Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   2   3   4   5   6   7   8   9   ...   19

www.achiq.info 

13 


Onu da qeyd edək ki, quşlara özgə dilləri öyrənmək müyəssər olmur. Ördək balası bayquş balası 

yaxud durna balası ilə heç vaxt danışa bilməz. Onlar hətta öz yaxın qohumlarının dillərini mənimsəyə 

bilməzlər: tutaq ki, ,ağ tetra quşu, çil tetra quşunu başa düşmür. «Dilin» sədd olmasının parlaq nümunəsi ağ 

və qara leyləklərin həyatında müşahidə edilmişdir. Bəzi zoologiya bağlarında qara leylək ağ leyləyi sevməyə 

başlayır. Lakin bu sevgi yalnız yuva qurmaqla məhdudlaşır». 

İlk baxışda elə görünə bilər ki, eyni cinsə aid olan heyvan növü eyni səs çıxarır: bütün qarğalar eyni 

cür qarıldayır, bütün itlər eyni cür hürür, bütün qurbağalar eyni cür quruldayır. Lakin əslində elə deyildir. 

İnsan qulağının tuta bilmədiyi çalarları yüksək həssaslığa malik cihazlar fərqləndirir. Belə çalarları 

heyvanlar özləri tez hiss edirlər. Tədqiqatçılar müəyyəiləşdirmişlər ki, ayrı-ayrı ərazilərdə yaşayan eyni 

növlü heyvanlar bir-birini «başa düşmürlər»: məsələn, Kaliforniya qarğaları Texas qarğalarının «dilini» 

bilmirlər. Belə bir səhv fikrə tez-tez təsadüf edirik ki, bir heyvan növünə aid olan fərd başqa heyvan 

«dilində» danışa bilməz. Deyns Barrinqton üç körpə kətanquşu balasını götürüb çəmən, çöl və meşə 

torağayının yanına qoyur. Hər körpə öz yeni valideyni kimi oxuyur. Onları öz nəslinə qaytardıqda öz xüsusi 

kətan quşu nəğməsinə qayıtmırlar, tərbiyə aldıqları torağaylar kimi oxuyurlar. Belə çıxır ki, heyvanların dili 

də ictimai hadisədir. İnsanlarda olduğu kimi, heyvanlarda da «dil» irsən keçiImir, əhatədə qazanılır. Bu 

fikrin nə dərəcədə doğru olduğunu söyləmək çətindir; onu təsdiq yaxud rədd etmək üçün çoxlu təcrübə 

aparmaq lazımdır. Lakin bu, inkaredilməz həqiqətdir ki, heyvanlar «ünsiyyət saxlamaq üçün müxtəlif çalara 

malik səs siqnallarından istifadə edirlər. Bu baxımdan inkişaf pilləsinə, təkamül dərəcəsinə görə insana daha 

yaxın olan meymunlar üzərində aparılan təcrübələr müsbət nəticələr verir. Aparılan təcrübələrdən belə 

nəticəyə gəlmək olur ki, şimpanze müxtəlif çalara malik olan 25-dən 32-dək (N. N. Ladıkina-Kotsa görə 25, 

Amerika tədqiqatçısı Lernerə görə 32) səs çıxara bilir. Məqsəddən asılı olaraq, səsin çaları dəyişir. Daha bir 

məsələni də qeyd etmək lazımdır: Şimpanze it hürüşünü əla təqlid etdiyi halda bütün cəhdlərə baxmayaraq 

insan səsini təqlid edə bilmir. 

Məlumat üçün qeyd edirik ki, quş və heyvan «dillərini» insan dilinə tərcümə etmək təşəbbüsləri də 

göstərilmişdir. Məsələn, 1800-cü ildə Almaniyada Vetzel it, pişik, toyuq və s. dillərinin lüğətciklərini tərtib 

edir. O belə güman edirdi ki, heyvanlar insan dilini başa düşür. 1807-ci ildə Düpon bülbülün nəğməsini 

fransız dilinə tərcümə edir və qarğa «dilinin» lüğətini tərtib edir. 

Adətən, biz heyvan səslərini təqlid edərkən onu insan səsləri yaxud onların yazılı, qrafik şəkli olan 

hərflər kimi təsəvvür edirik. Əslində bu illüziyadır, çünki ən ibtidai heyvandan başlamış insanadək 

təkamülün ən yüksək pilləsində duran müasir insanabənzər meymunlaradək bütün canlıların çıxardığı səslər 

üzvlərinə bölünmür, sinkretik vəhdət təşkil edir: qarğa q-a-r-r, it h-a-m və s. səsləri çıxarır. İnsan dili başqa 

canlıların «dilindən» bir də onunla fərqlənir ki, o, aydın, üzvlərinə bölünən nitqdir. İnsanın meymundan 

ayrılmasında ağız orqanlarının tədricən bir-birinin ardınca aydın səslər tələffüz etməsini Enqels xüsusilə 



www.achiq.info 

14 


qeyd edir. 

Güman ki, avstralopitekdən başlayaraq insanın ulu əcdadları-pitekantrop (meymun-insan) və 

paleantroplar (qədim insanlar) da təkamül pilləsinin insandan sonra ən yüksək pilləsində duran meymunlar 

kimi aydın şəkildə üzvlərinə bölünməyən səslərlə ünsiyyət saxlamışlar; yalnız neantrop (yeni insan) aydın 

nitqə malik olmuşdur. Buna görə də, adətən, insanın yaranması və təkamülü tarixi hərəsi bir sıra kiçik 

mərhələlərə ayrılan üç böyük dövrə bölünür: homo aljaljus (lal, dilsiz insan) dövrü, homo stupidus (axmaq 

insan) dövrü və homo sapiens (ağıllı insan) dövrü. Məhz bu son dövrdə insan aydın nitqə yiyələnmişdir. 

Sübut edilmişdir ki, meymunun çıxardığı səslər fikir ifadə etmir, hiss və arzu bildirir, lakin mənasız 

çığırtıdan fərqlənir. Güman ki, ilk insan, daha doğrusu, əmələ gəlməkdə olan insanın səsləri də meymun 

səsləri kimi nəinki üzvlərinə bölünməmiş, həm də fikir ifadə etməmiş, təkcə hiss və arzu bildirmişdir. Lakin 

əmək fəaliyyətinin genişlənməsi, xüsusən ovçuluğun meydana gəlməsi insanın ulu əcdadının daha da 

ictimailəşməsinə, sosial varlığa çevrilməsinə səbəb oldu. ...Əməyin inkişafı cəmiyyət üzvlərinin zərurət 

üzündən daha sıx birləşməsinə kömək etmişdir, çünki onun sayəsində qarşılıqlı kömək, birgə fəaliyyət 

halları daha tez-tez baş verməyə başlamış və hər bir ayrıca üzv bu birgə fəaliyyətin faydalı olduğunu daha 

aydın dərk etməyə başlamışdır. Qısa desək, əmələ gələn insanlar o yerə çatmışlar ki, onlarda bir-birinə bir 

şey söyləmək tələbatı meydana gəlmişdir . Lakin bu tələbatın necə ödəndiyi, «meymunun inkişaf etməmiş 

olan xirtdəyinin yavaş-yavaş, lakin dönmədən, modulyasiya yolu ilə, getdikcə daha artıq inkişaf edən 

modulyasiyaya keçmək üçün necə dəyişməsi, ağız orqanlarının isə tədricən bir-birinin ardınca aydın səslər 

tələffüz etməyi necə öyrənməsi» elmi ədəbiyyatda göstərilmir. Bu məsələdə də fərziyyəsiz keçinmək 

mümkün deyildir. Güman ki, üzvlərinə bölünməyən səslər mərhələsi ilə üzvlərinə bölünən aydın nitq 

mərhələsi arasında keçid pilləsi mövcud olmuş və əməklə, dik yerişlə yanaşı bu aralıq, keçid pilləsi aydın 

nitqin yaranmasına səbəb olmuşdur. Şərti olaraq, bu pilləni işarə pilləsi adlandıraq. Meymunlar üzərində 

uzun müddət və nə qədər ciddi-cəhdlə təcrübə aparılmışsa da, onun işarələrdən, xüsusən əl işarələrindən, 

jestlərdən istifadə etməsinə nail olmamışlar: meymun yalnız başı ilə təsdiq və inkar (hə, yox) işarələrini 

qavramışdır, əllə ifadə edilən bu, o, gəl, get və s. jestlər meymun beyni tərəfindən qavranılmamışdır. Çox 

zaman elmi ədəbiyyatda əl hərəkəti dili ideyası kəskin tənqid edilir. Lakin bu ideyanın rasional toxumunu 

rədd etmək düzgün deyildir; bütövlükdə əl hərəkəti dili ideyası rədd edilsə də onun rasional toxumu qəbul 

edilməlidir. Güman etmək olar ki, əmək fəaliyyətinin xeyli genişlənməsi nəticəsində nə isə söyləmək, təkcə 

arzu, hiss və həyəcanı ifadə üçün yox, həm də nə isə bir fikir söyləmək tələbatı ilə əlaqədar olaraq əmələ 

gəlməkdə olan insan hələ üzvlənməyən ixtiyari səslərlə (əlbəttə, meymunlarda olduğu kimi, yaranmaqda 

olan insanlarda da üzvlərinə bölünməyən ayrı-ayrı səslər müəyyən mənalarla bağlı idi) yanaşı özünün 

meymunabənzər əcdadlarında olmayan müəyyən işarə üçün işlədilən əl hərəkətlərindən, jestlərdən də 

istifadə etməyə başlayır. İlk jestlər bu, o, bəli, xeyir, hə, yox, gəl, get. ver, lazım, deyil, al, mən, sən, o, bu 



mənəm, bu odur, hədələmək, qorxutmaq, çağırmaq, qovmaq, yalvarmaq və s. Mənalari ifadə edən hərəkətlər 


Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə