Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   15   16   17   18   19   20   21   22   23

~~~ 63 ~~~

sinə ardıcıl münasibətini göstərirsə, digər tərəfdən də ədə-

biyyat tariximizdə yaradıcı ziyalılarımız doğma dilin bütün 

sahələrində fəal işlədilməsi, qorunub saxlanılması sahəsin-

dəki  mübarizələrinin  uzun  ömürlülüyünü,  ardıcıllığını  nü-

mayiş etdirir.

M.Seyidov Qövsi Təbrizinin dilindəki sadəliyi və ahəng-

darlığı həmin dövr üçün novatorluq hesab etmişdir: “Şairin 

dilindəki  sadəlik,  ahəngdarlıq  XVII  əsr  ədəbi  dilimizdə  bir 

yenilik kimi qiymətləndirilməlidir. Onun dili öz kiçik və bö-

yük müasirlərindən, məsələn, Saib Təbrizinin, Məsihinin di-

lindən müəyyən dərəcədə fərqlənir. Bu dil Abbas Tufarqanlı, 

Xəstə Qasım, Sarı Aşığın qoşmalarının, bayatılarının, Vidadi, 

Vaqif qəzəllərinin dilinə yaxındır” [78, 515].

Tədqiqatçı Qövsi Təbrizi poeziyasının sənətkarlıq özü-

nə məxsusluqlarını  bədii-təkrarların,  alliterasiyaların,  omo-

nimlərin, təzadların, mübaliğələrin, təşbehlərin, bədii nida 

və suallların, peyzajların nümunəsində araşdırmış, bir şair 

kimi özünəməxsusluqları haqqında dolğun təsəvvür yarada 

bilmişdir.

Ədəbiyyat tarixçisi kimi M.Seyidovun əsas tədqiqtların-

dan biri də çoxcildlik ədəbiyyat tarixi üçün yazdığı “Vidadi” 

oçerkdir [79]. Molla Pənah Vaqifin yaradıcı şəxsiyyət və döv-

lət xadimi kimi şöhrət və nüfuzunun bütün Azərbaycana ya-

yıldığı bir dövrdə onun müasiri Vidadi həm sağlığında, həm 

də sonrakı əsrlərdə müəyyən mənada arxa plana keçirilmiş-

di. Tədqiqatlarda da onun həyat və yaradıcılığı kifayət qədər 

ardıcıl və sistematik araşdırılmayıb, bədii irsi də nisbətən az 

nəşr olunubdur. Haqqında danışılan elmi oçerk bu baxımdan 

istisna təşkil edir.

Təkrarçılığa yol vermədən qeyd edək ki, müəllif yaradı-

cılığının birinci dövrü üçün sadaladığımız səciyyəvi cəhətlə-

rin böyük əksəriyyəti bu oçerkdə də özünü qabarıq şəkildə 

göstərir. Müəllifin şairi birmənalı şəkildə sovet ideologiyası-

nın tələblərinə uyğun müasirləşdirmək cəhdi bu oçerkdən 



~~~ 64 ~~~

də qırmızı xətt kimi keçir. Vidadinin bir müddət Tiflisdə II 

İraklinin sarayında və ya Gülüstan xanlığında yaşaması, ya-

zıb-yaratması  faktına  tədqiqatçı  sanki  haqq  qazandırmağa 

çalışmış, hətta bu zaman ideoloji tutumdan başqa heç bir el-

mi-nəzəri əsası olmayan tezis də irəli sürmüşdür: “Vidadi ya-

radıcılığı və dünyagörüşü etibarı ilə Azərbaycan kəndlisinə 

yaxın olan şairlərdəndir. Şair əsərlərində kəndli kütləsinin 

həm qüvvətli tərəfini, onun həyat eşqini, insanpərvərliyini, 

hər cür zülm, haqsızlıq və zorakılığa qarşı nifrətini, həm də 

zəif  tərəflərini,  kəndlinin  dindarlığını,  qüssə  və  kədərini, 

ümidsizliyini əks etdirmişdir. Bu səbəbə görə Vidadi yaradı-

cılığı ziddiyətlidir. Bu ziddiyət isə zəhmətkeş kütlələrin hə-

yat və şüurundakı ziddiyyətin ifadəsidir” [79, 542].

Müəllifin  də  haqlı  qeyd  etdiyi  kimi,  Vidadi  poeziyası-

na kədər xasdır. Amma şair yaradıcılğa başlayandan kədər 

poeziyası yaratmayıbdır. Onun yaradıcılığının nikbin ruhda 

olan birinci mərhələsinin ikinci mərhələdən fərqləndirilmə-

si  birbaşa  sənətkar  irsinin  özünə  istinadın  bariz  nümunə-

sidir. Belə halda şair haqqında mülahizə obyektiv mahiyyət 

qazanmış olar. Tədqiqatçı şairin “dərd əhliyəm, qəm hərfini 

qanaram”  misrasını  nümunə  gətirərək,  onun  şeirlərindəki 

kədər motivini təhlil etmiş, bu motivi, əsasən, ictimai-siyasi 

hadisələrlə əlaqələndirmişdir. Şairin “Müsibətnamə” əsərini, 

qələm dostu M.P.Vaqiflə deyişməsini və bir sıra lirik şeirlə-

rini nəzərə alaraq demək lazımdır ki, tədqiqatçının bu elmi 

şərhləri təsadüfi deyil və ədəbi-bədii materialların öz məz-

munu  şərtləndirmişdir.  Əsas  və  ikinci  dərəcəli  məsələ  və 

mətləblərin nəzərə alınması və “bu məzmunlu oçerklər”in 

nümunəsində  görkəmli  şairin  həyat  və  yaradıcılığı  barədə 

dövrün  elmi  nailiyyətləri  səviyyəsində  tədqiqat  əsəri  [21] 

ortaya qoyulmuşdu.

Mirəli  Seyidov  zəmanəsinin  ədəbiyyat  tarixçisi  olmuş-

dur.  Azərbaycan  yazılı  ədəbiyyatı  və  Azərbaycan-erməni 

qar şılıqlı ədəbi-mədəni əlaqələri  araşdırılan əsərlərin təh-



~~~ 65 ~~~

lilərindən də göründüyü kimi, tədricən onun yaradıcılığında 

mifologiyaya və folklora maraq artmağa başlayır. Bunu ali-

min ayrı-ayrı sənətkarların həyat və yaradıcılığı, o cümlədən 

xalqlar dostluğu, ədəbi əlaqələr adı altında araşdırdığı əsər-

lərində  problemin  şifahi  xalq  ədəbiyyatına  xüsusi  meyillə 

təhlil olunması da sübut edir. Bu cəhət onun araşdırmaları-

nın elmi dəyərini daha da artırmışdır.

Alimin  axtarışlarının  digər  səciyyəvi  cəhəti  ədəbiyyat 

tariximizi  bir  çox  tədqiqatçılar  üçün  dilbilməzlik  ucbatın-

dan  əlçatmaz  olan  erməni  mənbələri  əsasında  öyrənmə-

sidir. Mirəli Seyidovun erməni dilini (həm qrabarı, həm də 

aşxabarı) bilmək üstünlüyündən istifadə edərək, ciddi elmi 

nailiyyətlərə  çevrilən  araşdırmalar  ortaya  qoyması  onun 

milli  ədəbiyyat  tariximizin  öyrənilməsinə,  azərbaycanşü-

naslığa  əvəzsiz  töhfəsi  sayılmalıdır.  Orta  əsrlərdə  yaşamış 

bəzi sənətkarlarımızın erməni əlifbası ilə yazıya köçürülmüş 

naməlum əsərlərini taparaq çap etdirməsi, erməni dilində iş-

lənən çoxsaylı Azərbaycan-türk sözlərini təhlil etməsi, Azər-

baycan  dilində  yazan  erməni  aşıqlarının  vasitəsilə  onların 

bədii təfəkkürünün, həyat, düşüncə tərzinin formalaşmasın-

da türk etnik elementlərinin iştirakının müəyyənləşdirməsi 

yalnız elmi uğur deyil, həm də ictimai-siyasi əhəmiyyətli na-

iliyyətdir. Onun araşdırmaları bir sıra tədqiqatçıların “azər-

baycanlıların, türklərin Qafqaza gec gəldikləri və yerli əhali 

olmadıqları”  tezislərinin  absurdluğunu  və  qeyri-elmiliyini 

sübut etmək üçün əvəzsiz elmi mənbələrdir.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə