Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   23

~~~ 15 ~~~

mənfi  təsirini  göstərirdi.  Təbii  ki,  sovet  ideoloji  postulat-

larına uyğun standart elmi mövzular: xalqlar dostluğu, rus 

xalqının və ədəbiyyatının üstünlüyü əsasında qarşılıqlı ədə-

bi-mədəni əlaqələr, xarici ədəbiyyatdakı imperializmə qarşı 

mübarizə, müsbət sovet insanı modelinə uyğun müsbət qəh-

rəman, dinə qarşı tənqidi münasibət, konkret olaraq xalqla-

rın keçmişinə, tarixinə sovet normativləri ilə yanaşma və s. 

təqdir olunur və ənənəyə çevrilməsi üçün məqsədli şəkildə 

xüsusi qiymətləndirilirdi. 

Strateji maraqlar naminə xalqın tarixi ya “unudulurdu”, 

ya təhrif edilir, (məsələn, ilk demokratik respublika dövrü 

), ya da türk xalqları arasındakı əlaqələrin özünəməxsuslu-

ğunun etnik yadlaşmaya hesablanmış yanlış yozumu “əsas-

landırılan” elmi əsərlərə, konsepsiyalara rəvac verilirdi. Bu 

vasitələr arasında ən təhlükəlisi isə azərbaycanlıların yaşa-

dıqları ərazilərə gəlmə, tarixən türk etnosu ilə deyil, başqa 

etnoslarla bağlı olduqlarını, yazılı ədəbiyyatlarında fars və 

ərəb dillərində yaratmaq ənənəsinin təsadüfi olmadığını, ta-

rixi, ədəbi-mədəni abidələrində yad etnosların izlərini, təsi-

rini axtarmaları və s. kimi məsələləri “elmi baxımdan sübuta 

yetirən” tədqiqat əsərləri idi. 

İftixarla onu da demək lazımdır ki, sovet ideologiyasına 

aldanan alimlərlə yanaşı, elmi həqiqətə və mənsub olduğu 

xalqa, millətə xidməti özünə tale, ömür yolu seçmiş elm xa-

dimləri də az olmamışdır. Onlar bir tərəfdən elmi həqiqəti or-

taya qoymağa, digər tərəfdən də tarixi təhriflərlə xalqın şüu-

runu və yaddaşını dəyişdirməyə cəhd göstərən qüvvələrin 

səylərini zərərsizləşdirməyə çalışmışlar. Elmi araşdırmaları 

ictimai  rəyə  çatdırmaq  yolunda  gedən  amansız  mübarizə-

də əsas rəqib erməni tədqiqatçıları qədər təhlükəli olan öz 

alimlərimiz idi. Mübarizənin amansızlığına baxmayaraq, bir 

çox Azərbaycan alimlərinin sayəsində həm milli filoloji elmi-

miz əsaslı şəkildə inkişaf elədi, həm də etnik-milli varlığımı-

zı qoruyub saxlamağa yardım göstərən sanballı tədqiqatlar 



~~~ 16 ~~~

ortaya qoyuldu. Heç şübhəsiz ki, bu şəxsiyyətlərdən biri də 

görkəmli ədəbiyyat tarixçisi, folklorşünas, Azərbaycan mif-

şünaslıq məktəbinin yaradıcısı və nəhayət azərbaycanşünas, 

vətənşünas Mirəli Seyidov idi.

Vaxtilə Mirəli Seyidovun şəxsiyyət və alim kimi xeyirxah-

lığını  öz  taleyində  görmüş  K.Tarverdiyeva  yazır:  “…Mirəli 

Seyidovun yaradıcılığı dərin tutumlu və çoxşaxəlidir. O, zəh-

mətsevər,  işgüzar,  alicənab,  mərd,  gənc  alimlərin  yetişmə-

sinə çox səxavət və qayğı ilə kömək edən, yorulmaz, həm də 

çox müstəqil təfəkkürlü, hər hadisəyə öz fikri, öz mülahizəsi 

olan möhkəm iradəli, istedadlı alim idi” [116, 446]. Müasir-

lərinin və onu yaxından tanıyanların da təsdiqlədikləri kimi, 

şəxsi keyfiyyətləri ilə alimlik istedadı üzvi vəhdət təşkil edən 

M.Seyidov fəaliyyətə jurnalist kimi başlasa da, sonralar elmi 

axtarışlar sahəsini özünə tale yolu seçmiş və ömrünün sonu-

na qədər bu seçiminə sadiq qalmışdır.

Məlumdur ki, sonradan daha çox folklorşünas, mifoloq, 

etimoloq,  türkoloq,  azərbaycanşünas  kimi  tanınan  Mirəli 

Seyidov elmi fəaliyyətə ədəbiyyat tarixçisi kimi başlamışdır. 

Bütün bunları nəzərə almaqla, onun yaradıcılıq axtarışlarını 

şərti şəkildə iki yerə bölmək mümkündür: birinci mərhələ 

1940-cı  illərdən  1970-ci  illərin  sonlarına  qədərki  dövrü 

əhatə edir; ikinci mərhələ isə 1980-ci ildən sonrakı dövrü 

əhatə edir. Görkəmli alim birinci mərhələdə Azərbaycan ədə-

biyyatı tarixinin orta dövrlərini tədqiqat predmeti seçmişdir. 

Əslində  onun  birinci  mərhələyə  düşən  namizədlik  və 

doktorluq  dissertasiyası  qarşılıqlı  ədəbi-mədəni  əlaqələ-

rin,  ən  başlıcası  Azərbaycan-erməni  ədəbi  əlaqələrinin  tə-

dqiqinə  həsr  olunmuşdur.  Bu  mərhələdə  dövri  mətbuatda 

işıq üzü görmüş ayrı-ayrı məqalələrini çıxmaq şərti ilə onun 

“Qövsi Təbrizi” [80] monoqrafiyasından başqa, digər iki fun-

damental  tədqiqatı  -  “Sayat  Nova”  [106],  “Azərbaycan-er-

məni  ədəbi  əlaqələri”  [57]  yuxarıda  qeyd  edilən  mövzuda 

qələmə alınmışdır. Deməli, ilk baxışdan belə nəticəyə gəlmək 



~~~ 17 ~~~

mümkündür  ki,  alim  yaradıcılığının  birinci  mərhələsində 

Azərbaycan–erməni qarşılıqlı ədəbi-mədəni əlaqələrin və üç 

dildə: Azərbaycan, gürcü və erməni dillərində yazıb yaradan 

Sayat  Novanın  həyat  və  yaradıcılığının  araşdırılmasına  üs-

tünlük vermişdir. Bunu onun iki monoqrafiyası da bir daha 

təsdiqləyir.  Lakin  bu  monoqrafiyaları  təhlil  edərkən  aydın 

olur ki, əslində prof. M.Seyidovun əsas məramı Azərbaycan 

ədəbiyyatının ilkin qaynaqlarını, Azərbaycan ədəbi mühiti-

nin və ədəbi-bədii dilinin təsir dairəsini müəyyənləşdirmək

Azərbaycan-türk  söz  sənətinin  özünəməxsusluğunu  elmi 

şəkildə sübut etmək idi. Bütün bunları nəzərə alanda, Milli 

Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovun belə 

bir mülahizəsinə haqq qazandırmaq lazım gəlir: “Xalqımızın 

mənəvi  sərvətlərinin  “mədəniyyət  qəsbkarları”  tərəfindən 

zaman-zaman  necə  yağmalandığını  hamıdan  əvvəl  görən, 

həmin sərvətlərin müdafiəsində bir araşdırıcı-vətəndaş ola-

raq cəngavər kimi dayanan Mirəli Seyidovu, elə bilirik ki, bu 

gün yenidən, yeni gözlə oxumağın vaxtı gəlib çatmışdır” [19, 

3].


Qeyd etdiyimiz kimi, M.Seyidov elmi axtarışlara qarşılıq-

lı ədəbi-mədəni əlaqələr mütəxəssisi kimi başlamış və Azər-

baycan ədəbiyyatının orta əsrlərini tədqiqat sahəsi seçmiş-

dir. Məlum olduğu kimi, onun ilk fundamental tədqiqat əsəri 

“Sayat Nova” monoqrafiyasıdır. Monoqrafiya çap olunandan 

sonra bu əsər haqqında mətbuatda və ayrı-ayrı elmi kitab-

larda bir sıra təqdiredici mülahizələr söyləmişdir. “Azərbay-

can sovet ədəbiyyatı tarix”ində 1950-1960-cı illərdə ədəbi 

əlaqələrin  tədqiqi  sahəsində  qazanılan  uğurlar  sırasında 

“Sayat Nova” monoqrafiyası xüsusi qiymətləndirilmişdi: “M.

Seyidov  “Sayat  Nova”  kitabında  erməni  xalqının  görkəmli 

sənətkarının yaradıcılığının geniş təhlilini vermişdir. Müəllif 

Sayat Novanın Azərbaycanın ədəbiyyatı ilə əlaqəsinə xüsusi 

yer ayırmış, onun azəri dilində yaratdığı əsərlərdən bəhs et-

mişdir” [14, 356].



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə