Dialogi Plus N1 2 az 2010-2011 20-26-09 30(375) 2007. qxd



Yüklə 250,41 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix03.05.2018
ölçüsü250,41 Kb.
#41092
növüTədris planı
1   2   3   4   5   6   7

7

Bizim ətraf mühit

Metodoloji innovasiyalar

Biomüxtəlifliyin müdafiəsi və saxlanması

funksiyası. Digər ekosistemlə müqayisədə,

rütubət bol olan ərazilərin Yer kürəsinin yalnız

az hissəsini tutmalarına baxmayaraq, bu

ərazilərin əksəriyyəti bitkilərin və heyvanların

böyük rəngarəngliyi ilə seçilir və bu

rəngarəngliyin qorunması vasitələrindən

biridir. Növ rəngarəngliyi ilə həqiqətən də

sahil zonasının rütubət bol olan ekosistemləri –

manqro meşələri, mərcan rifləri və estuariyalar

seçilirlər. Məsələn, Avstraliyanın böyük rifi

1500 növ balıq və 8000 növ mollyuskun

evidir.  Amazon hövzəsindəki şirin suda

balıqların 3000-dən çox növünə təsadüf edilir.

Endemik növlərin yüksək nisbəti rütubət

bol olan ərazilərin biomüxtəlifliyinin maraqlı

xassəsidir. Buna misal olaraq digər su

hövzələrindən uzun müddət ərzində fiziki

təcrid olunduğu üçün yeni, yalnız bu şərtlərə

vərdiş etmiş (Baykal gölü) göl növü təqdim

edilir. Sloveniyada böyük sahə tutan yeraltı

bataqlıqlarda, tam qaranlıq şəraitdə yalnız bu

yerə xas olan təkrarolunmaz fauna

formalaşıbdır.

Rütubət bol olan sahələrin dəyidirilməsi

onlardan asılı olan heyvanları nəsillərinin

kəsilmə təhlükəsi ilə üzləşdirəcəkdir.  Rütubət

bol olan ekosistem növlərinin ən son

qiymətləndirilməsi ilə məlum oldu ki,

nəsillərinin kəsilmə təhlükəsi quşların 17 %-

nə, məməlilərin 38%-nə, balıqların 33%-nə və

amfibiyaların 26%-ə toxunur.

Təbii  məhsullarla təminat funksiyası. Rütubət

sıx olan ərazilər insanın istifadə etdiyi bitki,

heyvani və mineral resursların mənbəyidir. Bu

ekosistemlərin məhsulları həm qida, eləcə də

tikinti və müalicəvi resurslardan ibarətdirlər. Bu

məhsullar yerli kiçik fermalardan başlamış,

çoxmillətli korporasiyalar da daxil olmaqla tam

miqyaslarla istifadə olunur. 

Qlobal miqyaslarla rütubət bol olan

ekosistemlərin ən əhəmiyyətli məhsulunu 1

milyard insanın qida rasionunda əsas zülal

mənbəyi olan balıq təqdim edir. Balığın əsas

qida resursu olaraq əhəmiyyətinə

baxmayaraq, istifadə etdiyimiz balıq növünün

üçdə ikisinin həyat mərhələsinin hər hansı bir

dövründə sahilin rütubət bol olan

ərazilərindən asılı olmasını çox az insan bilir.

Bununla belə, ən azı 150 milyon insanın işlə

təmin olmasının və işə başlamasının

mənbəyini məhz balıq ovçuluğu təqdim edir.

Dünyanın 3 milyard insanı üçün çəltik əsas

qida məhsuludur və qlobal miqyasla istifadə

olunan kalorilərin beşdə birini təşkil edir.

Təxminən 100 beynəlxalq əhəmiyyətli rütubət

bol olan ərazi çəltik sahələrindən ibarətdir.

Onların ekoloji rolları böyükdür, xüsusilə də

beynəlxalq əhəmiyyətli miqrasiya quşlarının

növlərinin saxlanmasında.

Qida məhsullarından əlavə, məsələn,

manqro meşələri taxtanın, duzun, ev

heyvanlarının yeminin, ənənəvi müalicəvi

bitkilərin, toxumalar üçün limfanın, boyaların

və taninin mənbəyidir. Şimali Taylandda,

məsələn, manqro meşələrindən odun, bal,

qatran, xərçəng və mollyuskları tapmaq üçün

istifadə edirlər. Kəndlərdən birinin misalında

aparılan hesablamalar nəticəsində müəyyən

oldu ki, hər ailə üçün yalnız manqro meşəsinin

resurslarından istifadə etməklə alınan orta illik

fayda təxminən 924 ABŞ dollarına bərabər idi.

Yuxarıda sadalanan funksiyalardan əlavə,

rütubət bol olan ərazilərin iqlim dəyişkənliyini

mülayimləşdirmək və uyğunlaşdırmaq,

müasir çöküntüləri və qida maddələrini

saxlamaq və ötürmək, eləcə də istirahəti və

turizmi təmin etmək funksiyaları vardır.

Bu funksiyalar və Gürcüstanın rütubət bol

olan əraziləri haqqında məlumat növbəti

nömrədə təqdim ediləcək.



Rubrika “Orhus Mərkəzi Gürcüstanda”

layihəsi tərəfindən hazırlandı

“Bizim təbiət” rubrikası ilə Sizin üçün

maraqlı mövzular haqqında informasiya

almaq üçün əlaqə saxlayın:

Orhus Mərkəzi

Tbilisi, Qulua k.6 (Ətraf Mühit və Təbii

Resurslar Nazirliyinin binası)

tel.: 75 24 19

faks: 75 23 90

El-ünvan: info@aarhus.ge

İnternet səhifəsi: www.aarhus.ge

Simfonik orkestri öyrənirik

Şagirdlər bütün (I-IX) siniflərdə musiqinin fənn standartına

əsasən, mərhələlərlə orkestr alətləri  və simfonik orkestrlə

tanış olurlar. Bu, geniş və əhatəli bir mövzudur və müəllimdən

ciddi hazırlıq tələb edir. Bunun üçün də ən yaxşı köməkçi

vasitə internet-resursları hesab edilir.

Qarşıdakı məqalədə “Musiqi müəllimi üçün faydalı internet

resursu” rubrikasını davam etdiririk.  Sizə bu gün təqdim

etdiyimiz  internet-resurslar məhz simfonik orkestrlə tanışlıq

məqsədini daşıyır. Biz konkret olaraq ifaçı kollektivlə - hər

hansı bir simfonik orkestrlə əlaqədar və onun internet-

səhifəsinə bağlı olan uşaqlar üçün təhsil internet-səhifələrinə

diqqət yetirdik. Bunlardır:

1. Nyu-Yorkun simfonik orkestrinin internet-səhifəsi:

http://www.nyphilkids.org/main.phtml; 

2. Baltimor simfonik orkestrinin internet-səhifəsi:

http://www.bsomusic.org/bsokids/ 

3. Ostin simfonik orkestrinin internet-səhifəsi:

http://www.austinsymphonykids.org/;  

4. Dallas simfonik orkestrinin internet-səhifəsi:

http://www.dsokids.com/default.aspx; 

5. San-Fransisko simfonik orkestrinin internet-səhifəsi:

http://www.sfskids.org.

Uşaqlar üçün elmi-internet səhifə yüksək peşəkar səviyyəsi

və böyük təcrübəsi olan musiqi kollektivlərinin təşəbbüsü ilə

yaradılmışdır. Onlarla tanış olduqda görünür ki, müəlliflər

uşağın yaş xüsusiyyətləri və meylləri ilə yaxşı tanışdırlar.

İnternet-səhifəni bu yolla seçməklə belə bir tendensiyanı qeyd

etmək istəyirik ki, məşhur kollektivlər gələcək dinləyici

yetişdirməyi düşünürlər və həmin dinləyicini elə uşaq

dövründən musiqi sahəsinə yönəldirlər.

Məqaləmizdə bu cür resurslar arasında, zənnimizcə, ən

yaxşı olanını San-Fransisko simfonik orkestrinin

http://www.sfskids.org uşaqlar üçün elmi-internet səhifəsini

ətraflı şəkildə təhlil edəcəyik.

Saytın çox sadə quruluşu var və onda hərəkət etmək

asandır. Əsas səhifədə, mündəricatda ənənəvi rubrikalardan

əlavə (saytın xəritəsi, axtarış, kömək və s.), növbəti rubrikalar

verilmişdir:

n

Orkestr alətləri;



n

Musiqi laboratoriyası;

n

Simfonik musiqidə nə baş verir?



n

Radio.


İnternet-səhifəni açdıqda təntənəli musiqi xoş əhval-

ruhiyyə yaradır (L. Bethoven – V simfoniya, IV hissənin əsas

mövzusu), onun fonunda monitorda yerləşən çərçivədə teatral

pərdə açılır. Bu canlı üsul – teatr pərdəsinin açılışı orkestr

alətləri ilə tanışlıq üçün istifadə edilmişdir, onda orkestr

alətləri bağlantısını seçdikdə orkestrin düzülüşü sxemi açılır.

Bu sxemdə orkestrin hər hansı bir qrupunun üzərində düyməni

basmaqla onun düzülüş məkanı qeyd olunur, hansı ilə səhnədə

bu qrupun düzülüşü uşağın şüurunda həkk olunur. Hər bir qrup

– simli, nəfəslə çalınan taxta musiqi aləti, nəfəslə çalınan

dəmir musiqi aləti, təbil, öz növbəsində, yeni səhifədə ayrıca

bağlantıda təqdim edilir, bu səhifədə bütün qruplar qrafik və

mətni bağlantıların vasitəsilə verilir. Buradan hər biri qısa və

aydın şəkildə təsvir edilən fərdi alətlərə də keçmək olar. Onun

solo və orkestrdə səslənməsinin misalları verilir, eləcə də

musiqi aləti başqa-başqa rakursda detalları ayırmaq imkanları

ilə  təsvir olunur.

Sayt orkestrlə tanış etməklə yanaşı məqsədli şəkildə

uşaqları dəvət edir və onları pedaqoji məharətlə müxtəlif növ

musiqili fəallıqlara cəlb edir.

Musiqili laboratoriya rubrikasında uşaqlara müxtəlif növ

oyunlara qoşulmaq, fərqli şərhlər arasında seçim etmək təklif

olunur. Laboratoriyada həvəsli formada, tam sadə şəkildə

musiqi nəzəriyyəsinin əsas anlayışları ilə tanış edirlər.

Şagirdlər hər anlayışla səslənmə ilə, qrafik, canlı şəkildə tanış

olurlar. uşaqlar üçün anlayışları uyğunlaşdırılmış mətn

müşayiət edir.  Musiqili laboratoriyada verilən bağlantılardır:

n

Musiqi nəzəriyyəsinin əsasları. Onda maraqlı, həvəsli



forma ilə musiqi yazılarının əsası verilir – beşxətli not sistemi,

açarlar, ölçü və s.

n

Temp. Burada melodiyanın çox yavaş, orta, cəld, çox cəld



tempdə ifasını seçə bilərik. Bu, canlı metronimin hərəkəti və

zərb alətlərində ifaçının sürətinin artıb-azalması ilə ifadə

olunur;

n

Ritm bağlantısında takt – evdə hər hesablama



animasiyalarla verilmişdir. Uşaq otaqlarda yerləşmiş başqa-

başqa ritmik cizgini dinləyir;

Səs hündürlüyü. Burada müvafiq oktava hüdudlarında

klavişlərə toxunmaqla beşxətli sistemdə yerləşən 8 səsin fərqli

səslənməsi ilə tanış oluruq. Müəlliflər uşaqları informasiya ilə

yükləmək istəmirlər və misal olaraq not sistemində yazıldıqda

əlavə xətləri tələb etməyən fa səs sırasını (aliterasiya

əlamətinin görünməsinə səbəb olacaq fa-majoru deyil) verirlər.

n

Harmoniya, burada istifadəçiyə qısa melodiya və onun



harmonikliyinin üç variant: şən, kədərli, qorxu yaradan verilir.

Material elə çatdırılır ki, uşaq onu dinlədikdə eyni

melodiyanın şən, kədərli, qorxu yaradan səslənməsinin və

əhval-ruhiyyənin dəyişməsinin animasiyada təsvir olunduğunu

başa düşsün. Məsələn, gecə, zülmət və qaranlıqda uçan

yarasalar  qorxu hissini kəskinləşdirirlər;

n

Simvollar, burada not yazısına bu və ya digər simvolu



daxil etmək musiqi frazasının müxtəlif səslənməsində ifadə

olunur;


n

Orkestr, burada üçsəsli melodiyanın hər səsi müxtəlif

tembrlə - I – fleyta, II – violonçel, III -  tuba ilə ifadə olunur.

İstifadəçi hansı səsi, yaxud da səslərin hansı kombinasiyasını

dinləmək istədiyini özü seçir;

n

Musiqi əsərini ifa etmək, burada virtual klaviaturada



nömrələnmiş və müxtəlif rəngdə 10 səs rənglənmişdir. Bir

neçə məşhur melodiyanın not yazısı da bu cür prinsiplə

nömrələnmiş və rənglənmişdir. Bu cür yazı istifadəçiyə-uşağa

ifa etməkdə və oradaca onu dinləməkdə yardım edəcəkdir;

n

Musiqi kompozisiyasını yaratmaq, burada istifadəçi



səkkiz, müstəqil şəkildə verilən taktı istəyinə əsasən

ardıcıllıqla düzməli, dinləməli və onların arasında ən yaxşı

seçimi etməlidir (əlbəttə ki, bu melodiya elə tərtib edilib ki,

bütün ardıcıllıq az-çox münasibdir).

Radio rubrikasında uşaqlar peşəkar musiqinin yüksək-ədəbi

əsərləri ilə tanış olurlar. Radio şəklinin 6 düyməsi – “kanalı”

var və onlardan hər birində 7 musiqili parça verilmişdir.

Repertuar çox genişdir: İ. S. Bax, C. Rosin, İ. Stravinski, V. A,

Mosart, E. Elqar, A. Koplend, P. Çaykovski, R. Ştraus və digər

kompozitorların əsərləri. Hər parça ən çox 2-3 dəqiqə səslənir.

Simfonik musiqidə nə baş verir rubrikası San-Fransisko

simfonik orkestrinin konsert afişasını təqdim edir. Burada dörd

bağlantı verilir: ailə konsertləri seriyasından; uşaq

konsertlərindən – proqramın, auditoriyanın ehtimal yaşı (uşaq

bağçasının pillələri daxil olmaqla) və konsertin müddətini

göstərməklə; Çin Yeni ili, daim fəaliyyətdə olan konsert



MUSİQİ MÜƏLLİMİ ÜÇÜN FAYDALI İNTERNET RESURSU

8



proqramı  - orkestr alətləri ilə tanışlığın müntəxəbat nümunəsi

hesab edilən S. Prokofyevin “Petya və canavar” əsəri.

İnternet-səhifə eləcə də musiqi ilə əlaqədar mövzuda

müxtəlif növ məktub göndərmək imkanını verir.

Saytın bədii tərtibatını kimsə bəyənməyə də bilər. Amma

düşünürük ki, bu halda ona yenə də yeniyetmələri cəlb etmək

funksiyası həvalə olunur və uşaqlar üçün məşhur olan televiziya

kanalını – JETİX (jetixtv.com) üslubunu təkrarlamaqla buna nail

olmaq olar. Təqdim edilən internet-resurslarla tanışlıq və

məktəb təcrübəsində istifadə etmək müəllimdən yüksək

səviyyədə inkişaf etmiş kompüter bacarıqlarını tələb etmir.

Onların istifadəsi və tətbiq edilməsi dərs təcrübəsində ingilis dili

və informasiya texnologiyaları müəllimi ilə fəallıqları birgə

planlaşdırmağın yaxşı imkanını verir. 

Məktubun sonunda iki şərhimiz vardır:

“Dialoq” qəzetində eyni rubrika altında dərc edilən “Hansı

melodiyanı seçdiyimi necə bilim?” məqaləsində musiqi

müəllimini müxtəlif növdə ifa edilən melodiyanı, musiqi

motivini eyniləşdirməkdə dinləyiciyə yardım edən internet-

səhifə ilə tanış etdik. Bu məqalənin yaratdığı əks-sədada bir

çox hallarda, internetin olmadığına görə, sinifdə praktiki işdə

internet-resurslardan istifadə etməyin müəyyən çətinliklərin

yaratdığı qeyd olunurdu.

Nəzərinizə çatdırırıq ki, bu problemin həllinin effektli yolu

vardır. Bu barədə aşağıda söhbət aparacağıq. İnternet-resurslarla

praktiki iş zamanı qeyd olunan problemi olan şəxslərə off-layn

brauzerlərindən istifadə etməyi təklif edirik. Off-layn brauzer –

kompüterdə internet səhifənin lokal yüklənməsinə və onun

avtonom rejimdə nəzərdən keçirilməsinə imkan verir. Yüklənən

sayt tam olaraq daxili bağlantıların onun başqa-başqa

direktoriyaları arasında quruluşunu saxlayır. Belə ki, onda

internetdə yerləşən orijinal saytda olduğu kimi, hərəkət etmək

mümkündür. Qeyd etmək istərdik ki, bu cür proqramlar, öz

funksiyalarından irəli gələrək internetin çatdırılma imkanlarına

baxmayaraq çox məşhurdurlar.

Bu növ məşhur proqramlardan (Offline Explorer, Teleport,

WebCopier, HTTrack, Website Extractor və sairələr) xüsusilə

HTTrack Website Copier 3.43-9 resurslarını ayırırıq. 

HTTrack Website Copier 3.43-9. kiçik ölçülü effektli

proqramdır (utilita). O, pulsuz lisenziya ilə yayımlanır.

Proqramı onu yaradan saytdan (http://www.httrack.com)

pulsuz lisenziya ilə yükləmək olar. Bizim seçimimizə

əhəmiyyətli şəkildə o da səbəb olur ki, HTTrack orta istifadəçi

səviyyəsinə çox uyğundur – geniş yayılmış Windows və Vista

platformalarında işləyir. Onun çoxdilli interfeysi vardır, yaxşı

konfiqurasiya olunmuşdur. Onda HELP sistemi çox yaxşı

inteqrallaşdırılmışdır. Ehtiyac olduğu halda onu pozmaq çox

asandır. Resume funksiyası da vardır, yəni məqsədli internet-

saytının yüklənməsi internet bağlantı kəsildikdə başdan deyil,

mövcud vəziyyətdən davam edir. İnternet səhifənin

yüklənməsinin təşkili“vizard” vasitəsilə ardıcıllıqla aparılan

layihələr sistemi forması ilə həyata keçirilir. Burada

yüklənmənin dərinliyi, yüklənən faylların genişlənmə

seleksiyası və sairə göstərilə bilər.

Nəzərinizə çatdırırıq ki,  yüklənən musiqili internet-səhifə -

http://www.sfskids.org  - təxminən 20 MB həcmindədir və

onun lokal kompüterdən növbəti yayım üçün CD diskə

köçürülməsi çətinlik yaratmır.



Milli Tədris Planları və Qiymətləndirmə 

Mərkəzinin musiqi üzrə eksperti

Rusudan Taxaşvili

8

îåæïáüëîò äåâïí ïõâäåæòïíò

æòçïòíò

þóþï ë÷òïóîò

ìïîåæïáúòë êëäåãòï:

íïàòï öëõïûå

åêïüåîòíå ìäëâòíìêò

àïèïî öïñåäò

ISSN 1987 - 6734

UAC (óïê)37 æ-433

åîëâíóäò ìïìùïâäë ãåãèåþòìï æï øåôïìåþòì úåíüîò

èòìïèïîàò: 0102 àþòäòìò, æòèòüîò óçíïûòì ¹52, ëàïõò ¹245

e-mail: dialogi@ganatleba.org  üåä: 14-38-31

âåþ-ãâåîæò: www.ganatleba.org



Metodoloji innovasiyalar

Peşə təhsili 

MUSİQİ MÜƏLLİMİ ÜÇÜN FAYDALI İNTERNET RESURSU

Dərs məqsədi tədris prosesinin zəruri komponentidir. Məhz

dərs məqsədi şagirdləri və ya tələbələri trimestrdə, dərs ili

ərzində və sonra necə qiymətləndirməyimizi müəyyənləşdirir.

Əgər ki, sonda nəyə nail olmaq istədiyimizi bilməsək, o zaman

tədris prosesinin effektliyini təyin etmək mümkün deyil.

Müəllimlər şagirdlərin qiymətləndirmə meyarlarını təyin

etdikdə və testləri  tərtib etdikdə məhz qarşıdakı məqsədlərə

əsaslanırlar. Məqsədlər fənnin spesifikasından və

mövzusundan irəli gələrək formalaşır. Riyaziyyat və peşə

ixtisası (məs.,mina, inşaat ixtisasları)  müəllimi tərəfindən

formalaşmış dərs məqsədləri təbii ki, fərqli olacaqdır.

Dərs məqsədlərinin üç geniş sahəsi mövcuddur: elmi, affekt

(emosional) və psixomotor (vərdiş-bacarıqların) sahəsində

məqsədlər. Onlar məqsədlərin iyerarxiyası, yəni

taksonomiyanın adı ilə tanınırlar və konkret dərs məqsədləri

onlarda daha ümumi məqsədlər qrupunda birləşirlər.

Elmi sahədə dərs məqsədlərinin iyerarxiyası (taksonomiya)

Benjamin Blüm (Loom, Ratsohl & Asia, 1964) tərəfindən

hazırlanmışdır. O, 6 səviyyədən ibarətdir. Bu səviyyənin ən

aşağısı məlumat almaq və onu bərpa etmək, ən yüksəyi isə

qiymətləndirmə səviyyəsidir.

Misallar inşaat üzrə ixtisaslar sahəsindən gətirilmişdir.

Blümün koqnitik məqsədlərinin taksonomiyası

Emosiya sahəsində dərs məqsədlərinin iyerarxiyası Blüm

və Krasvol (Ratsohl, 1964) tərəfindən hazırlanmışdır. Onun

əsas meyarı bilməni daxilən qəbul etməkdir.

Axı məktəb və müəllimin funksiyası yalnız informasiyanı

çatdırmaq deyil, eləcə də şagirdin maraq sahələrini və

dəyərlərini formalaşdırmaqdır.

Qeyd edilən taksonomiyanın məqsədləri 5 mərhələdən

ibarətdir. 

Birinci mərhələdə şagird müəyyən hərəkətlərin, məzmunların,

hadisələrin, dəyərlərin mövcud olmasını dərk edir və diqqətini

onlara yönəldir. İkinci mərhələdə - şagird qeyd edilən

hərəkətlərə, hadisələrə, dəyərlərə adekvat şəkildə reaksiya verir.

Onlara olan marağını ifadə edir, onları bəyənir və istəyir ki, qeyd

edilən məsələ ilə əlaqədar yenə də nə isə öyrənsin. Üçüncü

mərhələdə - o, bütün bunları mənimsəyir, qiymətləndirir, dərk

edir və təşkil edir ki, son mərhələdə  şəxsin formalaşmasına təsir

göstərən bilik və ya dəyərlər mənimsənilsin.



Emosiya sahəsində Krasvolun taksonomiyası

Psixomotor sahəsində Deyv taksonomiyası

Psixomotor hərəkət özünü qorumaq və müstəqillik üçün

çox vacibdir. Bunun üçün də qeyd edilən taksonomiya xüsusilə

peşə və sənət ixtisaslarının müəllimlərini maraqlandıracaqdır.

Təlim şagirdlərin emosional, koqnitik (dərketmə) və

psixomotor sahədə kompleksiv inkişafına istiqam 

ətl 

-

əndirilməlidir. Dərketmə bacarıqlarının inkişafından əlavə,



əmək vərdiş-bacarıqlarının inkişafı da vacibdir.

Deyv tərəfindən hazırlanan psixomotor sahəsində

taksonomiya vərdiş-bacarığa sahibolma prinsipinə əsaslanır və

5 səviyyədən ibarətdir:

ìDərs məqsədləri və qiymətləndirmə meyarlarını

formalaşdırdıqda mütləq fənnin özünəməxsusluğunu nəzərə

almaq lazımdır. Amma peşə ixtisaslarının sahəsində yalnız

Deyv taksonomiyasından istifadə etmək məqsədəuyğun deyil

və burada dərketmə sahəsinin taksonomiyasını nəzərə almamaq

olmaz, çünki inşaat ixtisasına sahib olmaq təhlükəsiz əmək

texnikasının, binaların və tikililərin növlərinin, hissələrinin,

konstruksiya elementlərinin nəzəri biliyi xaricində təsəvvür

edilməzdir. Məqaləni Dimitri Uznadzenin sitatı ilə başa

vururam: “fiziki əməyin bəhrəli şəkildə aparılması üçün

materialın xüsusiyyətini, alətin təsirini, texniki üsulları

dərrakəli şəkildə nəzərə almaq lazımdır. Bütün bu dərketmə



fəallığı fiziki əmək kontekstində yerləşir”.

Milli Tədris Planları və 

Qiymətləndirmə Mərkəzinin

Peşəkar təhsil üzrə eksperti

Nino Labartxava

əvvəli 7-cü səhifədən  

PEŞƏ İXTİSASLARI SAHƏSİNDƏ DƏRS MƏQSƏDLƏRİ

Yüklə 250,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə