Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

www.achiq.info 

19 


Növbəti təkamül həlqəsində, arxeoantroplarda beyin nitq fəaliyyəti üçün, deməli, əmək fəaliyyəti üçün 

spesifik olan hissələrə malik deyildir, halbuki onun beyninin bəzi hissələri ali meymunlar və 

avstralopiteklərin-dəkinə nisbətən böyümüşdür. Paleoantroplarda beyin quruluşunun dəyişməsi xeyli irəli 

gedir, lakin onlarda da insanın nitqini tənzimləyən və fəaliyyətini, xüsusən əmək fəaliyyətini 

proqramlaşdıran beynin yuxarı alın bölməsinin inkişafı çatmır. Paleoantropların beyninin görmə-iybilmə və 

ənsə hissələri intensiv inkişaf edir; bu hissələr sonralar Homo sapiyens-də yenidən o qədər azalır ki, insan 

əcdadlarının bütün təkamül ərzində qazandıqlarını itirir. Buradan belə bir nəticə çıxarmaq olar: nitq və insan 

əməyi meymun beyni (hətta antropomorf beyni) bazasında yarana bilməzdi. Troqloditid ailəsinin təkamülü 

dövründə, xüsusən paleoantropların sonunda baş beynin ümumi inkişafı və ali əsəb sistemi fəaliyyətinin 

ixtisaslaşması təbiətdə yeni varlığın - insanın yaranması üçün bioloji bünövrə oldu. 

Beləliklə, lap əvvəldən nitq insan fəaliyyəti ilə, xüsusən insanın əmək fəaliyyəti ilə sıx və qırılmaz 

əlaqədə olmuş, birinin inkişafı digərinin təkamülünə təkan vermişdir. 

 

Əmək, Cəmiyyət və Dil

 

Əvvəldə qeyd etdiyimiz geniş yayılmış fikrə əsasən insanı da, dili də əmək yaratmışdır, həm də dil 

təcrid edilmiş fərd tərəfindən deyil, cəmiyyətdə ünsiyyət ehtiyacından, ünsiyyət prosesində yaranmışdır. Bu 

nöqteyi-nəzərdən əmək, cəmiyyət və dil arasındakı münasibətləri nəzərdən keçirmək zəruridir. Həm 

genealoji, həm də ontoloji baxımdan ilkin gələni əməkdir. Əmək cəmiyyətin də, dilin də yaradıcısıdır. 

Əmək nədir? İnsan əməyinin təhlilinə həsr edilmiş əsərlərdə irəli sürülən fikirləri yekunlaşdırsaq, 

insan əməyinin nə olduğu haqqında belə demək olar: «Əmək hər şeydən əvvəl insanla təbiət arasında baş 

verən bir prosesdir, insanın öz fəaliyyəti sayəsində özü ilə təbiət arasındakı maddələr mübadiləsində vasitəçi 

olduğu, bu mübadiləni tənzim etdiyi və onu nəzarət altında saxladığı bir prosesdir. İnsan özü təbiət 

maddəsinə bir təbiət qüvvəsi kimi qarşı durur. 

İnsan təbiət maddəsini öz yaşayışına yararlı olan bir formada mənimsəmək üçün öz bədəninə mənsub 

olan təbii qüvvələri: əl və ayaqlarını, başını 

(kursiv mənimdir- Ə. R.) 

və barmaqlarını hərəkətə gətirir. İnsan bu 

hərəkət vasitəsilə xarici təbiətə təsir etməklə və onu dəyişdirməklə bərabər öz təbiətini də dəyişdirir. O öz 

təbiətində mürgüləməkdə olan qüvvələri inkişaf etdirir və bu qüvvələrin fəaliyyətini öz hakimiyyətinə tabe 

edir. Biz burada əməyin ilk heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, 

əmtəə bazarında fəhlənin öz iş qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın 

dərinliklərinə gedib çatdığı ilkin halı - insan əməyinin öz primitiv, instinktiv formasından hələ azad olmadığı 

halı arasında çox böyük məsafə vardır. Biz əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq. 




www.achiq.info 

20 


Hörümcək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şan qayırması ilə 

bəzi memar adamları utandırır. Lakin ən pis memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir 

ki, memar hələ mumdan şan qayırmazdan əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin 

sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur. 

İnsan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini də 

həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və insan 

öz iradəsini bu məqsədə tabe etməli olur». Deməli, əmək prosesinin sadə momentləri bunlardır: müəyyən 

məqsəd güdən fəaliyyət və ya əməyin özü, əmək cismi və əmək vasitələri. Fəlsəfə elmində, əməyin tərkib 

hissələri ətraflı şəkildə təhlil edilir, aydın surətdə izah edilir ki, «əmək vasitələri» heç də əmək alətlərinə 

bərabər deyildir; elm bu ifadəyə daha geniş məna verir: «Əmək vasitəsi elə bir şeydir və şeylər kompleksidir 

ki, insan bunları özü ilə əmək cismi arasında qoyur və bunlar ona öz təsirini həmin cismə keçirən bir amil 

xidməti görür». 

Adətən, əmək fəaliyyətindən danışarkən fərd- alət - mühit üçlüyünü əsas götürürlər, həm də insanın 

yaranmasında əmək alətinə üstünlük verib göstərirlər ki, meymun əli ilk əmək alətini (adətən, daş alət 

nəzərdə tutulur) yaratdıqda ilk insan meydana çıxmışdır. Lakin hər şey daşdan yaxud ağacdan əmək aləti 

kimi istifadə etməkdən asılı olsa idi, ilk insanın meydana çıxması asan olardı. Digər tərəfdən, insanın 

meydana çıxmasını sadəcə əmək aləti ilə bağlamaq, bir növ, robinzonçuluğa bənzəyir: ayrılıqda götürülmüş 

bir fərd, Robinzon kimi, özü üçün alət düzəldir və ondan istifadə edir. Dialektik və materialist fəlsəfəyə 

görə, insan öz təbiətinə görə ictimai heyvandır. Deməli, insanın əmək fəaliyyətinin əsasında insanların bir-

biri ilə ünsiyyəti, ictimai başlanğıc durur. Bu, əsl ictimai faktordur - insanın əmək fəaliyyəti məqsədə 

yönəldilmiş hadisədir. Əmək prosesinin əsas məqsədi insanın ictimai mühitə mənsubluğunun və onun 

ictimai mühitlə kommunikasiyasının məhsuludur. 

 F. Enqels meymunun insana çevrilməsi prosesində əməyin rolundan danışarkən əmək prosesi 

anlayışının iki aspektini nəzərdə tutur. O, bir tərəfdən, əməyə meymunu insana çevirən faktor kimi baxır; 

deməli, onun fikrincə, əmək bu mənada insanlara yox, meymunların (ali insanabənzər primatların) bir 

hissəsinə xas xüsusiyyətdir və yüz min illər boyu onların insana çevrilməsini hazırlamışdır. Lakin, digər 

tərəfdən, Enqels insanın bütün tarixi boyu əməyin onu digər heyvanlardan fərqləndirən əlamət olmasından 

danışarkən əməyin şüurlu olmasını, yəni Marksın sözləri ilə desək, əmək prosesinin sonunda alınacaq 

nəticənin artıq bu prosesin əvvəlində insanın təsəvvüründə hazır olmasını nəzərdə tutur. 

Dialektik fəlsəfənin müddəalarından çıxış edərək əməyin iki formasını göstərmək olar; instintiv 

«əmək» və şüurlu əmək. Məşhur bir əsərdə əməyin bu iki forması haqqında belə yazılır: «Biz burada əməyin 

ilk heyvanabənzər instinktiv formalarını nəzərdən keçirməyəcəyik. Cəmiyyətin, əmtəə bazarında fəhlənin öz 

iş qüvvəsinin satıcısı kimi meydana çıxdığı halı ilə, ibtidai zamanın dərinliklərinə gedib çatdığı halı arasında 



Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə