Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42843
1   2   3   4   5   6   7   8   9   ...   47


ehtiyacı hiss etməsi nəticəsində əmələ gəlmişdir fikri, dilin əmələ gəlməsinin materialist (əlbəttə, ibtidai 
materialist) izahına yaxınlaşır. 
Dilin əmələ gəlməsinin elmi izahını dialektik materialist fəlsəfə vermişdir. K. Marks və F. Enqelsin 
irəli sürdükləri bu nəzəriyyəyə görə, insan da, dil də eyni zamanda əməklə, əmək prosesi nəticəsində 
yaranmışdır. F. Enqelsin «Meymunun insana çevrilməsi prosesində əməyin rolu» adlı əsərində dilin 
mənşəyi, «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» adlı əsərində isə dilin tarixi inkişafı 
uzaqgörənliklə (ona görə uzaqgörənliklə deyirik ki, onun irəli sürdüyü bir sıra problemlər sonralar elmin, 
xüsusən arxeologiya və psixologiya elmlərinin nailiyyətləri əsasında sübut edilmişdir) əsaslandırılmışdır. 
Burada həmin əsərlərin təhlilini vermək, dilin əmələ gəlməsi haqqında materialist nəzəriyyəsini izah etmək, 
ümumiyyətlə, dilin mənşəyi probleminin birbaşa şərhini vermək məqsədi qarşıya qoyulmamışdır. Belə bir 
izah, ümumi dilçiliyin ibtidai kursunun mövzusuna daxil edildiyi üçün bura da yalnız dilin yaranmasının 
nəzəri fəlsəfi-psikoloji izahını vermək nəzərdə tutulmuşdur. 
Əslində dilin mənşəyi problemi dilçiliyin deyil, fəlsəfənin mövzusudur, lakin hər halda dillə əlaqədar 
olduğu üçün bu problemin dilçilikdə də nəzərdən keçirilməsi faydalı olardı. 
Dilin mənşəyinə həsr edilmiş müxtəlif istiqamətli (dilçilik, fəlsəfi, psikoloji və s.) elmi əsərlərdə 
tədqiqatçılar dilin yaranmasının materialist şərhində F. Enqelsin «Meymunun insana çevrilməsi prosesində 
əməyin rolu» adlı əsərinə isnad edirlər. Onlar göstərirlər ki, Enqelsə görə, insanı da, dili də əmək 
yaratmışdır: insanın ulu əcdadları olan insanabənzər meymunlar əməklə məşğulolma prosesində insana 
çevrilmişlər: əmək təklikdə mümkün olmadığı üçün əmələ gəlməkdə olan insan sürülər halında birləşmiş 
(sürü halında birləşmədə düşmənə qarşı qorunmaq amili də mühüm rol oynamışdır) və bir-birinə nə isə 
demək, ünsiyyət ehtiyacı hiss etmişdir və beləliklə, dil meydana gəlmişdir. Elmi ədəbiyyatda Enqelsə isnad 
edilərək irəli sürülən dilin yaranmasının sxemi belədir. 
F. Enqelsin dilin mənşəyi haqqındakı fikirlərinin izahı elmi materializm baxımından tamamilə 
doğrudur, lakin onun materialist izahını bu qədər primitivləşdirmək düzgün deyildir. Enqels öz əsərlərində 
qeyd etmir ki, dil birdən-birə yaranmışdır. Onun sözlərini belə primitiv şəkildə qəbul və izah etmək ən azı 
materializmi bayağılaşdırmaq deməkdir. Bundan başqa, Enqelsin həmin əsəri yazdığı vaxtdan keçən yüz 
ildən də çox müddətdə ümumiyyətlə elmdə; xüsusilə bu problemin izahı və həllində müstəsna rolu olan 
psixologiya və arxeologiya elmində nəhəng nailiyyətlər əldə edilmişdir. Dilin mənşəyi probleminin izahında 
elmin Enqelsdən sonrakı müvəffəqiyyətlərini nəzərə almamaq dialektik materializmə etinasızlıqdır. 
Dilin yaranmasını əməklə əlaqələndirməkdə Enqels tamamilə haqlıdır. Lakin problemin həllini bu 
qədər sadələşdirmək olmaz. İlk meymun-insanın (pitekantrop) yaranması, ilk insanın əməklə məşğul olması 
və ilk mənalı insan səslərinin - dilin yaranması arasında hətta tarix üçün uzun müddət keçmişdir. 



Dilin - insan nitqinin mənşəyi problemini tədqiq etmək üçün ən azı dörd kompleks elmi biliklər 
lazımdır:  
1) müasir ümumi dilçilik, xüsusən onun işarələr haqqında elm olan semiotika bölməsi;  
2) müasir psikologiya elminə inqilabiləşdirici təsir göstərən psikolinqvistika (yaxud nitqin 
psikologiyası);  
3) ikinci siqnal sisteminin fiziologiyası, nitqin normal və patoloji nevropsixologiyası;  
4) beynin və nitq fəaliyyəti orqanlarının təşəkkül morfologiyası 
(B.F.Porşnev- O naçale çeloveçeskoi istorii. M., 
1974 ).
 
Meymunun insana çevrilməsi prosesi üçüncü dövrdə yaşamış insanabənzər meymunlardan-
avstralopiteklərdən başlanır. Avstralopiteklər canlı təbiətin (heyvanların) insanaqədərki inkişafı ilə insan 
arasında keçid pilləsi təşkil edir. Avstralopitekin tapılmış skeletləri göstərir ki, onlar dörd ətraf
 
üstdə yeriyən 
müasir insanabənzər meymunlardan fərqli olaraq iki dal ətraf - indiki kimi desək, iki ayaq üstdə yerimişdir. 
Bəzi tədqiqatçılar belə fikir yürüdürlər ki, guya avstralopitek yarımbükülü vəziyyətdə yerimişdir, lakin 
müasir elm sübut edir ki, belə yürüş mümkün deyildir. Avstralopiteklər çöldə, yəni açıq yerdə yaşamışdır. 
İki ayaq üstdə yeriməkdən başqa avstralopitekləri insana yaxınlaşdıran bir də onların dişlərinin quruluşudur: 
qorilla və şimpanzədən fərqli olaraq avstralopiteklərin qabaq dişləri kiçikdir və o qədər də qabağa 
çıxmamışdır. Avstralopitekin beyni insan beynindən daha çox meymun beyninə yaxın olmuşdur. 
Avstralopiteki meymuna yaxınlaşdıran bir də odur ki, o, əmək aləti hazırlamamış, təbiətdəki hazır alətlərdən 
- çaydaşı və doyənəkdən istifadə etmişdir. Bunu iki amil sübut edir: birincisi, avstralopitek iki ayaq üstdə 
yeridiyi üçün təqib etdiyi heyvana çata bilməzdi; ikincisi, onun yırtıcı dişləri olmadığı, fiziki cəhətdən tam 
mühafizəsiz olduğu üçün (nəzərə almaq lazımdır ki, avstralopitek açıq çöldə yaşadığı üçün düşməndən 
gizlənə də bilmirdi) özünü müdafiə üçün mütləq bir alətdən istifadə etməli idi. Onu da qeyd etmək lazımdır 
ki, yırtıcılardan müdafiə və iri heyvanları ovlamaq üçün avstralopiteklər sürü halında birləşmişdilər: bunu 
Strekfonteyn mağarasında (Pretoriya şəhəri yaxınlığında) on iki kəllə sümüyünün tapılması da sübut edir. 
Elmi dəlillərlə göstərirlər ki, avstralopitekin beyni şimpanze tipli antropoidlərin beyninə daha yaxın olmuş 
və Homosapiens beyni üçün spesifik olan heç bir əlamətə malik olmamışdır. Belə çıxır ki, insanın əsas 
fərqləndirici xüsusiyyəti olan süni daş alətlər hazırlamaqla meymun beyninə malik olmaq bir araya sığır. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi heyvanlar da alətdən istifadə edir; məsələn, Cənubi Afrikada 
yaşayan kaputsin meymunları qozu daşla sındırıb yeyirlər. Avstralopiteklərdə müşahidə edilən əmək 
fəaliyyəti (alətdən istifadə etmə) və ictimai həyatın (sürü halında birləşmənin) rüşeymləri onları təkamülün 
aşağı səviyyəsində duran başqa canlılardan fərqləndirmirdi. 
Avstralopiteklə heyvanlar aləminin təkamülü bitir. Təkamülün növbəti pilləsi ən qədim insanın - 
pitekantropun (meymun-insanın) meydana gəlməsinə səbəb oldu. Adətən, insanın təkamülünə həsr edilmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə