Dil, Cəmiyyət, Şüur



Yüklə 314,33 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix25.11.2017
ölçüsü314,33 Kb.
#12255
1   2   3   4   5   6   7   8   9   ...   13

üçün bu problemin dilçilikdə də nəzərdən keçirilməsi faydalı olardı. 

Dilin mənşəyinə həsr edilmiş müxtəlif istiqamətli (dilçilik, fəlsəfi, psikoloji və s.) elmi əsərlərdə tədqiqatçılar 

dilin yaranmasının materialist şərhində F. Enqelsin «Meymunun insana çevrilməsi prosesində əməyin rolu» adlı 

əsərinə isnad edirlər. Onlar göstərirlər ki, Enqelsə görə, insanı da, dili də əmək yaratmışdır: insanın ulu əcdadları olan 

insanabənzər meymunlar əməklə məşğulolma prosesində insana çevrilmişlər: əmək təklikdə mümkün olmadığı üçün 

əmələ gəlməkdə olan insan sürülər halında birləşmiş (sürü halında birləşmədə düşmənə qarşı qorunmaq amili də 

mühüm rol oynamışdır) və bir-birinə nə isə demək, ünsiyyət ehtiyacı hiss etmişdir və beləliklə, dil meydana gəlmişdir. 

Elmi ədəbiyyatda Enqelsə isnad edilərək irəli sürülən dilin yaranmasının sxemi belədir. 

F. Enqelsin dilin mənşəyi haqqındakı fikirlərinin izahı elmi materializm baxımından tamamilə doğrudur, lakin 

onun materialist izahını bu qədər primitivləşdirmək düzgün deyildir. Enqels öz əsərlərində qeyd etmir ki, dil birdən-

birə yaranmışdır. Onun sözlərini belə primitiv şəkildə qəbul və izah etmək ən azı materializmi bayağılaşdırmaq 

deməkdir. Bundan başqa, Enqelsin həmin əsəri yazdığı vaxtdan keçən yüz ildən də çox müddətdə ümumiyyətlə elmdə; 

xüsusilə bu problemin izahı və həllində müstəsna rolu olan psixologiya və arxeologiya elmində nəhəng nailiyyətlər 

əldə edilmişdir. Dilin mənşəyi probleminin izahında elmin Enqelsdən sonrakı müvəffəqiyyətlərini nəzərə almamaq 

dialektik materializmə etinasızlıqdır. 

Dilin yaranmasını əməklə əlaqələndirməkdə Enqels tamamilə haqlıdır. Lakin problemin həllini bu qədər 

sadələşdirmək olmaz. İlk meymun-insanın (pitekantrop) yaranması, ilk insanın əməklə məşğul olması və ilk mənalı 

insan səslərinin - dilin yaranması arasında hətta tarix üçün uzun müddət keçmişdir. 

Dilin - insan nitqinin mənşəyi problemini tədqiq etmək üçün ən azı dörd kompleks elmi biliklər lazımdır:  

1) müasir ümumi dilçilik, xüsusən onun işarələr haqqında elm olan semiotika bölməsi;  

2) müasir psikologiya elminə inqilabiləşdirici təsir göstərən psikolinqvistika (yaxud nitqin psikologiyası);  

3) ikinci siqnal sisteminin fiziologiyası, nitqin normal və patoloji nevropsixologiyası;  

4) beynin və nitq fəaliyyəti orqanlarının təşəkkül morfologiyası 

(B.F.Porşnev- O naçale çeloveçeskoi istorii. M., 1974 ).

 

Meymunun insana çevrilməsi prosesi üçüncü dövrdə yaşamış insanabənzər meymunlardan-avstralopiteklərdən 



başlanır. Avstralopiteklər canlı təbiətin (heyvanların) insanaqədərki inkişafı ilə insan arasında keçid pilləsi təşkil edir. 

Avstralopitekin tapılmış skeletləri göstərir ki, onlar dörd ətraf

 

üstdə yeriyən müasir insanabənzər meymunlardan fərqli 



olaraq iki dal ətraf - indiki kimi desək, iki ayaq üstdə yerimişdir. Bəzi tədqiqatçılar belə fikir yürüdürlər ki, guya 

avstralopitek yarımbükülü vəziyyətdə yerimişdir, lakin müasir elm sübut edir ki, belə yürüş mümkün deyildir. 

Avstralopiteklər çöldə, yəni açıq yerdə yaşamışdır. İki ayaq üstdə yeriməkdən başqa avstralopitekləri insana 

yaxınlaşdıran bir də onların dişlərinin quruluşudur: qorilla və şimpanzədən fərqli olaraq avstralopiteklərin qabaq 

dişləri kiçikdir və o qədər də qabağa çıxmamışdır. Avstralopitekin beyni insan beynindən daha çox meymun beyninə 

yaxın olmuşdur. Avstralopiteki meymuna yaxınlaşdıran bir də odur ki, o, əmək aləti hazırlamamış, təbiətdəki hazır 

alətlərdən - çaydaşı və doyənəkdən istifadə etmişdir. Bunu iki amil sübut edir: birincisi, avstralopitek iki ayaq üstdə 

yeridiyi üçün təqib etdiyi heyvana çata bilməzdi; ikincisi, onun yırtıcı dişləri olmadığı, fiziki cəhətdən tam 

mühafizəsiz olduğu üçün (nəzərə almaq lazımdır ki, avstralopitek açıq çöldə yaşadığı üçün düşməndən gizlənə də 

bilmirdi) özünü müdafiə üçün mütləq bir alətdən istifadə etməli idi. Onu da qeyd etmək lazımdır ki, yırtıcılardan 

müdafiə və iri heyvanları ovlamaq üçün avstralopiteklər sürü halında birləşmişdilər: bunu Strekfonteyn mağarasında 

(Pretoriya şəhəri yaxınlığında) on iki kəllə sümüyünün tapılması da sübut edir. Elmi dəlillərlə göstərirlər ki, 

avstralopitekin beyni şimpanze tipli antropoidlərin beyninə daha yaxın olmuş və Homosapiens beyni üçün spesifik 

olan heç bir əlamətə malik olmamışdır. Belə çıxır ki, insanın əsas fərqləndirici xüsusiyyəti olan süni daş alətlər 

hazırlamaqla meymun beyninə malik olmaq bir araya sığır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi heyvanlar da 

alətdən istifadə edir; məsələn, Cənubi Afrikada yaşayan kaputsin meymunları qozu daşla sındırıb yeyirlər. 

Avstralopiteklərdə müşahidə edilən əmək fəaliyyəti (alətdən istifadə etmə) və ictimai həyatın (sürü halında 

birləşmənin) rüşeymləri onları təkamülün aşağı səviyyəsində duran başqa canlılardan fərqləndirmirdi. 




Avstralopiteklə heyvanlar aləminin təkamülü bitir. Təkamülün növbəti pilləsi ən qədim insanın - pitekantropun 

(meymun-insanın) meydana gəlməsinə səbəb oldu. Adətən, insanın təkamülünə həsr edilmiş əsərlərdə insanın 

pitekantrop dövrünü arxsoantroi, paleoantrop, qiqantopitek və meqantrop yarımdövrlərinə bölürlər, bəzi əsərlərdə isə 

insanın təkamülünü pitekantrop (buraya xüsusi pitekantrop dövründən başqa sinantrop və Heydelberq adamı 

dövrlərini də aid edirlər) və neandertal (qədim adam) dövrlərinə bölürlər. Çox vaxt yarım-dövrlər daha kiçik 

mərhələlərə bölünür; məsələn, paleoantrop yaxud neandertal yarımdövrü: 1) cənub (Rodeziya tipi), 2) klassik (şapel 

tipi), 3) presapiyent (şteynkeym - eringsdorf tipi) və 4) keçid (Fələstin tipi) mərhələlərinə bölünür. 

Çox vaxt elmi ədəbiyyatda insanın təkamülünü beynin həcmi ilə də əlaqələndirirlər. Beynin həcminin insana-

bənzər meymundan insana qədər keçdiyi təkamülü nəzərdən keçirək: oranqutanq-443 kub sm, şimpanze -410 kub sm, 

qorilla-510 (415-685) kub sm, avstralopitek-650 kub sm, parantrop-650 (490-815) kub sm, sinantrop 1000-1100 kub 

sm. neandertal adamı-1100-1600 (çox vaxt orta rəqəm 1600 götürülür) kub sm, müasir adam-1200-1700 (çox vaxt orta 

rəqəm 1400 götürülür) kub sm. 

Kəllə tağının hündürlüyü: şimpanzedə-42.5 mm, pitekantrop və sinantropda 62,9 mm, Cəbəllütariqdə» tanınmış 

neandertal adamında 81,1 mm, müasir insanda 89 mm. 

Gətirilən rəqəmlər göstərir ki, neandertal adamının beyninin orta həcmi müasir insanın beyininin orta 

həcmindən daha böyükdür. Belə çıxır ki, neandertal adamı müasir insandan daha çox inkişaf etməli idi. Lakin həyatda 

belə olmamışdır. Bunun səbəbini beyin hissələri arasındakı tənasübün dəyişməsində görürlər: neandertal adamının 

beyninin ön hissəsi müasir adama nisbətən daha az olmuşdur. Beyin həcmləri arasındakı nəhəng fərqə baxmayaraq, 

neandertal adamının kəlləsinin forması pitekantropun kəlləsinin formasından o qədər də fərqlənmir. Bunu onların və 

müasir insanın alınlarının formasında görmək olar: sinantropun alnının enmə bucağı 60,5, neandertal adamının alnının 

enmə bucağı 63, müasir insanın alnının enmə bucağı təxminən 90 dərəcədir. Bununla belə neandertal adamının kəlləsi 

ilə pitekantropun kəlləsi arasında müəyyən fərq vardır: neandertal adamının alnı pitekantropun alnından enlidir, 

kəlləsinin yuxarı hissəsi genişdir. Daha bir məsələni də qeyd etmək lazımdır: avstralopitek kimi, pitekantrop da əmək 

aləti hazırlamamışdır, əmək aləti hazırlamağı bacarmamışdır; o vaxtadək daşdan parçalar qoparmışdır ki, bu daş 

işlətmək üçün yararlı olmuşdur. Bir sıra mütəxəssislər iddia edirlər ki, bu dövrdə insanın (pitekantropun) əməyi 

(hərəkəti) şüurlu olmuş, əl və təfəkkür insan tələbatına bilavasitə xidmət etmişdir. Lakin bu dövrdə əməyin şüurlu 

olmasından, əmək prsosesində təfəkkürün iştirakından danışmaq olmaz. Bu dövrdə əmək alətləri hazırlanması hərəkət 

komplekslərinin avtomatik imitasiyası yolu ilə baş verir. Heyvanların bu növ həyat fəaliyyətini adlandırmaqda 

dialektik fəlsəfə instinktiv heyvan əməyi məfhumundan istifadə etmişdir. Elm belə hesab edir ki, bioloji mənada əmək 

insanın heyvan əcdadında nitqdən çox min illər əvvəl, cəmiyyət isə nitqdən xeyli sonra yaranmışdır. Məlumdur ki, 

klassiklərdən bir nəfər Bencamin Franklinin instrumentalizminə istehza etmiş, onun məşhur «insan alətdüzəldən 

heyvandır» (a tool making animal) aforizmini yankilər əsri üçün səciyyəvi hesab etmişdir. Materializm əmək dedikdə 

nəyi nəzərdə tutur? Biz əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq. Hörumcək toxucunun 

əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şan qayırması ilə bəzi memar adamları utandırır. 

Lakin ən pis memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir ki, memar hələ mumdan şan qayırmazdan 

əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində 

insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur. İnsan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir; təbiətin 

verdiyi şeydə o öz şüurlu məqsədini həyata keçirir. Bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və 

xarakterini müəyyən edir və insan öz iradəsini bu məqsədə tabe etməli olur. Həm də insanın öz iradəsini bu məqsədə 

tabe etməsi tək bir hal deyildir. Əməyi icra edən əzaları gərginləşdirilməsindən əlavə, əməyin sərf edildiyi bütün 

müddət ərzində müəyyən məqsəd güdən iradə də zəruridir ki, bu da işə dinət verməklə ifadə olunur, həm də əməyin 

məzmunu və onun icra üsulu fəhləni nə qədər az maraqlandırırsa, deməli, fəhlə öz fiziki və əqli qüvvələrinin 

hərəkətindən ibarət olan əməkdən nə qədər az zövq alarsa, həmin iradə bir o qədər artıq dərəcədə zəruridir. Qeyd 

etmək lazımdır ki, məqsədə, iradəyə tabe edilmiş fəaliyyət şüura xas xüsusiyyətdir, şüur isə, Marksın dediyi kimi, lap 

əvvəldən ictimai məhsul olmuş və ümumiyyətlə insanlar mövcud olduqca elə də qalacaqdır. 

Artıq sübut edilmişdir ki, əməklə məşqul olmasına baxmayaraq avstralopitek, pitekantrop və neandertal adamı 

nitqə malik olmamışdır; burası da məlumdur ki, müasir insanın hər üç əcdadı sürü halında yaşamış, deməli, ictimai 

varlıq olmuşdur. Avstralopitek, pitekantrop və neandertal adamının nitqə malik olmamasını mütəxəssislər onların 



Yüklə 314,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə