Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.

səhifə1/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Dəyanət Cümənov

BÖYÜK 

AZƏRBAYCANŞÜNAS 

ALİM, PROFESSOR 

MİRƏLİ SEYİDOVUN 

ƏDƏBİ NƏZƏRİ 

GÖRÜŞLƏRİ

Bakı – “Təknur” – 2013



Professor Mirəli Seyidovun elmi irsini araşdırmağı mənə 

tövsiyə  edən  elmi  rəhbərimə  -  zamanının  tanınmış  və  böyük 

ədəbiyyatşünas alimi prof. Zaman Əsgərliyə öz dərin minnət-

darlığımı bildirirəm.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Baş redaktor:  

f.e.d., prof. Zaman Şükür oğlu Əsgərli 

   

 

(AMEA Nizami adına Ədəbiyyat 



   

 

İnstitutu “Yeni dövr Azərbaycan 



   

 

ədəbiyyatı” şöbəsinin müdiri)



Rəyçilər:  

f.e.d., prof. Tahirə Məmməd 

   

 

(AMEA Nizami adına Ədəbiyyat 



   

 

İnstitutu “Ədəbiyyat nəzəriyyəsi” 



   

 

şöbəsinin müdiri)



   

 

f.e.d. N.Muradəliyeva



   

 

fil.f.d. Q.Mirzəzadə 



   

 

fil.f.d. M.Mustafayev



   

 

fil.f.d. Y.Qasımov



Dəyanət  Cümənov.  Böyük  Azərbaycanşünas  alim, 

professor Mirəli Seyidovun ədəbi nəzəri görüşləri. Bakı 

– “Təknur” nəşriyyatı  – 2013. 112 səh. şəkilli.

Kitabda  böyük  azərbaycanşünas  alim  professor  Mirəli  Seyidovun 

yaradıcılığı ilk dəfə olaraq azərbaycanşünalıq kontekstində araşdırılmış, 

əsasən də alimin milli filoloji fikrimizin ciddi uğurları sayıla biləcək “Sa-

yat Nova”, “Qövsi Təbrizi”, “Azərbaycan-erməni ədəbi əlaqələri” monoq-

rafiyaları və “Şifahi xalq ədəbiyyatı təsiri ilə yaranan şeir”, “Məsihi”,“Qöv-

si Təbrizi”, “Vidadi” kimi elmi icmal və oçerklərinin təhlili yolu ilə alimin 

XX əsr Azərbaycan ədəbiyyatşünaslığı tarixində yeri, mövqeyi müəyyən-

ləşdirilmışdir. 

ISBN: 978-9952-445-08-8

© D.Cümənov, 2013



~~~ 3 ~~~

Seyidov Mirəli Mir Ələkbər 

oğlu

  (05.05.1918  -  26.04.1992) 

— tənqidçi, ədəbiyyatşünas, Azər-

baycan  Yazıçılar  Birliyinin  üzvü 

(1976),  filologiya  elmləri  dok-

toru  (1968),  professor  (1979), 

Azərbaycanın 

Respublikasının 

əməkdar  elm  xadimi  (1982), 

Azərbaycan Milli Yaradıcılıq Aka-

demiyasının müxbir üzvü 1918-ci 

il mayın 5-də Qərbi Azərbaycanın 

İrəvan  şəhərində  bəy  ailəsində 

anadan olmuşdur. Burada ibtidai məktəbi, 1938-ci ildə isə 

Bakıda S.Ağamalıoğlu adına Hidromeliorasiya texnikumunu 

bitirmişdir.  1938-1944-cü  illərdə  Yerevan  Dövlət  Pedaqo-

ji  İnstitutunun  Azərbaycan  bölməsində  təhsil  almış,  1941-

1945- ci illərdə isə Ermənistan Dövlət Universitetinin Şərq 

şöbəsində oxumuşdur. Həmin illər “Sovet Ermənistanı” qə-

zeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin 

müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbu-

at müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat 

Muzeyinin  “Orta  əsrlər  Azərbaycan  ədəbiyyatı”  şöbəsinin 

müdiri  (1945-1953),  Nizami  adına  Dil  və  Ədəbiyyat  İnsti-

tutunda “Orta əsrlər” şöbəsində baş elmi işçi (1953-1960), 

“Ədəbi əlaqələr” şöbəsində baş elmi işçi (1960-1967), şöbə 

müdiri (1967-1980), “Azərbaycan mifologiyası və orta əsr-

lər folkloru” şöbəsinin müdiri (1980-1988), “Xalq yaradıcı-

lığı” şöbəsində isə 1987-ci ildən aparıcı elmi işçi işləmişdir. 

1982-ci  ildə  Türkiyədə  keçirilən  4-cü  türkoloji  konqresdə 

Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan 

mərasimlərində  teatr  ünsürləri  (Yuğ  mərasiminə  əsasən)” 

mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə 

“Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklər-

lə başlamış və həmin dövrdən mətbuatda vaxtaşırı çıxış et-



~~~ 4 ~~~

mişdir. 1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən 

qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda dok-

torluq dissertasiyası müdafiə etmişdir. Ömrünün sonlarında 

“Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öy-

rənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində 

çalışmış,  ümumittifaq  türkoloji  müşavirə  və  konfranslarda 

iştirak etmişdir. 1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, 

ikinci Fəxri xiyabanda dəfn olunmuş, yaşadığı binanın diva-

rına  xatirə  lövhəsi  vurulmuş,  Bakının  Yasamal  rayonunda 

adına küçə verilmişdir.



~~~ 5 ~~~

 

GİRİŞ

Azərbaycanşünaslıq  mükəmməl  bir  elm  kimi  XX  əsrin 

20-30-cu  illərində  formalaşmış,  Azərbaycanda  həm  elmi 

təfəkkürün  inkişafı,  həm  də  azərbaycançılıq  dünyagörüşü-

nün təşəkkülü ilə bağlı azərbaycanşünaslığın meydana çıx-

ması  sonralar  daha  elmi  xarakter  almışdır.  Azərbaycanşü-

naslıq polemik xarakterli, əsasən, problemlərdən ibarət bir 

elm  olması  ilə  şərtlənir  ki,  bu  da  milli-ictimai  təfəkkürün 

müxtəlif  sahələrində  özünü  göstərir.  Azərbaycanşünaslığın 

problemlərini dilçilik, ədəbiyyatşünaslıq, mədəniyyətşünas-

lıq, tarixşünaslıq və b. elmlərin hər birinin əldə etdiyi fakt-

lardan,  nəticələrdən, ümumi  nəzəri müddəalardan  istifadə 

etməklə həll etmək mümkündür. Bu mənada azərbaycanşü-

naslığın  ədəbi-nəzəri  problemlərinin  həl  lində,  ümumtürk 

mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhli-

li işində məhz XX əsr Azərbaycan ədəbiyyatşünaslığının, yəni 

bu dövrdə yaşayıb-yaratmış ədəbiyyatşünas alimlərin də öz 

payı vardır. Digər bir tərəfdən XX əsr Azərbaycan ədəbiyyat-

şünaslığının inkişaf tarixinin və məşğul olduğu ədəbi-nəzəri 

problemlərin öyrənilməsi, sistemləşdirilməsi isə həmin döv-

rdə fəaliyyət göstərmiş ədəbiyyatşünas alimlərin elmi irsi-

nin əhatəli öyrənilməsini tələb edir. Elə buna görə də keçən 

əsrin ortalarından başlayaraq, Azərbaycan ədəbiyyatşünas-

ları  öz  sələflərinin  həyat  və  yaradıcılığının  öyrənilməsi  ilə 

məşğul olmağa başlamış, Abdulla Sur (1882-1912), Firidun 

bəy Köçərli (1868-1920), Seyid Hüseyn (1887-1937), Hənə-

fi Zeynallı (1895-1937), Əli Nazim (1906-1941), Məmməd 

Arif  (1904-1975),  Əhməd  Cəfəroğlu  (1899-1975),  Mir  Cə-

lal Paşayev (1908-1978), Feyzulla Qasımzadə (1898-1976), 

Məhəmmədhüseyn  Təhmasib  (1907-1982),  Əkbər  Ağayev 

(1915-1989), Əziz Mirəhmədov (1920-2002), Kamal Talıb-

zadə (1923-2007), Bəkir Nəbiyev (1930-2012), Nizaməddin 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə