiya  sahəsində  canlı  cismin  təşkil 

olunduğu kimyəvi tərkibləri öyrənir. Hüceyrə quruluşlu orqanizmlər sahəsində 

mütəxəssislər  çoxlu  miqdarda  kimyəvi  elementlərdən  ibarət  olan  hüceyrələri 

öyrənir və eyni zamanda onlar canlı orqanizmin tərkib hissələri hesab olunur. 

Təkamül  nəzəriyyəsi  üzrə  ixtisaslaşan  mütəxəssislər  əsrlər  və  minilliklər 

ərzində  canlıların  növlərini,  bitki  siniflərini  və  onların  dəyişilmələrini 

öyrənirlər. 

İqtisadiyyat  da  başqa  sahələrdə  olduğu  kimi,  müxtəlif  səviyyələrdə 

öyrənilir.  Biz  ayrı-ayrı  ev  təsərrüfatları  və  firmalarda  qərar  qəbul  edilmək 

prosesini  təhlil  edər  və  əmtəə  xidmətlər  bazarında  qarşılıqlı  əlaqələri  tədqiq 

edərik,  yaxud  da  bütövlükdə  iqtisadiyyatın  fəaliyyətini,  daha  doğrusu 

subyektlərin  bütün  bazarlarda  qəbul  etdikləri  qərarların  məcmusunu  araşdıra 

bilərik. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə