Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

32

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



German Emil Fişer 1852-ci ilin oktya -

brın 9-da Almaniyanın Oyskirxen şəhərində

kommersant ailəsində anadan olmuşdur. Ves -

lar dövlət məktəbinə və Bonnda gim naziyaya

daxil olana qədər Emil 3 il müəllim yanında

fərdi dərslər keçmişdir. O, hey rət ləndirici

yad 

daşa, elmlərə böyük marağa, nadir



inadkarlığa və intuisiyaya malik idi. Atası

istəyirdi ki, oğlu Köln mahalının Yuskirsen

şəhərindəki ağac emalı üzrə ailə biznesini

davam etdirsin. Təbiət elmlərinə, xüsusən də

fizikaya maraq onu atasının istəyinin əley -

hinə getməyə məcbur etdi. Üç ildən sonra o,

təhsilini Vetsler və Bonn şəhərində davam

etdirdi. 1869-cu ildə gimnaziyanı əla qiy mət -

lərlə başa vurdu. 

Akademik karyeraya can atmasına bax -

ma yaraq, Fişer iki il atasının firmasında iş lə -

yir. Oğlunun işə könülsüz yanaşmasını gö rən

atası onu Bonn Universitetinə təhsil al ma ğa

göndərir. Burada Fişer məşhur kimyaçı

Fridrix Kekule, məşhur fizik Avqust Kundtun

mühazirələrində iştirak edir. Təhsil mühiti

onu fizika elminə daha çox çəksə də, bir ildən

sonra o, qohumu, kimyaçı Otto Fişer ilə

birlikdə Bonn şəhərini tərk edir. Fişer

Strasburq Universitetinə daxil olur, burada

Adolf fon Bayerin təsiri altında yenidən

kimyaya qayıdır.

Gələcəyin Nobel mükafatçısı 1874-cü ildə

doktorluq dərəcəsini aldıqdan sonra Stras -

burq Universitetində müəllim vəzifəsini tutur.

Maliyyə cəhətdən asılı olmayan, təşkilati və

pedaqoji öhdəliklərdən azad olan Fişer

ömrünü laboratoriya tədqiqatlarına həsr edir. 

Qohumu, kimyaçı Otto ilə birgə əmək -

daşlıqda o, fenilhidrazini (yağlı maddələr)

kömürdən alınan üzvi boyaqların istehsalında

istifadə olunan maddələri tədqiq etmək üçün

istifadə etməyə başlayır. Fişerin təd 

-

qiqatlarından qabaq bu maddələrin kimyəvi



strukturu təyin olunmamışdı. 1875-ci ildə

Adolf fon Bayer Münhen  Universitetinə  ke -

çir və Fişer onun yanına gedərək assistent ki -

mi üzvi kimyanı öyrənməyə başlayır.

Son 

ralar gələcəyin Nobel mükafatçısı



Erlanqen və Varsburqdakı Universitetlərdə

dərs deyir. 1892-ci ildə onu Berlinə dəvət

edir  lər. O, ömrünün sonuna qədər burada el -

mi və pedaqoji fəaliyyət göstərir. 

Bu universitetlərdə Fişer kofein, alkaloid

kimi birləşmələri tədqiq edir və bunlardan

asılı olmadan tapır ki, sidik turşusu və quanin

onun purin adlandırdığı rəngsiz kristal

maddədən əmələ gəlir. Sidik turşusu 1766-cı

ildə Karl Şeele tərəfindən tapılmışdı. Kofein

isə Ferdinand Runqe tərəfindən kəşf

edilmişdir. Ancaq Fişer sübut etdi ki, bunların




birləşməsi oxşar struktura malikdir və biri

digərindən sintez oluna bilir. Bu mövzuda

işlərini davam etdirən Fişer purinin özü də

daxil olmaqla böyük sayda purin sırasının

törəmələrini sintez etmiş oldu.  Purin (latınca

purus “təmiz”) – üzvi sintezdə mühüm bir -

ləşmədir və nuklein turşusunun mühüm

komponentidir. Fişer öz tədqiqatlarını purin

törəmələrinin alınmasında davam etdirirdi.

Beləliklə, böyük alman kimyaçısı artıq  

1890-cı 

 ildə laboratoriyada fruktoza,

mannoza və qlükozanı sintez etməyi bacardı.

Bununla yanaşı, o, hidrazinləri öyrənməkdə

davam edir və trifenilmetan boyalarının

tərkibi əsasında yeni nəzəriyyə irəli sürür. 

Fişer 1892-ci ildə Berlin Universitetinin

Kimya İnstitutunun direktoru vəzifəsinə təyin

olunur və ömrünün sonuna qədər bu vəzifədə

çalışır. O, tədqiqat işlərini şəkərdən fer ment -

lərə qədər inkişaf etdirərək tapır ki, fer ment -

lər yalnız kimyəvi qohumluğu olan mad 

-

 dələrlə reaksiyaya girir. O, tədqiqatları nə -



ticəsində 40-a yaxın zülal tipini təs ni fatlandırır. 

Fundamental tədqiqatların aktiv tərəfdarı

olan alman kimyaçısı bir sıra fənlərarası layi -

hələrdə, məsələn, nisbilik nəzəriyyəsini yox -

lamaq məqsədilə Günəşin tutulması eks 

-

 pedisiyasını təşkil etmişdir. 



1902-ci ildə German Emil Fişer “şəkər

və purin qrupundan olan maddələrin sintezi

ilə bağlı mühüm eksperimentlərinə görə”

kimya üzrə Nobel mükafatına layiq görüldü.

Onun tərəfindən hidrazin törəmələrinin kəşfi

şəkərin və digər birləşmələrin süni yolla alın -

ması probleminin ən gözəl həlli oldu. Digər

tərəfdən onun qlikozidlərin sintezi metodu

bitki fiziologiyasının inkişafına əvəzsiz

töhfələr verdi. Bununla yanaşı, o, proteinlər,

enzimlər (yunanca daxili ma 

ya 


lanma) və

digər  kimyəvi substansiyalar sahəsində də

kəşflər etmişdir. 

Fişerin Nobel nitqi olduqca böyük maraq

kəsb etmişdir. Qısa nitqində o demişdir:

“Təbiətin sirlərini gizlətdiyi pərdə kar bo hid -

ratlara aid məsələlərdə yavaş-yavaş açılmağa

başladı. Buna baxmayaraq, üzvi kim ya digər

daha mürəkkəb predmeti – zülalları öy rən mə -

sə, o vaxta qədər həyatın kimyəvi müəmmaları

həll olunmamış qalacaq”.

Fişerin elmi kəşflərinin bir neçəsini illər

üzrə qeyd etməyi vacib sayırıq.

1875-ci il – fenil hidrazinin sintezi.

Bu birləşmə aldehid və ketonlar üçün

reaktiv kimi istifadə olunmuş, sonra da mo -

nosaxaridlərin identifikasiyası üçün tətbiq

edilmişdir.

1882-ci il – purin birləşmələrinin qu ru lu -

şunun öyrənilməsi. Bu işlər sonralar kofeinin,

teobrominin və s. sintezinə gətirib çıxardı.

1884-cü ildən başlayaraq karbohidratların

miqyaslı tədqiqi, tərkibin və strukturun təyin

edilməsi, nomenklaturanın işlənib hazır lan -

ması. 

1890-cı il – üzüm və meyvə şəkərinin



sintezi.

1894-cü il – kimyəvi birləşmələrin sintezi

üçün fermentlərin istifadəsi. 

1899-cu ildən başlayaraq zülalların

kimyası üzrə tədqiqatlar. 

1901-ci il – amin turşuların analizinin efir

metodunun işlənib hazırlanması, valin, prolin

və oksiprolin amin turşuların kəşfi. 

1903-cü il – dietilbarbitur turşusunun

(veronal, barbital) kəşfi. 

1907 – polipeptidlərin kəşfi.

Elmə verdiyi töhfələrə görə Fişer 1906-cı

ildə Alman kimya cəmiyyətinin Hoffman

adına medalına, 1913-cü ildə Franklin

İnstitutunun Eliot Kresson Qızıl medalına

layiq görülmüşdür. 

1899-cu ildə Fişer Peterburq Elmlər Aka -

demiyasının xarici müxbir üzvü seçilmişdir.

Ölümündən sonra onun şərəfinə Almaniya

kimya cəmiyyəti Emil Fişer xatirə medalı

təsis etmişdir. 

O, 1919-cu ildə Berlində vəfat edib.

Abidəsi Berlində ucaldılıb.

33

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə