Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

~~~ 45 ~~~

Müəllif  yaradıcılığının  birinci  mərhələsinə  təsadüf  etdi-

yi  üçün  ənənəvi  planda  böyük  dramaturq  M.F.Axundzadənin 

yaradıcılığında  xalqlar  dostluğu,  XX  əsr  Azərbaycan  ədəbiy-

yatının,  mətbuatının,  publisistikasının  qüdrətli  nümayəndəsi 

C.Məmmədquluzadənin  əsərlərinin  erməni  dilinə  tərcüməsi 

məsələlərini araşdırmışdır. Əlbəttə, müəllifin bu tipli yazılarını 

erməni  ədəbiyyatı  nümayəndələrinin  Azərbaycan  ədəbiyyatı 

ilə əlaqələrinin təhlili əksini tapan məqalələri ilə müqayisə et-

mək bir qədər çətindir. Əsas səbəb isə ondan ibarətdir ki, er-

məni sənətkarlarının Azərbaycan dilində yazmalarının, şifahi 

və yazılı ədəbi- bədii örnəklərindən yararlanmalarının, yazıya 

köçürmələrinin və ya tərcümə etmələrinin zəngin, qədim tarixi 

ənənəsi vardır. Halbuki eyni sözləri Azərbaycan şairləri və yazı-

çıları haqqında demək mümkün deyildir. 

Ən  qədim  dövrdən  başlayaraq,  Azərbaycan  və  erməni 

xalqları  tarixi  qaçılmazlıq  ucbatından  bir  məkanda  qonşu 

kimi  yaşamaq  zorunda  qalıbdırlar.  Ciddi  dil  və  dini  etiqad 

fərqlərinin olmasına baxmayaraq, hər iki xalq bir-biri ilə sıx 

əlaqə saxlayıblar, eyni coğrafi məkanın mövcudluğu onların 

həyat, düşüncə tərzlərinin, adət-ənənələrinin, mərasimləri-

nin, ədəbiyyat, mədəniyyət və incəsənətlərinin bu və ya di-

gər dərəcədə oxşarlığını, yaxınlığını şərtləndiribdir. İslamın 

qəbulu ilə azərbaycanlıların vahid müsəlman ədəbi-mədəni 

məkanına daxil olması onların sonrakı inkişafına özünəməx-

sus şəkildə təsir göstərdi. Nəticədə, ərəb və fars dilli ədəbiy-

yatla, bu dillərin vasitəsi ilə qədim yunan fəlsəfəsi və mədə-

niyyəti  ilə  yaxından  tanış  olan  Azərbaycan  bölgənin,  daha 

dəqiqi, bütün Qafqazın aparıcı dövlətinə, Azərbaycan xalqı 

isə aparıcı xalqına çevrildi. 

Azərbaycan dilinin mükəmməl fonetik və qrammatik qu-

ruluşu, zəngin lüğət tərkibi, melodikliyi, zərifliyi, ən mürəkkəb 

fəlsəfi fikri, ən emosional duyğunu ifadə etmək qüdrəti, Azər-

baycan ədəbiyyatının isə dünyanın ən qədim ədəbiyyatlarından 

biri sayılan fars və ərəb ədəbiyyatı ilə təmasda inkişaf etməsi 



~~~ 46 ~~~

qonşu gürcü, xüsusən də erməni xalqının milli ədəbiyyatımız-

dan səmərəli şəkildə qidalanmasına və təsirlənməsinə gətirib 

çıxartdı. Xristian mənşəli alimlərin, xüsusən də əksər erməni 

tədqiqatçıların bütün subeytkiv və məqsədli yozumlarına bax-

mayaraq, əks proses baş vermədi. Daha doğrusu, ermənilərin 

bizim ədəbiyyat və mədəniyyətimizdən yararlandıqlarının az 

bir hissəsi qədər azərbaycanlılar erməni ədəbiyyatı və mədə-

niyyətindən  istifadə  etməyiblər.  Bütün  hallarda  M.Seyidovun 

tədqiqatlarında da sübut olunduğu kimi, bu faktlar Azərbay-

can ədəbiyyatının xalqımızın və ədəbiyyatımızın bir tərəfdən 

qədimliyinin,  digər  tərəfdən  də  yüksək  inkişaf  səviyyəsinin 

göstəricisidir. Qədim və müasir erməni dilinə dərindən bələd 

olan alimin Azərbaycan-erməni ədəbi əlaqələri mövzusundakı 

tədqiqatlarının ciddi ictimai-siyasi, elmi-nəzəri, tarixi əhəmiy-

yəti vardır. Nəzərə almaq lazımdır ki, bir sıra sənətkarlarımızın 

naməlum əsərlərini ilk dəfə ermənidilli əlyazmalardan oxucu-

larımıza  çatdıran,  xalqımızla,  ədəbiyyat  və  mədəniyyətimizlə 

bağlı  erməni  mənbələrindəki  qiymətli  mülahizələri,  faktları, 

sitatları  elmi  ictimaiyyətin  diqqətinə  verən  məhz  M.Seyidov 

olmuşdur. Yeni erməni dilinin məhz türk-Azərbaycan dili əsa-

sında formalaşdığını ictimailəşdirən, erməni dilindəki çoxsaylı 

milli sözlərin varlığını da xalqımıza çatdıran tədqiqatçı təbli-

ğati ruhlu yazılarını çıxmaq şərti ilə hər bir əsərində: resenzi-

yasında, məqaləsində, monoqrafiyasında Azərbaycan xalqının 

və ədəbiyyatının maraq və mənafeyinin qorunmasını ön plana 

çəkibdir. Əslində onun ədəbi əlaqələr sahəsindəki araşdırma-

larını, ilk növbədə, milli şifahi və yazılı ədəbiyyatımız haqqında 

qiymətli tədqiqatlar kimi dəyərləndirmək mümkündür. 

Erməni dilini bilmək M.Seyidovu alim kimi fərqləndirən 

əsas  cəhətlərdən  biri  idi.  Hər  bir  araşdırmasını  etnik-milli 

maraqlarla əlaqələndirdiyi üçün özünü və elmi axatışlarını 

xoşlamayan rəqiblərinin, düşmənlərinin sayı get-gedə artır-

dı. Bütün bunlara baxmayaraq, heç nəyə fikir vermədən, ar-

dıcıl, məqsədyönlü şəkildə və inadkarcasına məqsədinə doğ-



~~~ 47 ~~~

ru gedən alim bütün yaradıcılığı boyu əsas tədqiqat mövzusu 

olan Azərbaycan-türk söz sənətinin tarixi və inkişaf meyillə-

rinin araşdırılmasına sadiq qaldı.

Mifologiyaya,  folklora  keçənə  qədər  M.Seyidov  peşəkar 

ədəbiyyat tarixçisi, xüsusən də orta əsrlər Azərbaycan ədəbiy-

yatı tarixçisi olmuşdur. Bunu onun Azərbaycan-erməni ədəbi 

əlaqələri mövzusunda yazdığı tədqiqatların təhlili də açıq-aş-

kar şəkildə göstərdi. Digər tərəfdən onun bilavasitə Azərbaycan 

ədəbiyyatı  tarixinin  müxtəlif  nəzəri  problemlərinə,  ayrı-ayrı 

sənətkarların  həyat  və  yaradıcılığının  təhlilinə  həsr  olunmuş 

ciddi  elmi  araşdırmaları  da  mövcuddur.  Ədəbiyyat  tarixçisi 

kimi onun araşdırmalarının növləri və janrları da müxtəlifdir. 

O, yeri gələndə mütəxəssisi olduğu sahə ilə əlaqədar oxuculara 

çatdırılmış fundamental tədqiqatlar haqqında resenziya da yaz-

mış, yeri gələndə monoqrafiya da ortaya qoymuş, yeri gələndə 

çoxcildlik ədəbiyyat tarixi üçün oçerklər də qələmə almış, yeri 

gələndə  isə  irihəcmli  araşdırmasından  bir  parçanı  müstəqil 

məqalə  kimi  dövrü  mətbuatda  çap  etdirmişdir.  Məsələn,  M.

Seyidov 1958-ci ildə görkəmli sənətkar M.V.Vidadi haqqında, 

onun  bədii  irsinin  əsas  motivləri  barəsində  yazdığı  məqalə 

mətbuatda  oxuculara  çatdırılmışdır.  “Vidadi  yaradıcılığında 

əsas motivlər” adlanan həmin məqalənin [75] başlıca tezisləri 

onun sonralar sənətkarın həyat və yaradıcılığına həsr olunmuş 

elmi oçerkinə daxil edilmişdir [79]. M.Seyidov resenziya yaz-

mağa xüsusi meyil göstərən alimlərdən olmamışdır. Bununla 

belə, onun həm ədəbi əlaqələr, həm də sırf Azərbaycan ədəbiy-

yatı üzrə işıq üzü görmüş müxtəlif tədqiqat əsərlərinin spesi-

fik cəhətlərinin açıqlanmasına həsr olunmuş resenziyaları da 

vardır. Alimin ümumi elmi axtarışlarında qeyri-adi əhəmiyyət 

kəsb etməsə də, bu resenziyalar alimin orta əsrlər Azərbaycan 

ədəbiyyatına marağının göstəricisi olması etibarilə diqqəti cəlb 

edir.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə