Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   23

~~~ 6 ~~~

Şəmsizadə kimi ədəbiyyatşünas alimlər haqqında dissertasi-

ya və monoqrafiyalar yazmış [16; 20; 23; 24; 25; 28; 32; 35; 

37; 41; 45; 46; 47; 110; 124], onların ədəbi-tənqidi görüşləri, 

elmi-nəzəri fikirləri təhlil olunmuş, digər bir tərəfdən də bu 

yolla XX əsr Azərbaycan ədəbiyyatşünaslığında azərbaycan-

şünasığın bir çox ədəbi-nəzəri problemlərinin öyrənilməsi 

və həlli işində ciddi uğurlara imza atılmışdır. Son dövrlərdə 

Azərbaycan xalqının, dilinin, ədəbiyyatının, mədəniyyətinin 

formalaşması  tarixi  barədə  sistemli  məlumat  verən,  azər-

baycançılıq  ideologiyasının  təşəkkül  mərhələləri  araşdırı-

lan monoqrafiyalara, azərbaycançılıq haqqında düşüncələrə 

rast gəlmək mümkündür [9; 15; 17; 18; 38; 111; 112].

Belə  görkəmli  ədəbiyyatşünaslar  içərisində  filologiya 

elmlər  doktoru,  professor,  Azərbaycanın  əməkdar  elm  xa-

dimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü prof. Mirəli Seyi-

dovun  xüsusi  yeri  vardır.  Alim  XX  əsr  Azərbaycan  ədəbiy-

yatşünaslarının Əkbər Ağayev, Həmid Məmmədzadə, Pənah 

Xəlilov, Əziz Mirəhmədov, Kamal  Talıbzadə,  Kamran Məm-

mədov, Nazim Axundov kimi tanınmış nümayəndələri nəs-

linə mənsubdur. Ədəbi-elmi axtarış, tədqiqat aləminə İkinci 

Dünya müharibəsi dövründə, yaxud müharibədən az sonra 

- Azərbaycan ədəbiyyatının sistemli tarixinin hazırlanmağa 

başladığı bir vaxtda gələn bu gənclərin əksəriyyəti milli bə-

dii düşüncənin yaxın keçmişini - XIX-XX əsrlərə məxsus ədə-

bi-tarixi prosesi tədqiq edir, həmin dövrlərdə yaşamış sənət-

karların  həyat  və  yaradıcılığını  öyrənirdilər.  Yaşıdlarından 

fərqli olaraq, Mirəli Seyidov Azərbaycan ədəbiyyatının orta 

əsrlər dövrü, onun Zaqafqaziya xalqlarının bədii fikrinə təsir 

dairəsi,  Azərbaycan  türkcəsinin  Qafqazda  geniş  yayılması-

nın, əsas ünsiyyət vasitəsi olmasının səbəbləri ilə maraqla-

nır, gənc tədqiqatçı Azərbaycan ədəbiyyatının orijinallığını, 

tarixi bədii zənginliyini və bütün Qafqazda ta qədimlərdən 

avanqard  mövqeyini  başqa  xalqların  bədii  mədəniyyəti  ilə 

müqayisə etməklə müəyyənləşdirirdi. Onun ədəbi əlaqələr, 



~~~ 7 ~~~

mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu 

gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də 

mədəni-siyasi baxımdan müasir və aktual məsələlərdir. 

Prof. Mirəli Seyidov bütün ömrü boyu Azərbaycan mi-

fik  təfəkkürünün  qaynaqları,  xalq  mərasimləri,  etnogenez 

məsələləri ilə ciddi məşğul olmuş, ümumtürk mifologiyası-

nın əsas qaynaqlarının, ortaq dəyərlərinin müəyyənləşdiril-

məsi və təhlili sahəsində azərbaycanşünaslıq elmi üçün son 

dərəcə mühüm əhəmiyyət kəsb edən tədqiqatlar aparmışdır. 

Alim istər Azərbaycan ədəbiyyatı tarixinə dair materialları 

araşdırarkən, istər zəngin folkor abidələrimizin mifik köklə-

rini incələyərkən, istərsə də etimoloq alim kimi sözlərin yo-

zumunu verərkən filoloq məqsədindən daha çox azərbaycan-

şünas, vətənşünas alim kimi çıxış etmiş, azərbaycanşünaslıq 

elminin  bir  çox  nəzəri  problemlərinin  həlli  istiqamətində 

sanballı əsərlər ortaya qoymuşdur. Azərbaycan türklərinin 

soykökü, qədim dünyagörüşü, mifoloji baxışları ilə bağlı bir 

sıra elmi problemləri aydınlaşdırmışdır ki, həmin məsələlə-

rin nəzəri təhlili və yeni elmi-metodoloji prinsiplər əsasın-

da qiymətləndirilməsi vacib və aktualdır. Xüsusilə xalqların 

özünüdərk prosesinin gücləndiyi, Azərbaycan torpaqlarına 

təcavüzkar-işğalçı  münasibətlərin  artdığı  müasir  şəraitdə 

Mirəli Seyidovun elmi irsinin azərbaycanşünaslıq konteks-

tində tədqiqi və dəyərləndirilməsi həm də siyasi-ideoloji ak-

tuallıq kəsb edir.

Prof. Mirəli Seyidovun elmi-nəzəri fəaliyyəti həmişə diqqət 

mərkəzində olmuş, çap olunmuş “Sayat Nova” (1954), “Qövsi 

Təbrizi” (1963), “Azərbaycan-erməni ədəbi əlaqələri” (1976), 

“Azərbaycan mifik təfəkkürünün qaynaqları” (1983), ”Qızıl dö-

yüşçü”nün taleyi” (1986), “Azərbaycan xalqının soykökünü dü-

şünərkən” (1989), “Yaz bayramı” (1990), “Qam-Şaman və onun 

qaynaqlarına ümumi baxış” (1994), “Böri-qurt” (2006) kitabla-

rı [48; 80; 94; 95; 98; 99; 100; 106], oçerkləri [76; 77; 78; 79], 

məqalələri [55; 56; 57; 58; 59; 60; 61; 75; 82; 83; 84; 85; 86; 



~~~ 8 ~~~

87; 88; 89; 90; 91; 92; 93; 96; 97; 101; 102; 103; 104; 105; 107; 

108; 131; 132; 133; 134; 135; 136; 137; 138 və s.] ədəbi-el-

mi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Ə.Axundov, 

K.Məmmədov,  M.Təhmasib,  Ə.Yerevanlı,  Rəsul  Rza,  İ.Abbaslı, 

İ.Vəliyev, Z.Əsgərli, O.Əliyev, S.Rzasoy və s. tədqiqatçılar tərəfin-

dən onun nəşr edilmiş kitabları haqqında yazılan məqalə, re-

senziya və rəylərdə [1; 8; 26; 27; 29; 39; 40; 42; 44; 116; 119; 

121; 122; 123; 127], Ə.Agayev, S.Rüstəmxanlı, V.Həbiboglu və 

N.Cəfərovun alimin monoqrafiyalarına yazdıqları “Ön söz”lərdə 

[7; 19; 30; 43], A.Acalovun “Azərbaycan mifoloji mətnləri” kita-

bına yazdığı “Ön söz”də [5,28], o cümlədən P.Əfəndiyev, V.Və-

liyev,  F.Bayat  kimi  folklorşünas  alimlərin  ali  məktəblər  üçün 

nəzərdə tutulmuş dərsliklərində [22,133; 125,90; 129,17-24], 

R.Qafarlının “Azərbaycan folkloru və mifologiyası” adlı internet 

saytında [139] alimin tədqiqat uğurları, əsərlərinin elmi əhə-

miyyəti və nəzəri səviyyəsi barədə yığcam, lakin gərəkli müla-

hizələr  söylənmişdir.  Məsələn,  prof.  Nizami  Cəfərovun  Mirəli 

Seyidovun elmi irsinə verdiyi dəyər onun əsl azərbaycanşünas 

alim olduğunu bir daha təsdiqləyir: “Onun “Azərbaycan-erməni 

ədəbi əlaqələri” (Ən qədim dövrdən XVIII əsrin sonunadək)” 

mövzusundakı  doktorluq  dissertasiyası,  “Azərbaycan  mifik 

təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü dü-

şünərkən”, “Qam-Şaman və onun qaynaqlarına ümumi baxış” 

və s. kitabları xalqımızın təfəkkür mədəniyyəti tarixinin araş-

dırılması  sahəsində  görülən  fundamental  işlərdir.  Və  yalnız 

fakturası aşkarlanmış materialın zənginliyi etibarilə deyil, təhlil 

texnologiyası, mənəvi irsə sahib çıxmaq məharəti ilə də dəyərli 

olur” [19, 3-4]. 

Yaxud, prof. A.Şükürov M.Seyidovu mifoloji araşdırmalar 

sahəsində  özünəməxsus  dəsti-xətti  olan  alimlərdən  hesab 

etmiş və belə qənaətə gəlmişdir ki, “bəzi sözlərin etimolo-

ji araşdırmalarında ifrata varmasını çıxmaq şərtilə M.Seyi-

dov Azərbaycan mifologiyaşünaslığında özündən sonra yeni 

bir məktəbin əsasını qoymuşdur”[114, 50-51]. Mifoloq alim 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə