Dialektikanın əsas qanunu mövcuddur: Əksliklərin vəhdəti və mübarizəsi qanunu



Yüklə 16,76 Kb.
səhifə1/2
tarix16.05.2023
ölçüsü16,76 Kb.
#110577
  1   2
Fəlsəfə kol


Dialektikanın 3 əsas qanunu mövcuddur:
1)Əksliklərin vəhdəti və mübarizəsi qanunu
2)Kəmiyyət dəyşmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.
3)İnkarı inkar qanunu.

1)Bu qanunu başa düşmək üçün ilk öncə biz Fərqlilik,ziddiyyət və əkslik kimi anlayışların mahiyyətini başa düşməliyik.


Əkslik nədir?
Əkslik hadisələrin bir-birinə qarşı duran tərəfləri,meylləridir.Bunlar bir-birini inkar edir,rədd edir və eyni zamanda biri digərinin olması üçün şərt olur.Bu tərəflərin qarşılıqlı əlaqə münasibətini əksliklərin vəhdəti təşkil edir.Buna nümunə olaraq biz gecə və gündüz,ölüm və həyat,maqnit maqnitin müsbət və mənfi qütbləri,canlı və cansız kimi misalları göstərə bilərik.Göstərdiyimiz misallar hər hansı cisim,predmet və hadisələrin müxtəlif əks tərəfləridirlər.Bunlar biri digərinin olması üçün şərt olub,eyni zamanda onlar arasında mübarizə yaradır.Qeyd etmək lazımdır ki əksliklərin vəhdəti
-Müvəqqəti və - Keçicidir.
Onların mübarizəsi isə mütləq və əbədidir.
Bu onunla izah olunur ki əksliklər arasında müvazinət həmişə nisbidir.Çünki çox keçmədən bu müvazinət pozulur.
Eyniyyət nədir?
Predmet hadisə və proseslərin başqa prddmet və hadisələrlə onlar arasında ki ümumi eyniyyət təşkil edən cəhətlərinin ifadəsinə deyilir.
Fərqlilik nədir?
Tərsi
Fərq dedikdə hər hansı bir obyekti başqasından ayıran cəhət və əlamət nəzərdə tutulur.
Bu zaman ziddiyət yaranır.
Ziddiyətlər müxtəlif və rəngarəngdir:
Daxili və xarici ziddiyətlər,əsas ve qeyri əsas ziddiyətlər,antaqanis və qeyri antaqanis ziddiyətlər kimi növlərə ayırırlar.
Daxili ziddiyyətlər müəyyən predmetin bir-birinə əks tərəflərinin qarşılıqlı təsiri,mübarizəsidir.
Antaqonist ziddiyətlər hər şeydən əvvəl mənafeləri bir-birinə barışmaz düşmən olan siniflər arasındakı ziddiyətlərdir.
Qeyri Antoqanist mənafeləri bir-birinə uyğun gələn siniflər arasındakı ziddiyətdir.
2)Kəmiyyət dəyişilmələrinin keyfiyyət dəyişilmələrinə keçməsi qanunu onu göstərir ki, inkişaf prosesi necə, nə surətlə baş verir, bu prosesin mexanizmi necədir. Bu prosesi aydınlaşdırmaq üçün hər şeydən öncə aydınlaşdırmaq lazımdır ki, keyfiyyət və kəmiyyət nədir.

Yüklə 16,76 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə