Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.

səhifə20/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

~~~ 60 ~~~

tarixçisi olmaqdan daha çox ideoloq kimi çıxış etmişdir.

Ümumiləşdirmələrə  meyilli  oçerkdən  fərqli  olaraq, 

monoqrafiyada təqdirəlayiq bir cəhət xüsusi vurğulanmalı-

dır. Müəllif Qövsi Təbrizinin poetik irsində insana və onun 

məhəbbətinə vurğunluğu məsələsinin incələnməsində əsas 

və ikinci dərəcəli məsələləri fərqləndirməyi bacarmışdır.Bu 

baxımdan Qövsi Təbrizinin poeziyasındakı lirik qəhrəmanın 

səciyyələndirilməsi xüsusi maraq doğurur. Müəllifin fikrinə 

görə, onun lirik qəhrəmanı müxtəlif şəraitdə də insani key-

fiyyətlərini qoruyub saxlayan adi bir insandır. Onun mənə-

viyyatı nə qədər təmizdirsə, cəmiyyətlə, ünsiyyətdə olduğu 

insanlarla  münasibəti  bir  o  qədər  müxtəlifdir.  Müəllif  bu 

məsələnin şərhində şairin “Məst bən, biəql bən, divanə bən, 

biçarə bən” misrasının üzərində haqlı olaraq daha geniş da-

yanmışdır. Məcnunu, Kefli İsgəndəri, Dəli Dərvişi xatırlayan 

araşdırıcı  obrazların  “qəribələşdirilməsini”  sənətkarların 

həyat, cəmiyyət, dövr haqqında ən sərt həqiqətləri demək 

istəyi ilə əlaqələndirmişdir.

Qövsinin  lirik  qəhrəman  da  Leyli  naminə  “divanə”  adını 

üzərinə götürməyə hazırdır. Onun fikrinə görə, yalnız aşiqi di-

vanə saymaq mümkündür, çünki məhz onlar “dərd əhlidirlər”. 

Bu baxımdan belə bir tezisə haqq qazandırmaq lazım gəlir ki, “ 

şairin lirik qəhrəmanı “dəli”, “divanə” kimi tanınan böyük ürək-

li, incə zərif hissli Məcnunu müqəddəs insan kimi qəbul edir və 

bu nəcib aşiqin ruhunu “pak ruh” adlandırır [80, 64].

Bədii  sözü  varlığı  ilə  duyan  alim  kimi  M.Seyidov  çox 

gözəl bilirdi ki, hər hansı dərin mənalı, fəlsəfi tutumlu söz 

poetikləşdirildikdən sonra bədii dəyər qazana bilir. Təbii ki, 

qüdrətli şair hesab etdiyi Qövsi Təbrizi irsinin poetik gücü-

nün özünəməxsusluqlarını göstərmək üçün tədqiqatçı onun 

sənətkarlıq məziyyətlərini də təhlil etmişdir. O, ilk növbədə, 

Qövsi Təbrizinin böyük Füzulidən təsirlənərək yazdığı proq-

ram xarakterli “Söz” qəzəlinə diqqət yetirmişdir. Alimin fik-

rinə görə, Qövsi Təbrizinin nəzərində poetik söz, ilk növbədə, 



~~~ 61 ~~~

doğru söz olmalıdır, yəni istənilən dərəcədə poetikləşdiril-

miş sözdə saxta notlar onun bədii təsir gücünü azaldacaqdır: 

“Qövsi  hisslərə  hakim  kəsilən,  zəkanı  düşünməyə  məcbur 

edən sənət əsərinin asan yaranmadığını bilirdi. O, həm də 

bilirdi ki, gözəl şeir ürəyini qanı ilə (“xuni-cigər”lə) yazılır” 

[80, 72]. Tədqiqatçı göstərir ki, “dərd əhli” kimi tanınan Qöv-

si Təbrizi də əksər həmkarları kimi, müxtəlif qaynaqlardan, 

o cümlədən xalq yaradıcılığının zəngin sərvətindən qidalan-

mışdır. Xalqın şifahi yolla yaratdığı söz sənəti onun şair kimi 

formalaşmasına ciddi şəkildə təsir göstərmişdir: “Şair fikrini 

daha qüvvətli, daha obrazlı, lakonik demək üçün bəzən xalq 

ifadələrinə, xalq məsəllərinə, atalar sözlərinə, dastan və əf-

sanələrin qəhrəmanlarına, bəzən isə xalqın qədim zoomor-

fik surətlərinə, əsatiri şəxsiyyətlərinə müraciət edir. Onların 

real və eləcə də mifik səciyyəsindən məqsədəuyğun bir şə-

kildə istifadə edir” [80, 75].

Mirəli Seyidov “Qövsi şeirinin bədii xüsisiyyətləri” adlı fə-

sildə problemi, əslində, “Qövsi və xalq yaradıcılığı” aspektindən 

araşdırmışdır.  Problem  öz-özlüyündə  nə  qədər  maraqlıdırsa, 

onun şairin irsi əsasında araşdırılması bir o qədər dəyərli və ori-

jinaldır. Orijinal dedikdə, biz yeni problemlərin qoyularaq təhlil 

edildiyini deyil, ilk növbədə, ənənəvi mövzunun şairin konk-

ret əsərlərinin timsalında təzahür edən xarakterik cəhəti kimi 

araşdırılmasını nəzərdə tuturuq. Alim Səməndər quşu, Humay 

quşu, Xızır və ya Xıdır Peyğəmbər kimi əfsanəvi obrazların Qöv-

si poeziyasında işlənmə məqamlarına diqqət yetirmişdir. Müəl-

lif göstərir ki, bu obrazlardan hər biri şair üçün mətləbi, fikri 

poetik, lakonik ifadə etmək vasitəsi olmuşdur. Fərqli yanaşma, 

xüsusən də xalq yaradıcılığına, o cümlədən türk folkloruna də-

rindən bələdlik sayəsində alim bəzi obrazların ya unudulan, ya 

da unudulmaqda olan başqa rəmzi tərəflərinin şeirlərdə təza-

hürünə diqqət yetirmişdir. Xızır Peyğəmbərin darda qalanlara 

kömək etmək missiyasını ilə yanaşı, onun eşq, məhəbbət mə-

budu olması missiyası da nəzərə alınmışdır: “Onun ilk, ən qə-



~~~ 62 ~~~

dim əsatiri siması Qövsini yaradıcılığında bəzən örtülü, bəzən 

isə açıq bir şəkildə özünü sezdirir. Qövsi Xızırı, adətən eşqlə 

əlaqədar xatırlayır. O, Xızıra bədbəxt, taleyi kəm, yarına çata bil-

məyənlərin hamisı, yardımçısı kimi baxmışdır” [80, 77].

M.Seyidovun  tədqiqatı  bir  daha  sübut  edir  ki,  klassik 

ədəbiyyat yaradanlardan biri kimi Qövsi Təbrizi xalq yaradı-

cılığına müraciətlə özünün əsərlərinin fikir, hiss və duyğunu, 

ideya-mətləbi  ifadənin  potensial  imkanlarını  genişləndir-

miş, bədii təsir gücünü qat-qat artırmışdır. Bunu şairin ata-

lar sözü və zərbi-məsəllərdən yaradıcı şəkildə istifadəsi də 

təsdiqləyir. Tədqiqatçı atalar sözlərindən istifadənin hər iki 

növünü: olduğu kimi və müəyyən dəyişikliklərlə araşdırma-

ya cəlb edilmişdir. Əvvəlcə araşdırıcının belə bir mülahizə-

sini nəzərə çatdırmışdıq ki, şair, ümumuyyətlə, bədii əsərin 

dilinə olduqca həssas yanaşmış, konkret halda doğma dilinin 

başqa dillər tərəfindən sıxışdırılması məsələsinə biganə qal-

mamışdır. Xalq dilinin incəliklərinə bələd olan “şair bəzən 

klassik ədəbiyyatımızda ya işlənilməyən, ya da çox az işlə-

dilən sözlərdən, ifadələrdən çox-çox istifadə edir” [80, 80]. 

Mülahizəsini  təsdiqləmək  üçün  tədqiqatçı  şairin  şeir-

lərində  işlədilən  frazeoloji  birləşmələrdən,  deyim  və  ifa-

dələrdən  kifayət  qədər  səciyyəvi  nümunələr  gətirməklə 

diqqəti  belə  bir  cəhətə  yönəltmişdir:  “Birincisi,  şair  doğu-

lub boya-başa çatdığı Təbrizdəki mövcud dialekti əsərlərinə 

gətirmişdir; ikincisi, “Qövsi bəzən ərəb, fars sözləri əvəzinə 

yeni söz yaratmağa cəhd etmişdir. Şairin bu təşəbbüsü hə-

mişə yaxşı nəticə vermişdir. Qövsi ərəbcədən dilimizə girmiş 

“müqəddimə”  sözü  əvəzinə  “sözbaşı”  işlətmişdir”  [80,  81]. 

“Bu mənada Qövsini bir növ Şah İsmayıl Xətai ilə müqayisə 

etmək olar. Belə ki, ədəbi dilimizin (yazılı şeir qolunun) in-

kişafı tarixindəki mövqeyinə və roluna görə Xətai Nəsimi ilə 

Füzuli arasında körpüdürsə, Qövsi Füzulini Vaqiflə birləşdi-

rir” [109, 97].

Bu tipli tezislər bir tərəfdən şairin “bizəbanlıq” məsələ-





Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə