Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   2   3   4   5   6   7   8   9   ...   19

www.achiq.info 

mövcud olan digər varlıq və hadisələrlə sıx əlaqədardır. Dilin təbiətini düzgün müəyyənləşdirmək üçün onun 



digər obyektiv hadisələrlə əlaqəsini dialektik materializm mövqeyindən aydınlaşdırmaq lazımdır. Dilçiliyin 

tarixi dili başqa hadisələrlə yaxınlaşdırmaq halları ilə doludur. Nəzəri dilçilikdə dilin təfəkkürlə 

əlaqələndirilməsi əsasında məntiqi dilçilik və dil nəzəriyyəsinin mentalinqvistik aspekti, dilin insanın psiki 

fəaliyyəti ilə əlaqələndirilməsi əsasında psikoloji dilçilik və dil nəzəriyyəsinin psikolinqvistik aspekti, dilin 

digər ictimai institutlarla əlaqələndirilməsi əsasında sosioloji dilçilik və dil nəzəriyyəsinin sosio-linqvistika 

və etnolinqvistika aspekti, dilin təbiət hadisələri ilə əlaqələndirilməsi əsasında naturalist dilçilik və dil 

nəzəriyyəsinin akustik-fizioloji aspekti yaranır. 

XIX əsrin ortalarından başlayaraq dilə vahid bütöv kimi baxılmır. Son zamanlar, xüsusən F. de 

Sössürdən başlayaraq, nitq fəaliyyətində dil və nitq qarşılaşdırılması (antinomiyası, dixotomiyası) göstərilir. 

Dili daha çox dil və nitq deyə qarışdırırlar. Dilin belə parçalanması onun bir bütöv vahid kimi tədqiq 

edilməsinə mane olur. Əslində dil və nitq qarşılaşdırılması şərtidir. Nitq (yaxud nitqlər) dilin rəngarəng fərdi 

təzahür formasıdır (formalarıdır). Bu məsələyə sonra qayıdacaq və onu geniş surətdə nəzərdən keçirəcəyik. 

Burada isə ancaq onu qeyd etməyi lazım bilirik ki, nəzəri dilçilik, əsasən, dil problemləri ilə məşğul olmalı, 

nitq haqqında isə təkcə ümumi müddəalar irəli sürməklə kifayətlənməlidir; nitq problemlərini sahə 

dilçilikləri tədqiq etməlidir. 

Dilin tədqiqində ikinci çətinlik subyektlə tədqiqat obyekti arasındakı münasibət məsələsidir. Dilçiliyin 

tədqiqat obyekti, predmeti nədir? Şübhəsiz ki, dildir. Materialist idrak təlimində subyektlə tədqiqat obyekti 

arasındakı qarşılıqlı münasibətlərə əsas yer verilir. Tədqiqatın nəticəsi subyektin tədqiqat obyektinə 

bəslədiyi münasibətdən xeyli dərəcədə asılıdır. Bu münasibətin necəliyindən asılı olaraq tədqiqatın nəticəsi 

obyektiv də, subyektiv də ola bilər. Hətta obyektiv münasibətdə belə bütün obyektiv nəticələrlə yanaşı 

subyektiv momentlər də nəticədə müəyyən dərəcədə özünü göstərməlidir, çünki, bizim hisslərimiz, 

qavrayışlarımız obyektiv aləmin subyektiv obrazlarıdır; qavrama subyektiv ideyalardan obyektiv həqiqətə 

doğru hərəkətdir. Qavrama nə qədər geniş, ətraflı və dərin, tədqiqatın obyekti haqqında bildiyimiz nə qədər 

əhatəli və dəqiq olarsa, tədqiqatın nəticəsində subyektivlik bir o qədər az olar. Buna görə də tədqiqatın 

sonunda subyektivlikdən çəkinmək üçün tədqiqatçı tədqiqat obyektini özü üçün mümkün qədər dəqiq 

müəyyənləşdirməlidir. Bu baxımdan dilçiliyə nisbətən bütün digər elm sahələri ilə məşğul olanların bəxti 

gətirmişdir, çünki onların tədqiqat obyekti bilavasitə müşahidə edilə bilər, halbuki bir ünsiyyət vasitəsi kimi 

dili bilavasitə müşahidə etmək mümkün deyildir. Müəyyən bir fərdin nitqini - şifahi şəkildə nitq fəaliyyəti 

və nitq aktını, yazılı şəkildə yenə də sırf fərdi olan və nitqin yazıya köçürülmüş formasını, mətni - müşahidə 

etmək olar, ayrı-ayrı fərdlərin nitqini müşahidə etmək olar (qəribədir, belə çıxır ki, nitq var, dil yoxdur, dil 

fiksiyadır); bütövlükdə dili müşahidə etmək qeyri-mümkündür. Mətnlər üzərindəki müşahidələri toplasaq, 

yenə də dil üzərində deyil, mətnlər toplusu üzərindəki müşahidəni alarıq. Mətnlər toplusu heç də dil demək 




www.achiq.info 

deyildir, L. V. Şerbanın dili ilə desək, dil materialıdır. Dilçinin tədqiqat obyekti isə mətn və yaxud mətn 



toplusu ola bilməz. Bütövlükdə «insanların ünsiyyət, ifadə, fikir və digər informasiyaları nəqletmə vasitəsi 

olan dil strukturuna və vəzifəsinə görə üç müxtəlif keyfiyyətə malikdir. Dil- bu,  

a) dil strukturu (yaxud sistemi), onun vahidlərinin, kateqoriyalarının, sistemlərinin daxili 

mütəşəkkilliyidir;  

b) tarixən əmələ gələn və sonrakı inkişafa qabil olan dil normasıdır;  

v) dili, onun strukturunu və normalarını bilən və onlardan öz fikir, iradə, hisslərini ifadə etmək, nitq 

məhsulu yaratmaq üçün istifadə edən fərdlərin nitq fəaliyyətidir.  

L. V. Şerbanın dili ilə desək, dilçiliyin predmeti dil-struktur (sistem), dil-norma, dil-danışanların 

fəaliyyəti kimi üçlükdür. 

Dilin tədqiqinin müxtəlif aspektlərinin mövcudluğu dilçiliyin predmetinin müxtəlifliyini göstərmir, 

onun vahidliyini danmır. Tədqiqat aspektinin müxtəlifliyi dilçiliyin predmetinin dəyişkənliyini də göstərmir; 

dilçiliyin predmeti dəyişmir, dəqiqləşdirilir. Tədqiqat aspektinin müxtəlifliyi subyektin obyektə 

münasibətindən, tədqiqatçının istifadə etdiyi metodun müxtəlifliyindən irəli gəlir. Nəzəri dilçilik dil 

haqqında onun tədqiqinin bütün aspektlərini əhatə edə bilən ümumi təsəvvür yaratmalıdır. 

Dialektik və materialist fəlsəfəyə görə, tədqiqat obyekti öz-özlüyündə vahid və bütövdür, predmetin 

özündə ziddiyyət olmur. Tədqiqat aspektinin müxtəlifliyi obyektə baxışda bu və ya digər əlamətin daha 

qabarıq göstərilməsinin nəticəsidir. 

 

 




www.achiq.info 



Birinci Fəsil 



DİLİN   MAHİYYƏTİ 

 

İşarədən Nitqədək 

Dil insan həyatinın, fəaliyyətinin elə bir sahəsidir ki, onsuz (dilsiz) nəinki insanın fəaliyyətini, hətta bir 

ictimai, sosioloji varlıq kimi insanın özünün varlığını, mövcudluğunu təsəvvürə gətirmək belə mümkün 

deyildir; dilsiz insan ictimai varlıq olmaqdan çıxıb bioloji varlığa çevrilir. Dilin insan həyatındakı əvəzsiz 

əhəmiyyətinin nəticəsidir ki, ictimai varlıq olan insan, demək olar ki, öz varlığını dərk etdiyi ilk vaxtlardan 

başlayaraq dilin yaranması, mənşəyi haqqında müxtəlif fikirlər-fərziyyə və nəzəriyyələr, nağıl və əfsanələr 

irəli sürmüşdür. Bu fikirlərin bir qismi elmi səciyyə daşımış, digər qismi elmdən uzaq olmuş, bəzisi idealizm 

cəbbəxanasından götürülmüş, bəzisində dualizm ruhu özünü göstərmişdir. Xüsusən XIX əsrdən sonra irəli 

sürülən fikirlərin mühüm hissəsi materializm dünyagörüşünə əsaslanmışdır. 

Bir zamanlar dilin mənşəyi, yaranması ilə nəinki elm, hətta din də maraqlanmışdır. Bu haqda 

Tövratda, İncildə, Quranda müxtəlif fikirlər söylənmişdir. Hətta bu müqəddəs kitablarda dilin əmələ gəlməsi 

məsələsinin izahında belə, təəccüblü görünsə də, materializm və idealizm dünyagörüşü rüşeymlərinə təsadüf 

edilir. Biz həmin kitablarda dilin yaranması haqqında irəli sürülən fikirləri təhlil etmək fikrində deyilik, 

çünki bu ehkamların təhlili dilin fəlsəfəsinin yox, dilin tarixi fənninin mövzusudur. Yəhudilərin

xaçpərəstlərin və müsəlmanların dini kitablarında dilin yaranması haqqında bir-birinə yaxın iki fikir irəli 

sürülür: 1) guya Adəmi yaradan Allah dünyadakı əşyaları bir-bir ona göstərib onların adlarını deyir; 2) Allah 

Adəmi xəlq etdikdən sonra dünyadakı əşyaları adlandırmağı onun özünə həvalə edir. Birinci fikir o 

deməkdir ki, dil insana (Adəmə) Allah tərəfindən bağışlanmışdır. Bu, mahiyyətcə idealist fikirdir, çünki 

dilin fövqəlbəşər qüvvə tərəfindən insana əta edilməsi ideyasını irəli sürür. İkinci fikrə görə isə dili insan 

(Adəm) özü yaratmışdır. Dini ehkam üçün qəribə səslənsə də bu fikirdə materializmin ibtidai rüşeymini 

görmək olar. Təfərrüatına varmadan təqdim edilmiş bu fikirlər bir daha sübut edir ki, hətta dini ehkamlarda 

belə (din xadimlərinin bunu istəyib-istəməməsindən asılı olmayaraq) ibtidai, primitiv şəkildə olsa da dilin 

əmələ gəlməsi haqqında idealist və materialist dünyagörüşünün mübarizəsi özünü göstərir. Antik dövrdə bu 

mübarizə Yunanistanda şeylər və onların adı arasındakı əlaqə haqqında məşhur fəlsəfi mübahisə şəklində 

təzahür edir. Orta əsrlər, yeni və ən yeni dövrlərdə də dilin əmələ gəlməsi haqqında bir sıra fərziyyə və 

nəzəriyyələr irəli sürülür. Lakin dialektik və tarixi materializmə qədərki bütün fərziyyə və nəzəriyyələrdə 

dilin əmələ gəlməsi həqiqi elmi əsasda izah edilmir. Yalnız eramızdan əvvəl yaşamış məşhur yunan 



Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə