Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

~~~ 36 ~~~

M.Seyidov yazılı ədəbi əlaqələrin tarixinə, ilk növbədə, 

Xaqaninin irsinə müraciət etməklə başlamışdır. Qüdrətli şa-

irin dövrü, yaradıcılığının səciyyəvi cəhətləri haqqında həd-

dindən artıq yığcam məlumat verdikdən sonra müəllif XIII 

əsr erməni şairi Friqin bir tərcüməsinin üzərində dayanmış-

dır. Əlbəttə, söhbət heç də Friqin tərcüməsinin əhəmiyyətin-

dən getmir. Məsələ burasındadır ki, bu tərcümədən danışan 

erməni, o cümlədən fars, hətta Azərbaycan alimlərinin bir 

çoxu uzun müddət orijinalın müəllifinin kimliyini ya düzgün 

müəyyənləşdirə  bilməyiblər,  başqa  şairin  -  Nəsiminin  adı-

na çıxıblar, ya da ümumiyyətlə müəyyənləşdirə bilməyiblər. 

Müəllif tədqiqatlar nəticəsində Friqin məhz Xaqanidən tər-

cümə etdiyini dəqiqləşdirə bilmişdir. Məsələnin mahiyyətinə 

diqqətlə yanaşdıqda bir daha aydın olur ki, alim üçün qar-

şılıqlı ədəbi-mədəni əlaqələr, ilk növbədə, milli ədəbiyyatın 

konkret bir tarixi dövrünün hansısa polemik və ya qaranlıq 

bir mətləbini araşdırmaq üçün imkan və vasitədir. Onun er-

məni dilini bilməsi isə ədəbiyyat tariximizin başqa dildəki 

mövcud materiallar əsasında öyrənilməsinin nə qədər vacib 

və zəruri olduğunu bir daha təsdiqləyir. 

Alim kimi M.Seyidovu səciyyələndirən cəhətlərdən biri 

də, heç şübhəsiz, müraciət etdiyi dövrü, sənətkarı, əsəri və 

ya problemi iki dildə – Azərbaycan və erməni dillərindəki 

mövcud  materiallar  əsasında  dərindən  bilməsidir.  Erməni 

müəlliflərindən  Qurgen  Antonyanın  Bakıda  çapdan  çıxmış 

kitablarında özünü göstərən [10; 11] bir sıra yanlış müla-

hizələrə də M.Seyidov tutarlı faktlarla cavab vermişdir. Indi-

ki halda bizi maraqlandıran iki cəhət var: birincisi, dediyimiz 

kimi, tədqiqatçının elmi səviyyəsi, erməni dilindəki materi-

alları erməni alimlərindən pis bilməməsi, bəzi hallarda, hət-

ta daha yaxşı bilməsidir. İkincisi, M.Seyidovun alim-şəxsiyyət 

kimi özünün əsas missiyasını, ilk növbədə, Azərbaycan şifahi 

və  yazılı  ədəbiyyatının  maraqlarını  qorumaqda,  təhriflərə, 

məqsədli  subyektiv  yozumlara  vaxtında  və  sanballı  cavab 



~~~ 37 ~~~

yazaraq  müdafiə  etməkdə,  obyektiv  həqiqəti  çatdırmaqda 

görməsidir. 

Monoqrafiyada  erməni  ədəbiyyatının  Nizami  Gəncəvi 

irsindən təsirlənən sənətkarlara və onların əsərləri haqqın-

da dolğun təsəvvür yaradan alim Vardan Ayqeqsinin və Xa-

çatur  Qeçaresinin  yaradıcılığı  üzərində  xüsusi  dayanmış, 

onların birbaşa böyük şairimizdən təsirlənərək, qələmə al-

dıqları əsərlərinin ətraflı təhlilini vermişdir. M.Seyidov, A.İ-

sahakyan, D.Dəmirçiyan, S.Zoryan kimi sənətkarların, Ed.A-

ğayan kimi tədqiqatçının Nizami haqqındakı fikirlərini elmi 

həqiqətə uyğunluq baxımından araşdırmış və ümumiyyətlə, 

müsbət  dəyərləndirmişdir.  Onun  qiymətləndirmə  meyarı 

elmi və obyektiv həqiqətin heç bir məqsədli maraqlara tabe 

etdirilmədən, olduğu şəkildə elmi ictimaiyyətə çatdırılması-

dır. Obyektivlik hissi və ölçüsü itirilən əsərlərə isə M.Seyidov 

həmişə sərt reaksiya verməyə çalışmışdır. 

Erməni alimlərindən Q. Antonyan xeyirxah məramla ya-

zılmış “Nizami və erməni ədəbiyyatı” [11] kitabında obyek-

tivlik hissini axıra qədər qoruyub saxlaya bilməmiş, Nizami-

nin dünya şöhrətli əsərlərinin, surətlərinin və mövzularının 

bəzilərində erməni izi axtarmaqla özlərinin “istedadlarının 

böyüklüyünü sübut etməyə çalışmışdır”. M.Seyidovun onun 

yanlış  mülahizələrinə  qarşı  arqumentləri  yalnız  ədəbi 

əlaqələri  deyil,  daha  çox  ədəbiyyat  tariximizi  əhatə  etdiyi 

üçün  ikiqat  əhəmiyyətlidir.  Tədqiqatçı,  ilk  növbədə,  onun 

belə bir mülahizəsinə qarşı çıxır ki, guya Azərbaycan və Er-

mənistan istiqlaliyyətinin bərpa olunmasında, mədəniyyət-

lərinin  inkişafında  Gürcüstanın  qüvvətlənməsi  və  mədəni 

inkişafı  mühüm  rol  oynayıbdır.  Q.  Antonyanın  mülahizəsi, 

bəlkə  də,  Ermənistan  üçün  keçərlidir,  amma  azərbaycanlı 

alim tutarlı faktlarla sübut edir ki, həmin dövrdə Azərbaycan 

bütün parametrlər, xüsusən də mədəni inkişaf baxımından 

Zaqafqaziyanın ən inkişaf etmiş ölkələrindən biri və birin-

cisi idi. Q.Antonyanın məqsədi digər erməni həmkarlarının 



~~~ 38 ~~~

məqsədindən  fərqlənmirdi:  təki  birincilik  xristian  Gürcüs-

tana mənsub olsun, nəyin bahasına olursa olsun, birinciliyi 

Azərbaycandan almaq lazımdır. 

Erməni  aliminin  başqa  bir  tezisindən  məlum  olur  ki, 

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasını yazanda, guya 

Fərhad və Şirinə məhəbbəti haqqında erməni xalqı arasında 

şöhrət qazanmış əfsanə və rəvayətlərdən qidalanmış, tarix-

çi Sebeosun, M.Xorenasinin əsərindən istifadə etmişdir. Ma-

raqlı o deyil ki, əksər həmkarları kimi, Q. Antonyan da Şirini 

türk deyil, erməni qızı kimi təqdim etmişdir. Maraqlı odur 

ki, türk qızı Şirinin erməniləşdirildiyi kitab Bakıda izahsız, 

şərhsiz, yanlışlığa etiraz bildirilmədən çap olunmuşdur [11]. 

Həmin dövrdə böyük siyasi maraq güdən bu yanlış tezislərə 

elmi əsaslarla etirazını bildirənlərdən biri məhz M. Seyidov 

olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, bu müəllif və 

əsər haqqında görkəmli dövlət xadimi, ədəbiyyatşünas alim, 

yazıçı, dramaturq Şıxəli Qurbanov da tənqidi iradlarını bil-

dirmişdir [36, 318-320]. 

Tədqiqatçı bu tezislərin yanlışlığını sübut etmək üçün, 

ilk növbədə, orijinal mətnlərdən - Nizaminin, bu sahənin nü-

fuzlu filoloq və tarixçi araşdırıcılarının, o cümlədən erməni 

alimlərinin öz əsərlərindən istifadə etmişdir. Indi həmin sü-

butlar, xüsusən erməni dilindəki faktlar adi elmi həqiqətlər 

kimi qəbul oluna bilər, amma dövründə heç də hər bir tə-

dqiqatçının istinad edə bilmədiyi əvəzsiz arqumentlər idi. 

M.Seyidov tədqiqatında Azərbaycan-türk və erməni dil-

lərinin əlaqələri məsələlərinə geniş yer vermişdir. Ədəbiyyat 

tarixçisi kimi onun bu problemlərə xüsusi diqqət ayırması 

adi  təsadüf  deyil,  elmi  qanunauyğunluqdan  və  ehtiyacdan 

yaranmış  zərurətdir.Bu  yolla  həm  də  M.Seyidov  elmi  icti-

maiyyətin  diqqətini  azərbaycanşünaslığın  problemlərinə 

yönəldirdi. Hələ Sayat Novanın həyat və yaradıcılığına həsr 

olunmuş  monoqrafiyasında  da  tədqiqatçı  dil  məsələlərinə 

toxunmuşdur.  Müxtəlif  məqsədlər  arasında  aşağıdakıları 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə