Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 0,74 Mb.

səhifə1/30
tarix28.07.2018
ölçüsü0,74 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30


“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни  тяърцбя иля бир-

ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря

билян,  ъямий йятя, юлкяйя, халга  конкрет файда эятирян инсанлар

алимлярин сырасында хцсуси йер тутурлар”.

Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ


2

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



DÜNYANIN GÖRKƏMLİ

ALİMLƏRİNİN ELM VƏ TƏHSİL

HAQQINDA DEDİKLƏRİ

Èíñàí áþéöê þìöð éîëóíó øÿðÿôëÿ éàøàìàã ö÷öí òÿùñèë àëìàëûäûð. Åëì

àäàìëàðû èñÿ åéíè çàìàíäà áöòöí þìðö áîéó þéðÿäÿí âÿ þéðÿíÿí

îëìàëûäûð. Èíñàíëûüà þðíÿê îëàí äàùè àëèìëÿðèí ùÿéàò éîëó óøàãëàðûí

òÿùñèëèíèí òÿøêèëèíäÿ, åëìèí èäàðÿ îëóíìàñûíäà âÿ áÿøÿðèééÿòÿ õåéèð

âåðÿ áèëÿí íÿòèúÿëÿð âåðìÿñèíäÿ áþéöê ìÿëóìàò ìÿíáÿéè îëà áèëÿð.

Îäóð êè, æóðíàëûí áó íþìðÿñèíäÿ áèð ÷îõ Íîáåë ìöêàôàòû ëàóðåàòëàðûíûí

òÿùñèë âÿ åëì ùàããûíäà ìàðàãëû ôèêèðëÿðèíè âåðìÿéè âàúèá ñàéäûã.

Òÿãäèì îëóíàí ìöñàùèáÿëÿð òàíûíìûø ìàúàð àëèìè Èøòâàí Õàðãèòòàè

òÿðÿôèíäÿí ìöõòÿëèô èëëÿðäÿ àëûíìûø âÿ ÷àï îëóíìóøäóð.




R

us kimyaçısı Nikolay Semyonov

1896-cı ilin aprelin 15-də Saratovda

anadan olmuşdur. 

1913-cü ildə gimnaziyanı bitirən Nikolay

Sankt-Peterburq politexnik institutunun fizika-

riyaziyyat fakultəsinə daxil olur və məşhur rus

fiziki A.F. İoffenin ətrafında cəmləşmiş tələbələr

qrupuna daxil olur.

İoffenin rəhbərliyi altında Semyonov diplom

işini əla müdafiə edir və Tomska gedərək bir

neçə il Tomsk universitetində fizika fakul 

-

təsində assistent işləyir. 1920-ci ildə  İoffenin



dəvəti ilə Semyonov Leninqrada (Sankt-

Peterburqa) qayıdır. O, yeni yaradılan Fiziki-

texniki institutun əməkdaşı və elektron hadisələri

laboratoriyasının rəhbəri olur. Pyotr Kapitsa

ilə birlikdə o, qeyri-bircins maqnit sahəsində

atomun maqnit momentinin ölçülməsi üsulunu

təklif etmişdir.

Tədricən o, fizika ilə məşğul olmaqdan

kimya problemlərinə keçir.

Hələ tələbə olarkən qazların ionlaşmasını

öyrənərək Semyonov özünün ilk məqaləsini

çap etdirmişdi və bu məqalədə elektronlar və

molekullar arasında toqquşmalar haqqında

qeydlər etmişdi.

Semyonov həmçinin buxarların bərk səthdə

adsorbsiyası və kondensasiyası hadisələrinin

aspektləri ilə də maraqlanırdı. Onun apardığı

tədqiqatlar buxarın sıxlığı ilə kondensləşmə

səthinin temperaturu arasında qarşılıqlı əlaqə

olduğunu üzə çıxardı.

1925-ci ildə məşhur fizik-nəzəriyyəçi Yakov

Frenkel ilə birlikdə Semyonov bu hadisələrin

ümumiləşdirici nəzəriyyəsini işləyib hazırlayır.

Onun işlərinin nəticələri 1927-ci ildə yazdığı

“Elektronun kimyası” kitabında təqdim

olunmuşdu. 

O dövrdə Semyonovun digər maraq dairəsi

elektrik cərəyanının qazlardan və bərk

maddələrdən keçməsi ilə əlaqəli olan elektrik

sahələrinin və hadisələrinin öyrənilməsi idi.

Alim elektrik cərəyanının təsiri ilə bərk

dielektriklərin deşilməsi mexanizmini tədqiq

etmişdi. Nəticədə fizik-nəzəriyyəçi V.A. Fok

ilə birlikdə dielektriklərin istilik deşilməsi

nəzəriyyəsini işləyib hazırlamışdı.

Dielektriklər ilə iş Semyonovu yanma

prosesini öyrənməyə gətirib çıxardı. Əslində

Semyonov yanma haqqında elmi-istilik partlayışı

və qaz qarışıqlarının yanması nəzəriyyəsini

yaratdı. 

O, müəyyən etdi ki, yanma prosesində

ayrılan istilik kənarlaşmağa imkan tapmayaraq

reaksiyanı sürətləndirir və daha yüksək qızmaya

3

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



Nikolay Nikolayeviç Semyonov 

(1896-1986)

1956-cı ildə kimya üzrə 

Nobel mükafatına layiq görülmüş

Nikolay Nikolayeviç Semyonov (1896-1986)


səbəb olur.

Əgər istiliyin artması kifayət qədər sürətlə

gedərsə, onda reaksiya partlayışla başa çata

bilər. 


Bu iş başa çatdıqdan dərhal sonra Semyonov

Leninqrad fiziki-texniki institutun professoru

təyin olunur. Burada o, fiziki-mexaniki şöbə

yaradır və fiziki kimyanın tədrisini təşkil edir. 

1931-ci ildə Semyonov Moskvaya köçür.

Onun laboratoriyası SSRİ Elmlər

Akademiyasının Kimyəvi Fizika institutuna

çevrilir. Orada aparılan tədqiqatların əksər

istiqamətləri hələ də onun ilk elmi maraqları

ilə əlaqədardır. Semyonov 1929-cu ildə SSRİ

Elmlər Akademiyasının müxbir üzvü, 1932-ci

ildə həqiqi üzvü seçilir.

Bu vaxta qədər Semyonov zəncirvari

reaksiyaların dərin tədqiqatlarını aparmışdı.

Bu reaksiyalar kimyəvi proseslərin xüsusi

növüdür. Başlayan zəncirvari reaksiya son

mərhələ başa çatana qədər davam edir. Belə

reaksiyaların mövcudluğunun mümkünlüyünü

hələ 1913-cü ildə alman kimyaçısı Maks

Bodenşteyn ehtimal etmişdi. 

Semyonov isə zəncirvari reaksiyaların

mərhələlərini və onun sürətini izah edən

nəzəriyyə yaratdı. Alimin fikrincə reaksiyanın

başlanğıcı kimi sərbəst radikalların əmələ

gəlməsini qəbul etmək lazımdır.

Radikallar-sərbəst elektrona malik olan atom

və ya atomlar qrupu olub, olduqca kimyəvi

aktivdirlər. 

Xüsusilə əhəmiyyətli zəncirvari reaksiya

şaxələnmiş zəncir reaksiyasıdır və 1923-cü

ildə Q.A. Kramers və İ.A. Kristiansen tərəfindən

kəşf edilmişdir. 

1926-cı ildə Semyonov ilk dəfə olaraq

fosforun su buxarları ilə oksidləşməsini

öyrənərkən bu hadisəni müşahidə etmişdi. Bu

reaksiya nəzəriyyəyə uyğun olan qaydada

getmirdi. O, belə uyğunsuzluğu onunla izah

edirdi ki, maddələr arasında şaxələnmiş

zəncirvari reaksiya başlayır. Onun fikirləri

əksər kimyaçıların, o cümlədən Maks

Bodenşteynin özünün etirazına səbəb olur.

Daha iki il bu hadisə intensiv olaraq tədqiq

edilir. Bir birindən asılı olmayaraq Semyonov

və ingilis kimyaçısı Siril Xinşelvud bu hadisəni

öyrənməklə məşğul idilər. Hər iki alim tamamilə

eyni nəticəni aldı və bundan sonra aydın oldu

ki, Semyonov 

haqlıdır. Onun fosfor buxarlarının

oksidləşməsi üzrə işləri bu gün  də öz aktuallığını

itirməmişdir.

1934-cü ildə Semyonov “Kimyəvi kinetika

və zəncirvari reaksiyalar” monoqrafiyasını çap

etdirir. Alim sübut edir ki, bir çox kimyəvi

proseslər, o cümlədən polimerləşmə reaksiyaları

zəncirvari və ya şaxələnmiş reaksiyalar kimi

gedir. Bir neçə on illiklər o, zəncirvari reaksiya

nəzəriyyəsinin detallarının aydınlaşdırılması

üzərində çalışmışdır. Təcrübələr üçün Moskva

yaxınlığındakı Çernoqolovka qəsəbəsində

laboratoriya  yaradılmışdı. 

1954-cü ildə Semyonov “Kimyəvi

kinetikanın bəzi problemləri və reaksiya

qabiliyyəti haqqında” kitabını çap etdirdi. Bu

kitabda alimin öz nəzəriyyəsi üzərində işlədiyi

zaman etdiyi kəşflərin nəticələri

ümumiləşdirilmişdir.

Semyonovun  və əməkdaşlarının işləri bütün

ixtisaslar üzrə kimyaçılara səmərəli tədqiqat

üsulunu verdi.

Amma, tezliklə aydın oldu ki, bu kəşflər

təkcə kimya yox, həmçinin elmin digər

sahələrində, xüsusi halda biologiyaya tətbiq

oluna bilər.

1956-ci ildə Semyonov və Xinşelvud



“kimyəvi reaksiyaların mexanizmi sahəsində

tədqiqatlara görə” kimya üzrə Nobel

mükafatına layiq görüldülər.

1941-ci ildə zəncirvari reaksiyalar

nəzəriyyəsinin yaradılması üzrə işə görə

Semyonov Stalin mükafatına layiq görülmüşdü.

Onun digər mükafatları içərisində Lenin

ordeni, Qırmızı Əmək Byrağı ordeni,

Lomonosov adına qızıl medal da var. 

İştvan Xarqittainin Semyonov ilə

4

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə