Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

~~~ 33 ~~~

vəl onu da vurğulamaq lazımdır ki, müəllif doktorluq disser-

tasiyasının əsas müddəaları əksini tapmış bir çox məqalələ-

rini dövri mətbuatda, elmi dərgilərdə və məcmuələrdə çap 

etdirmişdir. Çap olunduğu dövrdə böyük elmi reaksiya doğu-

ran bu yazılar monoqrafiyada əksini tapdığı üçün biz onların 

üzərində ayrıca dayanmaq istəmirik. Məsələn, M.Seyidovun 

1962-ci ildə “XIII əsrdə azərbaycanca yazılan şeir haqqında” 

məqaləsi [56] dərc olunmuşdur. Məqalədə XIII əsrdə yaşamış 

Bluz  Hovvanes  Yerzinqasidən  və  onun  Azərbaycan  dilində 

yazdığı bir şeirindən danışılır. Həmin məqalə demək olar ki, 

bütövlükdə müəllifin 1976-cı ildə oxuculara çatdırılmış mo-

noqrafiyasına [57] salınmışdır. Bütün bunları nəzərə alanda, 

təkrarçılığa yol verməmək naminə alimin monoqrafiyasında 

əksini tapan məqalələrin xüsusi təhlilinə ehtiyac qalmır. 

Amma Sayat Novaya həsr olunmuş əsərlə əlaqədar de-

yilən bir fikri burada da təkrarlamaq məqsədəuyğun olardı. 

Bu  monoqrafiyasında  da  müəllif  müraciət  etdiyi  istənilən 

sənətkarın  həyatı,  bədii  yaradıcılıq  axtarışları  və  ya  tarixi 

faktla  bağlı  istənilən  nümunəni,  ilk  növbədə,  Azərbaycan 

maraqları,  Azərbaycan  ədəbiyyatının  inkişafı  kontekstində 

təhlil  etmişdir.  Əlavə  edək  ki,  öncəki  tədqiqatından  fərqli 

olaraq,  növbəti  monoqrafiyasında  müəllif  kontekstin  sər-

hədlərini türk dünyası miqyasında genişləndirmişdir. Bu isə 

tədqiqatın elmi və ictimai əhəmiyyətini daha da artırmışdır. 

M.Seyidov  tədqiqatında  Azərbaycan  ədəbiyyatının  ən 

qədim dövründən tutmuş, XIX əsrə qədərki inkişaf mərhələ-

sini bu və ya digər dərəcədə əhatə etmişdir. Təbii ki, belə 

fundamental tədqiqata mifologiyadan, folklordan başlamaq 

lazımdır.  Prof.  N.Cəfərov  milli  mədəniyyətin  yaranmasını 

mifologiya ilə bağlayır: “Mifologiya milli mədəniyyəti yara-

dır.  Ümumiyyətlə,  milli  mədəniyyət  millətin  tarixinə  məhz 

mifologiya  vasitəsilə  bağlanır,  çünki  mifologiya  bu  və  ya 

digər  xalqın  mənəvi  mövcudluğunun  göstəricisidir,  xalqın 

təfəkkürünə ən qısa yol buradandır.(18, 140-141) Haqqında 



~~~ 34 ~~~

danışılan əsərdə də bunun şahidi oluruq. Doğrudur, müəllif 

birinci  fəsli  “Azərbayca-erməni  ədəbi  əlaqələrinin  ilk  döv-

rü  haqqında”  adlandırmışdır.  Amma  burada  “Kitabi-Dədə 

Qorqud” eposunun iki əsas boyu - “Bəkil oğlu İmranın boyu” 

və  “Duxa  Qoca  oğlu  Dəli  Domrul”  boyları  təhlil  edilmişdir. 

İlk dövr üçün bu boyların seçilməsi təsadüfi deyildir. Çünki 

adları çəkilən boylar yalnız eposun əhəmiyyətli boylarından 

deyildir,  eyni  zamanda,  Azərbaycan-erməni  ədəbi  əlaqələ-

rinin ilk dövrü üçün xarakterik problemlərə nəzər salmağa 

imkan verən nümunələrdir.

Müəllif adları çəkilən boyları ermənilərin “Aslan ağa” və 

gürcülərin “Menasvale” əsərləri ilə müqayisədə təhlil etmiş-

dir. Təhlillərdən aydın görünür ki, tədqiqatçı bu əsərlərdəki 

üç əsas problemin: Domrulun islam və xristian dini ehkamla-

rına inanmaması, Əzrail ilə vuruşması, bir ruhun başqa ruhu 

əvəz etməsi və nəhayət, qadının ərinə sədaqəti [57, 14] kimi 

ortaq  tərəflərini  yunan  əlaqəsinin  və  təsirinin  şərtləndirə 

biləcəyinin mümkünlüyünü qəbul etməklə yanaşı, ikinci bir 

səbəbi də istisna etməmişdir: “İkinci səbəb isə odur ki, Çora 

Batır - Dəli Domrul öz növbəsində Qafqazın başqa xalqlarının 

eyni məzmunlu əfsanəsinə təsir etmişdir. Bu təsiri göstərən 

amillərdən biri də “Aslan ağa”nın dilində işlənən türk sözlə-

ridir. Məsələn, əsərdə Aslan, ağa, nökər, para, qurban, boz, 

meydan, döşək və s. sözlərə rast gəlirik” [57, 13-14].

Belə  prinsipial  mövqenin  elmi  əhəmiyyətindən  başqa 

ictimai-siyasi əhəmiyyəti də var idi. Birincisi, müəllif sübut 

edir  ki,  tarixən  Azərbaycan-türk  bədii  təfəkkürünün  məh-

sulları  qonşu  xalqların  şifahi  və  yazılı  ədəbiyyatına  ciddi 

təsir göstəribdir. Erməni və başqa xarici ölkə tədqiqatçıları 

bu təsirin dərəcəsini azaltmaq məqsədi ilə müxtəlif fərziy-

yələr irəli sürsələr də, alimin istinad etdiyi tarixi və dil fakt-

ları onun mülahizələrinin daha dəqiq olduğunu təsdiqləyir. 

Ikincisi, ən vacibi bundan ibarətdir ki, tədqiqatçı xalqımızın 

yalnız özünün arxaik mifoloji təfəkkür və inanclar sisteminin 



~~~ 35 ~~~

olduğunu deyil, həm də qonşu xalqların ictimai həyatına və 

bədii təfəkkürünə təsir göstərdiyini sübut etməklə, bir çox 

alimlərin türklərin Qafqaza gəlmə olduqlarını təsdiqlədiklə-

ri tezislərinin mənasızlığını və azərbaycanlıların qədimliyini 

inandırıcı şəkildə göstərə bilmişdir. Vaxtilə xalq şairi Rəsul 

Rza Mirəli Seyidovun doktorluq dissertasiyasına yazdığı rəy-

də məsələnin bu tərəfinə xüsusi diqqət yetirərək yazmışdır: 

“…M.Seyidov Azərbaycan xalqının, onun mədəniyyət, ədəbiy-

yat və dilinin çox qədim və zəngin bir tarixə malik olduğunu, 

bu mədəniyyətin, bu dilin qonşu xalqlara, o cümlədən ermə-

ni  xalqına  da  güclü  təsir  göstərdiyini  faktlar,  dəlillərlə  sü-

but etməyə müvəffəq olmuşdur. Bu, M.Seyidovun xalqımıza 

göstərdiyi mühüm xidmətdir”. Şair fikrini inkişaf etdirərək, 

daha sonra yazmışdır: “Azərbaycan xalqının soykökünün-et-

nogenezisinin  müəyyənləşdirilməsi  işində  də  M.Seyidovun 

bu əsərinin əhəmiyyəti böyükdür. Müəllif elmi inandırıcılıq-

la sübut edir ki, türkdilli qəbilələr Azərbaycana eramızdan 

əvvəl III əsrdə, bəlkə daha əvvəllər gəlmiş, burada yerli qə-

bilə və qəbilə birləşmələrilə çarpazlaşmış, beləliklə də, vahid 

Azərbaycan xalqı yaranmışdır” [42, 69-70].

Xalq  şairinin  doktorluq  dissertasiyası  haqqında  dediyi 

bu haqlı sözləri yalnız bir əsər əsasında söylənilmiş təsadüfi 

fikir saymaq olmaz. Monoqrafiya çap olunana qədər Mirəli 

Seyidov R. Rzanın təqdir etdiyi problemlərlə bağlı bir sıra tə-

dqiqatları elmi ictimaiyyətin diqqətinə çatdırmışdı [58; 59; 

60; 61 və s.] Müəllifin ustalığı bir də məhz ondadır ki, zahirən 

etnik-milli köklə birbaşa bağlılığı diqqət çəkməyən məsələlə-

ri də daha ümumi və əhəmiyyətli məqsədlə əlaqələndirməyi 

bacarmışdır. Beləliklə, M.Seyidov yeri gələndə bir tarixçi alim 

kimi də öz sözünü deyir, bəzi tarixçilərimizdən fərqli olaraq, 

Azərbaycan xalqının mənşəyini türkdilli qəbilələrlə bağlayır 

və bunu deməkdən çəkinmir, elmi fikirdə diqqəti ölkəmizin 

etnokulturoloji mövqeyinin Azərbaycan türklərinə məxsus-

luğuna yönəldirdi. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə