Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42843
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

17 
1) sensor və motor nitq zonaları yaxud mərkəzləri
2) alın bölmələri, xüxüsən alınönü, nrefrontal formalaşmalar və xüsusi olaraq Homo sapiyens-ə 
məxsus olan gicgah-əmgək-ənsə nahiyəsində yerləşən zonalar; 
3) beynin digər bölmələri - bunlar insanda və ali heyvanlarda eynicinslidir. İkinci mərtəbə nitq 
işarələrini istiqamətləndirici məqsədə və onun idarəsinin həyata keçirilməsinə çevirir. Bununla da sosial olan 
fərdin daxilinə daxil olur, insan mühitinə ünvanlandırılan işarələr onun fəaliyyətinin daxili qanunları olur» 
4

 
İnsan əməyini başqa canlıların fəaliyyətindən fərqləndirən də məhz budur - beynin sensor və motor 
nitq mərkəzlərinin, habelə alın və gicgah-əmgək-ənsə nahiyələrinın insanın bütün fəaliyyətini idarə 
etməsidir. 
 
Hazırda paleoantropologiya elminə mötəbər surətdə məlumdur ki, troqloditid ailəsinin bütün 
üzvlərinin, hətta onların ən yüksək inkişaf etmişi olan paleoantropların (neandertal adamının) beyininin 
arxitektonikasında baş beyin qabığının bütün yuxarı prefrontal formalaşmaldarı, habelə giçgah və əmgək 
nahiyələrinin ikinci siqnal idarə və fəaliyyəti, qavrama və ümumiyyətlə insan orqanizminin bütün 
funksiyalarını həyata keçirən zonaları olmamışdır. Bütün bunlar yalnız Homo sapiens-ə məxsusdur və onun 
digər ali məməlilərdən bir sinif kimi fərqlənib ayrılmasında əsas rol oynamışdır. Əvvəllər iki səbəb belə bir 
nəticəyə gəlməyə mane olurdu. Əvvələn, inkişafın dərəcəsini beynin çəkisinin bədənin çəkisinə nisbəti ilə 
ölçürdülər. Bu fikir xüsusən sonralar beyin qırışları sayının və dərinliyinin beynin daha yüksək səviyyədə 
təkamülü ilə heç bir əlaqəsi olmadığı aydın olduqda daha da intişar tapdı. Qominidlərin inkişafı xəttini 
beynin həcmi (deməli, çəkisi) əlaməti əsasında qurmağa çalışırdılar. Lakin məlum oldu ki, neandertal 
adamının baş beyninin həcmi Homo sapiensin baş beyninin həcmindən nəinki kiçik deyil, hətta orta hesabla 
(bəzi növlərdə) bir az böyükdür. "insan beyni fəaliyyətinin tədqiqi göstərdi ki, təfəkkürə digər ali 
funksiyalarda beyni təşkil edən əsəb hüceyrələri, sahələri və strukturunun kiçik bir hissəsi iştirak edir. Hətta 
belə bir məsələ qaldırılırdı ki, belə böyük beyin insana lazımdırmı, beynin bu qədər böyüklüyü atavizm 
deyilmi? Getdikcə elm aləmində belə bir fikir yarandı ki, heyvanlar insana keçiddə (meymunun insana 
çevrilməsində) baş beynin həcminin də, çəkisinin də heç bir əhəmiyyəti yoxdur. 
İkincisi, bir halda ki, ikinci siqnal sistemi təkcə mikroyaranmalar surətində deyil, habelə alın 
bölməsinin qabaq hissəsi kimi böyük formalaşmalar şəklində beyin substratına malikdir, onda onun, 
məsələn, neandertal adamında mövcudluğunu yaxud yoxluğunu endokranlar əsasında asan 
müəyyənləşdirmək olar. Buna görə də ikinci siqnal sisteminin alın bölmələrinin spesifik funksiyaları ilə 
qırılmaz əlaqəsinin müəyyənləşdirilməsinin insanın mənşəyi haqqındakı elm üçün fundamental əhəmiyyəti 


18 
vardır. Əgər beynin alın bölməsinin yuxarı qabaq formalaşması mövcud deyilsə, onda nitq mövcud deyil, 
deməli, insan özü də mövcud deyildir. 
V. İ. Koçetkovanın gərgin və məhsuldar əməyinin nəticəsində indi bizdə insanın əcdadının, demək 
olar ki, bütün növlərinin - avstralopiteklərin, Homo habilsərin, pitekantropların, sinantropların, müxtəlif 
paleoantropların, kromanyon adamlarının baş beyinlərinin mulyajı (qipsdən hazırlanmış beyin modeli) 
vardır. Bunlar beynin xarici formalarını əks etdirsə də primatların və insanın beyin anatomiyası haqqındakı 
müasir məlumatlar imkan verir ki, xarici forma əsasında daxili strukturu və fəaliyyəti bərpa etməyə doğru 
gedək. Bu iş bir də ona görə asanlaşır ki, insanın mənşəyi probleminin həllində bizi baş beynin aşağı və-orta 
hissələrinin yox, beyin qabığının təkamülü maraqlandırır. Antropomorf meymunlardan başlamış ta Homo 
saiyensə qədər inkişafda böyük beyin yarımkürələrinin bütün nahiyələrinin taleyi izlənilmişdir. Orijinal 
kəmiyyət və qrafik metodlar tətbiq edilmişdir. Nəticələr dəqiqləşdirilməsə də insanın mənşəyi probleminin 
həllində maraqlı olan suallara cavab almaq olar. 
Çox vaxt insanın yaranmasını onun ulu əcdadının əmək alətlərindən istifadə etməsi ilə əlaqələndirirlər. 
Dunyanın bir sıra atropoloqları Homo habilis-i (prezincantropu) ən qədim insan hesab edirlər, çünki o, ən 
qədim geoloji laylarda, lakin süni çay daşı alətləri ilə tapılırdı. V. İ. Koçetkovanın tədqiqatları göstərdi ki, 
prezincantropun beyni daha sonra yaşamış və süni əmək alətlərindən istifadə etməmiş avstralopiteklərin 
beynindən heç bir şeylə fərqlənməmişdir. Öz növbəsində avstralopiteklərin beyni də əsas əlamətlərinə görə, 
məsələn, şimpanze tipli antropoidlərin beynindən fərqlənmir və Homo sapiyens-in beyni üçün spesifik olan 
heç bir şeyə malik deyildir. Deməli, insanın əsas fərqi-süni daş alətlər hazırlaya bilməsi - meymun beyni ilə 
bir araya sığır. 
Növbəti təkamül həlqəsində, arxeoantroplarda beyin nitq fəaliyyəti üçün, deməli, əmək fəaliyyəti üçün 
spesifik olan hissələrə malik deyildir, halbuki onun beyninin bəzi hissələri ali meymunlar və 
avstralopiteklərin-dəkinə nisbətən böyümüşdür. Paleoantroplarda beyin quruluşunun dəyişməsi xeyli irəli 
gedir, lakin onlarda da insanın nitqini tənzimləyən və fəaliyyətini, xüsusən əmək fəaliyyətini 
proqramlaşdıran beynin yuxarı alın bölməsinin inkişafı çatmır. Paleoantropların beyninin görmə-iybilmə və 
ənsə hissələri intensiv inkişaf edir; bu hissələr sonralar Homo sapiyens-də yenidən o qədər azalır ki, insan 
əcdadlarının bütün təkamül ərzində qazandıqlarını itirir. Buradan belə bir nəticə çıxarmaq olar: nitq və insan 
əməyi meymun beyni (hətta antropomorf beyni) bazasında yarana bilməzdi. Troqloditid ailəsinin təkamülü 
dövründə, xüsusən paleoantropların sonunda baş beynin ümumi inkişafı və ali əsəb sistemi fəaliyyətinin 
ixtisaslaşması təbiətdə yeni varlığın - insanın yaranması üçün bioloji bünövrə oldu. 
Beləliklə, lap əvvəldən nitq insan fəaliyyəti ilə, xüsusən insanın əmək fəaliyyəti ilə sıx və qırılmaz 
əlaqədə olmuş, birinin inkişafı digərinin təkamülünə təkan vermişdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə