Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   23

~~~ 18 ~~~

Tədqiqatçının həm qədim, həm də müasir erməni dilini 

mükəmməl bilməsi (həm qrabarı, həm də aşxabarı) onun bu 

mövzunu seçməsində əsas amillərdən biri olmuşdur. Müəlli-

fin bu mövzuya üz tutmasını şərtləndirən digər vacib faktor-

lar sırasında erməni şairinin üç dildə: Azərbaycan, gürcü və 

erməni dillərində yazıb yaratması, xüsusən də Azərbaycan 

dilində yazmağa üstünlük verməsinin səbəblərini araşdırıb 

üzə çıxartmaq cəhdi daha mühüm əhəmiyyət kəsb edir. Prob-

lemin təhlilinə keçməmişdən əvvəl belə bir cəhəti vurgulma-

ğa xüsusi ehtiyac vardır ki, M.Seyidov haqqında araşdırma 

apardığı şairin Azərbaycan dilində yazmasını onun qeyri-adi 

istedadı ilə yox, doğma dilimizin həmin dövrdə Zaqafqaziya-

dakı hakim mövqeyi və ecazkar qüdrəti ilə əlaqələndirməyə 

üstünlük vermişdir. Monoqrafiyanın konseptual məramı, ilk 

növbədə, məhz belə bir tezisin bazasında qurulmuşdur. 

Elmdə ideallaşdırmağa yol vermək olmaz. Həyat və ya-

radıcılığını  əsaslı  şəkildə  öyrəndikdə  məlum  olur  ki,  sovet 

dövründə  yazıb-yaradan  Mirəli  Seyidov  təbii  inkişaf  mər-

hələsindən keçmiş, yaradıcılığının başlanğıcında kommunist 

rejiminin  təbliğatından  kənarda  qalmamış,  sovet  ideologi-

yasının  normativ  klişelərinə  əməl  etməli  olmuşdur.  Bunu 

onun Sayat Novaya həsr olunmuş monoqrafiyası da təsdiq 

edir. 1954-cü ildə yazılmış bu əsəri şərti olaraq iki hissəyə 

ayırmaq mümkündür: birinci hissə mövzunun sırf elmi as-

pektdən  araşdırılmasını əhatə  etdiyi  halda,  ikinci  hissə bu 

və ya digər dərəcədə siyasi xarakter daşıyır. Onu da xüsusi 

vurğulamaq lazımdır ki, tədqiqatçı elmi fəaliyyətinin ikinci 

mərhələsində, ilk növbədə, məhz bu siyasi xarakterli hissə-

dən azad olmağa ayrıca diqqət yetirmişdir. 

Tədqiqatın yazıldığı dövrü nəzərə almaqla, əsərdə özü-

nü  göstərən  “ştambovka”ların  böyük  əksəriyyətinin  məc-

buriyyətdən  irəli  gəldiyini  söyləmək  mümkündür.  Dövrün 

möhürünün əsərdə açıq-aşkar göründüyünü adi faktlar da 

təsdiqləyir. Məsələn, II Dünya müharibəsini qələbə ilə başa 



~~~ 19 ~~~

vurmuş sovet cəmiyyətində İ.Stalin kultunun qeyri-adi dərə-

cədə populyar olduğunu nəzərə alsaq, əsərdə “müdrik Le-

nin-Stalin milli siyasəti…” [106,5] kimi qəlib mülahizələrin, 

İ.Stalindən  sitatlar  gətirilməsinin  [106,6]  dövr  üçün  qaçıl-

mazlığın və qanunauyğunluğun nəticəsi kimi qəbul edilmə-

sinə ehtiyac vardır. Müstəqilliyin indiki mərhələsində əlli-alt-

mış il əvvəl yazılmış bir əsərdə yalnız elmi həqiqət axtarmaq 

nə qədər əbəs bir cəhddirsə, müəllifdən elmi həqiqət naminə 

şəhidlik səviyyəsinə çata biləcək fədakarlıq gözləmək də bir 

o qədər lazımsız təşəbbüsdür. 

Bütün bunların dövr üçün səciyyəvi cəhət olduğu SSRİ 

xalqları,  xüsusən  Azərbaycan-erməni  xalqları  arasındakı 

qarşılıqlı  ədəbi-mədəni  əlaqələr,  o  cümlədən  Sayat  Nova 

haqqında  yazılan  çoxsaylı  məqalələrin  [2;  6;  31;  33;  113; 

115;  118;  119;  120;  126  və  s.],  böyük  əksəriyyətindən  də 

açıq-aşkar görünür. Hətta ədəbiyyatşünaslıqda təsadüfi ol-

mayan bu müəlliflərin məqalələrinin adlarının M.Seyidovun 

Sayat Novaya həsr edilmiş məqalələrinin adları [49; 50; 51; 

52; 53; 54 və s.] ilə müqayisəsi də yuxarıda deyilənlərin yal-

nız tədqiqatçının deyil, onunla eyni dövrdə yazıb-yaratmış 

alimlərin  demək  olar  ki,  hamısının  səciyyəvi  cəhəti  oldu-

ğunu göstərir. Nəhayət, onu da qeyd edək ki, M.Seyidovun 

monoqrafiyası çapdan çıxandan sonra onun haqqında yazı-

lan resenziyaların əksəriyyətinin sərlövhəsi də fikrimizi təs-

diqləyən tutarlı faktlardandır [6; 39; 40; 119; 127].

Bu tipli mülahizələrin üzərində təfsilatlı şəkildə dayan-

madan başqa bir ifrat meyilə diqqət yetirək. Bir çox tədqiqat-

çıların,  o  cümlədən  M.Seyidovun  araşdırmalarında  elmi 

sübutlara  əsaslanmayan  ittiham  xarakterli  mülahizələr  də 

əksini tapıbdır. Diqqəti cəlb edən cəhət bir də ondan ibarət-

dir  ki,  belə  mülahizələrində  tədqiqatçı  elmi  araşdırmalara 

istinad etmir. Məsələn, müəllif xarici ölkələrdən danışarkən, 

birmənalı şəkildə onları ya proletariatın qənimi olan, ya da 

işğalçı imperialist dövlət  adlandırmışdır. (“Türkiyə və Iran 



~~~ 20 ~~~

qəsbkarları…” [106, 30]; “Qaniçən osmanlı orduları…” [106, 

38];  “…Iran,  Türkiyə  işğalçılarının…”[106,  99]  və  s.)  Hesab 

edirik  ki,  bütün  bu  tip  məqamlar  dövrün  siyasi  kursunun 

Azərbaycan xalqının gələcəyinə, gələcək nəsillərin azərbay-

cançılıq dünyagörüşünün formalaşmasına mane olmağa he-

sablanmış, düşünülmüş addımlar idi. 

Monoqrafiyada başqa tip qüsurlar vardır ki, ictimai-siya-

si və milli-tarixi xarakter daşıdığı və sovet rejiminin geostra-

teji maraqlarına uyğun gəldiyindən ikili standartlara məruz 

qaldığı  üçün  onların  üzərindən  sükutla  keçmək  mümkün 

deyildir. Başqa sözlə desək, indi haqqında bəhs edəcəyimiz 

hallar Azərbaycan maraqlarına cavab versəydi, bütün bunlar 

monoqrafiyada ya əksini tapmazdı, ya da bu şəkildə, formada 

və tutumda ifadə edilməzdi. Digər tərəfdən onu da nəzərə al-

maq lazımdır ki, bu tipli ifratlar ölkəmizin və xalqımızın son-

rakı tarixində və taleyində əks arqument kimi istifadə oluna 

bilərdi. Maraqlıdır ki, eyni bir problemin müxtəlif aspektdən 

təhlili və ya yozumu Azərbaycan və erməni alimlərinin filo-

loji araşdırmaları milli maraqlara tabe etdirmək istəyini və 

bacarığını da göstərə bilir.

Tədqiqatçı  XVI-XVII  əsr  Zaqafqaziya  tarixindən  danı-

şarkən  yazır:  “Qanlı  müharibələr  nəticəsində  qalib  gəlmiş 

yadelli işğalçılar erməniləri Ararat düzənliyindən, Suğadan 

və sair yerlərdən zorla, kütləvi surətdə uzaq, yad ölkələrə 

sürgün edirdilər. Misal üçün, 1605-ci ildə Şah Abbasın əmri 

ilə Naxçıvan vilayətinin əhalisi - həm erməni, həm də azər-

baycanlılar  kütləvi  şəkildə  sürgün  edilmişdilər”  [106,  15]. 

Zahirən  problematik  mahiyyət  daşımayan  bu  mülahizədə 

bəzi məqamlara diqqət yetirək. Birincisi, müəllif sovet döv-

ründə məqsədli şəkildə formalaşdırılmış süni terminologiya-

dan istifadə etməklə qədim türk torpağını erməniləşdirmək 

cəhdlərində bu və ya digər dərəcədə iştirak etməli olmuş-

dur. Bəllidir ki, türk elmi-tarixi mənbələrində Ağrı dağı ilə 

bağlı toponimlər ümumi xristian həmrəyliyi ilə Araratla əvəz 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə