Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   2   3   4   5   6   7   8   9   ...   33

5

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013

binalar yararsız vəziyyətə düşmüşdü,

dağılırdı. Ona görə biz qərara gəldik ki,

rəsədxananı kompleks şəkildə bərpa edək. 

Müvafiq sərəncamlar verilmişdir. Mən

burada dəfələrlə olmuşam. Çox şadam ki,

artıq biz rəsədxananı tam şəkildə yenidən

qurduq, bərpa etdik. Çox gözəl şərait

yaradılmışdır. Əsas teleskop da təmir edildi.

Alimlərin də yaşayış şəraiti yaxşılaşdı.

Burada yaşamaq, işləmək üçün bütün

imkanlar vardır. Bu, Azərbaycan elminə

verilən böyük töhfədir. 

Azərbaycan elminin inkişafı üçün əməli

tədbirlər görülür. Mənim müvafiq sə 

rən 

-

camlarım olmuşdur. Elmin maddi-texniki



bazasının möhkəmləndirilməsi, alimlərin

fəaliyyətinin stimullaşdırılması üçün vacib

addımlar atılmışdır. Elmin İnkişaf Fondu

yaradılmışdır. Yəni Azərbaycan dövləti

çalışır ki, elmə ayrılan vəsait artsın və

Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına

maksimum dərəcədə xidmət göstərsin. İndi

biz elmin ənənəvi və yeni istiqamətləri üzrə

ciddi fəaliyyət göstəririk. Bu ilin fevral

ayında artıq kosmik sənayenin təməlini

qoyduq. Artıq bizim peykimiz orbitə

çıxarılıbdır. Belə olan halda hesab edirəm ki,

Azərbaycan bölgənin elm mərkəzinə çevril -

mə lidir. Artıq Azər baycan bölgənin iqtisadi,

siyasi mərkəzidir. İndi görürsünüz hər ay

mötəbər siyasi tədbirlər keçirilir.



Azərbaycan bölgənin elm mərkəzinə də

çevrilməlidir. 

Biz əlavə nə lazımdırsa, edəcəyik. Hesab

edirəm ki, biz bu bazadan yeni layihələrin

həyata keçirilməsi istiqamətində işimizi

davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki,

elmə qoyulan vəsait elmin inkişafına xidmət

göstərsin. Eyni zamanda bunun praktiki nə -

ti 


 

cələri də olsun. İqtisadi inkişafımız və

ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı

üçün elmi praktiki addımlarla uzlaş 

dır 

-

malıyıq. Daha doğrusu, bu uzlaşma vardır,



gərək daha da səmərəli olsun. Dünyadakı ən

qabaqcıl texnologiyalar Azərbaycanda ol 

-

malıdır. İndi dünya səviyyəsində olmasına



baxmayaraq, hesab edirəm ki, rəsədxananın

gələcək inkişafı istiqamətində əlavə addımlar

atılmalıdır. Biz aparıcı rəsədxanaların səviy -

yəsinə qalxmışıq.

Rəsədxanada aparılan təmir-tikinti işləri

çərçivəsində ərazi tamamilə hasara alınmış,

beşmərtəbəli iki binanın birinci mər 

təbə 


-

lərində poçt, tibb məntəqəsi, uşaq bağçası,

mağaza və digər xidmət obyektləri yara 

-

dılmışdır. Magistral elektrik, su, kanalizasiya,



xarici və daxili qazlaşdırma, tele 

kom 


mu 

-

nikasiya xətləri yenidən çəkilmişdir. İnzibati



binanın ətrafında yeni yaşıllıq salınmışdır.

Prezident İlham Əliyev rəsədxananın əra -

zisində yaradılan yeni yaşayış massivindəki

şə rait lə də tanış oldu. Burada 40 və 32   mən -

zil li beşmərtəbəli iki bina, bir və iki mərtəbəli

10 kottec və mehmanxana inşa olunmuşdur.

Otaqlarda qonaqların rahatlığını yüksək

səviyyədə təmin etmək üçün bütün şərait

yaradılmışdır. Qonaqlar kotteclərin sürətli

internet, kabel televiziyası və digər

xidmətlərindən yararlana biləcəklər. 

AMEA-nın müxbir üzvü,

k.e.d. professor Vaqif Abbasov



– Hörmətli Akif müəllim, bu gün

Azərbaycan Milli Elmlər Aka de miyasında

islahatlar aparmağa ehtiyac varmı? Eh -

tiyac varsa, səbəbləri nədir?

– Azərbaycanın çoxşaxəli fundamental

elmi respublikamız SSRİ-nin tərkibində

olarkən iqtisadi inkişafın təmin olunmasına

əhəmiyyətli töhfə verərək uzun illər

təfəkkür, maarifləndirmə və sosial-mədəni

funksiyaları uğurla yerinə yetirmişdir.

Lakin mürəkkəb və zid diy yət li 90-cı illərin

başlanğıcında Azərbaycan elmində ağır

vəziyyət yarandı. Sovetlər məkanında uzun

illər mövcud olan elmi əlaqələr dərhal

pozuldu, kadr hazırlığının ardıcıllığı kəsildi,

maddi-sosial şərait acınacaqlı bir vəziyyətə

düşdü,  təd qi qat ların  intensivliyi  azaldı.

Sahəvi elmlərin tənəzzülə uğraması, büdcə

vəsaitlərinin dağılıb-yayılması elmi po 

-

tensialın xeyli zəifləməsinə və əksər



hal larda nüfuzlu elmi məktəblərin da ğıl -

masına gətirib çıxartdı. Ümumiyyətlə,

statistika ba 

xımın 


dan belə şərait Elmlər

Akademiyasının ümumi  reytinqinin aşağı

düşməsinə səbəb oldu.

Elmi metrik təhlil respublika alim lərinin

fərdi reytinq göstəricilərinin də yüksək

olmadığını əks etdirir. Yalnız bir neçə

alimin istinad indeksi 500-dən, Hirş indeksi

isə 8–10-dan artıqdır.

Göründüyü kimi, elmi tədqiqatların

təşkilinin əvvəlki forması, ilk növbədə,

Elmlər Akademiyasında sovetlər döv ründə

uğurlu nəticələr göstərməyinə bax mayaraq,

planlaşdırma-paylama  sis te min dən  bazar

iqtisadiyyatı sisteminə, daha doğrusu, elm

və iqtisadiyyat sahəsində özünütəşkil

sisteminə keçid dövrünün yeni iqtisadi

reallıqlarına söz yox ki, uyğun gələ

bilməzdi. Məhz bu baxımdan, bu gün elm

sahəsində respublikanın sosial-iqtisadi

inkişafının xüsusiyyətlərini, onun tarixi

köklərini, mədəni ənənələrəni və digər

xüsusiyyətlərini nəzərə alan islahatların

aparılmasına böyük ehtiyac duyulur.

– AMEA-nın işini canlandırmaq üçün

Rəyasət Heyətinin nəzdində hansı şö 

-

bələrin açılmasını vacib sayırsınız?

– Qeyd edim ki, Rəyasət Heyətinin

strukturunda vacib olan funksional şö bələr

vaxtında yaradılmamışdır. Bun lardan: əsas

təyinatı elmi və innovasiya fəa liyyətinin

normativ-hüquqi bazasını işləyib hazır 

-

lamaqdan ibarət olan – hüquq şöbəsini;



dünya elminin inkişaf ten 

densiyalarını



6

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013



АМЕА-нын президенти, 

академик Akif Əlizadə


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə