Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

~~~ 42 ~~~

öyrənilməsini  vacib  ədəbi-mədəni  hadisə  saymışdır:  “Doğru-

dan da, Sayat Nova Şah Xətainin verdiyi odu ildırımla, göy odu, 

yəni ilahi aləmin odu ilə bağlayır. Şah Xətainin mifikləşdirilmə-

sinin əsatiri, tarixi səbəbləri hələ tamam öyrənilməmişdir. Bu-

nun üçün, hər şeydən əvvəl, Xətai qəbiləsinin Xətai adlı onqonu, 

tanrı olub-olmadığı və bunun hansı mifik keyfiyyətlərlə bəzə-

dildiyi  aydınlaşmalıdır.  Hər  halda,  Şah  Xətai  erməni  xalqının 

böyük oğlu Sayat Novanın şeirlərində ya yarı, ya da tam mifik-

ləşdirilmişdir, sənət, söz-kəlam aləminin mifi sayılmışdır” [57, 

172].  Erməni  aliminin  mülahizəsi  ilə  razılaşıb-razılaşmamaq 

üçün, ilk növbədə, ciddi elmi araşdırmalar aparılmalıdır, onun 

xalqımız arasında onsuz da əfsanələşmiş ömür yolu bir daha 

yenidən və əsaslı şəkildə öyrənilməlidir.

Azərbaycanlıların soykökündə duran Xətay//Xatay qə-

biləsi adının sözaçımını verən M.Seyidova görə, bu etnonim 

“xət//xat” və “ay” tərkiblərindən yaranmış, türk dillərində 

“x” və “q” ilə başlayan sözlərdə ara-sıra səs əvəzlənmələri 

nəzərə alınmaqla, Xatun//Qatun, Xaqan//Qaqan və sairədə 

olduğu kimi “xat”//“qat”ın da Azərbaycan və eləcə də bir çox 

türk dillərində “güclü”, “möhkəm”, “əsaslı”, “seçilmiş” anlam-

larını, “ay”ın isə “yaratmaq”, “yaradıcı başlanğıc” anlamları 

var. [98, 397] Tədqiqatçı bu adın yaranma səbəblərini belə 

aydınlaşdırmışdır: “Xət-ay//xat-ay”dakı “xət//xat//qat” və 

“ay” (ay+ı)-nın anlamlarını göz qarşısına gətirsək görərik ki

“xətay”//”xatay”ın “möhkəm”, “güclü”, “əsaslı yaradıcı”, “baş-

lanğıc”,  “xeyirli  başlanğıc”,  “insan  yaradan  yaradıcı”,  “tan-

rı”anlamı vardır. Bu anlamlar göstərir ki, azərbaycanlıların 

soykökündə duran bu qəbilənin həmin adda insan yaradan, 

yaradıcı (geniş anlamda) tanrısı olmuşdur” [98, 398]. 

Prof. M.Seyidov daha sonra göstərir ki, Xətay qəbiləsin-

dən çıxmış bilicilər, sənətkarlar “Xətay”ı təxəllüs, ikinci ad 

kimi qəbul etmişlər: Şah İsmayıl Xətayi, Altun Boğa Xətay, 

Suli Xətay. Alim belə adqoymanın Azərbaycanda geniş yayıl-

dıgını göstərir: ”Məsələn, Əfşar//Avşar, Bayat qəbilə, qəbilə-



~~~ 43 ~~~

birləşmələrinin adını tanınmış şair, sənətçi, bilici, XVII-XVIII 

yüzilliklərdə yaşamış Sadiq bəy Əfşar//Avşar ikinci ad kimi 

daşımış, orta yüzilliyin böyük aşığı Abbas “Bayat Abbas” ad-

lanmışdır” [98, 400]. Tədqiqatçı Xətay qəbiləsinə, soyuna aid 

musiqi, parça, ornament və xalçada da bu ənənənin “Xəta-

yi” parçası, “Xətayi” havası, “Xətayi” xalçası, “Xətayi” divanisi 

formasında davam etdiyini vurğulamışdır. Sonra alim ermə-

ni aşığı Sayat Novanın Xətayi şərəfinə şeirlər yazdığını xatır-

ladır: “Aşıq ( Sayat Nova – C. D) Xətayi ilə baglı şeirlərinin bi-

rində Şah Xətayini açıqdan-açığa “aləmi yaradan”, söz-kəlam 

yaradan yaradıcı kimi öymüşdür” [98, 398] O, Sayat Novanın 

şeirindən iki misranı şairin əlyazmasında olduğu kimi həm 

erməni, həm də Azərbaycan əlifbası ilə verir: 



“Dedilər ki, Şa[h] xətai eli, ailəmi yar (a) dan, 

Yoxdan var etdin dünyanı, kəlam yaradan” 

[98, 398].

Sonra bu misraların təhlilinə keçir: “Şeirdən apaydın gö-

rünür ki, dünyanı, eli, insanları yaradan Xətai, eləcə də sözü, 

geniş anlamda bədii sözü yaratmışdır. Deməli, Xətai – Xətayi 

yalnız insanı, dünyanı yaradan tanrı deyil, eləcə də söz ya-

radıcısıdır. Xətayi qəbiləsi öz adını özünün yaratdığı dünya, 

insan,  söz,  sənət  yaradıcısı,  tanrısı  Xətay-dan  götürmüş-

dür”[98,399]. Alim hələ XVII-XVIII yüzilliklərdə belə mifoloji 

təfəkkürlə bağlı dünyanı, insanları sözü yaradan Xətayi adlı 

tanrının aşıqlar arasında hörmətlə anıldığını, “şah” sözünün 

sonradan artırıldığını göstərmişdir.

Bir  məsələni  də  qeyd  etmək  yerinə  düşər.  Tədqiqatın 

aparıldığı  dövrdə,  məlumdur  ki,  sovet  ideoloqları  Şah  İs-

mayıl Xətai haqqında ya çox yazılmasına mane olurdular, ya 

təbliğati məqsədlərinə uyğun şəkildə obyektiv həqiqətin de-

yilməsinin qarşısını alırdılar, ya da onun həyat və yaradıcılı-

ğının sistematik şəkildə araşdırılmasına və təbliğ edilməsinə 

yol vermirdilər. Belə bir vaxtda M.Seyidovun erməni mən-

bələrinə əsasən onun şahlığından başqa, xalq təfəkküründə 



~~~ 44 ~~~

və  inamında  müqəddəsləşməsini  xatırlatması,  vurğulama-

sı  həm  elmi,  həm  də  ictimai-siyasi  əhəmiyyət  kəsb  edirdi. 

Mirəli Seyidovun bu sahədə gördüyü işləri nəzərə alan Şıxəli 

Qurbanov onun Azərbaycan-erməni qarşılıqlı ədəbi-mədəni 

əlaqələrinə  həsr  olunmuş  araşdırmalarını  yüksək  qiymət-

ləndirirdi:  “Azərbaycan-erməni  əlaqələrinin  öyrənilməsi 

sahəsində ardıcıl fəaliyyət göstərən M.Seyidov bu əlaqələrin, 

xüsusilə qədim və orta əsrlər dövrünə aid istər ədəbiyyatı-

mız, istərsə də tariximiz üçün əhəmiyyətli olan bir sıra tə-

dqiqat işlərinin müəllifidir” [36, 316].

M.Seyidov  yaradıcılıq  axtarışlarının  birinci  mərhələsin-

də  birbaşa  ədəbi  əlaqələr  mövzusundan  başqa,  erməni  ədə-

biyyatının müxtəlif sənətkarları haqqında da elmi və yubiley 

məqalələri yazmışdır. O, müxtəlif illərdə X.Abovyanın [62; 63; 

64]  O.Tumanyanın  [65]  ,  M.Nalbandyanın  [66],  A.Isakyanın 

[67], Y.Çarensin [68], Q.Sundukyanın [69] həyat və yaradıcılığı-

na həsr olunmuş məqalələr qələmə almışdır. Birmənalı şəkildə 

onu demək lazımdır ki, sadalanan məqalələrin heç birində yal-

nız onların həyatı və orijinal yaradıcılıqları təhlil olunmamışdır, 

müəllif həm də hər bir yazısında onların Azərbaycan ədəbiy-

yatı, ayrı-ayrı sənətkarlarımız, şifahi və yazılı ədəbiyyatımızın 

müxtəlif  növləri  və  janrları  haqqında  fikilərini,  onlara  göstə-

rilən ədəbi təsirləri ciddi elmi planda araşdırmışdır.

Alimin yaradıcılığında Azərbaycan-erməni qarşılıqlı ədəbi 

əlaqələrinin ümumi problemlərinə, bir sıra Azərbaycan sənət-

karlarının erməni xalqı və ədəbiyyatı ilə bağlılığı məsələlərinə 

də diqqət və marağın gözəl elmi örnəkləri vardır. Azərbaycan-er-

məni qarşılıqlı ədəbi-mədəni əlaqələri üzrə nüfuzlu mütəxəs-

sis kimi tanınan alim yeri gəldikcə bu sahənin müxtəlif ümumi 

məsələlərinə, tarixi inkişaf mərhələlərinə, spesifik cəhətlərinə 

münasibətini bildirmişdir. Bu yazıların bir qismi dövrün siya-

si-ideoloji möhürünü daşıdığı üçün təbliğati xarakter daşıdığı 

halda [70], əksəriyyətində Azərbaycan-erməni əlaqələrinin ta-

rixinin müxtəlif problemləri təhlil olunmuşdur [71; 72; 73; 74].



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə