Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1


Necə oldu ki, kimyaçı olmaq istədiniz?



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   2   3   4   5   6   7   8   9   ...   30

Necə oldu ki, kimyaçı olmaq istədiniz?

Mənim  9 və ya 10 yaşım olanda mənə



kimyəvi reaktivlər dəsti hədiyyə etdilər. Mən

belə dəstlərin böyük tərəfdarıyam, o dövrdə

onlar heyrətləndirici idilər. Onunla  sərbəst olaraq

sadəcə mətbəxdə məşğul olmaq olardı və mən

də belə edirdim. Noyabrın 5-də Qay Foks günü

(parlamenti partlatmaq istəyən oğlan) rənglərin

dəyişməsinin , əldəqayırma fişənglərin

partlamasının sehri var idi.

Biz on yaşlı kimyaçılar öz şəxsi fişənglərimiz

hazırlayırdıq. Amma, indi bu mümkün deyil.



Təhlükəsizlik nöqteyi nəzərindənmi?

Təhlükəsizlik  adlandırılır. Həqiqətdə  bu

çox təhlükəlidir, çünki, praktiki  kimya təcrübəsinin

olmamasını göstərir.

Bizim çox yaxşı kimya müəllimiz cənab Mur

var idi. O, ilk olaraq kimyaçı idi. Amma, mən

riyaziyyat müəllimimiz cənab Tomkinsi hamıdan

yaxşı xatırlayıram. Mən bir dəfə televiziyada bu

haqda xatırladım və Bi-Bi-Si onu tapdı. O, çox

yaxşı bir məktəbin  direktoru vəzifəsindən istefaya

hazırlaşırdı və biz 30 il sonra görüşə bildik. İndi

mən kimya, fizika və biologiya arasında fərq

qoymuram, mən bu elmlərin hamısı ilə məşğul

oluram. Hazırda mən əsasən biologiya, biofizika,

biospektroskopiya, biokimya və fotosintez

sahəsində işləyirəm.

Burada, İmper elm, texnologiya və tibb

kollecində mənim 10 tələbəm və əməkdaşım var.

Onların əksəriyyətinin fizika təhsili var, indi isə

onlar biokimya və kimyadan mühazirələr oxuyur.

Bizim predmetimiz olduqca fənlərarasıdır.

Mən Sizin elmi populyarlaşdırmaq

fəaliyyətiniz haqqında eşitmişəm. Kral

institutunda milad mühazirələri zamanı stolu

çox gözəl bəzədiniz və üç dəfə “Mən İsaak

Nyutona inanıram” sözlərini təkrar edərək

süfrəni elə çıxardınız ki, stolun üzərində

olanların hamısı toxunulmaz qaldı.

Bəli, bu, ətalət qanununun illüstrasiyası idi.

Mən istəyirdim ki, bu tarixə nəyisə əlavə edim.

Bukingem sarayında milad mühazirələrində

hersoq Edenburqskinin təkidi ilə kral ailəsi də

iştirak edirdi. Kraliça o qədər mehriban idi ki,

məni orada ailəsi və on iki nəfər adam ilə birlikdə

lança dəvət etdi. Şahzadə xanım Anna orada idi,

o, həmişə mənim xoşuma gəlirdi, onda nəsə

oğlana bənzərlik var idi. Onun o vaxt 17 yaşı var

idi. O, dedi: “Sizin təcrübələriniz, xüsusən süfrəni

necə çəkməyiniz mənim xoşuma gəldi”.

Bu zaman biz lança gedirdik və möhtəşəm,

içərisində 12 nəfər üçün hazırlanmış, üzərində

gümüş və qızıl boşqablar düzülmüş böyük masa

olan qonaq otağına daxil olduq. Şahzadə Xanım

Anna dedi: “Gəlin bunu indi etməyə cəhd

göstərin”.

Şetfild Universitetinin professoru vəzifəsinə

başlayarkən qəbul  olunmuş qaydaya görə mənə

inaqurasiya mühazirəsi oxumaq lazım gəldi. Mən

çox çalışdım və 20 və ya 30 effektli və maraqlı

nümayişlar hazırladım. Müharizə çox yaxşı keçdi

və kimsə bu haqqda ser Lorens Breqqə demişdi.

O, həmin dövrdə Kral İnstitutunun direktoru idi

və məni 350 şagirdə müharizə oxumaq üçün

dəvət etdi. Sonra mən Kral institutu qarşısında

məruzə etdim; bu kifayət qədər formal tədbir idi

və onda mətbuat və televiziya nümayəndələri

iştirak edirdi. Məruzə entropiyaya həsr olunmuşdu

və “Qaydasızlıq qanunları” adlanırdı. Mən altı

saatlıq mühazirələr oxudum, o dövrdə yalnız bir

televiziya kanalı var idi və mənə ən yaxşı efir

vaxtı ayırmışdılar. Beləliklə, mən elmi geniş

kütləyə təqdim etməyə başladım və bundan böyük

zövq aldım.



Öz fikirlərinizi alim olmayanlara çatdıra

bildiniz?

Düşünürəm ki, hə. Xatırlayıram, bir dəfə

gecə çox gec mən London hava limanına gəldim

və hansısa iri, baş anqara bənzər otağa daxil

oldum. Orada bir neçə yükdaşıyan (baqaji

yükləyən) var idi və onlardan biri mənə qışqırdı:

“Termodinamikada yeni nə var?” Mən təxminən

200 proqram hazırladım və 1960-cı illərin

əvvəllərində kütləyə çox yaxşı tanış idim. Amma

televiziya şöhrəti tez yox olur.

Bu, mənim 1966-cı ildə Kral institutuna

direktor keçməyimdən  əvvəl olmuşdur. Mən 20

il həmin institutun  direktoru oldum. Mənim

böyük tədqiqat qrupum var idi.

Mən geniş kütlə və gənc adamlar üçün  çoxlu

mühazirələr oxuyurdum, Devi və Faradeyin



11

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




işlərindən danışırdım. 1985-ci ildə mən Kral

cəmiyyətinin sədri oldum. Sonra artıq ahıllıq

yaşımda məni bura, imperial-kollecə professor

vəzifəsinə dəvət etdilər. Burada mənim yaxşı

yeni laboratoriyam var. İndi mən 78 yaşında

“vaxtından əvvəl təqaüdə çıxmaq haqqında”

düşünürəm. Bu o demək deyil ki, mən hər şeyi

atacam, mən arxayin ola bilmərəm ki, imperial-

kollec məni daima maliyyəşdirəcək. Mən tamamilə

o fikirdəyəm ki, işimi mümkün qədər uzun

müddət davam etdirim, amma elə bir an gəlir ki,

temp aşağı düşür.

Mənim yaşımda olanlar nəsə parlaq və orijinal

şeyləri özləri tez-tez edə bilmir, amma bəzən

onlar gənc həmkarları ilə birgə işləyərək xeyir

verə bilirlər.



Siz olduqca tez başlamısınız.

Bəli, əgər xüsusən beş il hərbi-dəniz

donanmasında xidməti nəzərə alsaq. Universiteti

bitirdikdən sonra 20 yaşımda mən Hərbi Dəniz

Donanmasının zabiti oldum. Həmin ildə  mən

Aberdin universitetinə keçdim. Burada

Şotlandiyada deyildiyi kimi naturfəlsəfə məktəbi

var idi. Mən radiofizika ilə məşğul oldum. Bunu

müharibə tələb edirdi. Müharibə vaxtı mən uzun

müddət dənizdə, Atlantikada qaldım, radarların

işinə nəzarət etdim və elektronikanı öyrəndim.

Bu konvoyda 100-ə qədər gəmi var idi və mən

yeganə adam idim ki, radarlardan kifayət qədər

məlumatım vardı. Bundan başqa mən Belfastda

radarlar üzrə məşğələlər aparırdım.

Dənizdə  mənim  çox vaxtım  vardı ki,

müharibədən sonraki planlarım haqqında

fikirləşim. Mən pul qazanmalıyam və ya nəsə

faydalı bir işlə məşğul olum, və ya kitab yazmağa

cəhd edim? Tezliklə mən dönməz olaraq qərar

qəbul etdim ki, elm ilə məşğul olacağam. Əvvəl

olduğu kimi əylənmək üçün yox, elmi tədqiqatlar

aparmaq, hansısa böyük kəşf etmək. 

Mən özümü dahi hesab etmirdim; mən belə

deyildim. Amma mən hesab edirdim ki, həyatda

dünyanı dərk etməkdə irəliləməyə cəhd etməkdən

qiymətli heç nə yoxdur. 

Artıq mənim 24 yaşım var idi və mən sürətlə

işləməyi qərara aldım: Kembric elm mərkəzi

olduğu üçün eyni zamanda üç professora yazdım.

Onların arasında fizik, fizioloq və fiziki kimyaçı

vardı. Nəhayət mən fiziki kimyaçı R.C. Norrişı

seçdim. Kembricdə mənə çox yaxşı idi və mən

orada 9 il işlədim. İstəyirdim ki, nəsə kifayət

qədər iddialı və olduqca qiymətli bir şey edim.

Aparatların əsas hissəsini Hərbi Dəniz

Donanmasından dilənib (yalvarıb) aldım.

Bir çox tərəfdən  mənim bəxtim gətirmişdi,

xüsusən onda ki, mənim tədqiqatımın başlıca

ideyası mənim radarlarla və fotokimya ilə işlərimin

təcrübəsinin nəticəsi  idi.

O vaxt Kembric universitetində mövcudluğu

saniyənin mində biri və daha kiçik zamanda olan

sərbəst radikallarla maraqlanan alimlər var idi.

Əksəriyyəti şübhə edirdilər ki, belə radikallar

mövcuddur, amma mən onları görmək istəyirdim.

Mən sadə adamam və inanmıram ki, görmək

olmaz.


Bunu etmək üçün ordu projektorlarına bənzər

fasiləsiz işıq mənbəyi əvəzinə mən müharibə

vaxtı yaradılmış çox güclü lampa-alışqan istifadə

etdim.


Belə lampaları bombardumançı təyyarələrdə

bomba bölməsinə yerləşdirdilər.

Enerji  mənbəyi olaraq kondensator istifadə

edilirdi. Belə bombardumançı təyyarələr

Almaniyanın əraziləri üzərindən uçaraq onların

şəklini çəkirdi. Mən belə lampalardan birini

(Lankaşirdə hazırlanmış) gətirdim, donanma

adamlarından kondensator əldə etdim və dəhşətli

gücə malik, lazım olandan olduqca güclü alışqan

alındı. Mən əlbəttə həddən artıq səy göstərmişdim,

amma kondensatorlar siyahıdan silinmiş (lazımsız

hesab edilən) hərbi materiallardan götürülmüşdü

və mənə müftə başa gəlmişdi.

Təxminən bir il sonra beynimə gələn ikinci

ideya ondan ibarət idi ki, alışqan istifadə  edim:

Birini impuls kimi, digərini  isə detektor kimi.

Bu, radarın optiki  ekvivalenti idi. Radar

elektromaqnit şüalanması impulsunu,

radiodalğaları istifadə edir. Impulsların  müddəti

saniyənin milyonda biri qədər idi ki, bu da mən

donanmadan getməmişdən əvvəl istifadə etdiyimiz

radarlardakı mikrosaniyələrə uyğun gəlirdi. İdeya

ondan ibarət idi ki, impulsu göndərmək və onu

işığın sürətinin  köməyi ilə tədqiq etmək (məsafəni



12

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə