Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   15   16   17   18   19   20   21   22   23

~~~ 57 ~~~

işinə yarayan qəhrəmanlıq, qoçaqlıq kimi gözəl keyfiyyətlər 

düşündürür” [80, 16].

Alim  yazılı  ədəbiyyatdakı  bu  meyli  dövrün  tələbi  kimi 

dəyərləndirmiş “Koroğlu” eposunun eyni adlı qəhrəmanının 

da məhz bu dövrdə fəallaşmasının və ya fəallaşdırılmasının 

təsadüfi olmadığını bildirmişdir. O, haqlı olaraq yazır ki, şifa-

hi xalq ədəbiyyatının dövrün tələbinə operativ reaksiyasını 

yazılı ədəbiyyatda da özünü çox gözlətmədi: “Yazılı ədəbiyyat 

bu şərəfli vəzifəni yerinə yetirməkdə heç də geridə qalmadı. 

O da Vərqa kimi qəhrəman-aşiq döyüşkən insan obrazını ya-

ratdı. Vərqa əvvəlki aşiqlərdən-məcnunlardan, dəhnamələr-

dəki aşiqlərdən öz qoçaqlığı, mübarizliyi ilə fərqlənir. O, bizə 

nağıllardakı, dastanlardakı qəhrəman, qılınc oynadan aşiqlə-

ri  xatırladır.  Bu,  XVII-XVIII  əsr  yazılı  ədəbiyyatını  bəzəyən 

yeni bir keyfiyyət kimi diqqətli cəlb edir” [80, 16-17].

Çoxcildlik  ədəbiyyat  tarixi  üçün  yazdığı  oçerkdə  Qöv-

si Təbrizinin həyat və yaradıcılığının tədqiq tarixindən da-

nışarkən  M.Seyidov  mövzunun  təfsilatlı  təvsirini  verməyə, 

S.Mümtaz, H.Araslı kimi alimlərin əsərləri barədə nisbətən 

ətraflı bəhs etməyə çalışmış, İ.Hikmətin də bu sahədəki xid-

mətini qeyd etmiş, onun ümumi şəkildə müəyyən yanlışlıq-

lara yol verdiyini nəzərə çarpdırmışdır.

Ənənəvi olaraq, monaqrifiyada da şairin ictimai görüşlə-

rinin təhlilinə oçerklə müqayisədə daha geniş yer verilmiş-

dir. Təfsilatlı təhlil şairin ictimai görüşləri haqqında daha da 

dolğun təsəvvür oyada bilmişdir. Təfsilatlı təsvir dedikdə biz, 

ilk növbədə, şairin şeirlərini onun yaradıcılığı üçün səciyyəvi 

olan anlayışların əsasında təhlili nəzərdə tuturuq. Bunların 

sırasında “ağ”, “qara”, “fələk”, “dilsizlik” və s. bu kimi anlayış-

ları xüsusi qeyd etmək mümkündür. Müəllif bu tipli anlayış-

ların üzərində bir də ona görə ətraflı dayanmışdır ki, bunlar 

Qövsi Təbrizinin poeziyasının ideya-məzmun xüsusiyyətlə-

rinin gizli qatlarını açmaq imkanı yaratmağa qadirdirlər.

Qövsi  Təbrizi  şeirlərinin  birində  özünü  “bir  üzü  bağlı, 



~~~ 58 ~~~

gözü bağlı şikarəm” deyə səciyyələndirmiş və “bizəban” ol-

duğundan  şikayətlənmişdir.  M.Seyidov  şairin  yaradıcılığın-

dakı “bizəbanlıq” ideyasını bir tərəfdən yuxarıda sadalanan 

anlayışlarla, digər tərəfdən də həmin ideyanın Azərbaycan 

ədəbiyyatındakı təzahür ənənəsi ilə əlaqəli götürmüşdür. Üz 

tutulan mətləbin əhatəli götürülməsi həm Qövsi poeziyası-

nın, həm də bu və ya digər dərəcədə Azərbaycan ədəbiyya-

tının  ictimai  motivlərinin  davamlı  təzahür  ənənəsini  işıq-

landırmağa imkan vermişdir: “Azərbaycan ədəbiyyatının bir 

çox qabaqcıl sənətkarları, o cümlədən Nəsimi, Füzuli, Saib 

Təbrizi və başqaları yeri düşdükcə “bizəbanlıq”dan - dilsiz-

likdən şikayətlənmişlər. Qövsi, eləcə də yuxarıda adları çə-

kilən sənətkarlar “bizəbanlıq” dan şikayətlənərkən, əsasən, 

zəmanənin özünəməxsus ədəbi nəzarətini də nəzərdə tutur-

dular. Buna görə də orta əsr şairləri, o cümlədən Qövsi ic-

timai fikirlərini bəzən örtülü, bəzən də eyhamla deyirdilər” 

[80, 35-36].

Tədqiqatçı  “bizəbanlıq”dan  şikayətin  bir  səbəbini  də 

şairin  doğma  dilin  taleyi  ilə  baglı  keçirdiyi  narahatlıqla 

əlaqələndirirdi. Şairin “Doludur” rədifli qəzəlini təhlil edən 

M.Seyidov  yuxarıda  nəzərə  çarpdırdığımız  mülahizəsini 

genişləndirərək yazırdı: “Bu qəzəldə Qövsi bir-biri ilə üzvi 

surətdə bağlı olan iki böyük ictimai bəlanı vermişdir. Bun-

lardan biri zamanın zülmkarlığı, digəri isə “dilsizlik” məsələ-

sidir. “Nə dilim var, nə də dil anlayanım” deməklə, şair bir 

tarixi həqiqətə - Azərbaycan dilinin ədəbi həyatda sıxışdırıl-

dığına işarə etmişdir” [80, 37]. Araşdırıcının digər maraqlı 

tezisi şairin ictimai görüşlərini dəqiq səciyyələndirən belə 

fikri ilə bağlıdır: “Şair şeirlərinin birində özü ilə ney arasında 

oxşarlıq axtarmagı yersiz hesab edirdi:

Dilim yoxdur benim, ey ney, sənə heç nisbətim yoxdur,

Veribdirlər bənə dərdi, alıbdırlar fəqan bəndən “ 

[34, 316].



~~~ 59 ~~~

Ney kimi kirdarimiz, bəndindədir, bəndindədir göftarımız,

Qulluğa bel bağlamaqdır qövlisiz, ilqarımız.

...Gənci-badavər kimi, ey ney, bu viran dəhrdə,

Gərçi bimaqdarıq, əmmə həq bilir miqdarımız “ 

[34, 174].

Tədqiqatçı araşdırmasının sonrakı mərhələsində Qövsi 

Təbrizinin sufi görüşlərindən danışmasaydı, onun da Füzuli

Saib Təbrizi kimi vəhdəti-vücudu öyrəndiyini, dünyagörüşü-

nün formalaşmasına “Şərq panteizminin işıqlı cəhətlərinin 

təsiri olduğunu” [80, 48] yazmasaydı, onun bu şeir haqqında 

elmi təhlili ilə razılaşmaq olardı. Bütün tənqidi qeydləri ilə 

birlikdə alimlə razılaşsaq ki, Qövsi Təbrizi sufi olub və ya sufi 

ideyalara meyilli yaradıcı şəxsiyyət olubdur, onda onun şei-

rində işlənən ney anlayışını qüdrətli türk sufi şair C.Ruminin 

yaradıcılığındakı neylə müqayisədə götürüb nəzərdən keçir-

mək lazımdır [130, 43-44]. Nəzərə almaq lazımdır ki, ney an-

layışına müraciət Qövsi poeziyasında təkrarlanır. Başqa bir 

qəzəlində şair “Ney tək bu bizəbanlara dil ver, harayı gör” 

mirasını işlətmişdir. Bu isə artıq bir obrazın təkrar işlədilmə-

sindən daha çox müəyyən və sabit məna tutumu qazanmış 

anlayışın  rəmzi  tutumundan  istifadə  deməkdir.  Haqqında 

söhbət  gedən  monoqrafiya  tədqiqatçının  sufizm  haqqında 

bu qədər geniş danışılan və bu dərəcədə obyektiv elmi mə-

lumat verilən yeganə əsərlərindən biridir. Çox təəssüf ki, o, 

araşdırmalarında axıra qədər eyni elmi mövqedə qalmamış, 

sonrakı mərhələdə şairi “dini-fəlsəfi” görüş hesab etdiyi su-

fizmdən “xilas etməyə” çalışmışdır.

Bəzən  özünü  Şeyx  Sənanla  müqayisə  edən  Qövsinin 

guya Şərq panteizmindən üz döndərdiyi, dini-fəlsəfi cərəyan 

olan sufizmə meyil göstərməklə, məqsədinin “islam ehkam-

larına  qarşı”  [80,  51]  çıxmaq  olması  kimi  hökmlərlə  razı-

laşmaq mümkün deyildir. Eyni sözləri şairin şiəliklə əlaqəsi 

haqqındakı mülahizələrinə də şamil etmək olar. İlk növbədə, 

ona görə ki, araşdırmasının bu hissələrində alim ədəbiyyat 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə