Dialogi Plus N1 2 az 2010-2011 20-26-09 30(375) 2007. qxd



Yüklə 250,41 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix03.05.2018
ölçüsü250,41 Kb.
#41092
növüTədris planı
1   2   3   4   5   6   7

Bataqlıq bir çox hallarda bizdə natəmizlik və xəstəlik

mənbəsi ilə assosiasiya yaradır, lakin onun çoxtərəfli

əhəmiyyəti haqqında çox az insanda məlumat vardır. Bataqlıq

rütubət bol olan ərazilərə aid edilir. Müasir izahatlara əsasən

onların sayına bataqlıqlar, torflu yerlər, təbii və ya süni, daimi

və ya müvəqqəti, axan və ya axmayan, şirin, bir az duzlu və ya

duzlu  su anbarları, qarşılıqlı dövriyyə zamanı dərinliyi 6

metrdən çox olmayan dəniz akvatoriyası da əlavə olunur.

Rütubət bol olan ərazilərə yeraltı suların  üfüqünün torpağın

səthində və ya onun yaxınlığında olduğu və ya torpağın bir az

su ilə örtülü (su nisbəti) olduğu yerlərdə təsadüf edilir.

Rütubət bol olan ərazilərin dəqiq ümumi sahəsi məlum

deyil, amma Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitin

Mühafizə Proqramının Konservasiya Monitorinq Mərkəzinin

məlumatlarına əsasən, rütubət bol olan ərazilər Yer kürəsinin

səthinin təxminən 6%-ni tutur və 5,7 milyon kvadrat kilometr

ərazini təşkil edir.

Rütubət bol olan ekosistemlər  təbii zənginliyimizin

əhəmiyyətli və çoxfunksiyalı bir hissəsidir. İnsanın

sağlamlığının və firavan həyatının mühafizəsi üçün dünya

miqyasında bu cür ekosistemlər əvəzolunmazdır.

Toxunulmamış, təbii cəhətdən fəaliyyətdə olan rütubət bol

ekosistemlərdən alınan fayda daha çoxdur, nəinki onların

başqa məqsədlər üçün  istifadəsi ilə və eləcə də onları kənd-

təsərrüfatı torpaqlarına keçirməklə alınan qısa müddətli fayda.

Tədqiqatlara əsasən Taylandda manqro meşələrinin xırda

dəniz xərçənglərinin ferması ilə əvəz olunması, Kanadada

intensiv kənd təsərrüfatı istehsalında suvarma üçün şirin sudan

istifadə və Filippinin mərcan riflərində həddən artıq balıq

tutma təcrübəsi göstərdi ki,  uzunmüddətli perspektivdə

rütubət bol olan ekosistemin qorunması və sabit istifadə

halında alınan fayda ilə müqayisədə, bu cür  əməllərlə  60-75%

az fayda əldə ediləcəkdir. Rütubət bol olan ekosistemlərin

dəyişkən ətraf mühitlərə olan sürətli adaptasiya bacarığı insan

həyatı üçün əhəmiyyətli olan suyun və biomüxtəlifliyin

saxlanması və ümumiyyətlə, insanın yaxşı güzəranının təmin

edilməsi üçün onların rolunu  gücləndirir.

Rütubət bol olan ərazilərin funksiyaları

Rütubət bol olan ərazilərin xidmət spektri genişdir. Aşağıda

onların bəzi funksiyaları verilir.

Selə nəzarət funksiyası. Müxtəlif tip rütubət bol olan

ekosistemlər başqa-başqa vəziyyətlərdə selin qarşıının

alınması üçün əhəmiyyətli rol oynayırlar. Məsələn, bəzi

çayların yuxarı hissəsində olan torf bataqlığı və rütubətli

çəmənlər yağış suyunu sovurmaq qabiliyyətinə malikdirlər.

Bununla suyun torpağa hopmasının qarşısı alınır və bu yolla

çay axınının həcmi və sürəti azalır. Bu isə çayın aşağı

hissəsində su axınının qarşısının alınmasına səbəb olan suyun

səviyyəsinin yavaş-yavaş artımını təmin edir.

Böyük çayların müəyyən sahələrində, çəmənliklərdə geniş

gölməçələr yaranır, məsələn, Nİl çayında (Afrtikada),

Missisipidə (ABŞ-da), Dunayda (Mərkəzi Avropada) və s.

Qarın  əriməsi və ya güclü yağışların müddəti ilə üst-üstə

düşən təbii şəraitdə çaylar bolsulu olduğunda gur axınlar

həmin ərazilərdə yavaş-yavaş bölünür və selin qarşısının

alınmasına imkan verir.

Bu günə qədər rütubət bol olan ərazilərin seldən qorunma

funksiyasına iqtisadi dəyərin  verilməsinə bir çox cəhdlər

edilirdi. Qeyd edilən qiymətləndirmə, bir qayda olaraq, rütubət

bol olan ərazilər qurudulduğu halda, seldən qoruyucu

tikililərin inşası və saxlanması üçün lazım olan xərclərin

hesablanmasına əsaslanır . Məsələn, Şotlandiyada  beynəlxalq

əhəmiyyət kəsb edən 1 150 ha  ərazidə seldən qoruyucu

tikililərin kapital xərci bir neçə milyon funtla müəyyən olunur,

Dunay çayının isə hələ daşqınlardan sonra qalmış

gölməçələrinin seldən müdafiə funksiyası 1995-ci ildə 650

milyon avro dəyərində qiymətləndirilmişdi.

Sahil zonasının sabitləşməsi və qasırğalardan müdafiə

funksiyası. Sahilin rütubət bol olan ekosistemləri, yəni ki,

riflər, sahilyanı meşələr, duzlu bataqlıqlar, laquna və estuariy,

sahil zonasının sabitləşməsi və qasırğanın səbəb olduğu iri

dalğaların düşməsinin qarşısının  alınmasında təbii

vasitələrdir. Bu cür ekosistemlərin bitki köklərinin sistemi

sahil zonasını dalğalardan və küləyin təsiri ilə yaranan

eroziyalardan qoruyur və qasırğa dalğalarının hündürlüyünün

azalmasını və onların dağıdıcı qüvvəsinin zəifləməsini təmin

edən fiziki baryeri təqdim edir. Rütubət bol olan ərazilərin

urbanizasiya, sənaye və ya kənd-təsərrüfatı məqsədləri üçün

qurudulması ciddi nəticələrə səbəb ola bilər. Belə ki, məsələn,

2005-ci ildə Katrina qasırğasının tüğyan etməsi nəticəsində

Yeni Orleanda (ABŞ) daşqınların (şəhərin 80%-ni su basdı)

böyük miqyaslarının səbəbini Missisipidə daşqın zamanı

gölməçələrin süni şəkildə qurudulması və çayın deltasının

təbbi mühafizə baryerinin – sahilin rütubət bol olan əraziərinin

erroziyasını adlandırdılar.

Rütubət bol olan ekosistemlərin yerinə yetirdikləri bu

funksiyaların iqtisadi faydası çox böyükdür. Bunun üçün Karib

dənizi ölkələrinin misalını gətirmək kifayət edər, burada

mərcan riflərinin yerinə yetirdikləri sahil zonasının mühafizə

funksiyası ilə alınan illik fayda 700 000-dən 2 milyon dollara

qədər dəyərləndirilir. 

İngiltərədə, dəniz səviyyəsinin artmasına görə, Freyston

sahilində dalğaların təsiri ilə qoruyucu bəndin sıradan çıxması

təhlükəsi get-gedə artırdı. İlkin qiymətləndirməyə əsasən

bəndin zədələndiyi halda vurulan ziyan təxminən 20 milyon

funt sterlinqi təşkil edəcəkdi. 50 il ərzində isə bəndin təmirinə

və qorunmasına lazım olan vəsait 2,47 milyon funt sterlinq

dəyərində müəyyənləşdirilmişdi. Sahil zonasında təbii

qoruyucu zonanın (məs., duzlu bataqlıq məskəni) bərpa

olunma xərci 1,98 milyon funt sterlinq dəyərində

qiymətləndirildi. Bu sonuncu tədbiri həyata keçirmək qərara

alındı və nəticədə, bərpa olunmuş məskən yerli iqtisadiyyat

üçün 150 000 funt sterlinq illik fayda verdi. Bununla yanaşı

turistlərin sayı da 4 dəfə artdı, çünki vəhşi təbiətdə dincəlmək

imkanı onları çox cəlb edirdi.

Yeraltı suların səviyyəsinin artması funksiyası. Bir çox

rütubət bol olan ərazilər yeraltı sularla əlaqədardır və onlara bu

suların miqdarının və keyfiyyətinin nizamlanmasının

əhəmiyyətli funksiyası həvalə edilir.  Su keçirən  qruntla

xarakterizə edilən rütubətli ərazilər qrunt sularının

səviyyəsinin artmasında əhəmiyyətli rol oynayrlar. Su keçirən

qrunt suyun torpağa sızmasına imkan verir. Bu isə yeraltı

suların səviyyəsinin qalxmasını təmin edir və bu yolla onları

digər ekosistemlər və insanın istifadəsi üçün münasib edir. Öz

növbəsində, yeraltı suların yüksək səviyyəsi rütubətli

ərazilərin qidalanmasını təmin edir.

Tunisin (Şimali Afrika) 3600 ha boyunca rütubətli

ərazilərində qrunt sularının səviyyəsinin artmasının təbii

funksiyası qış yağışları mövsümünə təsadüf olunurdu. Qeyd

edilən ərazilər sonralar onlardan kənd-təsərrüfatı təyinatı ilə

istifadə etmək məqsədilə ötən əsrin 60-cı illərində quruduldu.

Həmin ərazilərdə yeraltı qrunt sularından isə suvarmada

istifadə edilirdi.  Rütubət bol olan ərazilər qurudulduğundan

yeraltı suların səviyyəsi təbii yolla artmırdı. Nəticədə, qeyd

edilən ərazidə qrunt sularının səviyyəsi 1990-cı il üçün 9 metr

aşağı endi. Bu isə şoran suyun əmələ gəlməsinə və torpağın

şoranlaşmasına səbəb oldu. Bütün bu ərazilər yerli fermerlərin

başqa ərazilərə köçməsinə əsas verdilər.

Florida ştatında (ABŞ) 225 000 ha bataqlıq vahidini

“Floridanın su mənbəyi” adlandırırlar. Çünki o, öz növbəsində

çayın mənbələrini, gölləri, çayları və digər rütubət bol olan

əraziləri qidalandıran qrunt suları ilə zəngindir. Məhz bu

bataqlıqlar Floridanın günü-gündən artan əhalisini içməli su ilə

təmin edir və qrunt suyunu şoranlaşmaqdan qoruyur.

Bundan əlavə, Cənubi Nigeriyanın rütubət bol olan əraziləri

yerli əhalinin balıqçılıq və kənd təsərrüfatının birbaşa

mənbəyidir, qrunt sularının zənginləşdirilməsində də onların

əhəmiyyəti böyükdür. Bu isə yerli əhaliyə, hətta quraqlıq

mövsümündə də kənd-təsərrüfatı sahələrini suvardıqda qrunt

sularından istifadə etmək imkanını verir.

Suyun təmizləyici funksiyası. Suyun təmizlənməsində

çirkləndirici maddələri müasir çöküntülərdə, torpaq və ya

bitkilərdə saxlamaqla rütubətli ərazilər  əhəmiyyətli rol

oynayırlar. Məsələn, bir qayda olaraq, kənd təsərrüfatı sektoru

və məişət və ya sənaye suları ilə əlaqəli olan biogenlərin (azot

və fosfor) yüksək qatılığı həmin ekosistemlər tərəfindən

əhəmiyyətli şəkildə azala bilər. Müvafiq olaraq evtrofikasiya

prosesi səthi sularda zəifləyir.

Evrtrofikasiya – azot və fosforun sıx miqdarına görə su

bitkilərinin kütləvi şəkildə çoxalmasına səbəb olur və nəticədə,

su hövzələrində digər canlı orqanizmlərin mövcud olması üçün

daha əhəmiyyətli oksigen tərkibinin azalmasına və işığın

keçməsinin çətinləşməsinə səbəb olur.

Rütubət sıx olan ərazilərdəki bir çox bitkilər

pestisidlərindən istifadə edərək sənaye tullantı sularının və

faydalı qazıntıların zəhərləyici maddələrini zərərsizləşdirmək

qabiliyyətinə malikdirlər. Məsələn, bəzi üzən bitkilər – su

hiasintləri (Eichhornia crassipes), su çiçəyi (Lemna)  və su

qıjısı  (Azolla) tullantı sularında olan ağır metalları (dəmir və

mis) sorub və onları özündə “saxlaya” bilirlər. Qida maddələri

və ağır  metallarla çirkləndirilmiş suyun  təmizlənmə bacarığı

eləcə də rütubətli ərazilərin sürətlə artan köklü bitkilərinə də

(qamış və su qamışı) çatır.

Hindistanda Kəlküttə şəhərində 300 balıqçı ailəsi məhdud

məsuliyyətli cəmiyyət yaratdı və 70 ha bataqlıq ərazisini

icarəyə götürdü və burada balıq fermasını qurmağı qərara aldı.

Qeyd edilən yer ağır metallarla, neft məhsullarının tullantıları

və yağlarla zəngin olan şəhərin axan suları ilə çirklənirdi.

Cəmiyyətin üzvləri qeyd edilən yerin təbii təmizlənmə yolunu

seçdilər və bu qabiilyyətə malik olan bitkilərdən istifadə

edərək bu yeri uğurlu balıq fermasına və kəlküttəlilər üçün

sevimli milli parka çevirdilər. 2005-2006-cı illərdə yalnız balıq

satışı ilə əldə edilən fayda 135 000 Amerika dollarını təşkil

edirdi. 

Bataqlığın bəzi heyvanları da çirkləndirilmiş suyu

təmizləmək xassəsinə malikdirlər. Məsələn, dəniz ilbizlərinin

bu bacarığından ABŞ-ın şərq sahilində istifadə edirlər. Bu

heyvanlar suda üzən hissəcikləri, kimyəvi çirkləndiriciləri və

ya qidda maddələrini yox edə bilir. Bir dəniz ilbizi gün ərzində

200 litr suyu təmizləmək bacarığına malikdir.

Rütubət bol olan ərazilərin sutəmizləyici funksiyasının

iqtisadi dəyəri çox əhəmiyyətli ola bilər. Məsələn, ABŞ-ın

Nyu-York şəhərində 1997-ci ildə hesablamışdılar ki, şəhərin

çaylar hovuzunda rütubətli əraziləri qorumaq məqsədilə

torpağın alqısı və konservativ tədbirlərin keçirilməsi üçün

qoyulan 1.5 milyard ABŞ dolları dəyərində sərmaye tullantı

suların yeni təmizləyici tikililərinin inşası/əməliyyatı üçün

şəhərə lazım olan 3-5 milyard dollar xərcinin qarşısını ala

bilərdi. 

Eləcə də Florida ştatından birinin beynəlxalq əhəmiyyətli

rütubət bol olan ərazilərinin müdafiəsi məqsədilə 1544 ha

sahədə süni bataqlığın yaradılması uğurlu təcrübə misalı ola

bilər. Bu layihə ilə süni bataqlıqda kənd-təsərrüfat sahəsindən

tullanılan fosforun qatılığını 5 dəfə azaltmaq mümkün oldu.

6

Bizim ətraf mühit

RÜTUBƏT BOL OLAN ƏRAZİLƏR

7



Yüklə 250,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə