Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

~~~ 27 ~~~

istəməz etnik-milli təfəkkürümüzün, həyat və düşüncə tər-

zimizin,  adət-ənənələrimizin,  məişətimizin,  dilimizin  və  s. 

bir çox cəhətlərini öz xalqının faktına çeviribdir və onların 

özünəməxsusluqlarına bu və ya digər dərəcədə təsir göstə-

ribdir. 


Bütün bunlar çoxəsrlik milli ədəbiyyat tariximizin başqa 

dildə olan elmi materiallar əsasında öyrənilməsinin əhəmiy-

yətinin vacibliyini bir daha təsdiq edir. Mirəli Seyidovun Sa-

yat Novaya həsr olunmuş araşdırmasında qarşısına qoyduğu 

əsas məqsəd başqa aspektdən və başqa materiallar əsasında 

məhz Azərbaycan ədəbiyyatını öyrənmək və bu yolla azər-

baycanşünaslığın  ədəbi-nəzəri  problemləri  qabartmaq  idi 

ki, bunu tədqiqatın strukturu və məzmunu da aydın göstə-

rir. 155 səhifəlik monoqrafiyada müəllif Sayat Novadan nə 

qədər  danışıbsa,  ondan  daha  çox  aşığın  yaşadığı  dövrdən, 

erməni  aşıq  ədəbiyyatına  Azərbaycan-türk  söz  sənətinin 

təsirindən, erməni tədqiqatçılarının, din xadimlərinin inka-

rolunmaz  Azərbaycan  faktına  və  təsirinə  qısqanc  münasi-

bətindən bəhs edibdir. Hətta alim bilavasitə Sayat Novanın 

həyatından, yaradıcılıq axtarışlarından danışanda da, Azər-

baycan xalqı və ədəbiyyatı ilə bağlılıq faktının üzə çıxarılma-

sına, mənalandırılmasına üstünlük veribdir. 

Müəllif erməni tədqiqatçılarının Sayat Novanın timsalın-

da Azərbaycanla bağlılığın təsirini mümkün dərəcədə azalt-

maq üçün aşığın adının yozumunda narahatçılıqlarını və na-

razılıqlarını gizlədə bilmədiklərinə xüsusi diqqət yetirmişdir. 

Bir sıra erməni və rus tədqiqatçıları Sayat Nova adının mə-

nasını  hind  dilindəki  sözlərlə  əlaqələndirməyə  çalışmışlar. 

Onların  məqsədi  bundan  ibarət  olmuşdur  ki,  bu  ad  hansı 

dilə, o cümlədən hind dilinə baglanır-bağlansın, bircə müqa-

yisədə üstünlük yetkinlik göstəricisinə çevrilən Azərbaycan, 

türk və ya onların vasitəsi ilə ərəb, yaxud da fars dili ilə bağ-

lılıq olmasın: “Halbuki nə “Sayat”, nə də “Nova” hindcə deyil-

dir. Məlum olduğu üzrə, “sayat”, yaxud “səyad” ərəbcə ovçu 



~~~ 28 ~~~

deməkdir; “nova” (“nəva”) isə on iki əsas muğamdan biridir. 

Böyük Azərbaycan bəstəkarı akademik Üzeyir Hacıbəyovun 

dediyi  kimi,  “nova”  (“nəva”)  yunan  tonlarına  görə  “mi”dir. 

Demək, nova (“nəva”) kəlməsi bilavasitə musiqi ilə əlaqədar-

dır. Məlum olduğu kimi, SSRİ Elmlər Akademiyasının müxbir 

üzvü  E.Bertels  də  Nəvainin  təxəllüsünü  “melodiçnıy”  deyə 

izah etmişdir. Bizcə, bütün bunlardan nəticə çıxararaq, aşı-

ğın qəbul etmiş olduğu təxəllüsün mənasını “musiqi ovçusu”, 

“musiqi aşiqi”, “musiqi ustadı” və ya “musiqidə şöhrət qazan-

mış” deyə izah etmək daha doğru olar” [106, 89].

Monoqrafiyada erməni tədqiqatçılarının Sayat Novanın 

ömrünün  sonunda  kilsəyə  pənah  aparması  ilə  bağlı  müla-

hizələrinə də geniş yer ayrılmışdır. Bunun da bir neçə səbəbi 

var idi. Birincisi, müəllif dövrün senzurasını nəzərə alaraq 

sovet ideoloqlarının ikili standartlarının növbəti təzahürünü 

bir daha göstərməyə çalışmışdır. Yəni sovet elm məmurla-

rı az qala Nəsimini dinsiz, ateist elan etdirməyə çalışdıqları 

halda, Sayat Novanın kilsəyə pənah aparması mülahizəsinə 

dözümlü  yanaşırdılar.  Ona  görə  yox  ki,  aşığı  və  onun  po-

eziyasını çox xoşlayırdılar, ilk növbədə, ona görə ki, ən azı 

islam  dini  ilə  müqayisədə  xristian  dini  müəyyən  mənada 

təbliğ olunurdu. (Başqa situasiyada sovet məmurlarının kil-

səyə, həm də xristian dininə kifayət qədər sərt yanaşdığını 

göstərən faktlar az deyildir.) Ikincisi, erməni tədqiqatçıları-

nın əsas bir məqsədi var idi. Azərbaycan aşıq və klassik ədə-

biyyatı ənənəsi əsasında formalaşaraq yetişmiş Sayat Nova-

nın həyatının sonunda peşman olduğunu, haqqın yoluna, əsl 

erməniçiliyə qayıtdığını göstərmək.

Onlar hər vəchlə aşığı Azərbaycan-türk təsirindən təmiz-

ləməyə çalışırdılar. Amma onlar erməni ədəbiyyatının böyük 

bir dövrünü bu təsirdən təmizləməyə qadir deyildilərr. Çün-

ki faktlar təsirin miqyasını və gücünü daha dəqiq və əsaslı 

şəkildə göstərirdi. Erməni alimləri “sübut” edə bilərdilər ki, 

Sayat Nova bu təsirdən kənardadır və ya ömrünün sonun-



~~~ 29 ~~~

da  bu  təsirə  düşməsindən  özü  də  narahat  olubdur.  Amma 

onun yetişməsində özündən əvvəlki erməni yaradıcılarının 

ənənələrinin və təcrübələrinin rolunu nə inkar edə, nə də 

azalda  bilərdilər.  Halbuki  buna  da  ciddi  səylər  göstəriblər. 

Məsələn, məlum olduğu kimi, Nəsimi irsi və şəxsiyyəti ermə-

ni yaradıcılarına o dərəcədə güclü təsir göstəribdir ki, onla-

rın bir çoxu hətta Nəsimi üslubunda və ideyalarında yazdığı 

əsərlərə ”nəsimilər” [107, 134] deyiblər.

100-dən artıq şeirinin üçünü erməni, 97-ni Azərbaycan 

dilində yazan Miranın şeirləri doğma dilimizdə elə səviyyədə 

yazılıbdır  ki,  “onu  Azərbaycan  sənətkarlarından:  Qurbani-

dən, Xəstə Qasımdan, Sarı Aşıqdan və başqalarından fərqlən-

dirmək çətin olur” [107, 135]. Belə bağlılıqla yanaşı onu da 

qeyd etmək lazımdır ki, Miran poeziyası bütün mahiyyətcə 

Nəsimi ideyaları ilə yoğrulubdur. Deməli, bu faktın özü də 

Azərbaycan ədəbiyyatının erməni ədəbiyyatına əsaslı və da-

nılmaz təsirini bir daha təsdiq edir. Artıq bu təsir o dərəcədə 

güclüdür ki, erməni tədqiqatçıları Miranı və Miranları din-

sizlikdə qınamayıb, töhmətləndirməyiblər, onlara sərf edən 

daha münasib variant seçiblər: bu halda onlar Nəsimini xris-

tianlaşdırmağa  cəhd  göstəriblər.  M.Seyidov  Miranın  şeirlə-

rini toplayan, zövqünə uyğunları seçib üzünü köçürən Elyas 

Muşeqdən maraqlı sitat vermişdir: “Nəsiminin şeiri. Bu hə-

min Hələbli Nəsimidir ki, əvvəl daçik (burada azərbaycanlı 

mənasında işlənmişdir – M.S.) oğlu idi. Sonra İsanı tanıdı və 

bəzilərinin dediyinə görə, Hələb şəhərində şəhid oldu” [107, 

133].


Göründüyü kimi, Elyas Muşeq erməni keşişlərinin sınaq-

dan çıxmış metodlarını əsas götürərək, Mirana haqq qazan-

dırmaq  məqsədi  ilə  Nəsimini  xristianlaşdırmaqla  kifayət-

lənməmiş, hətta onun məhz buna görə şəhid olduğunu da 

yazmağı özünə borc bilmişdir. Doğrudur, bu mülahizə son-

radan özünə tərəfdar tapmadı, çünki heç bir faktla təsdiqini 

tapmayan  misli  görünməmiş  saxtakarlığa  həmrəy  olmaqla 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə