Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   2   3   4   5   6   7   8   9   10   ...   19

www.achiq.info 

15 


olmuşdur. Sonralar bu hərəkətlər və üzvlərinə bölünməyən səslər əsasında ilk üzvlərin, yeni tərkib səslərinə 

bölünən sözlər yaranmışdır. Biz bu prosesin necə getdiyini, ilk homo sapiens-in ilk üzvlərinə bölünən sözü 

necə tələffüz etdiyini, bu sözün hansı söz olduğunu söyləyə bilmərik, bunu söyləmək mümkün deyil, lakin 

dilin yaranması prosesinin məhz bu cür getdiyinə əminik. 

Əl hərəkətləri ilə dilin (nitqin) sıx əlaqədar olduğunu psikologiya elminin son nailiyyətləri də sübut 

edir. Psikoloqlar müəyyənləşdirmişlər ki, əllərin hərəkətini tənzim (idarə) edən baş beyin mərkəzi nitq 

mərkəzi ilə yanaşıdır. Bu faktın özü də nitqlə əl hərəkətinin, jestlərin sıx əlaqədar olduğunu göstərir. 

Meymunun insana çevrilməsi (deməli, dilin də yaranması) prosesi dialektik və tarixi materializm 

fəlsəfəsi metodunda yazılmış bir sıra əsərlərdə dahiyanə surətdə şərh edilmiş və sonra gələn müəlliflər 

tərəfindən bu və ya digər şəkildə təkrar edilmişdir. Enqelsin şərhçiləri məsələni belə qələmə verirlər ki, guya 

Enqels belə bir fikir söyləyir ki, insanın ulu əcdadı əməklə məşqul olan kimi dil yaranmışdır. Lakin Enqels 

öz əsərində buna oxşar heç bir fikir irəli sürməmişdir. Enqels dilə əməyin son nəticəsi, əməyə isə cəmiyyətin 

və dilin yaranma mənbəyi, səbəbi kimi baxmışdır. Enqels ilk insanabənzər meymunun əməklə məşğul 

olması və dilə malik insanın (homo sapiens) yarandığı vaxtdan nə qədər keçdiyini söyləməsə də, bu iki 

hadisə, yəni əməklə məşğulolma və dilin yaranması arasında yüz min illər keçmişdir. 

İnsan dilinin üzvlənməyən (aydın olmayan) səslər və işarələrdən aydın başa düşülən və sözləri tərkib 

səslərinə üzvlənən aydın nitqədək inkişafını yalnız belə təsəvvür etmək olar. 

 

Nitq və Fəaliyyət 

Nitqin insan həyatında və fəaliyyətindəki əvəzsiz rolu bəzən, xüsusən burjua dilçiliyində onun 

funksiyasının şişirdilməsinə səbəb olur. XX əsrin ortalarında dilin insanın ictimai həyatındakı rolunun belə 

şişirdilməsinə, Sənir-Uorf fərziyyəsnidə rast gəlmək olar. Dərinliyinə varmasaq, bu fərziyyəyə görə, dil 

insanın ətraf mühiti qavramasını, təfəkkür tərzini və ictimai əxlaqını, özünü idarəetmə qaydalarını 

müəyyənləşdirir; insan yalnız onun dilinin müəyyənləşdirdiyi şeyləri qavraya və dərk edə bilər. Bu fikir 

dilçilər və filosoflar tərəfindən kəskin tənqid edilsə də hələlik kimsə onu əsaslı şəkildə təkzib edə 

bilməmişdir. Hətta son illərdə sovet dilçiliyində bu fikrə rəğbət də hiss edilir. Məsələn, V. A. Zvegintsev 

yazır: «Dilçilər, əlbəttə, hətta özləri üçün bir qədər gözlənilməz şəkildə aydınlaşdırdılar ki, onlar faktik 

olaraq hələlik belə bir şəraitdən lazımı nəticələr çıxarmamışlar ki, insan dilin məzmunlu (yaxud mənalı) 

aləminə daxil olmuş halda işləyir, hərəkət edir, düşünür, yaradır, yaşayır; dil göstərilən aspektində

mahiyyətcə desək, insanın özünün yaşaması üçün qidalandırıcı mühitdir və dil hər halda insanın şüurlu və 

şüursuz davranışını əmələ gətirən bütün psiki parametrlərin vacib iştirakçısıdır»

1




www.achiq.info 

16 


Sözün insan davranışına, əxlaqına, hətta insanda gedən fizioloji proseslərə təsir gücü artıq hamı 

tərəfindən qəbul edilir. K- İ. Platonovun 

2

 klassik təcrübələri sübut etmişdir ki, hipnozda söz qanın 



tərkibinin dəyişməsinə və orqanizmdə digər biokimyəvi dəyişikliklərin baş verməsinə təsir göstərə bilər. 

Şərti reflektor münasibətləri müəyyənləşdirmək vasitəsilə sözlə hər hansı fizioloji prosesə təkcə bilavasitə 

verballaşan (sözlə ifadə edilən) proseslərə deyil, habelə bilavasitə öz adları ilə adlandırılmayan, dərk 

edilməyən proseslərə də təsir göstərmək mümkündür. Prinsipcə söz insan orqanizminin, demək olar ki

bütün reaksiyaları üzərində hakimdir. Düzdür, çox vaxt biz bunu müşahidə edə bilmirik, lakin bu belədir. N. 

İ. Çuprikova yazır ki, insanın beyin fəaliyyətinin qəti surətdə bütün sahələri ikinci siqnal sisteminin (yəni 

nitqin) idarə-edici impulslarının təsiri altındadır. Müasir nevropsikologiya elmi artıq sübut etmişdir ki, ikinci 

siqnal sistemi insanın ali əsəb sistsminin bütün sahələrinin fəaliyyətinə nəzarət edir və birinci siqnal 

sisteminin hər hansı hərəkt və vegetativ refleksini əylətmə (tormozlama) vasitəsidir. N. İ. Çuprikova yazır 

ki, ikinci siqnal sistemi müvəqqəti əlaqələrin yaranmasına mane olmaq qabiliyyətinə, beyin qabığının 

qapanma proseslərini əylətmə qabiliyyətinə malikdir. 

İnsanın fəaliyyətində söz gözəgörünməz, hissedilməz şəkildə həmişə əylətmə, qadağanetmə işi görür. 

Anomal uşaqlarla aparılan eksperimentin nəticələri göstərir ki, söz sistemi vasitəsilə ilkin (birinci) siqnal 

sistemi reaksiyalarına əyləndirici təsir göstərmək mümkündür. O, stimul və reaksiyanın sadə əlaqəsi 

əsasında adi qapanmanın qarşısını alır. Sözün əylənc funksiyası ilk uşaqlıqda özünü daha qabarıq şəkildə 

göstərir, adam yaşa dolduqca hiss edilmir (daha doğrusu, «gizlənir», özünü qabarıq göstərmir) və yalnız 

nevrodinamikanın pozulması hallarında müşahidə edilir. 

İ. P. Pavlovun təcrübələrindən bizə məlumdur ki, ikinci siqnal sistemi hər şeydən əvvəl birinci siqnal 

sisteminə həmişə mənfi induksiya göstərir. Sözün, nitqin, ümumiyyətlə, ikinci siqnal sistemi impulslarının 

ən əsas funksiyası əylətmədirsə, onda bütövlükdə ikinci siqnal sistemi beyin aparatının fəaliyyətini başa 

düşmək imkanı yaradır. Təkcə aşağı alın qırışlarında, gicgah hissəsində və gicgahın əmək və ənsə nahiyələri 

ilə birləşdiyi yerdə yerləşən nitq ünsiyyətinin sensor cəhətini (qavrama) və motor (hərəkət) aktlarını idarə 

edən beyin qabığı hissələrini deyil, habelə xüsusən müasir arxitektonik şəkildə beynin alın hissəsini məhz bu 

morfo-funksional aparata aid etmək lazımdır. B. F. Porşnev yazır: «Bu əsas həlqə olmadan yol və 

sistemlərin çox hissəsini əylədərək və cüzi hissəsini fəallaşdıraraq nitq mərkəzi bütün beynin, bütün əsəb 

sisteminin fəaliyyətini idarə edə bilməzdi»

1

. İnsan beyninin nitq mərkəzi yerləşən alın hissəsi mürəkkəb 



məqsədəyönlü aktların icrasını idarə edir. Belə aktlar verbal və mücərrəd anlayışların işlədilməsi ilə əlaqədar 

olan müəyyən uzunmüddətli məqsədlərin mühafizəsini tələb edir. Beynin alın hissəsi bu funksiyaları həyata 

keçirir:  

1) birinci siqnal reflekslərini, ətraf mühitə bilavasitə-reaksiya verməyən əyləndirir;  




Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə