Dil, Cəmiyyət, Şüur



Yüklə 314,33 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix25.11.2017
ölçüsü314,33 Kb.
#12255
1   2   3   4   5   6   7   8   9   ...   13

alnının yastı (alnın enmə bucağının az olması) və ensiz olması ilə izah edirlər. Nevropsixologiya elmi sübut etmişdir 

ki, müasir insanın beynində nitq məzrkəzi alın və alın-gicgah nahiyəsində, görmə və eşitmə mərkəzləri isə beynin arxa 

hissəsində yerləşir. Nəinki avstralopitek və pitekantropun, hətta neandertal adamının da beyninin alın hissəsi zəif, arxa 

hissəsi isə güclü inkişaf etmişdir; müasir, insanın isə beyninin alın hissəsi güclü inkişaf etmiş,, beynin arxa hissəsi zəif 

inkişaf etmişdir. Nevropsixologiya sübut edir ki, təkamülün neoantrop dövründə baş beynin (beyin yarımkürələrinin) 

morfologiyasında əsaslı dəyişikliklər baş verir: beynin arxa hissəsinin kəskin surətdə azalması hesabına beyin 

qabığının alın hissəsinin, xüsusən onun yuxarı hissəsinin prefrontal bölməsi Homo sapyens-də sürətlə inkişaf edir. 

Təkamülün məhz bu mərhələsində paleoantropun kiçik bucaqlı alnı və alçaq kəllə tağı əvəzinə bizim, az qala, dik 

alnımız və kəlləmizin yüksək tağı meydana gəlir. Bütün bu amillər sözün insan davranışını idarə edən faktor kimi 

yarandığını göstərir. Deməli, insanın ilk əcdadları nitqə malik olmamış, əvəzində həssas eşitmə və hətta qaranlıqda 

belə görmə qabiliyyətinə malik olmuşdur. İnsanın hələ nitq qabiliyyətinə malik olmayan ulu əcdadlarının sürü halında 

yaşadıqlarını, deməli, cəmiyyət halında birləşdiklərini nəzərə alaraq, onların bir-birilə ünsiyyət saxladıqlarını qəbul 

etməliyik. Bəs insanın ulu əcdadları hansı vasitələrlə ünsiyyət saxlamışlar? «Dil insanlar arasında ən mühüm ünsiyyət 

vasitəsidir», lakin göründüyü kimi, yeganə ünsiyyət vasitəsi deyildir. 

İnsan dili ulu əcdadlarımızın işarələrlə ünsiyyətindən müasir dilin üzvlərinə bölünən səsli-sözlü nitqindən uzun 

və tədrici təkamül, inkişaf yolu keçmişdir. Adətən, dil dedikdə səsli-sözlü nitq nəzərdə tuturlar. Lakin nəzərə alsaq ki, 

dil ümumiyyətlə ünsiyyət vasitəsidirsə, onda səsli-sözlü aydın nitq onun növlərindən biri, süni ünsiyyət vasitələrini 

nəzər almasaq, sonuncusudur.  

Bəşəriyyət insanın yaranmağa başlanmasından üzvlərinə bölünən səsli-sözlü aydın nitqin meydana 

gəlməsinədək uzun bir inkişaf yolu keçmişdir. Müasir insanın ulu əcdadları olan insanabənzər varlıqların (elmi 

ədəbiyyatda bunları bəzən troqloditid də adlandırırlar) sürü halında yaşadıqlarını, deməli, cəmiyyət halında 

birləşdiklərini qəbul etsək, deməli, onların arasında ünsiyyətin olduğunu da qəbul etməliyik çünki ünsiyyətsiz heç bir 

cəmiyyət, heç bir sürü mövcud ola bilməz; ünsiyyətsiz yalnız ayrı-ayrı fərdlər, nəinki sosial, hətta heç bir heyvani 

münasibətlərə girməyən fərdlər mövcuddur. Hər hansı iki fərdin (hətta ikiğ quşun, iki heyvanın) münasibəti artıq 

ünsiyyətdir. Ünsiyyət isə dilsiz mövcud ola bilməz. Ünsiyyət vasitəsi kimi işarələr sistemini dil kimi qəbul etmək olur. 

Bu mənada bütün canlılar dilə malikdir. 

Çox vaxt nağıl və dastanlarda ağıllı vəzirlər, dünya görmüş qocalar, sehirli qüvvəyə malik adamlar bütün 

quşların və heyvanların dilini bilir. Əlbəttə, bu, real iddia deyildir. Lakin istehza edib «quşların, heyvanların da dili 

olar?» demək də düzgün deyildir. Quşların, heyvanların dilinin olması bir məsələ, insanın onları başa düşə bilməsi 

problemi başqa məsələdir. 

Son zamanlar elm sübut etmişdir ki, suda-quruda yaşayanların, quşların, məməlilərin «dilləri» vardır. Moskva 

Dövlət Universitetinin tədqiqatçıları son illər 500-dən çox suda-quruda yaşayan quş və məməli növünün (qurbağadan 

başlamış canavaradək) «dilini» tədqiq etmişlər. Dünyanın hər yerində tədqiqatçılar uzun illərdir ki, meymunların dili 

üzərində tədqiqat aparırlar. 

Tədqiqatçılar müəyyənləşdirmişlər ki, toyuqların «dili 200 hers tezlikli diapazona uyğun gəlir, çox: mürəkkəb 

və mükəmməldir: o, onlarca müxtəlif siqnallardan ibarətdir. Toyuğun təlaş bildirən siqnalı bir neçə-çalara malikdir: 

düşmən havada göründükdə bir cur, qurudan gəldikdə başqa cür siqnal verilir; cücələr də həmin siqnala uyqun hərəkət 

edir. Müəyyənləşdirilmişdir ki, hətta cücələri yeməyə çağırdıqda belə toyuq müxtəlif siqnallar verir. Qəribə burasıdır 

ki, yumurtadan çıxmazdan uç gün əvvəl embrion qırt toyuqla danışmağa-başlayır: hətta bu vaxt yumurtanı qulağa 

tutduqda embrionun çıxardığı səsləri eşitmək mümkündür. Bu siqnalları insan dilinə çevirsək, belə çıxır: «mənə 

istidir», yaxud «mən üşüyürəm». Hansı siqnalın verilməsindən asılı olaraq toyuq ya yumurtanı çevirir, ya yumurtanın 

üstündən durur, yaxud yem axtarışını dayandırıb yumurtanın üstündə oturur. 

«Pravda» qəzetinin 23 sentyabr 1982-ci il tarixli nömrəsində «Quş dili, o necədir?» adlı bir yazıda deyilir: 

«Nağıllarda quşlar danışır, doğrudan da onlar bir-birini necə başa düşürlər? Məlum olmuşdur ki, qanadlılar hər 

halda «danışırlar». Ancaq sözlərlə yox. Quşlar aləminin nümayəndələri işarələrlə danışırlar, bu işarələr çoxdur: 

çığırtılar, fitlər, təmas, müəyyən iylər, işıq, yaxud alabəzək ləkələrin köməyilə siqnal-vermə, qeyri-adi duruş. 



Alimlər heyvanat aləminin «dili» ilə yalnız 35-40 il bundan əvvəl maraqlanmağa başlamışlar. Qanadlılar 

arasında ən çox yayılmış ünsiyyət vasitəsi səslər, müxtəlif səslənməyə malik səslərdir. Alimlər hesablamışlar: quşların 

cəh-cəhi, nəğmələri 400-ə qədər çalara malikdir. Məlum olmuşdur ki, ən nanal heç də sağsağan deyil, qarğalardır. 

Onların dilində 300-ə yaxın çığırtı və qarıldama vardır. Onların heç də hamısının mənası açılmamışdır. Ancaq bəzi 

«sözlərin» mənası artıq məlumdur. Məsələn, fasiləsiz boğuq qarıldama bildirir ki, dəstə tarlada toplaşmalıdır. 

İlk baxışda belə görünür ki, dünyada qarğalar hamıdan asan yaşayırlar. Haraya uçsa, harada qonsa öz yoldaşları 

ilə dil tapar. Ornitoloqlar deyirlər, yox. Quş dillərınin də öz dialektləri, öz şivələri vardır. Təcrübələr nəticəsində 

müəyyənləşdirilmişdir ki, Miçiqan gölü sahilinin qarğaları, məsələn, Florensiya şəhəri tərəfindəki qarğalarla ümumi 

rəyə gələ bilmirlər, şəhər qarğaları kənd qarğalarını başa düşmürlər. 

Belə bir eksperiment aparılmışdır: ornitoloqlar Fransada Bretanda yaşayan qarğaların həyəcan siqnallarını 

maqnitofon lentinə yazmışlar. Yazı Amerika qitəsində bir neçə dəfə səsləndirilmişdir. Əfsus, «amerikalılar» öz fransız 

həmqəbilələrinin xəbərdarlığına cavab vərməmişlər. 

Əlbəttə, ən bacarıqlıları - gəzəri qarğalardır, çünki onlar yaxşı «poliqlot»durlar. Demə, "onlar bir yerdən başqa 

yerə uçaraq yerli «dialektləri» nisbətən tez mənimsəyirlər. Lakin gəzəri qarğaların heç də hamısı belə qabiliyyətə 

malik deyildir. 

Quşların dili metafora deyildir, həqiqətdə mövcud olan əlaqə vasitəsidir. Məşhur ornitoloq Konrad Lorens buna 

əmin olmuşdur. Təxminən bir il ərzində o qazların çığırtısını, qaqqıltısını, fışıltısını - bir sözlə bütün mürəkkəb qaz 

fonetikasını öyrənmiş və

...


 hətta özü quş dilini mənimsəmişdir. Qazlar professorun qaqqıltısına cavab vermiş, onun 

əmrlərini yerinə yetirmiş, sahilə çıxmış, yaxud çəməndə otlamağa getmiş, hamısı «birlikdə suya tullanmışlar. 

Alimlər mühüm kəşf etmişlər. Onlar öz tədqiqatlarında belə nəticəyə gəlmişlər ki, heyvanlar aləminin "bütün 

nümayəndələri doğulan kimi «danışmağı» bacarırlar. Yumurtadan yeni çıxan quş balası artıq öz dilində danışa bilir. O 

bunu çoxlu digər instinkt və adətləri ilə birlikdə əcdadlarından irsən almışdır. Ancaq əksinə olaraq insan «balası» isə 

öz valideynlərinin dilini uzun müddət və inadla öyrənməli olur. 

Onu da qeyd edək ki, quşlara özgə dilləri öyrənmək müyəssər olmur. Ördək balası bayquş balası yaxud durna 

balası ilə heç vaxt danışa bilməz. Onlar hətta öz yaxın qohumlarının dillərini mənimsəyə bilməzlər: tutaq ki, ,ağ tetra 

quşu, çil tetra quşunu başa düşmür. «Dilin» sədd olmasının parlaq nümunəsi ağ və qara leyləklərin həyatında 

müşahidə edilmişdir. Bəzi zoologiya bağlarında qara leylək ağ leyləyi sevməyə başlayır. Lakin bu sevgi yalnız yuva 

qurmaqla məhdudlaşır». 

İlk baxışda elə görünə bilər ki, eyni cinsə aid olan heyvan növü eyni səs çıxarır: bütün qarğalar eyni cür 

qarıldayır, bütün itlər eyni cür hürür, bütün qurbağalar eyni cür quruldayır. Lakin əslində elə deyildir. İnsan qulağının 

tuta bilmədiyi çalarları yüksək həssaslığa malik cihazlar fərqləndirir. Belə çalarları heyvanlar özləri tez hiss edirlər. 

Tədqiqatçılar müəyyəiləşdirmişlər ki, ayrı-ayrı ərazilərdə yaşayan eyni növlü heyvanlar bir-birini «başa düşmürlər»: 

məsələn, Kaliforniya qarğaları Texas qarğalarının «dilini» bilmirlər. Belə bir səhv fikrə tez-tez təsadüf edirik ki, bir 

heyvan növünə aid olan fərd başqa heyvan «dilində» danışa bilməz. Deyns Barrinqton üç körpə kətanquşu balasını 

götürüb çəmən, çöl və meşə torağayının yanına qoyur. Hər körpə öz yeni valideyni kimi oxuyur. Onları öz nəslinə 

qaytardıqda öz xüsusi kətan quşu nəğməsinə qayıtmırlar, tərbiyə aldıqları torağaylar kimi oxuyurlar. Belə çıxır ki, 

heyvanların dili də ictimai hadisədir. İnsanlarda olduğu kimi, heyvanlarda da «dil» irsən keçiImir, əhatədə qazanılır. 

Bu fikrin nə dərəcədə doğru olduğunu söyləmək çətindir; onu təsdiq yaxud rədd etmək üçün çoxlu təcrübə aparmaq 

lazımdır. Lakin bu, inkaredilməz həqiqətdir ki, heyvanlar «ünsiyyət saxlamaq üçün müxtəlif çalara malik səs 

siqnallarından istifadə edirlər. Bu baxımdan inkişaf pilləsinə, təkamül dərəcəsinə görə insana daha yaxın olan 

meymunlar üzərində aparılan təcrübələr müsbət nəticələr verir. Aparılan təcrübələrdən belə nəticəyə gəlmək olur ki

şimpanze müxtəlif çalara malik olan 25-dən 32-dək (N. N. Ladıkina-Kotsa görə 25, Amerika tədqiqatçısı Lernerə görə 

32) səs çıxara bilir. Məqsəddən asılı olaraq, səsin çaları dəyişir. Daha bir məsələni də qeyd etmək lazımdır: Şimpanze 

it hürüşünü əla təqlid etdiyi halda bütün cəhdlərə baxmayaraq insan səsini təqlid edə bilmir. 

Məlumat üçün qeyd edirik ki, quş və heyvan «dillərini» insan dilinə tərcümə etmək təşəbbüsləri də 




Yüklə 314,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə