Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   23

~~~ 9 ~~~

A.Acalov  milli  mifologiya  elminin  inkişafında  M.Seyidovun 

xidmətlərini yüksək dəyərləndirmiş, onun “Azərbaycan mi-

fik təfəkkürünün qaynaqları” adlı monoqrafik araşdırmasını 

nəinki Azərbaycan elmi, ümumiyyətlə, türkologiya sahəsin-

də  hadisə  kimi  qiymətləndirmişdir:  “Onun  əsərləri  mövzu 

zənginliyi,  çoxplanlılıq  və  müqayisəli  materialın  geniş  isti-

fadə edilməsi (20-30-cu illərin ənənəsi) ilə səciyyələnir. İlk 

vaxtlar mifologiyanı başqa sahələrlə (ədəbiyyat tarixi, ədəbi 

əlaqələr) yanaşı öyrənən araşdırıcı, sonralar yalnız onunla 

məşğul olur” [5, 28].

M.Seyidovun  məxəz  bolluğu  ilə  fərqlənən  “Azərbaycan 

mifik  təfəkkürünün  qaynaqları”  (1983)  adlı  monoqrafiya-

sına ön söz yazmış professor Əkbər Ağayev müəllifin tarix, 

etnoqrafiya,  toponomika,  mifologiya,  folklor,  linqvistika, 

ədəbiyyat tarixi kimi çoxşaxəli fəaliyyət imkanlarına malik 

olduğunu və mifologiyanın tədqiqində etimoloji yozumlar-

dan  istifadə  metodunu  elmdə  yenilik  kimi  qiymətləndirir: 

“M.Seyidovun elmə gətirdiyi yenilik ondan ibarətdir ki, o, qə-

biləbirləşmələrini, xalqın mifoloji inamları ilə sıx bağlı olan 

“oğuz”, “xaylantürk”, “öləng”, “varsaq” və b. sözlərin etimoloji 

təhlilini verir və nəticə etibarilə, həmin leksik vahidlər, etnik 

adlar  müəyyən  bir  silsilə  mifoloji  anlayışların  zəmini  olur, 

onların əsası kimi götürülür” [7, 6].

M.Seyidovun Azərbaycan xalqının söykökü – etnogenezi 

ilə əlaqədar, müəllifin öz sözləri ilə desək, “qəbilələrin qan 

yaddaşlarını” üzə çıxarmağı qarşısına məqsəd qoyan və uzun 

elmi axtarışların nəticəsi kimi meydana çıxan “Azərbaycan 

xalqının soykökünü düşünərkən” adlı fundamental monoq-

rafiyasına ön söz yazmış xalq şairi Sabir Rüstəmxanlı alimə 

heyranlığını gizlədə bilməmişdir: “O, böyük abidələrimizin 

kökündə dayanan ilkin odu, qüvvəni, ilkin qaynağı gəzə-gəzə 

yurdumuzun ilk çırağının işiğına aparan yolları araya-araya, 

söz, kəlmə pillələri ilə xalq təfəkkürünün elə uzaq bir baş-

lanğıcına  gedib  çatır  ki,  adam  heyran  qalır”.  Yaxud  alimin 



~~~ 10 ~~~

folklorlaşan ömrü şair tərəfindən belə qiymətləndirilir: “So-

yumuzun beşik yurdunu, beşik nəğməsini, sözümüzün, ruhu-

muzun ilk ifadə şəkillərini axtara-axtara o, özü də bir ilkinlik, 

saflıq nümunəsinə, şaman dualarından, qopuz iniltilərindən, 

varsağı, bayatı hikmətindən yonulmuş Ozan babaya dönüb. 

İllər keçdikcə Mirəli Seyidov da araşdırdığı epik qəhrəman-

lıq dastanlarımızdan qopub gələn bir xalq müdrikinə, öz işi-

nin cünunu olan bir ağsaqqala çevrilib, dədələşib” [43, 3]. 

Xalq  şairi həmçinin M.Seyidovun dil və üslub  xüsusiy-

yətlərinə də toxunmuşdur: “Ədəbiyytşünaslığımızda yazı üs-

lubunun bəzən qəsdən, süni surətdə, guya “ dərinlik” əlaməti 

kimi mürəkkəbləşdirildiyi bir çağda M.Seyidovun elmi ədəbi 

dili təmizləməsi, bir sıra qədim, azişlək sözlərə yeni həyat 

verməsi, türk dilinin elmi-filoloji təhlil üçün sonsuz imkan-

larını bir daha göstərməsi gözdən yayınmır və oxucunu se-

vindirir” [43, 6].

Filologiya  üzrə  fəlsəfə  doktoru  Seyfəddin  Rzasoy  prof. 

M.Seyidovun mif və etnogenez məsələlərinə həsr olunmuş 

bütün araşdırmalarında etimoloji-linqvistik yanaşma üsulu-

nun əsas yer tutduğunu xüsusi vurğulayır: “Hər hansı bir mi-

foloji obrazın yaxud etnik mədəniyyət üçün əhəmiyyətli olan 

kültür vahidini nominativ işarəsinin (adının) linqvoetimolo-

ji təhlilinin aparmaq onun sevimli metodudur. O sözü görür, 

onun  leksemlərə,  morfemlərə,  fonemlərə  qədər  parçalyır, 

ümumtürk materialı əsasında leksik mənasını tapmağa cəhd 

edir və bundan sonra əldə etdiyi mənaları tarixi-müqayisə-

li  kontekstdə,  etnik  mədəniyyətin  məlumatları  əsasında 

dəyərləndirirdi. Bu baxımdan, onun tarixi-filoloji yanaşması 

türk kültürünün müxtəlif funksionalllaşma qatları ilə bağlı 

informasiya ilə son dərəcə zəngindir” [44, 150].

Filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev alimin “Yaz 

bayramı” kitabına yazdığı resenziyada M.Seyidovun zaman 

haqqında düşüncələrinin mifoloji mahiyyətinə toxunmuş və 

gərgin axtarışların, uzun illərin təcrübəsi nəticəsində ərsəyə 



~~~ 11 ~~~

gələn bu əsərlə oxucuların indiyəcən böyük el bayramı barə-

də sirli qalmış bir çox suallara cavab tapa biləcəyini vurğula-

mışdır [27, 26].

2005-ci ildə Türkiyədə çap olunmuş “Mifologiyaya giriş” 

kitabının müəllifi filologiya üzrə elmlər doktoru Füzuli Bayat 

professor  M.Seyidovu  yalnız  Azərbaycan  deyil,  bütövlükdə 

türk  mifologiyasının  bilicisi  kimi  dəyərləndirmiş,  onun  tə-

biət kultu ilə bağlı Azərbaycan türkləri içərisində yayılmış 

əsas  adət-ənənələrin,  mərasimlərin,  inancların,  deyimlə-

rin qaynaqlarını aşkar etməsini xüsusilə dəyərləndirmişdir 

[129, 17-24].

Alim haqqında yazılmış ən iri tədqiqat əsəri isə Emin Ağaye-

vin “Azərbaycan mifologiya elmi və Mirəli Seyidov” (Bakı, 2008) 

monoqrafiyasıdır [5]. Tədqiqatçının filologiya üzrə fəlsəfə dok-

toru dərəcəsi almaq üçün “Azərbaycan mifologiya elminin inki-

şaf istiqamətləri (Mirəli Seyidovun yaradıcılığı əsasında)” möv-

zusunda dissertasiyası [4] əsasında yazılan bu monoqrafiyada 

ilk dəfə olaraq, Mirəli Seyidovun mifologiyaya dair tədqiqatları 

araşdırılmış,onun mifoloji araşdırmalarının xronoloji-statistik 

təsviri  verilmiş,  alimin  Azərbaycan  mifik  təfəkkürünün  qay-

naqlarına  dair  baxışları  təhlil  olunmuş,  bu  yolla  Azərbaycan 

mifologiyasının xüsusi elm sahəsi kimi formalaşmasında, folk-

lorşünaslıq  elmindən  ayrılmasında  Mirəli  Seyidovun  rolu  və 

xidmətləri aydınlaşdırılmışdır. 

Lakin  yazılanlar  Mirəli  Seyidovun  çoxcəhətli  yaradı-

cılığının  hamısını  əhatə  etmir.  Xüsusən  də  alimin  Azər-

baycan  ədəbiyyatı  tarixinə  dair  araşdırmaları  və  onlarda 

azərbaycanşünaslıq  məsələləri,  xalqlar  dostluğu,  qarşılıqlı 

ədəbi-mədəni əlaqələr mövzusunda apardığı tədqiqatlarda 

Azərbaycan-türk etnik mədəni sisteminin görüntüləri, milli 

filoloji fikrimizin nailiyyətlərində Mirəli Seyidovun rolu in-

diyə  qədər  tədqiqatdan  kənarda  qalmış,  yaxud  xidmətləri 

elmi fikirdə azərbaycanşünaslıq mövqeyindən az qiymətlən-

dirilmişdir.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə