Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   2   3   4   5   6   7   8   9   ...   30

5

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013

müsahibəsini müəyyən ixtisarla oxucuların

diqqətinə çatdırırıq. (Bu müsahibə 1965-ci ildə

sentyabr ayında alınmışdır)

Siz elmə necə gəldiniz?

Bu suala cavab vermək üçün olduqca keçmiş

zamanı xatırlamaq lazımdır. Məktəb illərində

mən yatalaq xəstəliyinə tutuldum və hansısa

müddətdə dərslərə gedə bilmədim. Mən geri

qalmaq istəmirdim və çoxlu kitablar oxudum.

Hər şeydən çox kimya kitabları xoşuma gəlirdi.

Sağaldıqdan sonra mən yaxındakı aptekə getdim,

orada olan reaktivlərin hamısını aldım və

təcrübələr aparmağa başladım. Mənim üçün

olduqca böyük sirr o idi ki, asan alışan və

döyüləbilən natrium metalı və olduqca kimyəvi

aktiv qaz olan xlor kifayət qədər zərərsiz xörək

duzunu necə əmələ gətirir. Bunu yoxlamaq

üçün mən bir natrium parçasını qaz halında

xlorda yandırdım və çöküntünü

perekristallaşdırdım. Bu ağ toz idi. Mən onları

çörək parçasının üzərinə səpdim, aydın oldu

ki, bu həqiqətən də xörək duzudur, həm də ən

yüksək keyfiyyətdə. Özüm də dərk etmədən o

dövrdə elmin fundamental və o dövrdə həll

olunmamış problemi ilə qarşılaşdım. Onun

həlli yalnız çox illər sonra, molekullarda və

kristallarda atomların yerləşməsi məlum olduqda

elektron nəzəriyyəsini istifadə etməklə mümkün

oldu.


Mənim kimyaya marağım bir kitabı oxuyana

qədər davam etdi. Həmin kitabda yazılmışdı

ki, kimyanın gələcəyi fizikadadır və yaxşı

kimyaçı fizikanı çox yaxşı bilməlidir. Mən

həqiqətən də yaxşı kimyaçı olmaq istədiyim

üçün mən universitetin fizika-riyaziyyat

fakultəsinə  yazıldım. 

Akademik İoffe məndə böyük təəssürat

oyatdı və  artıq ikinci kursdan mən onunla

işləməyə başladım. Bizi əsasən elektronların

molekullarla toqquşması maraqlandırırdı.

Nils Borun çox şeyi izah edən yeni

nəzəriyyəsi bizi güclü həyacanlandırmışdı. 

Universiteti qurtardıqdan sonra mən İoffenin

asistenti oldum.

Bu dövrdə bizim ölkəmizdə böyük

dəyişikliklər baş verirdi. İnqilab, vətəndaş

müharibəsi, intervensiya baş verdi. Çoxları

hesab edirdilər ki, belə şəraitlərlə elmi tədqiqatlar

dayandırılacaqdır. Amma, Leninin uzaqgörənliyi

sayəsində elmdə işlər başqa formada getdi. O,

bütün ölkəyə səpələnmiş alimləri topladı və

onların asılı olmayan fəaliyyətinə şərait yaratdı

və onların monoqrafiyaları nəşr etdirmələri və

xarici jurnallarda məqalələrini çap etdirmələri

üçün vəsait ayırdı.

Bu həqiqətən də qəhramanlıq erası idi.

Bizim dilənçi halına düşmüş, incidilmiş və

azad olmuş xalqda elmə coşqun həvəsi gördükdə

ürəyə təsir edirdi və ruh yüksəkliyi qalxırdı.

Biz ölkəmizin ən ucqar yerlərindən məktublar

alırdıq. Əgər kimsə nəsə maraqlı bir şey

oxuyurdusa və ya edirdisə, o, tezliklə bu haqda

məlumat verirdi. 

Elmi institutlar özləri öz əməkdaşlarının

sıralarını doldurmaq üçün çox vaxt kütlələrə

müraciət edirdilər. Bizim  onlara ödəmək

imkanımız demək olar ki, olmasa da insanlar

bizə kütlə halında gəlirdilər. Ən sadə bir misal.

Çerkov, o, indi professordur, heyvandarlığı atdı

və elm ilə məşğul oldu. Və o, tək  deyildi.

Hamı istəyirdi və hazır idi ki, hətta çörək  və

su ilə yaşayaraq yeni elmin yaranmasında

iştirak etsin. Doğrudur, o vaxtlar gənc alimlərə

indikindən  daha çox sərbəstlik verirdilər.

Amma, biz hamınız çox gənc idik. Hətta bizdən

ən böyük olan İoffenin 40 yaşı da yox idi.

1920-cı ildə məni laboratoriya müdiri təyin

etdilər və artıq 30-cu illərin əvvəllərində mənim

60 əməkdaşım var idi. İnkişaf elə idi ki, ruh

yüksəkliyi yaradırdı, və yeni institutlar göbələk

kimi yaranırdı.

Pavlov fiziologiya institutu, İoffe fiziki-

texniki institutu, radiofizikanın və radioaktivliyin

problemlərinin tədqiqi üçün institutlar və s.

yarandı. Fiziki-texniki institut  çox güclü idi

və mən orada fiziki kimya şöbəsinə rəhbərlik

edirdim. Xaricilərin reaksiyası maraqlı idi.

Onlar uzun müddət  başa düşmədilər ki, bizim



ölkəmizdə nə baş verir. Yalnız təsiredici nəticələr-

atom bombası, atom elektrik  stansiyası, birinci

sputnik yarandıqdan sonra onlar bizim

uğurlarımızı etiraf etməyə başladılar.

Amma, buna qədər biz uzun, olduqca uzun

yol keçdik. 1920-ci  illərdə ingiltərə və Almaniya

qüdrətli elm dövlətləri idilər. 

Bizim Sovet elmimiz çoxlu yüksək səviyyəli

alimlərin olmasına baxmayaraq müəyyən qədər

əyalət elmi idi. Həmin vaxt Amerika elmi də

həmin vəziyyətdə idi. İndi sovet və amerika

elmi liderlik edir. Amerikalıların uğurlarını

azaltmadan demək olar ki, onların inkişafı

şübhəsiz, dahi Avropa alimlərinin böyük idxalı

hesabına xeyli dərəcədə sürətləndi. Biz isə,

hər şeyi özümüz yaratmalı olduq, amma, mənə

elə gəlir ki, bunu tam uğurlu bacardıq. 

Zəhmət olmasa öz tədqiqatlarınız, xüsusən

də Nobel mükafatına layiq görüldüyünüz

işlərinizdən danışın.

Bizim təcrübələrimizin birində biz maraqlı

hadisə müşahidə etdik. Fosforun oksigen iştirakı

ilə işıq baraxması, fosforun lüminessensiyası

yaxşı məlumdur.

Bizi o maraqlandırır ki, təzyiq azaldıqca

fosforun işıq buraxma qabiliyyəti necə dəyişir.

Gözlənilməz oldu ki, təzyiqin müəyyən həddində

fosfor işıq saçmasını dayandırdı və oksidləşmə

reaksiyası dayandı.Belə alındı ki, təzyiqin elə

həddi mövcuddur ki, ondan aşağı təzyiqlərdə

bu reaksiya getmir. Maraqlıdır ki, təzyiqin

yuxarı  həddi də mövcud idi ki, bu həddən

yuxarı təzyiqlərdə də oksidləşmə reaksiyası

getmir. Bu, qəribə idi, çünki, bütün şəraitlər, o

cümlədən  reaksiya qarışığının lazımi tərkibi

var idi, amma, buna baxmayaraq reaksiya

getmirdi.

Biz öz müşahidələrimizi çap etdirdik və

tezliklə o dövrün daha çox məşhur olan fiziki

kimyaçısı Bodenşteyndən Berlindən məktub

aldıq. 


O hesab edirdi ki, bizim müşahidələrimiz

bizim aparatlarımızın təkmil olmamasının

nəticəsi idi. Təbii ki, biz təcrübələri təkrar

etməli olduq, amma, onlar sadəcə əvvəlki

müşahidələri təsdiq etdi. Bu tədqiqatları davam

etdirərək biz digər şəraitləri də dəyişdik, bu

şəraitlərdən fosforun lüminessensiyanın

dəyişməsinin asılılığını izlədik. Məsələn, biz

rekasiya qarışığına təsirsiz qaz əlavə etdik  və

gördük ki, qazın müəyyən qatılığı əldə olunduqda

lüminessensiya, bərpa olundu. Reaksiya qabının

həcmini genişləndirdikdə də eyni şey baş verdi.

Çoxlu sayda belə təcrübələr nəticəsində nəhayət

biz bu hadisəni şaxəli zəncirvari reaksiyalar

haqqında təsəvvürlərə əsasən başa düşə bildik.

Bundan danışmazdan əvvəl Bodenşteynin

fotokimyada kəşf etdiyi şaxələnmə yən zəncirvari

reaksiyalardan danışmalıyam. Zəncirvari

reaksiya başlaması üçün reaksiya həcmində

işığın və ya qızdırılmanın təsiri ilə yaranan

aktiv mərkəzlər olmalıdır. Aktiv mərkəz digər

hissəcik ilə reaksiyaya girir. Əgər biz qaz

halında xlor və hidrogenin qarışığına malikiksə,

onlardan  birinin molekulu hər hansı xarici

təsir nəticəsində dissosiasiya oluna bilər.

Hesab edək ki, xlor molekullarından biri

dissosiasiya olunur və iki xlor atomu əmələ

gəlir. Bu xlor  atomlarından biri hidrogen

molekulu ilə toqquşduqda hidrogen xlorid

molekulu, üstə gəl sərbəst hidrogen atomu

əmələ gəlir, əmələ gələn hidrogen atomu

reaksiyanı davam etdirə bilir və reaksiya iki

atom hidrogen və  ya iki atom xlor görüşərək

H2  ya Cl2  molekulunu əmələ gətirənə qədər

zəncirvari davam edir. H2 və Cl2 əmələ gəlməsi

bu konkret zəncirin başa çatması deməkdir.

Beləliklə, bu zəncirvari reaksiyada tam aydın

fərqləndirilən başlanğıc və aydın fərqləndirilən

son var. Fosforun oksidləşməsi prosesi olduqca

mürəkkəb prosesdir.

Fosforun oksidləşməsi prosesində aktiv

mərkəzlər təkcə işığın və ya istiliyin təsiri ilə

yox, həm də, iki hissəciyin birləşməsi zamanı

böyük miqdarla enerji ayrılması nəticəsində

də baş verə bilər. İzafi enerji oksigen

molekullarını parçalayaraq iki atom oksigenə

çevirə bilər və bu atomlardan hər biri yeni

6

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə