Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   15   16   17   18   19   20   21   22   23

~~~ 66 ~~~

 

NƏTİCƏ

“Böyük azərbaycanşünas alim professor Mirəli Seyidovun 

ədəbi-nəzəri  görüşləri”  mövzusunda  yazılmış  bu  araşdırma 

göstərdi  ki,  XX  əsrdə  zəngin  inkişaf  yolu  keçmiş  Azərbaycan 

ədəbiyyatşünaslığının  yaradıcıları  arasında  professor  Mirə-

li Seyidovun rolu və xidməti əvəzsizdir. Onun ədəbi əlaqələr, 

mifologiya, folklorşünaslıq, etimologiya, etnogenez məsələləri 

ilə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm 

ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktual 

məsələlərdir. Alim milli bədii təfəkkürün çox müxtəlif sahələri 

ilə məşğul olmuş və tədqiq etdiyi problemlərin hamısında ciddi 

uğur qazanmaqla filologiyada yeni elmi istiqamətlərin yaran-

masına nail olmuşdur. Mövzu ətrafında tədqiqatları ümumiləş-

dirərək bu nəticəyə gəlmək olar ki:



1.

  M.Seyidovun  yaradıcılığının  iki  mərhələsi  bir-birin-

dən  fərqlənir.  Alimin  elmi  fəaliyyətinin  birinci  mərhələsi 

1940-cı illərdən başlanır və 1970-ci illərə qədər davam edir. 

1950-ci illər ədəbi-nəzəri fikrində olduğu kimi, M.Seyidovun 

da yaradıcılığında sovet rejiminin siyasi kursunun, stalinizm 

dövrünün təsiri var: alimin bu dövrdə yazdığı tədqiqat əsər-

lərində  xalqlar  dostluğu,  qarşılıqlı  ədəbi-mədəni  əlaqələr 

məsələsinə  geniş  yer  verilir;  alim  orta  əsrlər  Azərbaycan 

ədəbiyyatına, xalq yaradıcılığına və tədqiq etdiyi sənətkar-

ların əsərlərinə sovet ədəbiyyatşünaslığının, nəzəri-ideoloji 

fikrin normativləri ilə yanaşır. Eyni zamanda, mənsub oldu-

ğu xalqa, millətə xidmət işini özünə tale yolu seçən M.Seyi-

dov həmişə elmi həqiqəti ortaya qoymaqla tarixi təhrifləri 

aradan qaldırmağa, xalqın yaddaşını dəyişmək istəyən qüv-

vələrin səylərini zərərsizləşdirməyə, ədəbi-nəzəri düşüncə-

ni siyasi buxovlardan azad etməyə çalışırdı. Yaradıcılığının 

birinci mərhələsində xalqlar dostluğu, qarşılıqlı ədəbi-mə-




~~~ 67 ~~~

dəni əlaqələr istiqamətində olan araşdırmalarında, əslində, 

alimin məqsədi bu yolla, yəni qarşılıqlı münasibətləri tədqiq 

etməklə,  ədəbi  müqayisələrlə  oxşar  mətləblərin  türk  et-

nik-mədəni sisteminin öyrənilməsində əhəmiyyətini vurğu-

lamaq idi. Digər bir tərəfdən də, M.Seyidov bu kontekstdən 

çıxış  edərək,  Azərbaycan  ədəbiyyatının  bədii  özəlliklərini 

aydnlaşdırmış, elmi-nəzəri düşüncəsini və tədqiqatçılıq fəa-

liyyətini Azərbaycan-türk söz sənətinin özüəməxsusluğunun 

elmi şəkildə sübutu işinə yönəltmişdir.



2.

  Alimin,  xüsusilə,  “Sayat  Nova”,  “Azərbaycan-erməni 

ədəbi  əlaqələri”  monoqrafiyaları  da  bu  baxımdan  maraqlı 

və əhəmiyyətli göründü. Tədqiqat göstərdi ki, əsərlərini üç 

dildə yazan Sayat Nova yaradıcılığına müraciət etməsi alimə 

Azərbaycan türkcəsinin və poetik fikrinin Qafqazdakı hakim 

mövqeyini,  ortaq  ünsiyyət,  həm  də  poetik  özünüifadə  va-

sitəsi olmasını, nüfuz dairəsini əyaniləşdirmək üçün lazım 

olmuşdur. Eyni zamanda, ermənilərin bütövlükdə Azərbay-

can-türk söz sənətinin təsiri altında olması, məhz Azərbay-

can dilində yazıb-yaratmağa üstünlük vermiş erməni aşıqları 

vasitəsilə M.Seyidov tərəfindən onların bədii təfəkkürünün, 

həyat və düşüncə tərzinin formalaşmasında türk etnik ele-

mentlərinin iştirakının müəyyənləşdirməsi yalnız elmi uğur 

deyil,  həm  də  ictimai-siyasi  əhəmiyyətli  nailiyyətdir.  Digər 

bir tərəfdən M.Seyidovun bu tipdə olan araşdırmaları milli 

ədəbiyyat tariximizin başqa dildə yazılmış elmi materiallar 

əsasında öyrənilməsinin əhəmiyyətinin vacibliyini göstərir. 

Bir sözlə, alimin bu sahədəki xidmətlərini milli mənlik şüu-

ru, milli ədəbiyyatın özünəməxsusluğunu və təsir dairəsini 

obyektiv  qiymətləndirmək,  alim-vətəndaş  mövqeyi  kimi 

dəyərləndirmək lazımdır.



3.

  Yaradıcılığının  birinci  mərhələsində  M.Seyidov  həm 

də XVII-XVIII əsrlər milli bədii düşüncəsinə məxsus ədəbi-ta-



~~~ 68 ~~~

rixi prosesi tədqiq etmişdir ki, bunlar da öz əksini alimin üç-

cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində çap 

olunmuş “Şifahi xalq ədəbiyyatı təsiri ilə yaranan şeir”, ”Mə-

sihi”, “Qövsi Təbrizi”, “Vidadi” kimi elmi icmal və oçerklərdə 

tapmışdır. Bunlar milli filoloji fikrimizin ciddi uğurları hesab 

edilə biləcək əsərlər idi. Alimin oçerklərinin təhlili onu İnti-

bah dövrü Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçıla-

rından biri kimi təsdiqlədi. Bu oçerklər sonrakı tədqiqatlar 

üçün bünövrə daşı olmuş və öz elmi- nəzəri dəyərini bu gün 

də saxlayır.

Bütün qeyd olunan müddəalar təsdiq edir ki, çoxşaxə-

li  yaradıcılığı ilə  XX  əsr Azərbaycan  ədəbiyyatşünaslığında 

özünəməxsus  yer  tutan  böyük  ədəbiyyatşünas  alim,  prof. 

M.Seyidovun  folklor,  mifologiya,  etimologiya  və  etnogenez 

məsələləri ilə yanaşı ədəbiyyat tarixçiliyi ilə bağlı tədqiqatla-

rı da məhz azərbaycanşünaslığın ən vacib ədəbi-nəzəri prob-

lemlərinin həllinə yönəlmişdir. Elmi-nəzəri qənaətlər göstə-

rir ki, M.Seyidov tarix, etnoqrafiya, toponomika, mifologiya, 

folklor, dilçilik kimi elm sahələrinə yaxından bələd olan və 

öz tədqiqatlarında bu elmlərin nailiyyətlərindən məharətlə 

bəhrələnən, özünəxas fərdi və orijinal baxışlar sistemi, təhlil 

və ümumiləşdirmə metodu, nəzəri-fəlsəfi məntiqi ilə seçilən 

filoloq alimdir. Onun yaradıcılığı Azərbaycan xalqının mənə-

vi mədəniyyət xəzinəsini zənginləşdirən qiymətli incilər sı-

rasına daxil olub, öz nəzəri və praktik əhəmiyyəti baxımın-

dan bu gün də aktualdır.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə