Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

~~~ 48 ~~~

 

II FƏSIL

MILLI FILOLOJI FIKRIN 

NAILIYYƏTLƏRINDƏ PROFESSOR 

MIRƏLI SEYIDOVUN ROLU 

(“Azərbaycan ədəbiyyatı tarixi” 

üçün yazılmış oçerklər)

Yaradıcılığının  birinci  mərhələsində  orta  əsrlər  Azər-

baycan  ədəbiyyatına  ardıcıl  və  sistematik  maraq  göstərən 

M.Seyidovun XX əsrin 60-cı illərində XVII əsrin sonu, XVIII 

əsrin əvvəllərində yaşamış Əlican Qövsi Təbrizinin həyat və 

yaradıcılığını araşdırma mövzusu seçərək ortaya sanbalı bir 

elmi əsər qoyması adi bir təsadüf sayıla bilməz. Məlum oldu-

ğu kimi, 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami 

adına Ədəbiyyat və Dil İnstitutu üçcildlik ədəbiyyat tarixini 

çapa hazırladı. Böyük bir kollektivin çoxillik gərgin əməyinin 

məhsulu olan ədəbiyyat tarixinin I cildi (Ən qədim dövrdən 

XVIII əsrin sonuna qədər) 1960-cı ildə ictimaiyyətin müza-

kirəsinə  verildi  [13].  Çoxcildlik  ədəbiyyat  tarixinin  birinci 

cildində  Mirəli  Seyidov  dörd  oçerkin  müəllifi  kimi  iştirak 

etmişdir: “Şifahi xalq ədəbiyyatı təsirilə yaranan şeir” [76], 

“Məsihi” [77], “Qövsi Təbrizi” [78], “Vidadi” [79]. Görkəmli 

alimin keçən əsrin 60-cı illərində milli filoloji fikrin nailiy-

yətlərinin göstəricisi kimi qiymətləndirilməyə layiq çoxcild-

likdə müəlliflərdən biri kimi iştirak etməsi onun orta əsrlər 

ədəbiyyatının nüfuzlu araşdırıcılarından biri olduğunun təs-

diqlənməsi demək idi. 

Hər bir tədqiqat əsərinin araşdırılan mövzudan, prob-

lemdən asılı olaraq səciyyəvi strukturu olur. Haqqında söh-

bət gedən çoxcildliyin ədəbiyyat tarixinin spesifikasına uy-

ğun strukturu vardır və onu da qeyd edək ki, həm tədqiqat 

miqyasında, həm də ayrı-ayrılıqda hər bir fəsil sərhəddində 




~~~ 49 ~~~

zəruri struktur müəyyənləşdirilibdir. Həm müəyyənləşdiril-

miş  struktur,  həm  də  dövrün  spesifik  cəhətləri:  XVII-XVIII 

əsrlərdə dastan yaradıcılığının geniş vüsət alması, xalq şei-

ri üslubunun yazılı ədəbi ənənəyə ciddi təsir göstərməsi, ilk 

növbədə,  ədəbi  həyatın  ümumi  mənzərəsini  və  qanunauy-

ğunluqlarını müəyyənləşdirməyə imkan verən problemlərin 

önə çəkilməsini tələb edir. Haqqında söhbət gedən dövrdə, 

təbii ki, öncə poeziyanın inkişafına təsir göstərən başlıca fakt 

kimi xalq şeiri ənənəsinin yazılı ədəbiyyata təsiri məsələsinə 

diqqət  yetirilməlidir.  M.Seyidovun  çoxcildlik  ədəbiyyat  ta-

rixindəki oçerklərinə də məhz bu baxımdan yanaşılmalıdır.

Müəllif  bu  mövzuya  xüsusi  yarımbaşlığın  ayrılmasını 

obyektiv qanunauyğunluqla əlaqələndirmişdir: “Şifahi xalq 

yaradıcılığı, eləcə də aşıq poeziyası yazılı ədəbiyyatla yana-

şı irəliləyir, bir tərəfdən özü klassik şeirdən təsirlənir, digər 

tərəfdən isə şairlərə təsir edirdi. Şifahi ədəbiyyat və aşıq po-

eziyasının təsiri ilə qabaqcıl şeir real həyatı daha dərindən 

təsvir etmək səviyyəsinə ucalırdı. Bu təsir nəticəsində şifahi 

ədəbiyyata çox yaxın olan şeir yaranır” [76, 485]. Tədqiqatçı 

məsələnin bu tərəfinin üzərində təfsilatlı şəkildə dayanma-

dan Aşıq Abbas Tufarqanlının, Sarı Aşığın, Xəstə Qasımın ya-

radıcılığının təhlilinə keçmişdir. 

Adətən, ədəbiyyat tarixi yazılarkən, mümkün dərəcədə 

müstəqil  araşdırmalara,  polemik  mətləblərə,  mübahisəli, 

tam dəqiqləşdirilməmiş məsələlərə yer verilmir. M.Seyido-

vun qələmə aldığı oçerk də bu baxımdan istisna təşkil etmir. 

Oçerkdə müəllif Aşıq Abbas Tufarqanlını “şifahi xalq ədəbiy-

yatının qüvvətli təsiri ilə yazıb yaradan sənətkarlardan biri” 

[76, 485] kimi qiymətləndirmişdir. Onun şərhində Abbas Tu-

farqanlı, eyni zamanda “aşıq şeirinin nümayəndəsi kimi” [76, 

485] təqdim olunmuşdur. Əslində məsələ bir qədər qaranlıq 

qalır: oçerkdən bəlli olmur ki, Abbas Tufarqanlı şifahi xalq 

ədəbiyyatının təsiri ilə yazan sənətkardır, yoxsa aşıq şeirinin 

nümayəndəsidir?!



~~~ 50 ~~~

Çoxcildliyə daxil edilmiş oçerklərin hamısı üçün səciy-

yəvi bir cəhəti vurğulamağa ehtiyac vardır. Qeyd etmək la-

zımdır ki, aşağıda vurğulanacaq cəhət yalnız onun oçerkləri, 

eləcə də tədqiqata daxil edilmiş digər oçerklər üçün deyil, 

dövrün  əksər  tədqiqatları  üçün  səciyyəvi  cəhətdir.  Alimin 

yaradıcılığının birinci dövrünə təsadüf edilən axtarışlarında 

söz sənətinin, sənətkarın, müxtəlif ədəbi problemin sosiolo-

ji aspektdən, rejimin ideoloji tələbləri mövqeyindən təhlili 

bəhs edilən oçerklərdə də özünü qabarıq şəkildə göstərir.

Aşıq Abbas Tufarqanlının şeirlərində və “Abbas və Gül-

gəz” dastanında ictimai motiv kifayət qədər güclüdür. Amma 

bütün  bunların  hamısını  alimin  şərhlərində  olduğu  kimi, 

yalnız quruluşla, cəmiyyətin sosial təbəqələşməsi problemi 

ilə və s. bağlamaq aşığın yaradıcılığının ruhu və mahiyyəti 

haqqında bütün dolğunluğu ilə təsəvvür yaratmır. Buna görə 

də istər-istəməz məhəbbət dastanının qəhrəmanı tədqiqat-

da  “xalq  mənafeyini  müdafiə  edən  vətənpərvər  sənətkar” 

[76, 486] kimi dəyərləndirilmişdir. “Abbas və Gülgəz” dasta-

nının eyni adlı qəhrəmanı hər halda qəhrəmanlıq dastanları-

nın əsas obrazlarından fərqlənməlidir və fərqlənir.

Əlbəttə, ictimai quruluşun özündən doğan problemlərlə 

yanaşı, insan xislətinin səciyyəvi cəhətləri kimi bütün dövr-

lərdə və quruluşlarda özünü göstərən problemlər də möv-

cuddur. Xalq şerinin əsas nümayəndələri, o cümlədən Aşıq 

Abbas  Tufarqanlı  dövrünü  də  tənqid  etmiş,  eyni  zamanda 

acgözlük, var-dövlət hərisliyi, insan dərdinə biganəlik və s. 

kimi  zamandan,  məkandan,  dövrün  quruluşundan  asılı  ol-

mayaraq, təzahür edən insani qüsurları da obyektiv şəkildə 

mənalandırmışdır. Abbas Tufarqanlının “Bəyənməz” rədifli 

şeirindən danışarkən tədqiqatçı belə bir tezis irəli sürür ki, o, 

“feodal cəmiyyətindəki sinfi ziddiyyəti başa düşə bilməsə də, 

hakim zümrələrlə yoxsul xalq kütlələri arasındakı kəskin tə-

zadı görürdü. Varlı və yoxsul məsələsi şairi düşündürən əsas 

məsələlərdəndir. Onun “Bəyənməz” rədifli şeiri bu cəhətdən 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə