Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

~~~ 51 ~~~

mənalıdır” [76, 488]. Halbuki şeiri diqqətlə nəzərdən keçir-

dikdə  məlum  olur  ki,  şairi,  ilk  növbədə,  insan  xislətindəki 

fərdi  xarakterli  naqisliklər  maraqlandırmış  və  sələflərinin 

dediklərinə, özünün təkrar etdiyinə, xələflərinin deyəcəklə-

rinə baxmayaraq, onu bəndənin özünü kamilləşdirməməsi, 

nəfsinə qalib gələ bilməməsi narahat etmişdir.

Oçerkdə maraq doğuran, amma təəssüf ki, sona qədər 

araşdırılmayan  məqamlardan  biri  aşığın  poeziyasında  sufi 

motivlərin  mövcudluğu  faktının  təsdiq  edilməsidir.  Müəllif 

aşığın  poeziyasındakı  “xərabati”  sözünün  sufilərin  məclisi 

mənasında işləndiyinə diqqət yetirsə də, bunu sənətkarımı-

zın daha çox “dünyəvi həyat”ın rəmzi kimi istifadə etdiyini 

bildirmişdir. Siyasi-ideoloji tələblərin nəzərə alınması həm 

konkret  olaraq  Aşıq  Abbas  Tufarqanlının,  həm  də  dövrün 

digər  sənətkarların  yaradıcılıq  axtarışlarının  mahiyyətini 

obyektivcəsinə araşdırılmasını mümkünsüzləşdirir. Bir daha 

təkrar etməyi lazım bilirik ki, bu deyilənlər yalnız M. Seyi-

dovun yaradıcılığının birinci mərhələsinin deyil, bütövlükdə 

dövrün əksər alimlərinin axtarışlarında özünü göstərən ça-

tışmazlıqdır.

Eyni  sözləri  Sarı  Aşıq  haqqındakı  oçerklə  bağlı  da 

demək mümkündür. Alimin Sarı Aşıq poeziyasını iki hissəyə 

- “məhəbbət hissi tərənnüm” olunan və dövrün “ictimai-siya-

sı məsələlərinə toxunulan” [76, 492] kimi hissələrə bölməsi 

ilə razılaşmaq lazımdır. Amma aşığın məhəbbət lirikasının 

mahiyyətini konkret bir gözələ - aşığın Yaxşı adlı sevgilisinə 

ülvi hisslərinin tərənnümü kimi mənalandırmaq düzgün de-

yildir. Yaxşının varlığını, reallığını qəbul etməklə yanaşı, onu 

da demək lazımdır ki, aşığın poeziyasında sufi ideyalı poe-

tik ənənələrin təsiri və rolu əvəzsizdir. “Aşıq insan qəlbinə 

toxunmağı,  onu  yıxmağı  Kəbəni  yıxmaqdan  böyük  günah 

sayır. İnsanın, xüsusilə sevən bir adamın könlünü sındırmaq 

məhəbbət hissini məhv etmək deməkdir:




~~~ 52 ~~~

Mən aşiqəm yüz qandı,

Əlli qandı, yüz qandı,

Kəbə yıxmaq bir evdi

Könül yıxmaq yüz qandı” 

[76, 493-464].

Sarı Aşığın bu tipli digər əsərlərindən nümunə gətirmə-

dən onu demək olar ki, onun poetik konsepsiyasında Yaxşı 

müəyyən mənada “Leyli və Məcnun” poemasındakı Leylidir, 

yəni real gözəllikdən daha çox ilahi gözəllik rəmzidir. İlahi 

eşqi  Kəbə,  Mədinə  və  Məkkə  kimi  müqəddəs  məkanlarla 

müqayisə etmək isə ateizm deyil, Tanrıya eşqin ona ibadət 

məkanlarından  yüksəkdə  dayandığına  işarədir.  XIII  əsrin 

sonu XIV əsrin əvvəllərində yaşamış məşhur türk sufi şairi 

Yunus Əmrə də şeirində oxşar anlayışlardan istifadə edərək 

yazırdı:

Çalış qazan, ye, yedir,

Bir könül ələ gətir.

Yüz Kəbədən yeyrəkdir

Bir könül ziyarəti 

[128, 23].

Təfsilatına varmadan xarakterik bir-iki nümunənin tim-

salında da dövrün şifahi xalq ədəbiyyatının təsiri ilə yaranan 

poeziyada sufi motivlərinin və ideyalarının əsas yer tutdu-

ğunu  görmək  çətin  deyildir.  Bütün  bunlar  isə  Azərbaycan 

ədəbiyyatında sufi ənənələrinin uzunömürlülüyünü bir daha 

təsdiq edir. Tədqiqatçı bəzi mülahizələrində həddindən ar-

tıq ifrata varmışdır. Xəstə Qasımın məşhur “Yaxşıdır” rədif-

li şeirindəki “Qüvvətli olsan da, yoxsulu döymə” misrasının 

“şair  yoxsulun  acınacaqlı  vəziyyətini  ürək  ağrısı  ilə  təsvir 

edir”  [76,  498]  kimi  yozulması  məhz  bu  ifratın  xarakterik 

nümunəsidir. Bununla belə, oçerkin Xəstə Qasımla bağlı his-

səsində müəllif onun poeziyasında xalq müdrikliyi mənasın-

da nəsihətçiliyin olması, iki tip insan obrazının yaradılması 

kimi dəqiq mülahizələr söyləmişdir. Ədəbiyyat tarixinə aid 



~~~ 53 ~~~

oçerklər  xüsusi  araşdırılma  aparılmaqla  deyil,  mövcud  tə-

dqiqatlar  əsasında  yazılır.  Bunu  M.Seyidov  çoxcildlik  üçün 

yazdığı  oçerklərdə  nəzərə  almış,  hətta  etiraf  da  etmişdir. 

Məsələn,  Məsihidən  danışarkən  müəllif  şairin  “Vərqa  və 

Gülşa”  poeması  haqqında  dolğun  təsəvvür  yaratmaq  üçün 

poemanın  hələ  çap  olunmadığını  vurğulamış  və  əsərin  qı-

saca məzmununu vermişdir. Oçerkdə yalnız Məsihi haqqın-

da  dolğun  təsəvvür  yaradılmamışdır,  eyni  zamanda,  şairin 

poeması  məzmun  baxımından  yığcam,  xarakterik  cəhətlər 

qabardılmaqla  təhlil  olunmuşdur.  Poemanın  N.Gəncəvinin 

və M.Füzulinin “Leyli və Məcnun” poeması ilə müqayisədə 

təhlili obrazların özünəməxsus cəhətlərini dəqiq səciyyələn-

dirməyə imkan yaratmışdır. Bununla belə bəzi qeyri-dəqiq 

mülahizələrə, mətnlə uyğun gəlməyən subyektiv, məqsədli 

yozumlara yer vermişdir: “Əntər də, Möhsün də şahdır. Mə-

sihi orta əsr şahlarının xarakterini özündə təcəssüm etdirən 

Əntəri hiyləgər, hərbçi, öz xoşbəxtliyini başqasının bədbəxt-

liyində görən şah kimi təsvir edir” [77, 503]. Möhsün də şah-

dır və deməli, o da “orta əsr şahlarının xarakterini özündə 

təcəssüm etdirməlidir”. Müəllif obrazların təhlilini verərkən, 

Gülşanı “bir sıra orijinal xüsusiyyətlərinə görə” yazılı ədəbiy-

yatımızda diqqəti cəlb edən surət kimi qiymətləndirmişdir. 

Sonrakı mülahizələrdən məlum olur ki, bu orijinal xüsusiy-

yətlər obrazın cəsarətli, vəfalı, qoçaq olması, məhəbbətin ke-

şiyində durmasıdır. Bütün bunlara baxmayaraq, oçerk dövrü 

üçün Məsihi haqqında səviyyəli elmi söz kimi qiymətləndi-

rilməyə layiqdir.

Yuxarıda qeyd olunduğu kimi, M.Seyidov Qövsi Təbrizi 

haqqında həm çoxcildlik ədəbiyyat tarixi üçün oçerk qələmə 

alıb, həm də ayrıca elmi monoqrafiya ərsəyə gətirib. Xrono-

loji ardıcıllıq baxımından öncə alimin oçerki, daha sonra isə 

monoqrafiyası nəşr olunubdur. Bəri başdan onu qeyd etmə-

yi lazım bilirik ki, “Qövsi Təbrizi” oçerki müəllifin müstəqil 

araşdırması əsasında yazılıbdır. Bunu bir çox mülahizələrin 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə