Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42843
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

19 
Əmək, Cəmiyyət və Dil
 
Əvvəldə qeyd etdiyimiz geniş yayılmış fikrə əsasən insanı da, dili də əmək yaratmışdır, həm də dil 
təcrid edilmiş fərd tərəfindən deyil, cəmiyyətdə ünsiyyət ehtiyacından, ünsiyyət prosesində yaranmışdır. Bu 
nöqteyi-nəzərdən əmək, cəmiyyət və dil arasındakı münasibətləri nəzərdən keçirmək zəruridir. Həm 
genealoji, həm də ontoloji baxımdan ilkin gələni əməkdir. Əmək cəmiyyətin də, dilin də yaradıcısıdır. 
Əmək nədir? İnsan əməyinin təhlilinə həsr edilmiş əsərlərdə irəli sürülən fikirləri yekunlaşdırsaq, 
insan əməyinin nə olduğu haqqında belə demək olar: «Əmək hər şeydən əvvəl insanla təbiət arasında baş 
verən bir prosesdir, insanın öz fəaliyyəti sayəsində özü ilə təbiət arasındakı maddələr mübadiləsində vasitəçi 
olduğu, bu mübadiləni tənzim etdiyi və onu nəzarət altında saxladığı bir prosesdir. İnsan özü təbiət 
maddəsinə bir təbiət qüvvəsi kimi qarşı durur. 
İnsan təbiət maddəsini öz yaşayışına yararlı olan bir formada mənimsəmək üçün öz bədəninə mənsub 
olan təbii qüvvələri: əl və ayaqlarını, başını 
(kursiv mənimdir- Ə. R.) 
və barmaqlarını hərəkətə gətirir. İnsan bu 
hərəkət vasitəsilə xarici təbiətə təsir etməklə və onu dəyişdirməklə bərabər öz təbiətini də dəyişdirir. O öz 
təbiətində mürgüləməkdə olan qüvvələri inkişaf etdirir və bu qüvvələrin fəaliyyətini öz hakimiyyətinə tabe 
edir. Biz burada əməyin ilk heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, 
əmtəə bazarında fəhlənin öz iş qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın 
dərinliklərinə gedib çatdığı ilkin halı - insan əməyinin öz primitiv, instinktiv formasından hələ azad olmadığı 
halı arasında çox böyük məsafə vardır. Biz əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq. 
Hörümcək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şan qayırması ilə 
bəzi memar adamları utandırır. Lakin ən pis memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir 
ki, memar hələ mumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin 
sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur. 
İnsan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini də 
həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və insan 
öz iradəsini bu məqsədə tabe etməli olur». Deməli, əmək prosesinin sadə momentləri bunlardır: müəyyən 
məqsəd güdən fəaliyyət və ya əməyin özü, əmək cismi və əmək vasitələri. Fəlsəfə elmində, əməyin tərkib 
hissələri ətraflı şəkildə təhlil edilir, aydın surətdə izah edilir ki, «əmək vasitələri» heç də əmək alətlərinə 
bərabər deyildir; elm bu ifadəyə daha geniş məna verir: «Əmək vasitəsi elə bir şeydir və şeylər kompleksidir 
ki, insan bunları özü ilə əmək cismi arasında qoyur və bunlar ona öz təsirini həmin cismə keçirən bir amil 
xidməti görür». 
Adətən, əmək fəaliyyətindən danışarkən fərd- alət - mühit üçlüyünü əsas götürürlər, həm də insanın 
yaranmasında əmək alətinə üstünlük verib göstərirlər ki, meymun əli ilk əmək alətini (adətən, daş alət 
nəzərdə tutulur) yaratdıqda ilk insan meydana çıxmışdır. Lakin hər şey daşdan yaxud ağacdan əmək aləti 


20 
kimi istifadə etməkdən asılı olsa idi, ilk insanın meydana çıxması asan olardı. Digər tərəfdən, insanın 
meydana çıxmasını sadəcə əmək aləti ilə bağlamaq, bir növ, robinzonçuluğa bənzəyir: ayrılıqda götürülmüş 
bir fərd, Robinzon kimi, özü üçün alət düzəldir və ondan istifadə edir. Dialektik və materialist fəlsəfəyə 
görə, insan öz təbiətinə görə ictimai heyvandır. Deməli, insanın əmək fəaliyyətinin əsasında insanların bir-
biri ilə ünsiyyəti, ictimai başlanğıc durur. Bu, əsl ictimai faktordur - insanın əmək fəaliyyəti məqsədə 
yönəldilmiş hadisədir. Əmək prosesinin əsas məqsədi insanın ictimai mühitə mənsubluğunun və onun 
ictimai mühitlə kommunikasiyasının məhsuludur. 
 F. Enqels meymunun insana çevrilməsi prosesində əməyin rolundan danışarkən əmək prosesi 
anlayışının iki aspektini nəzərdə tutur. O, bir tərəfdən, əməyə meymunu insana çevirən faktor kimi baxır; 
deməli, onun fikrincə, əmək bu mənada insanlara yox, meymunların (ali insanabənzər primatların) bir 
hissəsinə xas xüsusiyyətdir və yüz min illər boyu onların insana çevrilməsini hazırlamışdır. Lakin, digər 
tərəfdən, Enqels insanın bütün tarixi boyu əməyin onu digər heyvanlardan fərqləndirən əlamət olmasından 
danışarkən əməyin şüurlu olmasını, yəni Marksın sözləri ilə desək, əmək prosesinin sonunda alınacaq 
nəticənin artıq bu prosesin əvvəlində insanın təsəvvüründə hazır olmasını nəzərdə tutur. 
Dialektik fəlsəfənin müddəalarından çıxış edərək əməyin iki formasını göstərmək olar; instintiv 
«əmək» və şüurlu əmək. Məşhur bir əsərdə əməyin bu iki forması haqqında belə yazılır: «Biz burada əməyin 
ilk heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, əmtəə bazarında fəhlənin öz 
iş qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın dərinliklərinə gedib çatdığı halı arasında 
çox böyük məsafə vardır. Biz əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq» Deməli, əmək 
özünün instinktiv formasında yalnız insana xas xüsusiyyət, insanın ulu əcdadını heyvandan ayıran prinsipial 
fərq deyildir. Buna görə də onu əməyin heyvanabənzər forması adlandırırlar. Bu instinktiv, heyvanabənzər 
əmək şüurlu, məqsədəyönlü əməkdən əsaslı surətdə fərqlənir. Məhz bu nöqtədə insanın yaranmasının 
materialist izahı ilə idealist izahı arasındakı fərq özünü göstərir: idealist baxışa görə, əvvəlcə insanı 
heyvandan fərqləndirən şüur, təfəkkür yaranır, sonra fikir əməyə, əmək alətinə tətbiq edilir. İnstinktiv əməyi 
nəzərdə tutaraq göstərmək lazımdır ki, bu hal, yəni instinktiv əməkdən şüurlu əməyə, insanabənzər 
meymundan insana keçid minlərlə il davam etmişdir. Deməli, məsələ iki cür qoyulur və onlardan birini 
qəbul etmək lazımdır. Ya insan təbiəti müşahidə edib onun bir sıra xüsusiyyətlərini kəşf edərək əvvəlcə öz 
təfəkküründə, sonra təfəkküründə hazırladığını materiala tətbiq etməklə əmək alətini kəşf etməkdən başlayır, 
ya da onun əməyi əvvəlcə instinktiv, heyvanabənzər səciyyə daşıyır və uzun müddət belə davam edir, sonra 
isə əməyin bu forması nəticəsində dəyişikliklərin toplanması və əməklə məşğul olan subyektin özünün 
tədricən dəyişməsi yeni keyfiyyətə - ikinci siqnal sisteminin, cəmiyyətin, insan idrakının, başqa sözlə desək, 
insanın yaranmasına gətirib çıxarır. Dialektik və tarixi materializm məsələnin ikinci şəkildə izahını qəbul 
edir. Beləliklə, əməyin meydana çıxmasından cəmiyyətin yaranmasınadək min illər keçmişdir. Bu müddətdə 
insanın tarixdən əvvəllki əcdadı əməklə məşqul olmuşdur, lakin bu əmək hələ heyvanabənzər instinktiv 
səciyyə daşımış, bal arısının mumdan şan qayırmasına bənzəmişdir. Meymun sürüsünün ibtidai təşkilindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə