Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   15   16   17   18   19   20   21   22   23

~~~ 54 ~~~

həm oçerkdə, həm də monoqrafiyada təkrarlanması da təs-

diqləyir.  Onların  arasındakı  əsas  fərq  çoxcildliyin  tələbinə 

uyğun həcm prinsipinin nəzərə alınmasında özünü göstərir. 

Başqa sözlə desək, oçerk əslində monoqrafiyanın qısaldılmış, 

yaxud da monoqrafiya oçerkin genişləndirilmiş variantıdır.

Qövsi Təbrizinin irsi iki baxımdan - həm “müəyyən bir 

dövrün fəlsəfi, siyası və bədii baxışlarını öyrənməyə kömək 

edən”, həm də “sənətkarlığı və görüşlərindəki insanpərvər-

lik ideyaları” [78, 506] ilə qonşu xalqlar arasında da nüfuz 

qazanmış mənbə kimi dəyərləndirilmişdir. Tədqiqatçı şairin 

həyatı, mövcud divanları, həyat və yaradıcılığının tədqiq ta-

rixi, hətta təxəllüsü haqqında yığcam, amma dolğun təsəvvür 

yaratmış, əsas diqqəti onun poeziyasının ideya-məzmun və 

sənətkarlıq özünəməxsusluqlarının təhlilinə yönəltmişdir. 

Qövsi Təbrizi dövrün haqsızlıqlarına, ədalətsizliklərinə, 

sosial konfliktlərinə də biganə qalmamışdır. Şairin dərin ina-

mına görə, bədii söz yalnız hiss və duyğular ifadəçisi olma-

malıdır, həm də işıqlı dünyaya xoşbəxt olmaq üçün gəlmiş 

insanın qarşısına çıxan və ya çıxardılan müxtəlif problemlə-

rin aradan qaldırılması işində haqq səsini ucaltmaqla iştirak 

etməlidir. Alim birmənalı şəkildə şairin cəmiyyətdəki ədalət-

sizlikləri bir çox müasirlərindən fərqli şəkildə “cürətlə açıb 

göstər”diyini [78, 510] vurğulamışdır. O, fikrini əsaslandır-

maq üçün şairin səciyyəvi şeirlərini təhlil etməklə kifayət-

lənməmişdir,  eyni  zamanda  məhz  bu  cəhətinə  görə  şairin 

poetik irsinin digər xalqlar, xüsusən ermənilər arasında ge-

niş yayıldığını Elyas Muşeqə istinadən açıqlamışdır: “Şairin 

ölümündən sonra onun şeirlərini ermənilər məclislərdə mu-

siqi ilə oxuyarlarmış” [Bax: 78, 511].

Müəllif şairin məhəbbət lirikasını, onun yaradıcılığının 

səciyyəvi cəhəti olan həyat eşqini ətraflı təhlil etmişdir. Onun 

sevgi lirikasını Nizami, Fizuli kimi sənətkarların ənənələri-

nin davamı olaraq götürən araşdırıcı şairin də sevgini insan 

mənəviyyatının  məhək  daşı  saydığını  bildirmişdir:  “Şairin 



~~~ 55 ~~~

fikrincə, eşq aləminin “üzvü” olmaq üçün hər şeydən əvvəl 

insan mənəviyyatca yüksəlməli,əhatə olunduğu mühitin ha-

kim əxlaqi qanunlarından yüksəkdə durmalıdır. İnsan gözəl-

liyi onun yalnız zahiri ilə deyil, həm də zəngin daxili aləmi, 

nəcib hissləri ilə ölçülür. Qövsi “zərli paltar” geyib, heç bir 

hünər sahibi olmayanlara hörmət, ehtiram göstərməyi nöq-

san hesab edir. Onun fikrincə, insana qabiliyyətinə görə de-

yil, var-dövlətinə, mövqeyinə görə qiymət verilməsi cinayət-

dir” [78, 513]. 

Deməli şairin poeziyasına istinad edən araşdırıcının fik-

rinə görə, sevgi müvəqqəti faktorlara, yəni zahiri gözəlliyə, 

var-dövlətə, vəzifəyə deyil, ilk növbədə, batini gözəlliyə, ka-

milliyə, nəcibliyə, yəni daha əbədi faktorlara əsaslanmalıdır. 

Şərq poeziyasında eşq birmənalı şəkildə iki aspektdən 

öz ifadəsini tapmışdır: real eşq və sufi məzmunlu ilahi eşq. 

Hər iki tip eşqin təsvir və tərənnümünə Qövsi Təbrizi yara-

dıcılığında da sıx-sıx rast gəlinir. Amma sovet quruluşunda 

sufizm ya ateizmin bir forması kimi götürülərək təbliğ olu-

nurdu, ya da onun əsl mahiyyəti və özünəməxsus konsepsi-

yası təbliğati məqsədlərlə arxa plana keçirilirdi və ya təhrif 

olunurdu. Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqatçısı 

kimi Mirəli Seyidov həmişə nail olmasa da, mümkün dərəcə-

də bu ifratlardan qaçmağa çalışmışdır. Oçerkdə müəllif Qövsi 

Təbrizi sufizminə çox az yer ayırmışdır: “Qövsinin dünya- gö-

rüşünün  formalaşmasında  islam  dininin  ehkamlarına  qar-

şı  çıxan  panteizmin  (vəhdəti-vücudun)  müəyyən  dərəcədə 

təsiri olmuşdur. Qövsi, panteistlərə görə, cüzvlərdən ibarət 

olan  varlığın  son  nəticədə  vəhdətə  qovuşması  ideyasının 

tərəfdarlarından idi” [78, 511]. Əslində isə şairin poeziyası 

məhz bu tezisin işığında təhlilini tapmalı idi.

Oçerkdən  fərqli  olaraq,  monoqrafiyada  problem  beş 

fəsildə  əhatə  olunmuşdur.  Müəllif  çoxcildilik  üçün  qələmə 

aldığı oçerkdə sadalama ilə üstündən keçdiyi, açıqlamadığı 

mətləblərə burada daha geniş yer ayırmışdır. Monoqrafiyda 



~~~ 56 ~~~

Qövsi Təbrizinin dövründən ətraflı söhbət açılmış, alimin əv-

vəldə danışdığımız tədqiqat və məqalələrində bu və ya digər 

dərəcədə əksini tapmış material, fakt və mühazilərdən istifa-

də olunmuşdur. Bu özünü erməni ziyalılarının əsərlərinə is-

tinadlı şərhlərdə daha qabarıq göstərir. Müəllif şairin dövrü-

nün səciyyəvi cəhəti kimi aşıq şeiri ruhunda yazıb-yaratmaq 

meylinin gücləndiyini göstərmək üçün dəfələrlə araşdırdığı 

Azərbaycan-erməni ədəbi əlaqələri sahəsi üzrə araşdırma-

larına  istinad  etmişdir:  “Aşıq  poeziyası  ruhunda  yazıb-ya-

ratmaq  meyli  XVII-XVIII  əsrlərdə  o  qədər  qüvvətlənir  ki, 

yüzlərlə erməni aşığı nəinki azərbaycanca, hətta ermənicə 

yaratdıqları  əsərlərini  də  Azərbaycan  aşıq  şeiri  formasın-

da yazmışlar” [80, 10]. Eyni mülahizəni söyləyən digər alim 

həmkarlarından  M.Seyidovun  araşdırmasının  fərqli  cəhəti 

məhz bir də bildiyi dildəki materiallardan maksimum yarar-

lanmaqda idi.

Dövrün  səciyyəvi  cəhətlərindən  danışarkən  alim  H.A-

raslının “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” əsərinə 

istinadla  Baba  Şirvaninin  “Can  ilə  Cəsədin  bəhsi”  şeirinin 

təhlilini vermişdir [12, 227-228] Doğrudur, müəllif sufiyanə 

əsərin ənənəvi ölçülərinə uyğun ideya-məzmun tərəfini işıq-

landırmağa cəhd göstərmişdir. Bütün hallarda əsər dövrün 

ümumi ədəbi mənzərəsi haqqında dolğun təsəvvür yaratma-

ğa qadirdir. Bildiyimiz kimi, haqqında söhbət gedən dövrdə 

sufizmə meyil və maraq əvvəlki dövrlərlə müqayisədə miq-

yasını və gücünü tədricən itirməyə başlayır, həyat və insan 

barəsində real planda söz demək ənənəsi xarakterik cəhətə 

çevrilir. Can həmişə axirət sevdası, dünya işlərindən uzaq-

laşmağa, zöhd və təqva ilə məşğul olmağa çağırır, insanları 

mübarizədən çəkindirmək istəyir, Cəsədə imanın yaxşı oldu-

ğunu söyləyir və “Zənbur”, “Tövrat”, “İncil”, “Quran” oxuma-

ğın vacibliyini bildirir. Cavabında Cəsəd imanın yaxşı olduğu 

fikri ilə razılaşır, lakin bütövlükdə onu “XVII-XVIII əsr Azər-

baycan  həyatında  ən  zəruri  məsələlərdən  biri  olan,  xalqın 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə