Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42843
1   2   3   4   5   6   7   8   9   10   ...   47

15 
tərəfindən bu və ya digər şəkildə təkrar edilmişdir. Enqelsin şərhçiləri məsələni belə qələmə verirlər ki, guya 
Enqels belə bir fikir söyləyir ki, insanın ulu əcdadı əməklə məşqul olan kimi dil yaranmışdır. Lakin Enqels 
öz əsərində buna oxşar heç bir fikir irəli sürməmişdir. Enqels dilə əməyin son nəticəsi, əməyə isə cəmiyyətin 
və dilin yaranma mənbəyi, səbəbi kimi baxmışdır. Enqels ilk insanabənzər meymunun əməklə məşğul 
olması və dilə malik insanın (homo sapiens) yarandığı vaxtdan nə qədər keçdiyini söyləməsə də, bu iki 
hadisə, yəni əməklə məşğulolma və dilin yaranması arasında yüz min illər keçmişdir. 
İnsan dilinin üzvlənməyən (aydın olmayan) səslər və işarələrdən aydın başa düşülən və sözləri tərkib 
səslərinə üzvlənən aydın nitqədək inkişafını yalnız belə təsəvvür etmək olar. 
 
Nitq və Fəaliyyət 
Nitqin insan həyatında və fəaliyyətindəki əvəzsiz rolu bəzən, xüsusən burjua dilçiliyində onun 
funksiyasının şişirdilməsinə səbəb olur. XX əsrin ortalarında dilin insanın ictimai həyatındakı rolunun belə 
şişirdilməsinə, Sənir-Uorf fərziyyəsnidə rast gəlmək olar. Dərinliyinə varmasaq, bu fərziyyəyə görə, dil 
insanın ətraf mühiti qavramasını, təfəkkür tərzini və ictimai əxlaqını, özünü idarəetmə qaydalarını 
müəyyənləşdirir; insan yalnız onun dilinin müəyyənləşdirdiyi şeyləri qavraya və dərk edə bilər. Bu fikir 
dilçilər və filosoflar tərəfindən kəskin tənqid edilsə də hələlik kimsə onu əsaslı şəkildə təkzib edə 
bilməmişdir. Hətta son illərdə sovet dilçiliyində bu fikrə rəğbət də hiss edilir. Məsələn, V. A. Zvegintsev 
yazır: «Dilçilər, əlbəttə, hətta özləri üçün bir qədər gözlənilməz şəkildə aydınlaşdırdılar ki, onlar faktik 
olaraq hələlik belə bir şəraitdən lazımı nəticələr çıxarmamışlar ki, insan dilin məzmunlu (yaxud mənalı) 
aləminə daxil olmuş halda işləyir, hərəkət edir, düşünür, yaradır, yaşayır; dil göstərilən aspektində
mahiyyətcə desək, insanın özünün yaşaması üçün qidalandırıcı mühitdir və dil hər halda insanın şüurlu və 
şüursuz davranışını əmələ gətirən bütün psiki parametrlərin vacib iştirakçısıdır»
1

Sözün insan davranışına, əxlaqına, hətta insanda gedən fizioloji proseslərə təsir gücü artıq hamı 
tərəfindən qəbul edilir. K- İ. Platonovun 
2
 klassik təcrübələri sübut etmişdir ki, hipnozda söz qanın 
tərkibinin dəyişməsinə və orqanizmdə digər biokimyəvi dəyişikliklərin baş verməsinə təsir göstərə bilər. 
Şərti reflektor münasibətləri müəyyənləşdirmək vasitəsilə sözlə hər hansı fizioloji prosesə təkcə bilavasitə 
verballaşan (sözlə ifadə edilən) proseslərə deyil, habelə bilavasitə öz adları ilə adlandırılmayan, dərk 
edilməyən proseslərə də təsir göstərmək mümkündür. Prinsipcə söz insan orqanizminin, demək olar ki
bütün reaksiyaları üzərində hakimdir. Düzdür, çox vaxt biz bunu müşahidə edə bilmirik, lakin bu belədir. N. 
İ. Çuprikova yazır ki, insanın beyin fəaliyyətinin qəti surətdə bütün sahələri ikinci siqnal sisteminin (yəni 
nitqin) idarə-edici impulslarının təsiri altındadır. Müasir nevropsikologiya elmi artıq sübut etmişdir ki, ikinci 
siqnal sistemi insanın ali əsəb sistsminin bütün sahələrinin fəaliyyətinə nəzarət edir və birinci siqnal 


16 
sisteminin hər hansı hərəkt və vegetativ refleksini əylətmə (tormozlama) vasitəsidir. N. İ. Çuprikova yazır 
ki, ikinci siqnal sistemi müvəqqəti əlaqələrin yaranmasına mane olmaq qabiliyyətinə, beyin qabığının 
qapanma proseslərini əylətmə qabiliyyətinə malikdir. 
İnsanın fəaliyyətində söz gözəgörünməz, hissedilməz şəkildə həmişə əylətmə, qadağanetmə işi görür. 
Anomal uşaqlarla aparılan eksperimentin nəticələri göstərir ki, söz sistemi vasitəsilə ilkin (birinci) siqnal 
sistemi reaksiyalarına əyləndirici təsir göstərmək mümkündür. O, stimul və reaksiyanın sadə əlaqəsi 
əsasında adi qapanmanın qarşısını alır. Sözün əylənc funksiyası ilk uşaqlıqda özünü daha qabarıq şəkildə 
göstərir, adam yaşa dolduqca hiss edilmir (daha doğrusu, «gizlənir», özünü qabarıq göstərmir) və yalnız 
nevrodinamikanın pozulması hallarında müşahidə edilir. 
İ. P. Pavlovun təcrübələrindən bizə məlumdur ki, ikinci siqnal sistemi hər şeydən əvvəl birinci siqnal 
sisteminə həmişə mənfi induksiya göstərir. Sözün, nitqin, ümumiyyətlə, ikinci siqnal sistemi impulslarının 
ən əsas funksiyası əylətmədirsə, onda bütövlükdə ikinci siqnal sistemi beyin aparatının fəaliyyətini başa 
düşmək imkanı yaradır. Təkcə aşağı alın qırışlarında, gicgah hissəsində və gicgahın əmək və ənsə nahiyələri 
ilə birləşdiyi yerdə yerləşən nitq ünsiyyətinin sensor cəhətini (qavrama) və motor (hərəkət) aktlarını idarə 
edən beyin qabığı hissələrini deyil, habelə xüsusən müasir arxitektonik şəkildə beynin alın hissəsini məhz bu 
morfo-funksional aparata aid etmək lazımdır. B. F. Porşnev yazır: «Bu əsas həlqə olmadan yol və 
sistemlərin çox hissəsini əylədərək və cüzi hissəsini fəallaşdıraraq nitq mərkəzi bütün beynin, bütün əsəb 
sisteminin fəaliyyətini idarə edə bilməzdi»
1
. İnsan beyninin nitq mərkəzi yerləşən alın hissəsi mürəkkəb 
məqsədəyönlü aktların icrasını idarə edir. Belə aktlar verbal və mücərrəd anlayışların işlədilməsi ilə əlaqədar 
olan müəyyən uzunmüddətli məqsədlərin mühafizəsini tələb edir. Beynin alın hissəsi bu funksiyaları həyata 
keçirir:  
1) birinci siqnal reflekslərini, ətraf mühitə bilavasitə-reaksiya verməyən əyləndirir;  
2) nitqi davranışa çevirir, bilavasitə reaksiya verilməsindən azad edilmiş davranışı tapşırığa. 
komandaya yaxud fikrə - başqa sözlə desək, nitq başlanğıcına, planına və proqramına tabe edir.  
Xüsusi nitq zonaları ilə fəaliyyətdə olan beynin bütün şöbələri arasındakı transmissiya əsas etibarilə 
beynin alın bölməsində cəmlənmişdir. Beyin bölməsinin kütlə halında zədələnməsi (şiş olması, yaralanması, 
qan dövranı və s.) zamanı insan nitq qabiliyyətini itirmir, lakin onun davranışı eksperimentorun sözlə verdiyi 
təlimata tabe olmur. 
N. İ. Çuprikova belə bir fərziyyə irəli sürür ki, beyin bölmələri sözün həqiqi mənasında nitq zonaları 
olmasa da hər halda insanın ali əsəb fəaliyyətində ikinci siqnal sisteminin idarəedici funksiyasının həyata 
keçirilməsi ilə əlaqəsi olan nahiyələrdir. 
«Beləliklə, güman etmək olar ki, insan beyninin spesifik fəaliyyəti üç mərtəbədən təşkil edilmişdir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə