Design Elm Dunyasi2 215x290 Iyun219++++ Layout 1



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix28.07.2018
ölçüsü3,61 Mb.
#59202
1   2   3   4   5   6   7   8   9   10   ...   30

İ

ngilis kimyaçısı Derek Barton 1918-

ci ilin sentyabrın 8-də Qreyvzendə

anadan olmuşdur. 1940-cı ildə Londonda

Kral kimya kollecini bitirmişdir. Orada da

işləmişdir, 1942-1945-ci illərdə hərbi idarələrdə,

1945-1946-cı illərdə və 1957-ci ildən Londonun

Kral kollecində işləmişdir. 1946-1949-cu illərdə

“Si-Ay” firmasının laboratoriyasında çalışır.

1950-1955-ci illərdə və 1957-1978-ci illərdə

London universitetində dərs demişdir (1953-

cü ildən professor). 1955-1957-ci illərdə

Qlazqoda universitetdə işləmişdir.

1978-ci ildən Fransada Jif-sür İvetdə təbii

maddələr institutunda direktor işləmişdir.

Konformasiya analizinin yaradıcılarından

biridir. Həmçinin təbii birləşmələr kimyası

sahəsində də  çalışmışdır.

1950-ci ildə steroidləri və terpenləri tədqiq

edərək eyni əhatədə olan eyni  əvəzləyicilərin

reaksiya qabiliyyətinin fərqli olmasını onların

müxtəlif konformasiya vəziyyətində olması ilə

izah etmişdir. Optiki fırlanma dispersiyasını,

və İQ-və NMR-spektrlərin adsorbsiya

qabiliyyətlərini izah etmək üçün konformasiya

analizi ideyasını istifadə etmişdir.

1953-cü ildə əvəzləyicili sikloheksanonlarda

reduksiya şəraitlərinin əmələ gələn spirtdə

hidroksil qrupunun konfiqurasiyası və

konforması ilə əlaqəsini müəyyən edən qayda

təklif etmişdir (Barton qaydası). 

1960-cı ildə nitritlərin nitrobirləşmələrə

daha sonra oksimlərə fotokimyəvi

pereqruplaşmasını kəşf etmişdir (Barton

reaksiyasıdır). Bu da aldosteronun sadə sintez

üsulunu  yaratmağa imkan verdi. 

1960-cı ildə arenlərin həlqələrinin

fotokimyəvi parçalanmasını müşahidə etdi.

Tetrasiklinin mikroorqanizmlərlə istehsalını

imitasiya edən sintez üsulunu təklif etdi. 1942

- 1952-cı illərdə xlorüzvi birləşmələrin pirolizini

tədqiq etmişdir. 1960-cı ildə karbonionların

avtooksidləşməsini öyrənmişdi. Biosintez

proseslərində fermentlərin rolunu və onların

biogenezi yolunu öyrənmişdir.

1969-cu ildə “Konformasiya analizinin



tədqiqi və onun kimyada tətbiqinə görə”

kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İştvan Xarqitai 1996-cı ildə Bartondan

intervyu almaq istəyir. Lakin onların görüşü



15

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013



1969-cu ildə kimya üzrə Nobel mükafatına

layiq görülmüş

Derek Xarold Barton (1918-1998)

Derek Xarold Barton 

(1918-1998)


baş tutmur və o, müsahibəni məktublaşma ilə

alır. Həmin müsahibədən qeydləri oxucuların

diqqətinə çatdırırıq.

1995-ci ildə Amerika kimya cəmiyyətində

qeydə alınmış tədqiqatlar göstəricisində Sizin

cari elmi maraqlarınız belə qeyd olunmuşdur:

“Təbii maddələrin sintezinə  və ya qismən

sintezinə aid olan yeni kimyəvi reaksiyaların

kəşfi” 

Siz hansı yeni reaksiyalar üzərində

işləyirsiniz və hansı təbii maddələri  almaq

istərsiniz?

Biz sterik gərilmiş peptidlərin yumşaq

şəraitlərdə, otaq temperaturunda alınmasının

yeni üsulları üzərində işləyirik. Gərilmiş peptidlər

(tibb üçün əhəmiyyətli olan tsiklosporin A kimi

peptidlər) bəzi sayda gərilmiş qalıqlara malikdir.

Əsas gərilmiş zəncirli peptidlərin sintezi

aktual olaraq qalır.

Biz həmçinin selektiv daxil edilmiş

funksional qruplu doymuş karbohidrogenlərin

yumşaq şəraitlərdə  (otaq temperaturunda,

neytral mühitdə, atmosfer təzyiqində) sintezi

ilə maraqlanırıq. Biz Gif-kimya adlanan şeyi

istifadə edirik. Onda elə fəaliyyət mexanizmi

istifadə olunur ki, mümkündür ki, təbiətdə

mentomonooksidgenaza enziminin (MMO)

təsiri ilə həyata keçirilir. Biz digər tədqiqatçıların

istifadə edəcəyi yeni reaksiyaları təklif etmək

istəyirik.

Sizin tədqiqat qrupunuz nə qədər

böyükdür və Sizin işləriniz kim tərəfindən

maliyyələşdirilir?

Hazırda Texas ASM universitetində mənim

12 ölkədən 16 əməkdaşım var. İki əməkdaşım

Macarıstanda və biri Jif-sur-İvetdə (Fransada)

işləyir. 

Qrup Milli sağlamlıq institutu, ABŞ-ın Milli

elm fondu və Uels fondu tərəfindən və sənayedən

az olmayan dostlarımız tərəfindən

maliyyələşdirir.

Sizin nəzərdə tutduğunuz reaksiyalardan

hansı ən əhəmiyyətli idi və hansı daha

əhəmiyyətli təbii maddəni sintez etdiniz? 

Praktiki baxımdan ən əhəmiyyətlisi karbon

və digər radikallar generasiya və sintetik istifadə

üçün tiokarbonil qrupunun istifadəsidir. 

Tiokarbonil qrupu karbon radikallarına

intizamlaşdırıcı “ təsir göstərir və yumşaq

şəraitlərdə lazımi məhsulları olduqca böyük

çıxım ilə almağa imkan verir.

Həyata keçirilmiş sintezlərdən  daha çox

təsir bağışlayanı əhəmiyyətli steroid hormon

olan aldosteronun bütün dünyada istehsalı

milliqramlarla ölçüldüyü halda onu 60 qram

miqdarda sintez etmək idi. Bu qısa, üç mərhələli

sintez təsirsiz neopentil qrupunun molekula

daxili funksionallaşması üçün yeni reaksiyanın

(nitrin fotolizi) kəşfi  sayəsində həyata keçdi.



Siz konformasiya probleminə necə

qoşuldunuz?

Reaksiya qabiliyyətinin  yaxşı konformasiya

ilə korrelyasiya olunması ideyası mümkündür

ki, 1950-ci ildə orijinal idi. Mənim çap etdirdiyim

qısa nəzəri məqalə üzvi kimyanı və biokimyanı,

nəhayətdə molekulyar biologiyanı dəyişdi.

Əksər molekullar yaxşı konformasiyaya

malikdirlər. Əgər bu müəyyən edilmişdirsə,

stereokimyəvi tədqiqat kimyəvi reaksiyaların

selektivliyi və onların nisbi sürətləri  haqqında

əvvəlcədən fikir söyləməyə imkan verir. Mənim

bu problemə qoşulmağım sadə baş verdi. Mən

fiziki kimyaya steroidlər kimi  mürəkkəb təbii

birləşmələrə aid ədəbiyyatları oxudum. Sadəcə

onu qeyd etmək tələb olunurdu ki, sanki

tamamilə  müxtəlif sahələrin inkişafı harmonik

nəzəriyyənin köməyi ilə əlaqələndirilə bilər.

Bu nəzəriyyənin əhəmiyyəti kimyaçı-sintetiklər

üçün aydın idi. Və bir il ərzində hamı

konformasiya analizi ideyasından istifadə etməyə

başladılar.

Siz konformasiya analizini  aktiv inkişaf

etdirmiş norveçli Odd Xassel və Otto Bas -

tiansen ilə nə qədər sıx qarşılıqlı fəaliyyətdə

olmusunuz?

Mən 1950-ci ildə bu sahədə  açar olan

məqaləni yazarkən nə Odd Xassel nə də  Otto

Bastiansen ilə tanış deyildim. Amma mən oların



16

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 5‐6 (04) 2013




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə