Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

Nə üçün siz öz qızınızla danışıb və düşünməyəsiniz

ki, toyu doktorluq dərəcəsi alana qədər təxirə

salasınız”. Mən də belə etdim və mənim böyük

təəccübümə səbəb oldu ki, Sara dedi ki, o, yəqin

ki, haqlıdır.

Bu mənə həyatı yüngülləşdirmədi, çünki,

mənə ildə yarım vaxt müəllimlik üçün 400 dollar

verdilər. Mən hər rübdə 100 dollar olmaqla üç

rüb üçün təhsil haqqı ödəməliydim. Dördüncü

yay rübü ödənişsiz idi. Həyat üçün mənə çox

qalmırdı.  Mən fərdi dərslər verdim və bu,

mənə yaşamağa kömək edirdi. Bir dəfə həftənin

sonunda Ştiqlisdən gizlin olaraq biz Sara ilə

bələdiyyə idarəsinə getdik və gizlicə evləndik.

Biz o qədər cahil idik ki, bilmirdik ki, belə

məlumatlar gündəlik qəzetlərdə dərc olunur. Elə

adamlar var ki, bütün bu uzun adlar siyahısının

hamısını oxuyur. Heç kim Q. Braunu tanımasa

da Sara Beyleni tanıyırdılar. Çikaqoda Beylen

familyalı yalnız iki ailə var. Sirr üzə çıxdı və

Saranın anası mənə dedi ki, artıq mən onunla

evləndiyim üçün onun üçün məsuliyyət daşıyıram,

odur ki, Sara universitetin yaxınlığında tutduğu

otağa köçdü və həftəlik icarə haqqı o anda 3,5

dollardan 4,5 dollara qalxdı.



O da o vaxt oxuyurdu?

Bəli, Çikaqo universitetində, amma sonuncu

kurs tələbəsi idi. O, mənim kimi tez irəliləmirdi.

O, Çikaqo universiteti nəzdində Billinqs

xəstəxanasında iş aldıqda biz artıq bankrot

həddində idik. Orada ayda ona 90 dollar verdilər

ki, bu da bizim həyatımızı xeyli yüngülləşdirdi.

Amma O hələ öz bakalavr dərəcəsini almamışdı.



Odur ki, olurdu ki, mən onun mühazirələrinə

gedər, konspektlər yazardım, axşamlar o,

konspektləri oxuya və laboratoriya işlərini

edərdi. O, təhsili belə bitirdi.

Bakalavr səviyyəsində o, dayandı. O dövrdə

daha yüksək dərəcəli qadınların iş tapması demək

olar ki, qeyri-mümkün idi. Əgər arvad işləyirdisə



faktiki olaraqrüsvayçılıq sayılırdı. Sara altı il

müddətində işlədi, sonra isə ev xanımı oldu,

çünki, o vaxt mənim əmək haqqım onu saxlamaq

üçün kifayət edirdi. Ola bilsin ki, Sizə o fakt

maraqlı olacaq ki, o, işlədiyi vaxt 1966-cı ildə

tibb üzrə Nobel mükafatına layiq görülmüş doktor

Çarlz B. Xaqqinsin elmi işçisi olmuşdu.

Siz elmi tədqiqat sahəsini necə seçdiniz?

Bu məsələ aspiranturada yarandı. Sara Alfred

Ştokun “ Bor və silisium hidridləri” (“Hydrides

of  Boron and Silicon”) kitabını aldı və 1936-cı

ilin iyununda universiteti bitirməyim münasibəti

ilə mənə hədiyyə etdi. Mən bu kitabı oxudum və

borun hidridləri ilə maraqlandım. O vaxt bunlar

çox nadir maddələr idi. Bütün dünyada onlar

yalnız iki laboratoriyada hazırlanırdı: Almaniyada

Karlsruedə Alfred Ştokun laboratoriyasında və

Çikaqo universitetində X.İ. Şlezingerin

laboratoriyasında. Bax belə alındı ki, mən

öyrənmək üçün bor hidridlərini seçdim və X.İ.

Şlezinger ilə işləməyə başladım.

Nə üçün Çikaqo universitetinin kitab

mağazasında olan kimya üzrə yüzlərlə kitabların

arasında Sara məhz bu kitabı seçmişdi? Bu,

mağazada ən ucuz kitab idi. Biz o vaxt çox kasıb

idik. Kitab 2 dollara idi və 60 sent satış vergisi

var idi. Mən o vaxtdan həmin kitabı saxlayıram.

Sara mən çox inanırdı. 1935-ci ildə Rayt

kollecini biz qurtararkən  öz xatirə kitabımı

dostlarıma gətirdim ki, onlar ona imza atsınlar.

Sara onda yazdı “gələcək Nobel mükafatı

laureatına”. Ola bilsin ki, o, peyqəmbər idi,

amma mənim digər izahım var. Mən onun sinfinə

gələnə qədər o, ən yaxşı idi. Sonra o, №2 oldu

və bu, onun xoşuna gəlmədi və o, hesab edirdi

ki, kim kimyanı ondan yaxşı bilirsə mütləq Nobel

mükafatı laureatı olacaq.

Georq Vittiq ilə münasibətiniz necə

olmuşdur?

1963-cü ildə o, məni yayı Heydelberçdə

keçirməyə dəvət etdi və özü də bura mühazirə

oxumağa gəldi, odur ki, biz çox dəfələrlə

görüşmüşük. Biz heç vaxt bir yerdə işləməmişik.

O, ingiliscə pis danışırdı. Ona arvadı tərcümə

edirdi.

Necə oldu ki, Pardyuya gəldiniz?

1930-cu illərdə universitetlər daimi ştata qəbul

etmək qərarını qəbul edənə qədər adətən 10 il

gözləyirdilər. Mən Çikaqo universitetində bir

neçə hal gördüm ki, onuncu ildə adamlara dedilər

ki, onların universitetdə gələcəkləri yoxdur. Anton

B. Burq (Şlezingerin elmi işçisi idi) ilə belə oldu

30

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




və o, Cənubi Kaliforniya universitetinə keçdi və

orada çox uğur qazandı. Əslində o, həmişə mənə

qəzəblənirdi, çünki, fikirləşirdi ki, əgər Çikaqo

universitetində mən olmasaydım, onda daimi

vəzifəni o, alardı. O, tez-tez JACS (Journal of

American Chemical Society) üçün mənim

məqalələrimə rəy verdi və onlar haqqında dəhşətli

iyrənc şeylər yazırdı. Nəhayət mən JACS-ın

redaktoru, Noyesdən xahiş etdim ki, mənim

məqalələrimi ona göndərməsin və o, razılaşdı.

Beləliklə, mən Çikaqo universitetində bir

neçə adamla belə olduğunun şahidi oldum. Mən

orda müəllim işləyirdim. Mən heç kimin oxuya

bilmədiyi istənilən kursu oxumağa götürürdüm.

Orada olduğum 4 il ərzində mən ümumi kimyadan,

miqdarı analizdən, fiziki kimyadan və üzvi

kimyadan kurs apardım. İkinci dünya

müharibəsinin böyük layihələrini nəzərə almasaq

(hansındaki, biz də iştirak etmişdik) bunlar

hamsıdır. Onda mən qərar qəbul etdim ki, mən

on il gözləməyəcəyəm və işimin dördüncü ilində

Şlezingerdən  xahiş etdim ki, fakültənin rəhbərliyi

ilə aydınlaşdırsın ki, mənim üçün burda gələcək

varmı. Amma onlar dedilər ki, müstəsnalıq

etməyəcəklər və adəti on illik proses keçməlidir.

Bu 1943-cü il idi. Bu zaman mənə professor

Morris  Karaş kömək etdi. Onun Detroytda Ueyn

universitetində çox yaxşı dostu professor Nil

Qardon işləyirdi və az əvvəl kimya fakültəsinin

dekanı olmuşdu. Bu, həmin Qordon idi ki, Qordon

tədqiqat konfransı təşkil etmişdi. O, məni Ueyn

universitetində assistent vəzifəsinə dəvət etdi.

Bu universitetdə fəlsəfə doktoru sistemi üzrə

mütəxəssis hazırlama poqramları yox idi. Nil

Qardon istəyirdi ki, mən ona belə proqramı

hazırlamaqda kömək edim. Mən ora getdim.

Müəllim yüküm 18 saat idi, amma o, dərs



yükümü 12 saata qədər azaldacağınasöz verdi

ki, mən tədqiqat ilə məşğul ola bilim. Ueyn

universitetində gecəbölməsi də var idi. Mən

razılaşdım ki, axşam saat 6-dan 10-a qədər,



həftədə üç dəfə sonuncu kurs tələbələri üçün

üzvi kimya üzrə mühazirə oxuyum. Bu mənə

tədqiqatlar üçün bütöv bir gün qoydu. Təəssüf

ki, digər müəllimlər Qardonun yanına gələrək

dedilər: “Nə üçün Siz bu yeni gələnə 12 saat”

verirsiniz? Biz də tədqiqatlarla məşğul olmaq

istəyirik”. Nil Qardon məndən xahiş etdi ki, çıxış

yolu tapım. Mən ona təklif etdim ki, o, fakültənin

əməkdaşlarına desin ki, o, hər biri üçün onun

elmi işinə görə yüngülləşmiş il verəcək və həmin

il ərzində müəllimlik yükü yalnız 12 saat olacaq.

Və onda mötəbər jurnallardan birində çap olunan

hər bir məqaləyə görə yük 2 saat azaldılacaq.

Birinci il mən 6 məqalə çap etdirdim və növbəti

ildə mənim müəllim yüküm həftədə 6 saat oldu.

Təəssüf ki, digərlərinin çoxu bir neçə il ərzində

tədqiqatlarla məşğul olmamışdı və onlara bu

ritmə keçid çox çətin idi.

1946-cı ildə məni Ohayo ştatının universitetinə

dəvət etdilər. Mel Numen istəyirdi ki, mən ora

keçim. Mən ora getdim və dedim ki, məni üzvi,

qeyri-üzvi və fiziki kimya maraqlandırır və mənə

lazımdır ki, tədqiqatlara bu sahələrin hər birindən

tələbələri cəlb edim. Fakültənin dekanı Ed Mak

mənim namizədliyimdən imtina etdi. O, dedi ki,

heç kim belə yaxşı ola bilməz.

Detroytda mənim həyat yoldaşım özündə

deyildi. O, ziyalı adam idi və universitet həyatında

və fəaliyyətində iştirak etmək onun xoşuna gəlirdi.

Detroytda universitet şəhərin mərkəzi hissəsində

yerləşirdi və orada yaşamaq mümkün deyildi.

Odur ki, əməkdaşlar Detroytdan müxtəlif şəhər

ətrafında yaşayırdılar, universitetdə heç bir axşam

həyatı yox idi. Ueyn universitetində 4 il işlədikdən

sonra, 1947-ci ildə məni Pardyu universitetinə

dəvət etdilər. Təklif olduqca cəlbedici idi. Pardyuda

fəlsəfə doktoru hazırlama praqramı çoxdan var

idi, həmçinin, gözəl kampus gecə tədbirləri olan

universitet şəhərciyi vardı, Sara üçün sadə ideal

yer idi. 

Siz hərbi tədqiatlarla necə məşğul oldunuz?

Mən Şlezingerin elmi işçisi idim və bir dəfə

ona Vaşinktondan müdafiə tədqiqatları Milli

komitəsindən sifariş gəldi. Bu sifarişdə uranın

yeni, uçucu və onların təzyiqi 0,1mm-dən az

olmadığı temperaturlarda davamlı birləşmələrin

mövcudluğunun mümkün olmasının tədqiqi tələb

olunurdu. Onlar UF6 haqqında bilirdilər, amma

o çox aqressiv birləşmə idi. Onun tətbiqi zamanı

onlar ciddi problemlərlə qarşılaşmışdılar. Biz bu

mövzu üzrə dörd əməkdaşla işləməyə başladıq.

31

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə