Dərsotağı, dərs cədvəli Məhsəti küç., 11 (Neftçilər kampusu), saylı otaq



Yüklə 106,39 Kb.
tarix14.10.2017
ölçüsü106,39 Kb.
#4742
növüDərs

SYLLABUS

Ümumi məlumat

Fənnin kodu və adı

BİO405 İmmunology

Kreditlərin sayı

3 kredit

Departament

Bioloji elmlər

Proqram

Bakalavr

Tədris semestri

2015 Yaz

Fənni tədris edən müəllim

İradəXəlilova (PhD)

E-mail

ikhalilova@khazar.org

Telefon

+994 12 421 6335 (214)

Dərsotağı, dərs cədvəli

Məhsəti küç., 11 (Neftçilər kampusu), ___ saylı otaq

Mühazirə/Seminar məşğələ: Çərşənbə axşamı 12:00-13:20; 13:40-15:00



Məsləhət saatı

Çərşənbə günü, saat 16.00-18.00

Prerekvizitlər

Yoxdur

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Seçmə

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

  1. Хаитов П.М. Иммунология. Учебник. 2009. 320c.

  2. Ковальчук Л.В. Иммунология практикум. Учебное пособие. 2010.

Əlavə vəsaitlər:

  1. Ковальчук Л.В., Ганковская Л.В., Мешкова Р.Я. Аллергология ииммунология с основами общей иммунологии. 2011,Е-Books, Медицинская библиотекаhttp://www.booksmed.com/allergologiya-immunologiya/2011-klinicheskaya-immunologiya-i-allergologiya-s-osnovami-obshhej-immunologii-kovalchuk-uchebnik.html

  2. Ярилин И.И. Иммунология. Учебник. 2012, E-Books, Медицинская библиотека. http://www.booksmed.com/allergologiya-immunologiya/2171-immunologiya-yarilin-a.a.-uchebnik.html

  3. Цинкернагель Р. Основы иммунологии.2008.  Учебное пособие. E-Books, Медицинская библиотекаhttp://www.booksmed.com/allergologiya-immunologiya/2132-osnovy-immunologii-cinkernagel-uchebnoe-posobie.html

Köməkçi –WEB mənbələr

http://vslovar.org.ru/21117.html

https://www.youtube.com/watch?v=IWMJIMzsEMg

https://www.youtube.com/watch?v=zQGOcOUBi6s

https://www.youtube.com/watch?v=Nj8EH0S9cug

Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktik tapşırıqlar

x

Praktik məsələnin təhlili

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət

Semestrin sonunda

5

Fəallıq

Hər dərs

5

Yoxlama işi (Quiz)

Semestr ərzində 2 dəfə

10

Prezentasiya

Semestr ərzində

10

Aralıq imtahanı

Cədvəl üzrə

30

Final imtahanı

Cədvəl üzrə

40

Yekun




100

Kursun təsviri

Immunologiya kursu immunitetinbioloji əsaslarının molekulyar və hüceyrə səviyyəsində hərtərəfli öyrənilməsini əhatə edir.Kursun gedişində orqanizmin normal immun cavabı, anadangəlmə və qazanılmış immunitet, immun çatışmamazlıq, autoimmun patologiyalar, immunitetin klinik diaqnostikası, profilaktikası vəimmunoloji müalicə üsulları, və həmçininimmunoloji elmi tədqiqat üsulları haqda ətraflı məlumat veriləcəkdir.

Kursun məqsədi

  • Tələbələrə orqanizmin immun sisteminin quruluşu, funksiyaları və immun cavabın xüsusiyyətlərini mənimsətməkdir.

  • Tələbələrə immunitetin orqanizm üçün mühüm əhəmiyyət kəsb etdiyini və orqanizmin digər mühüm sistemlərlə qarşılıqlı əlaqəsinin rolunu mənimsətməkdir.

  • Tələbələrə immunoloji tədqiqatların hazırkı və gələcək elmin inkişafı üçün vacibliyini mənimsətməkdir.

  • Tələbələrin akademik potensialını aşkarlamak, onları elmə həvəsləndirmək və bu işdə onları dəstəkləməkdir.

Tədrisin (öyrənmənin) nəticələri

Tələbələr kursun sonunda nəyi bilməlidirlər:

  • Çoxhüceyrəli orqanizmlərin, xüsusilə insanınimmun sisteminin quruluşunu və funksiyalarını

  • Orqanizmdə immun cavabın molekulyar və hüceyrəvi əsaslarını

  • Patogenin tanınması və məhv edilməsində orqanizmin immun mexanizmlərini

  • Anadangəlmə və qazanılmış immunitetin prinsiplərini

  • Antigenlərin və antitellərin quruluşunu, müxtəlifliyini, xüsusiyyətlərini və təsir mexanizmlərini

  • Allergik reaksiyalar, allergenlər və onların təyin edilməsi üsullarını

  • İmmunopatoloji xəstəliklərin molekulyar və hüceyrəvi əsaslarını

  • Autoimmun xəstəliklərin patogenezinin əsaslarını

  • İmmunodefisitliyin prinsiplərini

  • İmmunoloji diaqnostika, profilaktika və müalicə üsullarının əsas prinsiplərini

  • Elmi tədqiqat işlərində immunoloji reaksiyaların və testlərin mühüm rolunu

  • Elmi-tədqiqat işlərində antigen-antitel reaksiyalarının molekulyar əsaslarını və alınan nəticələrin qiymətləndirilməsini

Qaydalar

(tədris siyasəti və davranış)

Dərsin təşkili


Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Təcrübə məşğələləri zamanı müvafiq əyani vasitələrdən də istifadə etməklə yeni mövzu daha ətraflı müzakirə ediləcək və tələbələrə praktik vərdişlər öyrədiləcəkdir. Hər bir təcrübə məşğələ dərsində tələbələrə əvvəlki mövzuya aid suallar veriləcək və semestrin sonunda alınan nəticələrə əsasən tələbələrin fəallığı qiymətləndiriləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Semestrin əvvəlində tələbələrə fənnin müxtəlif bölmələrinə aid prezentasiya mövzuları tapşırılacaqdır. Tələbələr hər bir dərs ərzində müvafiq mövzular üzrə hazırladıqları prezentasiyanı təqdim etməlidirlər.
Ümumi qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Gecikmə

Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə,onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.



Yoxlama işi (Quiz)

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmək yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır. Aralıq və yekun imtahanların mövzuları tələbələrə imtahandan öncə verilir. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.



Tələbənin kursu başa vurması

60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.



İmtahan qaydalarının pozuntuları

İmtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri, köçürmələr, imtahanın gedişini pozmaq və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur.



Dərslərdə davranış

Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.



Dərs zamanı mobil telefonlardan və digər elektronik cihazlardan istifadə qəti qadağandır!


MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN

Həftə

Tarix

(planlaşdırılmış)

Mövzular

Saatlar

Qeyd:

Tələbələrə verilən material –gündəlik mühazirədir



Mühazirə

Təcrübi məşğələ

1

27.01.2015

İmmunologiyanın qısa tarıxı, məqsədi və vəzifələri.Çoxhüceyrəli orqanimzmlərdə immun müdafiə - immunitet haqqında anlayış.

2







İmmun sistemin quruluşu və funksiyaları. Orqanizmdəmüdafiyənin bioloji mexanizmləri.




2




2

03.02.2015

İmmun sistemin əsas komponentləri. Orqanizmdə immun sistemin idarə edilməsinin orqan-sirkulator prinsipi. İmmun sistemin mərkəzi və periferik orqanları, müxtəlif genezli (mezo-, ekto- və entodermal) hüceyrələri.

2







Qara ciyərin hüceyrə tərkibi. Orqanizmin selikli təbəqəsinin və dərinin limfoid toxuması. Müvafiq mövzuda video-materialın nümayişi.




2




3

10.02.2015

İlkin müdafiə mexanizmi. Orqanizmin patogeni tanıma reseptorları. Normal killer hüceyrələr. Komplement sistemi və onun aktivləşməsinin klassik və alternativ yolları.

2







Endogen peptidlər – antibiotiklər və onların orqanizm üçün əhəmiyyəti. Faqositoz prosesi və faqositə edilmiş materialın fermentativ həzmi mexanizmi.. Müvafiq mövzuda videomaterial.Laboratoriyada komplementin ümumi miqdarının təyini.




2




4

17.02.2015

Orqanizmdə immun cavab. İmmun cavabın əsas vəzifələri, əlamətləri və inkişaf mərhələləri.

2







İmmun cavab zamanı hüceyrələrin qarşılıqlı əlaqələrinin mexanizmləri. Hüceyrəarası adgeziya molekulları. Sitokinlər və xemokinlər. İmmunoloji yaddaş. Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2




5

24.02.2015

İmmunoqlobulinlər, onların müxtəlif sinifləri və immun cavabda rolu. İmmunoqlobulinlərin molekulyar quruluşu və müxtəlif formaları. Antitellər haqda anlayış.

2







Antigenlərin və antitellərin birləşməsi mexanizmləri. Epitop, avidlik və afinlik anlayışları. Laboratoriyada antitellərin keyfiyyət və kəmiyyət reaksiyalarının qoyulması.




2




6

03.03.2015

B- və T-limfositlər, onların oxşar və fərqli xüsusiyyətləri. B- və T-limfositlərin antigen reseptorları. B- və T-limfositlərin differensasiya prosesləri və subpopulyasiyaları.

2







B- və T-limfositlərin qaşılıqlı əlaqələri.Laboratoriyada qandan limfositlərin və neytrofillərin ayrılması, B- və T-limfositlərin və subpopulyasiyalarının təyin edilməsi, neytrofillərin miqrasiyası reaksiyasının təyin edilməsi.




2




7

10.03.2015

Antigentəqdimedici hüceyrələr. Histouyğunluğun əsas kompleksi və onun genləri. HLA sistemi (human leukocyte antigen). Genetik polimorfizm.

2







Dendrit hüceyrələr və onların orqanizm üçün əhəmiyyəti. İnterferonlar.İmmunitetin antiteldən asılı olan və olmayan effektor mexanizmləri.




2




8

17.03.2015

Hiperhəssazlığın müxtəlif tipləri, reaksiyaları və burada iştiralk edən hüceyrələrin və bioloji üzvi birləşmələrin rolu.

2







İmmun cavabın supressiyası, mexanizmləri və orqanizm üçün əhəmiyyəti. İmmunoloji tolerantlıq və bunun mexanizmləri. Transplantasiya. Transplantantın uyuşmaması və ayrılması. Laboratoriyada HLA sistemi antigenlərinin müəyyən edilməsi və əhəmiyyəti.




2










Aralıq imtahan

9

24.03.2015

Apoptoz və bu prosesə nəzarət edən daxili (mitoxondrial) və xarici (reseptor) yollar. Qlükokortikosteroidlər və onların immun proseslərə təsiri. İmmun sistemin sinir və endokrin sistemlə qarşılıqlı əlaqəsi.

2







İmmunoloji elmitədqiqat metodları. Antigen-antitel reaksiyaları (immunpresipitasiya, immunelektrofirez, immunoferment, afin xromatoqrafiya, elektroforez və vestern blot).




2




10

31.03.2015

Normal immun sistem və immun patologiyalar haqda ümumi anlayış.

2







Orqanizmin immun statusu haqda anlayış. İmmun statusun qiymətləndirilməsi üçün aparılan laborator testlərin qiymətləndirilməsi və əhəmiyyəti.




2




11

07.04.2015

Anadangəlmə immun defisitliklər. Hüceyrə və humoral immunitetin defistliyi ilə əlaqədar xəstəliklərin klinik təzahürü və müalicəsi yolları.

2







Laboratoriyada faqositoz reaksiyasının qoyulması. Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2




12

14.04.2015

Qazanılmış immun defisitliklər və burada ekoloji faktorların rolu. Xroniki yorğunluq sindromu. Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS). QİÇS virusunun hüceyrəyə təsiri. QİÇS-in müalicə yolları.

2







Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi. Quiz.




2




13

21.04.2015

Allergiya haqda anlayış. Allergenlər və onların təsnifatı. Allergik xəstəliklər. Sensibilizasiya, hiperhəssazlıq reaksiyaları və onların müxtəlif tipləri.

2







Allergik rinitlər. Astmalar, təsnifatı, kilinik təzahürləri və müalicə üsulları. Quiz.




2




14

28.04.2015

Autoimmun xəstəliklər haqda anlayş, onların yaranma səbəbləri və patoloji gedişləri. I və II tipli şəkərli diabet, qaraciyərin autoimmun xəstəlikləri, autoimmun hemolitik anemiyalar, trombositopeniyalar, revmatoidli artritlər.

2







Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi.




2




15

05.05.2015

İmmunotrop müalicə üsulları: əvəzedici, supressiv, stimuledici. Immunizasiya – vaksinasiya və bunun məqsədi.

2







Vaksinlərin təbiəti, orqanizmə yeridilmə üsulları, orqanizmin vaksinə qarşı immun cavabı. Spesifik immun müalicə.




2










Final imtahanı


Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.
Yüklə 106,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə