Design Elm Dunyasi2 215x290 Iyun++ Layout 1



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix02.01.2018
ölçüsü0,73 Mb.
#19169
1   2   3   4   5   6   7   8   9   10   ...   33

Elmdə gözlənilən nəticəni almaq həmişə

xoşdur, amma siz bir neçə dəfə eyni nəticəyə

gəlməsəniz, o yekun məmnunluğa gətirib

çıxarmayacaq.

Əgər siz çox ehtiyatsız işləyirsinizsə, heç

vaxt təkrarlanmış nəticə ala bilməzsiniz.

Amma siz məhdud ehtiyatsızlıq etsəniz, yaxşı

şansınız əmələ gələ bilər. Belə ki, eks 

-

perimentə hansısa nəzərə alınmamış faktoru



daxil etsəniz və bəxtiniz gətirsə, əvvəllər

məlum olmayan hadisəni tuta bilərsiniz.



«Sizin eksperimentləriniz üçün hər

zaman auditoriya olmalıdır».

Eksperimenti başlamazdan əvvəl tam

əmin olun ki, yoxlanılan ehtimal yalnız sizi

maraqlandırmır. Əvvəllər kəşf olunmuşlar

üzərində məqsədsiz variasiyalar etmək la -

boratoriyanız istisna olmaqla hamıda yalnız

əsnəmə yarada bilər. Tələbə üçün  monoton

fəaliyyət, demək olar ki, laboratoriya me -

todlarını yaxşı mənimsəmək üsuludur, amma

ona həqiqi elm kimi yox, məşğələlər kimi

baxmaq olar. Yeni söz demək cəhdi əsnə -

məkdən də pis nəticələrə gətirib çıxara bilər.

Hətta əksər həmkarlarınızın sizi anormal

hesab etməsinə də hazır olun. Əgər sizin

məşğul olduğunuzu qiymətləndirə bilən bir

və ya bir neçə nəfər ağıllı adam tapmasanız

ehtimal ki, belə inadkarlıq sizin

ağıl sız lığınızı,  yaxud  dəliliyinizi

nümayiş etdirir.

«Elm ünsiyyət tələb edir».

Faktları və ideyaları siz mək -

təbdə oxu yarkən digərləri ilə ün -

siyyət qurmadan da öyrənə və uğur

qazana bilərsiniz. Amma elm alə -

minə düşdükdən sonra bu sferalar

qarışır və sizin isti ra hətinizin təkcə

keyfiyyəti yox, həm də peşə uğur -

larınız tələb edir ki, başqalarının

yalnız elmi işlərini yox, həm də

şəxsi keyfiyyətlərini qiymətləndirə

biləsiniz. Qeybət etmək hamıya, o cümlədən

alim lərə də xasdır, yenilikləri bilməmək isə

qolları bağlı işləmək deməkdir.

Elmi karyeranın başlanğıcında digər

laboratoriyaların necə iş 

lədiyinə diqqət

yetirməniz xüsusilə əhəmiyyətlidir. Bu həm

də bu və ya digər nəticənin interpretasiyası

haqqında digərləri ilə söhbətə əsas yarada

bilər. Yeni başlayanların öz həmkarlarını

rəqib görməsi tamamilə təbiidir. Bu, xüsusi

halda lazımdır. Siz öz həmkarlarınızı nə

qədər yaxşı ta nı sanız, bir o qədər öz piroq

payınızı götürmək şansınız çoxalar.

«Tədqiqat sahəsini sizi bezdirməzdən

əvvəl dəyişin».

«Öz zamanını qabaqlayan tədqiqat

predmetini seçin».

Hansısa başqa adamların etdiyi böyük

kəşfdən sonra onun detallarını dəqiq ləş dir -

mək sizi çətin ki böyük alim etsin. Ək 

-

səriyyətin hələ həllinin vaxtı çatmadığını



hesab etdiyi əhəmiyyətli tədqiqat problemini

qarşınıza qoyun və bir sıçrayışla öz həm -

karlarınızı ötüb keçin.

«Yalnız yaxın illərdə hiss oluna bilən

uğur gətirəcək məsələlər üzərində işləyin».

Öz zamanını qabaqlayan çox əhəmiyyətli

məsələləri tapmaq olar. Mən hər hansı bir

16

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




məsələ ətrafında işə o vaxt inamla başlayıram

ki, yaxın üç-beş ildə düşünülmüş nəticələri

almaq mümkün olsun. Əgər sizin tunelin

sonunda işıq görmək şansınız olduqca

azdırsa, bu sahəyə aid mövzu götürüb öz elmi

karyeranızı risk altına salmayın. Əgər 30%

ehtimalla yaxın iki-üç ildə suallara cavab

tapacağınıza əsasınız varsa və digər ək 

-

səriyyət yaxın on ildə onu həlledilməz hesab



edirsə, belə cəhdi etməkdən çəkinməyin.

«Heç vaxt iştirakçılardan ən ağıllısı

olmayın».

İntellektual turnirlərdən həmişə qalib

çıxmaq üçün gözlənilməz intellektual dö -

yüşlərdə iştirak etmək lazımdır. Müha 

-

kimələrinizdə səhvləri tutan, fikrinizi təsdiq,



yaxud inkar edə bilən kifayət qədər biliyə və

qabiliyyətə malik olan adamların məclisinin

əvəzini heç nə verə bilməz. Ətrafdakıların

ağlı nə qədər itidirsə sizin də ağlınız bir o

qədər iti olacaq. Bu, insan təbiətinə, xüsusən

də kişi təbiətinə ziddir, amma sürünün

başçısının mövqeyi daha böyük uğurlar əldə

etməyə mane ola bilər. Birinci dərəcəli kimya

bölməsində az-çox inkişaf etmiş kimyaçı

olmaq o qədər də yaxşı olmayan bölmədə

birinci dərəcəli ulduz olmaqdan daha

yaxşıdır.



«İntellektual rəqibləriniz ilə sıx əlaqə

saxlayın».

Əgər siz əhəmiyyətli məqsəd uğrunda

çalışırsınızsa, çox ehtimal ki, ciddi rəqabətlə

qarşılaşacaqsınız. Kim tədqiqatla tək məşğul

olmaq istəyirsə, elmdən kənarda qalmağa

məhkumdur. Yarışda iştirak istəyi güclü əsəb

yarada bilər. Amma layiqli rəqiblərin olması

sizin şərəfli məqsədə can atmağınızın tə mi -

natçısına da çevrilə bilər. Əgər onlar olduqca

çoxdursa, düşünməyə dəyər. Bu o deməkdir

ki, siz olduqca aydın, öz zamanını kifayət

qədər qabaqlayaraq daha konservativ və

əksəriyyəti qorxuda bilən məqsəd uğrunda

yarışda iştirak edirsiniz. Üç və ya dörddən

çox rəqibin olması təkcə sizin uğur şansınızın

az olmasını demir, həm  də adekvat qiy mət -

ləndirmə aparmağın mümkün olmadığını

deyir. Bu halda əksər rəqiblərinizin güclü və

zəif tərəfləri haqqında adekvat təsəv 

-

vürünüzün ehtimalı az olur. Onlar sayca nə



qədər az olsalar, məsələləri aydınlaşdırmaq

daha asanlaşır və daha çox şansınız yaranır

ki, bu yarışda ağıllı hərəkət edə biləsiniz.

Rəqiblər çox olduqda onlardan qaçmaq

təhlükəli yol açmaqdır.

«Sizinlə intellekt baxımından bərabər

olan adamlarla bir yerdə işləyin».

Adətən, iki alim bir yerdə işləyərkən iki

nəfər tək işləyən və hər biri öz yolu ilə

gedənə nisbətən daha çox uğur əldə edir.

Yaxşı elmi cütlüklər rasional seçilmiş evliliyə

bənzəyir və bir-birini uğurla tamamlayan

insanları birləşdirir.

Elmi komandada ikidən çox adam

olduqda orada sıxlıq yarana bilər. Əgər üç

adam ümumi məqsəd ardınca gedirsə,

onlardan biri lider olur, digərlərindən biri isə

gec-tez özünü başqalarından zəif hiss etməyə

başlayır və incik düşür. Əsas qərarlar onsuz

qəbul olunur. Bundan başqa, üç nəfər bir

yerdə işlədikdə hər kəsin alınan nəticələrdə

iştirakını ifadə etmək çətin olur.



«Qoy həmişə sizi xilas edə bilən

adamınız olsun».

Siz dövrünüzü qabaqlamağa cəhd etdikdə

özünüzə çox şey götürdüyünüzü hesab edən

adamları daim qıcıqlandıracaqsınız. Onlar

sizin uğursuzluqlarınıza sevinəcəklər, hesab

edəcəklər ki, tale sizi haqlı olaraq cəza 

-

landırır. Bəzən onlar özlərini yalnız o anda



göstərəcəklər ki, siz fəlakətə uğrayırsınız.

Sizə təqaüd və ya qrant verilməsini uzatmaq

haqqında onların qərarlarını eşitdikdə, be lə -

lərindən necə asılı olduğunuzu bilə cək siniz.

Odur ki təsir gücünə malik olanlardan (va li -

17

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə