DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə1/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
  1   2   3   4   5   6   7   8   9   ...   99


"DEYĠRDĠM KĠ, BU QURULUġ DAĞILACAQ"  
 
Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy’lə Ədalət Tahirzadə’nin söhbəti 
 ( 17 oktyabr 1991 - 15 aprel 1992 ) 
 
Əbülfəz  bəy,  istəyirəm  bu  söhbəti  hələlik  siyasətdən  uzaq  bir  mövzudan  baĢlayaq;  Ģəxsi 
həyatınız,  uĢaqlıq  və  gənclik  illəriniz  haqqında  məlumat  verəsiniz  -  harada  doğulmusunuz, 
harada oxumusunuz, harada böyümüsünüz, gəncliyiniz hansı mühitdə keçib?.. 
Ədalət  bəy,  bu,  çox  böyük,  daha  doğrusu,  çox  vaxt  aparan  sualdır.  Bir  də  ki,  adamın  öz 
həyatından danıĢması bir qədər maraqsızdır… 
Oxucularımız gərək bilsinlər də. Siyasi görüĢlərinizlə tanıĢdırlar, ancaq həyatınızla yox.
 
Belə  Ģeyləri  adətən  adam  təqaüdə  çıxanda  oturub  yazır.  Sadəcə  olaraq,  hamının  gəncliyi, 
uĢaqlığı özü üçün maraqlıdır. Mən də özümə maraqlı olan, yadımda qalan, həmiĢə məni cəlb 
eləyən Ģeylər haqqında danıĢım. 
Mən dağda, obada anadan olmuĢam. 
Hansı rayonda?
 
Ordubad  rayonunun  Kələki  kəndinin  yaylağında  -  «Xəlil  yurdu»  deyilən  yerdə.  Butun 
ozamankı kənd uĢaqlarının həyatını yaĢamıĢam. Çox vaxt elə olurdu ki, gəvənlərin, kolların, 
qanqalların içərisində çoxumuz ayağıyalın gəzirdik. 
Sonra böyüyüb gedərdik yaylağa. 8-10 yaĢımızda dağlarda qoyun otarardıq. UĢaqların çoxusu 
elə idi. Faciə idi - təkcə oğlanların yox, qızların da ayaqları yalın olardı, daĢlar yarardı. Çox pis 
bir həyat idi - heç qul yaĢayıĢı da belə olmazdı. Bu, tez-tez adamın yadına düĢür. 
Ayaqyalın  məktəbə  gedərdik.  QonĢuluqda  Unus  adlı  kənd  var,  orada  yeddiillik  məktəbdə 
birinci sinifdən yeddinciyədək oxumuĢam (bizim kənddə məktəb yox idi). Mənim bəxtim onda 
gətirib ki, yaxĢı müəllimlərim olub; ömrüm boyu müəllimlərimdən razı olmuĢam. 
Bəlkə bir neçəsinin adını deyəsən?
 
Ġstəyirəm ki, gələcəkdə müəllimlərim haqqında bir əsər yazım - müəllimlər nə cürdür, o vaxt 
necə  olublar,  çünki  hər  dövrün  öz  müəllimi  var;  hadisələrə  hərəsinin  bir  cür  ynaĢma  üsulu 
var.  Zaman  keçdikcə  müəllimlərin  bir  cüt  yanaĢma  üsulu  var.  Zaman  keçdikcə  müəllimlərin 
də, tələbələrin də, Ģagirdlərin də yanaĢma və münasibətləri dəyiĢir. 
Bizim dil və ədəbiyyat müəllimimiz vardı - Ġsmayıl Kazımov. Həm də məktəbin direktoru idi. 
O,  pedaqoji  texnikumu  qurtarmıĢdı,  ancaq  əvvəl  mədrəsə  təhsili  görmüĢdü,  sonra  atasının, 
ruhanilərin  yanında  oxumuĢdu  deyin  Azərbaycan  ədəbiyyatını,  ġərq  ədəbiyyatını  elə  gözəl 


bilirdi ki, danıĢdıqca adam düĢünürdü: görəsən, onun yaĢında olanda onun heç olmazsa yarısı 
qədər biləcəyəm? Rus ədəbiyyatını da çox gözəl bilirdi. Azərbaycan dilinə onda bir sevgi vardı 
ki!  Qrammatikanı  öyrədəndə  bir  sözü  on  dəfə  o  tərəf-bu  tərəfə  çevirərdi,  dərsdən  əlavə 
məĢğul  olardı,  dərnəklər  yaradardı.  Neçə  il  qabaq  vəfat  edib,  Allah  rəhmət  eləsin!  Mən 
sonralar da onu görəndə həmiĢə özümü uĢaq sayırdım. 
Sonra bizim Əsgər müəllim vardı (indi dərs demir). UĢaqlar adətən müəllimdən qorxur - görsə 
ya  döyəcək,  ya  vuracaq,  ya  üstünə  çığıracaq,  ancaq  Əsgər  müəllim  dərs  dediyi  müddətdə 
hələ heç kəsə çırtma da vurmamıĢdı, bunu da hamı bilirdi. 
Orta  məktəbin  səkkizinci  sinfində  oxuyanda  Oruc  Əliyev  adlı  yaxĢı  ədəbiyyat  müəllimimiz 
vardı  (o  da  indi  dərs  demir).  BəĢir  müəllim  vardı  -  riyaziyyat  müəllimi,  olduqca  gözəl  dərs 
keçərdi.  
Tarix  müəllimimiz  rəhmətlik  Mahmud  müəllim  də  çox  insan  adam  idi,  qətiyyən  kobudluq 
bilməzdi. Gülməyi gələndə əlini ağzına qoyardı ki, gülməsini görməyək, amma əlini dodağının 
üstünə qoyan kimi bilərdik ki, gülür. Cavan vaxtı rəhmətə getdi. 8-inci sinisdə mən Marks’ın 
«Kapital»ını oxuyurdum. Onda nə baĢa düĢürdüm axı? Oxuyurdum görüm bu nədir. Onda da 
elə  sözlər  vardı  ki,  baĢa  düĢmürdüm,  bu  müəllimə  suallar  verirdim,  onu  yorurdum:  «izafi 
dəyər» nədir, «substansiya» nədir? O da izah edirdi. O zaman qəribə idi - uĢağın verdiyi sualı 
cavabsız qoymaq olmazdı; bu pedaqoji qayda həmiĢə gözlənilirdi. Axırda məni tutdu, apardı 
müəllimlər otağına, dedi ki, bu Ģagirdin baĢı xarab olacaq; qoymur ki, mən dərs keçim, özü 
də yapıĢıb «Kapital»dan, əl çəkmir.  
Bir  az  ordan-burdan  soruĢdular,  «Kapital»dan  sual  verdilər.  BaĢladım  bəzi  cümlələri 
danıĢmağa, bu belədir, bu belədir… Sonra müəllimlərin bir neçəsi zarafata saldı ki, bala, ali 
məktəbə gedəcəksən, dərs keçəndə bunu heç oxumayacaqsan. 
Nə isə, müəllimlərim çox yaxĢı idi. 
8-9-10-uncu sinifləri Ordubaddakı 1 nömrəli orta məktəbdə oxumuĢam. 
Neçənci illərdə?
 
1957-ci ildə qurtarmıĢam. Demək, 1955-56-57-ci illərdə. 
Ordubad 1 növrəli məktəbi o zaman Naxçıvan Muxtar Respublikasında adı çəkilən iki-üç çox 
güclü məktəbdən biri idi. Müəllimləri yüksək səviyyəli idi; bəziləri gimnaziyada oxumuĢdular. 
Ordubad  məktəbində  bir  ənənə  vardı  (indi  bilmirəm  necədir)  -  bədən  tərbiyəsi 
müəllimlərindən  tutmuĢ  hərbi  müəllimədək  hamısı  savadlı  adamlardı  və  dərslərini  əla 
keçirdilər. Bir an da dərsburaxma olmazdı, çox intizamla, vaxtlı-vaxtında keçərdilər. Ağlımıza 
belə gətirə bilməzdik ki, müəllim dərsə gəlməyə bilər - elə Ģey yoxdu. 
O zaman bizimlə oxuyan Ģagirdlərin, demək olar ki, səksən faizi ali savad aldı. Dörd paralel 
sinif vardı, hərəsində 39-42 Ģagird oxuyurdu (bizdə 42 idi). Eyni sinfin Ģagirdləri içərisindn 5-6 
elmlər doktoru, 20-yə qədər elmlər namizədi çıxdı. 


Bəy, demək olarmı ki, sonrakı siyasi istiqamətlənməyində məhz bu orta məktəbin əhəmiyyətli 
rolu olub?
 
Çox  böyük.  Kim  deyir-desin,  orta  məktəbdən  o  cür  mayası  olmayan,  yaxĢı  müəllimlərin 
əlindən  keçməyən  adama  çətindir.  Son  vaxtlar  idrakı,  savadı  olmayan  çoxlu  uĢaq  görürəm, 
fikirləĢirəm  ki,  bunların  taleyi  necə  olacaq?  Amma  yaxĢı  dərs  keçilsə  onlardan  gələcəyin 
böyük adamları çıxa bilər. 
Millətin inkiĢafının birinci Ģərti maarifdir. Xalq Cəbhəsinin proqramı həyata keçsin, istədiyimiz 
dövlət quruluĢunu yaradaq, demokratik cəmiyyət quraq, ondan sonra mən bütün fəaliyyətimi 
maarifçiliyə,  elmə  sərf  edəcəyəm,  çünki  birincisi  -  millətin  azadlığıdır,  müstəqil  dövlət 
qurmasıdır,  ikincisi  -  onun  maarifidir,  elmidir.  Əgər  elm,  maarif  yoxdursa,  azadlıq  da  boĢ 
Ģeydir, çünki o azadlıq sonradan cahilliyə, cəmiyyət isə insanlar yığınına çevriləcək, çürüyüb, 
dağılıb  gedəcək.  Bütün  cəmiyyətləri  saflĢdıran  həmiĢə  ardıcıl  olaraq  dəyiĢilən,  yaxud 
inkiĢafda, dinamik hərəkətdə olan maariflə elmdir. Bunlar olmasa qalan Ģeylər heç bir nəticə 
verməyəcək. 
Məktəbin  rolu,  sözsüz  ki,  olub,  ancaq  uĢağın,  gəncin  yetiĢməsində  ailənin,  valideynlərin  də 
çox mühüm rolu var. Taleyinizdə bu amil özünü nə dərəcədə göstərib?
 
Mən bu fikri çox vaxt deyirəm, universitetdə oxuyanda da deyirdim - Azərbaycanın, xüsusən 
kənd  uĢaqlarının  yetiĢməsində böyük  rolu  kənd oynayıb, kəndin  ağsaqqalları oynayıb.  Kənd 
belədir  ki,  müdrik  qocaların  çoxunda  savad  olmur,  ancaq  onlar  dünyanın  hadisələrini, 
nağılları,  dini  hədisləri,  çox  Ģeyləri  Ģifahi  Ģəkildə  yığıb  saxlayıblar.  Bizim  kənddə  də  yaĢlı 
kiĢilər,  qadınlar  oturub  söhbət  edirdilər.  Mən  onda  uĢaqdım,  məktəbə  getmirdim,  qulaq 
asırdım.  Deyirdilər  ki,  Əflatun  belə  danıĢdı,  Ərəstu  belə  demiĢdi.  Bəlkə  də  həmin  sözləri  o 
Ģəxslər heç iĢlətməyib də, amma xalqın içərisində müdrikliyə meyl o qədər güclüdür ki, ağıllı 
fikirlərin  bir  hissəsini  Loğman’ın,  Əflatunun,  Ərəstunun  adı  ilə  yaĢadırlar,  qalanlarında  da 
peyğəmbərə, imama istinad edirlər. 
Bu  cür  sözləri  Ģəxsən  öz  valideynlərinizdən  eĢitmisinizmi?  Açığı,  istəyirəm  ki,  onlardan 
danıĢasınız.
 
Mənim atam müharibədə ölüb. Zorla yadıma gəlir. Amma söhbətlərdən eĢitmiĢəm ki, o, çoxlu 
dastanlar bilirmiĢ. Hətta bəzi Ģeyləri «Dədə Qorqud»dan söyləyirmiĢ. 
Adı nə idi?
 
Qədirqulu. Çoban olub. Elatların arasında dastanlar Ģifahi yaĢayırdı; ozanlar olub, oxuyub, o 
da uĢaqlıqda eĢidib, o Ģəkildə də götürüb.  
Elat tayfalarını yaĢadan sazla dastan olub. Ozanın bircə sazı vardı, bir də dastanı  - götürüb 
bütün obanı gəzirdi, onun bütün mənəvi həyatını təmin edirdi. Mən həmiĢə deyirəm ki, böyük 
ozan bir akademiya deməkdir, çünki o həm musiqi tərbiyəsi verir, həm tarixi yaĢadır, həm də 
adamlara  söhbəti,  danıĢığı,  nitqi  çatdırır.  Akademiyanı,  operanı  gəzdirmək  olmur,  ancaq 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə