Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

~~~ 39 ~~~

fərqləndirmək  mümkündür:  birincisi,  erməni  dilinin  həm 

qrabarını,  həm  də  aşxabarını  peşəkarcasına  bilən  azsaylı 

mütəxəssislərdən  biri  kimi,  alim  böyük  filoloq  dəstəsinin 

istifadəsindən  kənarda  qalan  əhəmiyyətli  elmi-bədii  nü-

munələri  mütəxəssislərə  çatdırmağa  çalışmışdır;  ikincisi, 

dil faktlarının əsasında hər hansı bir etnosun, xalqın, millə-

tin etnogenezisi, formalaşma və inkişaf tarixi və s. haqqında 

ciddi bilgilər almaq mümkündür. 

Dil  faktlarına,  xüsusən  də  erməni  dilinin  kamil  bilicisi 

H.Acaryan  kimi  alimlərin  “erməni  dilinin  indiki  səviyyəyə 

türk dilinin təsiri ilə çatması”, “bir çox türk sözlərinin erməni 

dilində, ya da hərfi tərcümə əsasında işlədilməsi” kimi müla-

hizələrinə istinad edən tədqiqatçı həm Azərbaycan-türk dili-

nin üstün mövqedə və böyük potensiala malik olduğunu, həm 

erməni dilinin poetik fikri ifadə etmək baxımından zəif oldu-

ğunu, həm də azərbaycanlıların - türklərin yaşadıqları ərazi-

də tarixin ən qədim dövrlərindən məskunlaşdıqlarını sübut 

etmişdir. Alimin bu mülahizələrinin arxasında duran başqa 

bir cəhəti isə din xadimlərinin, şovinist ziyalıların Azərbay-

can dilində yazıb-yaradan sənətkarlara münasibəti də təsdiq 

edir. Onları narahat edən cəhəti isə alimin monoqrafiyasında 

St.Nazaryandan sitat gətirdiyi aşağıdakı mülahizə daha bariz 

şəkildə ifadə edir: “Müasir erməni nəinki danışığında çoxlu 

türk  sözləri  işlədir,  hətta  fikrini  türk  qrammatik  formaları 

vasitəsi ilə söyləyir, deməli, türkcə də düşünür” [57, 102]. 

Qeyd  etdiyimiz  kimi,  Nəsimi,  Ş.İ.Xətai,  o  cümlədən  də 

Füzuli  irsi  erməni  ziyalıları  və  yaradıcı  qüvvələri  arasında 

kifayət  qədər  geniş  yayılmışdı.  Bir  tərəfdən  onların  poezi-

yasının  ideya-məzmun  əhəmiyyəti,  fəlsəfi  dərinliyi,  digər 

tərəfdən poetik kamilliyi onlar kimi yazmaq və ya onların tə-

siri ilə yazmaq cəhdini şərtləndirmişdir. Deyilənlərlə yanaşı, 

tədqiqatçı adları çəkilən Azərbaycan sənətkarlırının erməni 

dilində üzü köçürülmüş əsərlərini də oxuculara çatdırmışdır 

ki, bu da həm onların ədəbi irsinin, həm də ədəbiyyat tarixi-



~~~ 40 ~~~

mizin  daha  mükəmməl  şəkildə  oxunması  və  araşdırılması 

baxımından əhəmiyyətli faktlardır və xidmətdir.

Füzuli  və  erməni  ədəbiyyatından  danışarkən,  M.Seyidov 

Marqar Xoçensin türk dilindən erməni dilinə tərcümə etdiyi əsər-

lərdən bəhs edərək, tarixçi Leonun bir mülahizəsini vermişdir. Hə-

min mülahizəyə görə, M.Xoçensin erməni, italyan, fransız dilinə tər-

cümə etdiyi əsərlərin onun yazıları olmadığı, bunların müəllifinin 

türk şairi Fəzli olduğu fikri irəli sürülmüşdü. Tədqiqatçı burada bir 

neçə cəhətə yığcam şəkildə münasibət bildirmiş, problemin xüsusi 

araşdırılmaya ehtiyacı olduğunu nəzərə alaraq, gələcək nəsillərin 

öhdəsinə buraxmışdır. Müəllifin əsas qənaətləri bundan ibarətdir: 

birincisi, Nəsimi, Füzuli kimi qüdrətli şairlərin əsərləri hələ çoxdan 

başqa dillərə tərcümə olunmuşdur. İkincisi, Leonun adını çəkdiyi 

türk şairi Fəzli kimidir, Füzulinin oğlu Fəzlidirmi və s.? Təəssüf ki, 

alimin hələ 1976-cı ildə elmi ictimaiyyətin müzakirəsinə verdiyi 

bu problem hələ də müstəqil araşdırmaların predmetinə çevril-

məyibdir. Halbuki bunlar Azərbaycan ədəbiyyatı tarixinin öyrənil-

məsi və digər bir tərəfdən azərbaycanşünaslıq üçün mühüm əhə-

miyyət kəsb edir.

Hər  hansı  tədqiqatçı  xalqlar  arasında  qarşılıqlı  ədə-

bi-mədəni  əlaqələrdən  danışarkən,  ilk  növbədə,  ən  qədim 

nümunələrə müraciət etməyə üstünlük verir. M.Seyidov da 

bu mövzuda yazdığı irihəcmli əsərlərində də folklor əlaqələ-

rinə  toxunmuşdur.  Çünki  folklor,  bir  növ,  xalqın  mənəvi 

mövcudluğunun göstəricisidir. Haqqında söhbət gedən mo-

noqrafiyasında müəllif xronoloji ardıcıllıq prinsipini əsas gö-

türdüyü üçün folklor əlaqələrinə əsərinin bir başlanğıcında, 

bir də sonuna yaxın üz tutmuşdur.

Alimin XVII-XVIII əsrlər Azərbaycan-erməni ədəbi əlaqələ-

rinin əsas təhlilini şifahi xalq ədəbiyyatı materiallarının üzərin-

də qurmasının başlıca səbəblərindən biri də, heç şübhəsiz ki, 

dövrün xarakterindən irəli gəlmişdir. Ümumiyyətlə, tədqiqat-

larda bu dövr Azərbaycan mədəniyyətinin intibah dövrü sayı-

lır. Prof. N.Cəfərov XVII-XVIII əsrlər Azərbaycan intibahını üç 



~~~ 41 ~~~

əlamətlə: milli özünüdərketmə, ana dilində yaranmış humanist 

mədəniyyət və relist mədəniyyət olması ilə səciyyələndirir və 

digər bir tərəfdən “..Və bütün bunlarla bərabər XVII-XVII əsr-

lərdə milli mədəniyyətin təşəkkülü prosesi gedir” (18, 149) fik-

rini söyləyir. Alim Azərbaycan intibahının türk-oğuz konteksti 

ilə  yanaşı  regional  kontekstlərinin  də  olması  qənaətindədir: 

“...Zaqfqaziya konteksti Həmin dövrdə Cəlalilər üsyanının baş 

verməsi,  “Koroğlu”  eposunun,  “Əsli  və  Kərəm”,  “Aşıq  Qərib” 

dastanlarının xalq arasında geniş yayılması (Əslində, Koroğlu, 

Əsli, Kərəm, Qərib də mifoloji təfəkkürdən süzülüb gələn obraz-

lar idi.) ermənilərin adları çəkilən nümunələrə sonsuz maraq 

göstərmələri, Azərbaycan şifahi xalq ədəbiyyatının bir sıra ma-

teriallarından geniş şəkildə istifadə etmələri, onların bir çoxu-

nu  yazıya  almaları  alimi  XVII-XVIII  əsrlər  folklor  əlaqələrini 

fərqləndirməyə əsas vermişdir. Tədqiqatçı erməni aşığı-qusanı 

Sayat Novaya ayrıca araşdırma həsr etsə də, oradakı fikirlərinin 

təkrarına yol vermədən, növbəti monoqrafiyasında bir daha bu 

mövzunun üzərinə qayıtmışdır. Təbii ki, alim ənənəsini bu hal-

da da pozmamış, erməni sənətkarından daha çox Azərbaycan 

ədəbiyyatı ilə bağlı vacib məsələləri işıqlandırmışdır. 

Müəllif Sayat Nova və Şah İsmayıl Xətai münasibətlərini 

daha geniş planda və dolğunluqla təhlil etməyə cəhd göstər-

mişdir. Bütün tədqiqatlarında olduğu kimi, burada da alim, 

ilk  növbədə,  aşığın  şeirlərində  Azərbaycanla,  xüsusən  də 

Şah Ismayıl Xətai ilə bağlı mətləbləri qabartmışdır. Müxtəlif 

transkripsiyada yazdığı beş şeirdə Xətai adını çəkən aşığın 

tədqiqatçıları bunun müxtəlif yozumlarını vermişlər. Müəllif 

M.X.Naryanın maraqlı bir mülahizəsini nümunə göstərmiş-

dir.  Erməni  aliminin  fikrinə  görə,  Şah  Xətai  mahnı,  musiqi 

tanrısıdır; o, adama şairlik verir, aşıqlıq istedadı bəxş edir; 

onun verdiyi od sönməzdir, hətta dənizlər də onun qarşısını 

almaqda acizdir.

M.Seyidov  ədəbiyyat  tariximizin  öyrənilməsində  erməni 

tədqiqatçısının mülahizələrini nəzərə almış və bu problemin 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə