Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

~~~ 30 ~~~

kimsə özünü gülünc yerinə qoymaq istəmədi. Miranın adını 

çəkməsə də, Sayat Novanın şeirlərində Nəsiminin böyük şair 

və mütəfəkkir kimi xatırlanması erməni ədəbiyyatında Azər-

baycan dilində yazmağın, Azərbaycan şifahi və yazılı ədəbiy-

yatından  açıq-aşkar  bəhrələnməyin  ənənəyə  çevrilməsin-

dən və uzunömürlülüyündən xəbər verir. Şovinist din və elm 

xadimlərini də narahat edən bu idi və onlar, ilk növbədə, bu 

ənənəni qırmağa çalışırdılar. 

M.Seyidov erməni aşığının poeziyasını mövzu-məzmun 

və  sənətkarlıq  məziyyətləri  baxımından  da  təhlil  etmişdir. 

Təhlil prosesində o, iki cəhətə xüsusi diqqət yetirmişdir. Bi-

rincisi, problemin araşdırılmasında tədqiqatçı milli ədəbiy-

yatımızın əvvəlki və həmin dövrkü kontekstini əsas götür-

müşdür. Araşdırıcı aşığın Azərbaycan dilində qələmə aldığı 

əsərlərə nə qədər istinad etmişdirsə, erməni dilində yazdığı 

poetik nümunələrə də bir o qədər müraciət etmişdir. Başqa 

sözlə desək, erməni aşığının bədii irsinin Azərbaycanla bağ-

lılığı onun hər iki dildə yazılmış əsərlərinin eyni tutumda və 

dərəcədə təhlili üzərində aparılmışdır. İkincisi, bəzi məqam-

larda,  xüsusən  də  Sayat  Novanın  erməni  dilində  yazılmış 

əsərlərin təhlilində müəllif Azərbaycan aşıq və klassik po-

eziyası ilə əlaqələrə, milli şeirimizin obrazlar sisteminin və 

ideya-fəlsəfi özünəməxsusluğunun təsiri məsələlərinin üzə-

rində ayrıca dayanmışdır. 

Görkəmli  alim  Sayat  Nova  haqqında  monoqrafik  tə-

dqiqat aparmaqla kifayətlənməmiş, əsərinin çapına qədər və 

çapından sonra bu məsələyə dönə-dönə qayıtmışdır. Onun 

bu mövzuda yazdığı məqalələrinin bir qismi yubiley xarak-

teri  daşıdığı  üçün  bunlarda  müstəqil,  yeni  araşdırmalarla 

müqayisədə aşıq haqqında ümumi təsəvvür yaratmaq cəhdi 

ön plana keçirilmişdir [84; 85; 86; 87; 88; 89]. Amma bəzi 

məqalələrində biz alimin monoqrafiyasında qismən işıqlan-

dırdığı problemlərin təhlili ilə rastlaşırıq. Məsələn, alim Sa-

yat Nova və Şah İsmayıl Xətai əlaqələrindən danışarkən bəzi 



~~~ 31 ~~~

bəlli problemlərə toxunmuş, daha sonra isə Miran və Nəsi-

mi əlaqələrindən danışılan məqaləsində olduğu kimi, şairin 

naməlum əsərinin mətnini vermişdir [55].

Eyni  problemi  M.Seyidov  “Azərbaycan-erməni  ədəbi 

əlaqələri” [57; 135] monoqrafiyasında daha geniş miqyasda 

və daha əsaslı şəkildə araşdırmaya cəlb etmişdir. İlk növbə-

də, onu xüsusi qeyd etmək lazımdır ki, bu tədqiqat alimin 

digər  araşdırmalarından  bəzi  özünəməxsusluqlarına  görə 

fərqlənir:



Birincisi

, doktorluq dissertiyası Mirəli müəllimin Azər-

baycan ictimaiyyəti və filoloji fikrində ömrünün sonuna kimi 

fəaliyyətində və şəxsiyyətində daşıdığı xüsusi tipli alim imi-

cinin formalaşmasının başlanğıcına çevrildi. Bildiyimiz kimi, 

o, yaradıcılığının ikinci mərhələsində əksər filoloji problem-

ləri etnik-milli sistem və dəyərlər kontekstində araşdırmağa, 

mülahizəsini əsaslandırmaq üçün türk tarixinin, mifologiya-

sının, folklorunun, dilinin, mədəniyyət və incəsənətinin ma-

teriallarına  müraciətə  üstünlük  veribdir.  Haqqında  söhbət 

gedən bəzi məqalələri çıxmaq şərti ilə (onların əksəriyyəti 

sonradan monoqrafiyaya daxil edilibdir ), birmənalı şəkildə 

bildirmək lazımdır ki, M.Seyidovun türk dünyası miqyasında 

araşdırıcı kimi fəaliyyəti, ilk növbədə, məhz Azərbaycan-er-

məni  ədəbi  əlaqələri  problemini  doktorluq  dissertasiyası 

mövzusu kimi tədqiq etməsindən başlayır [81]. 



İkincisi

, müəllifin Sayat Nova haqqında araşdırmasında 

dövrün tələbləri ilə bağlı nəzərə çarpan qüsurların böyük ək-

səriyyətinə artıq ya bu tədqiqatda rast gəlinmir, ya da tama-

milə başqa formada ifadəsini tapır. Biz bununla onu demək 

istəmirik ki, M.Seyidov doktorluq dissertasiyasından başla-

yaraq dissident ədəbiyyatşünasa çevrildi və ya sovet ideoloji 

təbliğat siyasətinin saxta prinsiplərinə əməl etmədi, yaxud 

da  onların  əleyhinə  çıxdı.  Sadəcə  olaraq,  alim  siyasi  şüar-

çılığı  minimuma  endirməyə  və  obyektiv  elmi  həqiqətlərin 

ifadəsinə daha geniş yer ayırmağa başladı. Məsələn, Mirəli 



~~~ 32 ~~~

müəllim erməni aşıqlarının, o cümlədən Sayat Novanın Azər-

baycan dilində yazmalarının səbəblərindən danışarkən, qar-

daşlığın da əsas rol oynadığını bildirir, hətta bunu erməni di-

linin yoxsulluğu ilə izah edən erməni tədqiqatçılarına qarşı 

çıxırdı, bu iki xalq arasındakı sıx qarşılıqlı əlaqələri də dost-

luq və qardaşlıqla bağlamağa cəhd göstərirdi. 

Doktorluq  dissertasiyasında  alim  daha  obyektiv  elmi 

yol seçmiş, xalqlar, o, cümlədən Azərbaycan-erməni xalqları 

arasındakı qarşılıqlı ədəbi mədəni əlaqələri mövcud filolo-

ji fikrin nəzəri nailiyyətləri əsasında izah etməyə çalışmış-

dır.  Eyni  problem  haqqında  o,  doktorluq  dissertasiyasında 

yazırdı:  “Azərbaycan  və  erməni  xalqları  arasında  qarşılıqlı 

əlaqələrin  tədqiqi  göstərir  ki,  həmin  xalqların  bədii  təfək-

küründəki oxşarlığın və yaxınlığın müxtəlif tarixi, ictimai sə-

bəbləri vardır. Həmin səbəblərin əsasları xalqların həyat tər-

zi, təbii hadisələrə münasibəti, şəraiti, intellektual səviyyəsi 

eyni olan xalqların bədii təfəkküründə, məfkurəsində yara-

nan müstəqil, orijinal baxışlar, dünyagörüşlərdir (məsələn, 

ruhun  ölməzliyinə,  həyatda  fəaliyyət  göstərməsinə  etiqad, 

ulduzların əsatiri qüdrətinə, insanların taleyi ilə bağlılığına 

inam, demək olar ki, bütün dünya xalqlarının qədim əsatiri 

görüşlərində ya formalaşmış, ya da formalaşmış şəkildə var-

dır)” [81, 3-4].

Göründüyü  kimi,  onun  elmi  araşdırmalarındakı  siyasi 

təbliğatlardan  ciddi  şəkildə  təmizlənmələr  əsərlərinin  el-

mi-nəzəri dəyərini qat-qat artırmağa başladı. Əlbəttə, alim 

hələ siyasi-ideoloji klişelərdən tam azad olmamışdı, bu əsə-

rində də bəzi tarixi hadisələrə istər-istəməz sinfilik mövqe-

yindən yanaşırdı. Amma əsas məsələ bundan ibarət idi ki, 

“Azərbaycan-erməni ədəbi əlaqələri” tədqiqatından başlaya-

raq, nəzəri-filoloji fikirdə özündən sonrakı tədqiqatçılar nəs-

linin araşdırmalarına ciddi şəkildə təsir göstərən özünəməx-

sus Mirəli Seyidov mərhələsi formalaşdı. 

Əsərin spesifik cəhətlərinin təhlilinə keçməmişdən əv-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə