Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə19/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   15   16   17   18   19   20   21   22   ...   138

41 
 
Kilikiyanı özünə tabe etdirdi. Buradaca qeyd etməliyik ki, Albaniyanın bir hissəsi 
II  Tiqranın  hakimiyyəti  altına  düĢsə  də,  mənbələrdə  Sünikin,  Arsağın  və  Utinin 
"Böyük Ermənistana" qatılmağı barədə bir əsaslı elmi məlumat yoxdur (146, 118). 
II  Tiqranın  öz  gücünü  artırdığını  və  nəzarətdən  çıxdığını  görən  Roma 
imperiyası e.ə 66-cı ildə sərkərdə Lüküll və Pompeyi Tiqranın üzərinə göndərdi və 
Tiqranakert  yaxınlığındakı  döyüĢdə  erməni  sərkərdəsi ağır məğlubiyyətə uğradı 
(22, XI, 14-15). 
66-cı  il  müqaviləsinə  görə  Tiqranın  iĢğal  etdiyi  bütün  ərazilər  Romanın 
tabeçiliyinə  keçdi,  II  Tiqran  isə  Romanın  müəyyən  Ģərtləri  daxilində  (Erməni 
yaylası ərazisində) erməni tacını özündə saxladı. 
 
Qədim  yunan  tarixçisi  və  salnaməçisi,  "tarixin  atası"  sayılan    Herodota 
görə  Böyük  Ermənistan  uzunluğu  310  km  olan  bir  ölkədir  ki,  hətta  onun  Ģərq 
qonĢusu  olan  Matien  ölkəsi  ərazisinin  uzunluğuna  görə  (750  km)  ondan  ikiqat 
böyükdür (21a, V, 52). 
Bu da cəmi 29 il müstəqil olan "böyük" Ermənistanın tarixi! 
Cəmisi  29  il  müstəqil  dövləti  olan  bir  xalq  necə  ola  bilər  ki,  Zəngəzuru 
(Syüniki), Arsağı, Naxçıvanı öz tabeliyində, təsir dairəsində saxlasın? 
Sünikin  qədim  tarixindən  danıĢarkən  bir  məsələyə  də  aydınlıq  gətirmək 
gərəklidir.  Ġki  min  ilə  yaxın  bir  müddətdə  Roma,  Vizantiya,  Parfiya,  Ġran 
imperiyalarının  və  Ərəb xilafətinin tabeliyində  yaĢayan  yarım  müstəqil  vilayətləri 
məhdud  səlahiyyətli  yerli  hakimlər  idarə  etmiĢlər.  Bu  yerli  hakimlərin  hərbi 
dəstələri,  bəzi  hallarda  kifayət  qədər  yaxĢı  silahlanmıĢ  qoĢunları  var  idi.  Böyük 
imperiya zəiflədikdə, adətən, yerli hakimlər baĢ qaldırır, özlərini müstəqil elan edir 
və  qonĢu  ərazilərə  dağıdıcı,  iĢğalçı  hücumlar  edirdilər.  Bu  mənada  Ərməniyyə 
nəinki istisna deyildi, bəlkə də "nümunə" idi. Altı aydan bir neçə ilə qədər hökm 
sürən belə "müstəqillik" və "zəfər yürüĢləri" mərkəzi hökumət tərəfindən yatırılır, 
əyalət baĢçısı öldürülür, həbs edilir, yaxĢı halda isə taxt-tacdan kənarlaĢdırılırdı. 
Belə  dövrlərdə  qısa  müddətə  Albaniyanın  bir  neçə  əyaləti  Ərməniyyə 
tərəfindən iĢğal olunur, yaxud Ġberiyanın bir hissəsini albanlar tuturdular və s. 
Erməni  tarixçiləri  isə  heç  utanmadan  bu  ötəri,  lokal  müharibələri  erməni 
ordusunun  müzəffər  yürüĢü,  erməni  ayağı  dəyən  əraziləri  isə  qədim  erməni 
torpaqları adlandırırlar. 
Naxçıvan, Sünik və Arsaqla da vaxtaĢırı belə olmuĢdur. 
Sünik  əyaləti  Albaniyanın  cənubunda  böyük  bir  ərazini  tuturdu  və 
Ermənistanla  (təxminən  Göyçə  gölünün  qərb  kənarı  boyunca)  həmsərhəd  idi. 
Sisakan  adı  ilk  dəfə  VI  əsr  Suriya  tarixçisi  Zəkəriyyə  Ritorun  əsərində  çəkilir. 
Ermənistanın təsvirini verən Ritor "Sisaqan, Aran Gürzan kimi Ermənistandan 
ayrı bir ölkədir" - yazır (146, 105). 
Moisey  Kalankatuklu  özünün  "Alban  tarixi"  əsərində  Sisakan,  Sünik, 
Sünestan terminlərini iĢlədir (146, 17). 


42 
 
Syünik  salnaməçisi  Stefanos  Orbelian  "Sisakan  vilayətinin  tarixi"  (XIII 
əsr)  əsərində  yazırdı  ki,  onun  zamanında  Syünikdə  və  Arsaqda  Syünik  və  Arsaq 
dilində danıĢırdılar (211, 187). 
Erməni  tarixçisi  N.Adons  Syüniki  Erməni  vilayəti  adlandırsa  da,  belə  bir 
haĢiyə  çıxmağa  məcbur  olmuĢdur:  "Syünik  özünün  mülki  və  kilsə  həyatında 
mərkəzi  Ermənistandan  müstəqil  və  öz  xüsusi  mövqeyi  ilə  seçilən  vilayət  idi  ki, 
bunun da başlıca səbəbi Syünikin etnik özəlliyi ilə bağlıdır" (109, 421). 
Sünikin  özəlliyi  barədə  belə  fikirlərə  tarixi  mənbələrdə  çox  rast  gəlmək 
olur.  Onların  hamısını  sadalayıb  oxucularımızın  vaxtını  almaq  istəmədiyimizdən, 
belə bir ümumi nəticəyə gəlirik ki, Sünik adı yerlə deyil, etnik mənĢə ilə, tayfa adı 
ilə bağlıdır və bir daha əvvəl qeyd etdiyimiz o fikrə qayıdırıq ki, eradan əvvəl III 
minillikdə  Çinin  Ģimalında  saklara  qohum  olan  Syünni  tayfaları  yaĢamıĢ  və  II 
minilliyin sonlarında bu tayfalar (iskit və qəmərlərlə birlikdə) Xəzərin cənubundan 
keçərək  Cənubi  Qafqaza  gəlmiĢ,  oradan  Qara  dənizin  Ģimal  sahillərinə  çəkilmiĢ, 
e.ə VII əsrdə isə yenidən Qafqaza, o cümlədən Kür-Araz aralığına qayıtmıĢlar (55, 
77). 
Sünik  də,  Sisakan  da  eyni  mənĢəli  adlardır,  Sak  və  Sunni  tayfalarının  - 
prototürklərin adı ilə bağlı yerlərdir, babalarımızın babalarının torpaqlarıdır. 
Müxtəlif dövrlərdə siyasi cəhətdən gah Ərməniyyəyə, gah Albaniyaya, gah 
da Atropatenaya müəyyən tabeliyi olan Syünik  vilayəti çox zaman müstəqil (təbii 
ki,  Ġran,  Parfiya  yaxud  Roma  imperiyasının  icazə  verdiyi  dərəcədə)  çarlıq  kimi 
fəaliyyət  göstərmiĢdir.  Etnik,  iqtisadi  və  kulturoloji  baxımdan  isə  daha  çox 
Albaniya və Atropatena ilə bağlı olmuĢdur (146, 106). 
Sünik  iqtisadi,  siyasi  və  hərbi  baxımdan  güclü  vilayət  olmuĢdur.  20  minə 
yaxın süvari qoĢunu olan Sünik knyazlığı uzun illər fars (AĢakidlər dövründə) və 
Parfiya  (ValarĢakın  çarlığı  zamanı)  imperiyalarının  həmin  dövrdə  "Sisan 
qapıları" adlandırılan ġimali Qafqaz qapılarını qorumuĢdur. 
Bunu da qeyd etmək lazımdır ki, əgər VI əsrə qədər Syünikin Ərməniyyə ilə 
hər  hansı  siyasi  və  dini  əlaqəsi  var  idisə,  belə  bu  vaxt  baĢ  verən  Ġran  -  Bizans 
müharibəsi  zamanı  Ərməniyyə  Bizansı,  Sünik  isə  Ġranı  müdafiə  etdiyindən  bu 
əlaqə tamamilə kəsildi. 
"571-ci  ildə  Sünikin  hökmdarı  üsyan  etdi,  ermənilərdən  ayrıldı,  Sünik 
arxivinin  Dvindən  ayrılıb  Paytarakana  verilməsi,  onların Atropatenaya  qatılması 
və adlarının ermənilərlə bir çəkilməsi üçün İran şahı Xosrova müraciət etdi. Onun 
müraciəti qəbul olundu və şahın əmri yerinə yetirildi" (25, 28). 
Bütün VIII əsr ərzində Sünik Albaniyanın müstəqil vilayəti olaraq fəaliyyət 
göstərir və Kilsə ierarxiyasına görə Mitropolit rütbəsində Alban katolikosluğu tabe 
olur. Bu dövrdə yüksək nüfuz sahibi olan Albaniyanın knyazı CavanĢir "Syünik 
vilayəti knyazının Aruncan  nəslindən özünə qız  seçib onunla evləndi"  (88, II 
kitab XIX fəsil). 
Bu izdivac Sünik-Alban ittifaqını daha da möhkəmləndirdi. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə